Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub

Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, “Mədəniyyət” kanalına Azərbaycanın əməkdar artisti Ramil Qasımov rəhbərlik edəcək.

X. Qasımova qeyd edib ki, təyinat bu gün noyabrın 5-də baş tutub.

Qeyd edək ki, “Mədəniyyət” kanalının keçmiş baş direktoru Cəmil Quliyev 2013-cü ilin əvvəllərində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçilib. Həmin dövrdən “Mədəniyyət” kanalının baş direktoru postu boş qalıb.

Xatırladaq ki, R. Qasımov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru olub.

Ramil Qasımovu ZiM.Az-ın bütün yaradıcı heyəti adından təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: