TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..
Bu gün
hamımızın sevimlisi,
təcrübəli qələm sahibi,
tanınmış jurnalist,
nəğməkar şairə,
istedadlı yazıçı,
ictimai-siyasi xadim,
alim-hüquqşünas,
Beynəlxalq
Araşdırmalar İnstitutu
İctimai Birliyinin rəhbəri,
siyasi elmlər üzrə
fəlsəfə doktoru,
çox hörmətli
Millət Vəkili
Qənirə xanım
Paşayevanın
Dogum günüdür.

Biz də
ZiM.Az-ın bütün
yaradıcı heyəti adından
çox hörmətli
Qənirə xanımı
Doğum günü,
eləcə də
qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü və Novruz Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
yaradıcılıq işlərində və ictimai-siyasi