TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...
T Ə B R İ K
E D İ R İ K !..

Bu gün
keçmiş tələbə yoldaşımız,
əziz və sevimli bacımız,
mehriban dostumuz,
tanınmış pedaqoq,
təcrübəli müəllim,
fəali ictimaiyyətçi,
Bakının Pirallahı
rayonundakı
231 nömrəli
tam orta məktəbin
direktoru,
Yeni Azərbaycan
Partiyası
Pirallahı
rayon təşkilatının
Qadınlar Şurasının
sədri
çox hörmətli
MEHPARƏ XANIM
MANSUROVAnın
Ad Günüdür.

Mehparə Həsən qızı Mansurova 07 mart 1968-cı ildə Qazax rayonunda anadan olub.
1990-cı ildə V.Lenin adına ADPİ-nin (indiki ADPU-nun - Azərbaycan Dövlət Pedaqoji Universitetinin)
təsviri incəsənət fakültəsini bitirib.
1991-ci ildə əmək fəaliyyətinə 231 nömrəli məktəbdə müəllim vəzifəsi ilə başlayıb.
2006-2008-ci illərdə Xəzər rayonu İcra Hakimiyyətinin Gürgan qəsəbəsi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
2009-cu ildən yenidən 231 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib.
2013-cü il sentyabr ayından 231 №-li tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.
O, eyni zamanda həm də rayonun ictimai həyatında da fəal iştirak edir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədridir.

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!... Hörmətli
MEHPARƏ müəlliməni
Ad Günü münasibətilə,
eləcə də fürsətdən
istifadə edərək,
8Mart - Beynəlxalq
Qadınlar Günü və
qarşıdan gələn
Novruz Bayramı
münasibətilə
bütün tələbə
yoldaşlarımız adından
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
ictimai-pedaqoji
fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: