DİLŞAD FƏQANın YENİ ŞEİRLƏRİ Bakı, Poeziya, Müsabiqə 3 Mart TANIŞ OLUN:Dilşad FƏQAN(Dilşad Xəqani qızı Yüsifova) 25 iyul 1977-ci il-də Bakının ən qədim kəndlərindən olanPirşağıda anadan olub.1994-cü ildə Pirşağıdakı 112 saylı orta məktəbi müvəffəqiyyətlə bitirib.Sonra təhsilini pedaqoji kollecdə davam etdirib.1995-ci ildən dövrü mətbuatda öz yazıları ilə çıxış edir. Müxtəlif mətbuat orqanlarında çalışıb.1995-2008-ci illərdə "Şərqin səsi" qəzetinin redaksiyasında müxbirlikdən şöbə müdiri və redaktor müavini vəzifələrinə qədər yüksəlib. O, eyni zamanda, 2001-2008-ci illərdə "Borçalı" Nəşriyyat-Poliqrafiya Müəssisəsində redaktor işləyib.2008-2016-cı illərdə kimi Azərbaycan Təhsil Problemləri İnstitutunun "Təhsil Problemləri" qəzetində çalışıb. Hazırda fəaliyyətini "Zirvə" İnformasiya Mərkəzində davam etdirir, "Zirve.İnfo" saytının şöbə müdiridir.Dilşad Xəqaniqızı fəaliyyəti dövründə təhsilin müxtəlif problemlərinə həsr olunmuş bir-birindən maraqlı yazıları ilə mətbuatda böyük oxucu rəğbəti qazanıb.O, KİVDF-nin keçirdiyi müxtəlif mövzulu yazı müsabiqələrinin qalibi olub.KİVDF-nin təşkilatçılığı ilə nəşr olunan 100 ən yaxşı qalib yazının toplandığı "Sözün zirvəsində" adlı topluda "Yad ellərdə doğma izlər" başlıqlı yazısı dərc olunub.Bir neçə dəfə Fəxri Fərman və mükafatlarla təltif olunub.O cümlədən, "Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatıdır."Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun xüsusi mükafatına layiq görülüb.Dilşad Yusifova həm də "Dilşad Fəqan" imzası ilə istedadlı şairə kimi tanınır. Şeirləri müxtəlif mətbuat orqanlarında, "Zirvə" poeziya antologiyasında,"ZiM.Az", "Zirve.info", "Borcali.org" və s. saytlarda dərc olunub.O, bədii yaradıcılığa hələ orta məktəbdə oxuduğu vaxtlardan başlayıb. İlk şeirlərini 9-cu sinifdə yazan Dilşad Yusifovanı mətbuata gətirən də elə şeirləri olub. Bir təsadüf nəticəsində bir gün anası şeirlərini məktəbdə çalışdığı jurnalist Faiq Şükürbəyliyə təqdim edib, onun fikrini öyrənmək istəyib. O zamanlar "İki sahil" qəzetinin əməkdaşı Faiq olan müəllim Dilşad Xəqaniqızının istedadını alqışlayıb və ona qələmini yazı yazmaqda sınamağı məsləhət bilib. Gənc qız o zamanlar şəhid ailələrinə gedərək, şəhidlər haqqında məlumatlar toplayıb, sonra onların döyüş yollardan yazılar hazırlayıb və müxtəlif mətbuat orqanlıarında dərc etdirib. O, hər dəfə şəhid ailəsində qonaq olarkən, yazacağı qəhrəmanını dərindən tanımağa çalışıb. Şəhid haqqında olan sənədləri diqqətlə gözdən keçirib, onun xarakteri haqqında yaxınlarına müxtəlif suallar verib və onların cavablarını dəqiqliyi ilə elə olduğu kimi də yazıb... Bütün bunlar onun özünəməxsus dəsti xəttinin olacağına işarə idi...Bəli, qısa bir zaman kəsiyində gənc qızın qəlbində jurnalistikaya maraq, həvəs yaranıb. İllər ötdükcə onun yaradıcılıq həvəsi daha da alovlanıb. Və o, bir-birinin ardınca müxtəlif mövzulu kitabları ilə oxucularının görüşünə gəlib."Pirşağı dünyası", "Zirvədə görünənlər", "Ziyalı ömrünün akkordları" adlı publisistik məqalələr və oçerklərdən ibarət topluları, kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Biz də, ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli həmkarımız,istedadlı qələm sahibi, tanınmış şairə-jurnalist Dilşad Fəqana yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə yeni şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzMən sənin yanındayam Ay başımın bəlası,Mən sənin yanındayam...Gülər üzünə baxıb,Yenə sənlə dalmışamŞirin xəyallardayam,Mən sənin yanındayam!Səsin başımı qatıb,Özümü unutmuşam...Sənə baxıb susmuşam...Axı, necə oldu ki, İllər öncəYad olan, tanımadığım SəniMən bu qədər özümə canayaxın bilmişəm?Niyə səni seçmişəm?Bəlkə səni sevmişəm?!Sevmişəm, sevdiyim kəsMəni niyə sevməyib?Sevibsə də bəs niyəElə susub həmişə?!Niyə canı yanmayıb,Ruhu bədəndən çıxıb,Yuxusu qarışmayıb?!Mən sənin yanındayamSən hardasan bilmirəm...Suallar yenə yağırÜstümə yağış kimi...Darıxdınmı, mənimçün?Əgər darıxmısansaNiyə səssiz durmusan?Əllərini gizləyib, ciblərinə qoymusan!Baxışların zillənibYenə bəyaz ekranaElə səssiz olmusan!Darıxıram səninçün!Gözlərininhəsrətiyandırır, yaxır məni...Əllərim buztək donubÜşüyür əllərinçün...Mən sənin yanındayam...Əlindəki siqarıntüstüsündə dalmışam!Axı, mən darıxmışam!Unutmuşam, özümü...Yenə suallar məniAparır uzaqlara...Sən hardasan, hardasan?Niyə səni görmürəm?Ətrin içimə çəkib, Qoxunu hiss etmirəm?!Mən sənin yanındayam,Yenə soyuqdur mənəYenə əllərim donurYenə ruhum üşüyür,Yenə səni görmürəm!Məkan məni çox sıxır, İstəyirəm tərk edim...Mənə elə gəlir ki, Çox tənhayam otaqda...Gəl, mənimlə razılaşYoxsan mənim yanımdaMən sənləyəm, yanında,Sənsə özgə yerdəsən!Qəlbin qalıb uzaqda...Başqa yerdə, yataqda...Ruhsuz cansan yanımdaSoyuqsan soyuq mənə...Üşüyürəm...Bağışla!Mən sənin yanındayamSənsə... Sənsə başqa yerdəsən!Ruhun,qəlbindəonda...Sakitliyində onda,Səssizliyində onda...Darıxır, baxışların gözünə baxmaq üçün,Əllərin tez tələsir belini sarmaq üçün...Sən onun yanındasan,Mənsə sənin yanında!!!03.03.2019Yazığım gəlir Özümə yazığım gəlirGileyini söyləməyəkimsəsi olmayan Sözləri qəlbə dəyməyənürəyə toxunmayanKəsə yol axtarışında yorulub yolda qalanÖzümə yazığım gəlir...Saçımda dən görürəmQəlbimə qrov düşür,Üzümdən nəm silirəmRuhum sanki üşüyür.Ömür karvanı durmurÇox sürətlə ötüşür...Ömrün fəsillərindəYerə düşən yarpağam,Küləkdəki götürübBir küçə səkisində,ayaq altda sürüyür,toz-torpağabürüyür...Torpaq həsrətindəyəmKülək qoymur birləşəkÖmrün son mənzilindəTorpaqlasa, dərdləşək.Bir ovuc sevgi kimiBir ovuc torpağınaHəsrət qalan ürəyəÖmrün son pilləsindəBu kiçicik diləyə elə yazığım gəlir...Bir sükuta qapanıb,sükut ilə dərdləşənÖzüməyazığım gəlir...Qərarsızam, susmuşam...Kimsəm yoxdurdanışam,Bulaq tək aşıb-daşam.Zirvə arzusundayamTəpə yoxdurdırmaşam...Qəlbimin küncündəkiLap dərin yerindəkiKölgəni qısqanıram!Gücüm çatmır kölgəyəNiyə gücsüz olmuşamİçimdəki hələ dəSönə bilməyən odunSonuncu zərrəsindənalov tutub, alışanKösövə yazığım gəlir...Özümə yazığım gəlir...Necə uşaq arzuluNecə də saf qalmışamBəlkə elə onunçünHər kəsə inanmışam!Neçə yol büdrəmsəmdəMən heç yıxılmamışam!Yoluma davam edib,Yenə yolçu olmuşam.İnadkaram bir azdaİnadımdan qalmıram...Arzusundan, sözündənİnadından dönməyənÖzümə yazığım gəlir...Özümə yazığım gəlir...03.03.2019Payız pıçıltısı Küsmək istəyirəmKüsmək...Həyata küsmək istəyirəmHəyatın vaxtsız yağanyağışınaQəfil əsənküləyinəüzü boz,yağmağa bəhanə gəzənbuludunaküsmək istəyirəm.Küləyinin qopardığıtorpaq üzərində sürüyüb küçələrə səpələdiyisaralmış arzularaküsmək istəyirəm.Yağışının torpağı isladanhəsrətinə küsmək istəyirəm...Küsmək istəyirəm.Səmanın rəngin dəyişənboz buludlarınaküsmək istəyirəm...boz buluddan səpələnənkor ümidlərə, dilsiz diləklərəsükuta qərq olmuşsəssiz baxışlardakıhəyatınacı simfoniyaniyasınaKüsmək istəyirəm...küsmək...22.02.2019Sənsiz Uzaqdasan gözlərimdənQulağımda o səsindənBir an uzaq olmaq çətin...Ürək sənlə döyünürkənSəndən ayrı qalmaq çətin.Mənsiz necə keçib gününBir anlığa dalmısanmıQərq olub da fikirlərəSormusanmı ürəyindənMəni bir gün?!Nə günlərim keçir sənsizNə ürəyim dözür səssiz...Sən məndəsən mənsə sən dəMən də sənsizSən də mənsiz...20.04.2018Bağışla...Bağışla, bilməmişəm,Mən özüm də bilmədənQəlbinin içindəkiKözləri qoparmışam...Həsrətli bir nəğməninƏn gözəl sözləriniRuhuna hopdurmuşam.Sızlayan bir kaman təkElə hey çalınmışam...Çalındıqca mən səniSəni, səndən almışam...Bağışla, bilməmişəmQəlbinin yarasınıBilmədən göynətmişəm...Danışdıqca dərdiniTəzələyib neçə yol...Yenidən bitirmişəm...Kədərini artırıb sən demə dərd vermişəm...Mən özüm də bilmədənBir həzin nəğmə olub,Səninçün səslənmişəm...Bəlkə ruhun da bezib O nəğmənin səsindənKönlün qaçmaq istəyibOnun zümzüməsindən...Bağışla, bilməmişəmQəlbin kamanmış deməKim bilir, o neçə yolSızlayıb tellərində?Fəryad edib, ağlayıbYol gözləyib, dözməyibRuhunun qonağınaGözəl misralar deyib...Sətirində oxşayıb...Bağışla, bilməmişəmAxı, necə kor olubMən gözümü yummuşamQəlbindəki yaranıMən necə unutmuşam...Bilirdim bu baxışlarDərdlidir, kədərlidirSənin qəlb evindəkiO gözlərin nəmlidir...Bilirdim, viran olubÇoxdan könül otağınSevinmir, üzü gülmürHəsrətdən könül bağın...Lap uzaqda evindəTənhasan təksən hələGözləyirsən nə vaxtsaBəlkə də bir gün gələ...İsinməyir ürəyinTükənməyir dərdlərin...Qonaqsan öz evində,Yadsan sənə canındanÜrəyindən yanana...Ruhun cisminə sığmırSəsləndikcə o kamanSən də kövrək olursanAğlayırsan o zaman...İstəyirsən baş alıbYolda, izdə itəsənOnun gəldiyi yoldaBənövşə tək bitəsən...Sızladıqca o kamanGöz önündə canlanır...Xatirələr dil açır,Yollarına boylanır...Bağışla bilməmişəm,Səni qəmləndirmişəm,Qoparıb qəlbindəkiYaraları eşmişəm...Bağışla bilməmişəm,Kövrəltmişəm mən səniQəlb evinin içində Göyərtmişəm həsrəti...Bağışla, bilməmişəm...Səni sənsiz sevmişəm...Sənə verib qəlbimiHəsrətindən bitmişəm...Bağışla... bağışla sənSəni vaxtsız sevmişəm...Həyatına gələndəİcazəsiz gəlmişəm...Yaşamaq həvəsiDağılmış fikirlər alıb köksünəDalmışam...Yenə də qəm dənizinə...Təbiət ətrini ruhuma sərirAğaclar yamyaşıl...Yenicə açılan yarpaq düyünü...Var ol... yaşa deyir, ümid var hələ...Ruhumu oxşayır bir çiçək ətriKönüldən boy atır, cücərir ümid...Haradasa sevinir bir körpə uşaqDünyadan xəbərsiz, məndən xəbərsiz...Gülüşü titrədir insan ruhunuHəyat gözəlləşir gülər gözündəKörpə simasının məsum çöhrəsiBəxş edir insana yaşamaq eşqi...Ruhumu oxşayır gur bulaq səsi...Bir həzin mahnıdır hər zümzüməsi...Səmaya baxıram, necə də təmizNecə də gözəldir Göy üzü bu an...Torpaqdan boy atır bir gül rişəsiƏtrafa yayılır gözəllik səsi...Rəngini təbiət versə də onaVarlığı ruh verir ətrin duyana...Ətrafa baxırsan...Yaşıllıq, səma...Bir də lap uzaqda bir körpə səsiHəyata səsləyən o zümzüməsi...Sən susurdunNə vaxt sevdim sənibilmirəm...Necə gəldin həyatımabilmirəm...Bircə onu bilirəm ki,görməyəndə axtarırdıgözlərini gözlərim...Bircə onu bilirəm ki,sənsizlikdən üşüyürdü,sənsiz olanda qəlbim...Necə oldu sevdim sənibilmirəm...Bircə onda bildim ki, mənəziz olub xatirən...Yazıb səndən gizli onuYaddaşımın sənli olangününə...Ən əziz yadigar kimiSaxlayıram onu mən...Necə oldu doğma oldunMənə sən?Bəlkə elə doğma gəldin ömrüməMən də səni əziz bilib, Tən elədim sevgimə...Nə vaxt, necə sevdim səni bilmirəm!Bircə onu bilirəm ki,Sənə yaman vuruldum...Həsrətindən gecələrdəMən yuxusuz olurdum...Gündüzləri darıxırdımSəninçün...Görüşləri gözləyirdim...Sənsə elə susurdun...Sənsə elə susurdun...Bitsin artıq...Gəl bitirək, bu sevdanı,Nağılını mən yazaram,Nöqtəsini özün qoy...Gəl bitirək intizarı, həsrətiHeç qalmasın baxışlardadeyilməyən, söhbəti...Gəl bitirək, biz adlı hekayəti,Sussun yenə, xatirələr dinməsin...Gəl bitirək, qoy yox olsun izimiz,Qoy tükənsin, dillənməsindaha sevən qəlbimiz...Gəl bitirək, sən adlı nəqarəti,Çalınmasın musiqisi, bəstəsi.Gəl bitirək, mən adlı bu hekayəti,İçilməsin baldan şirin busəsi...Gəl bitirək, unudulaq ikimiz,danışmasın indən beləbirgə vuran qəlbimiz...Gəl bitirək, gəl qayıdaq geriyəÇalınmasın bu sevginin nəğməsi...Gəl bitirək, bu hekayə bitsin qoy,üzülməsin səni sevən ürəyim.Bəsdir daha, göz yaşlarım axmasın,Bitsin artıq, səni səndə saxlasın.Ruhum yenə qoy qayıtsın evinə,öz evində qonaq kimi qalmasın!Dilşad XƏQANİQIZI (YUSİFOVA) ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.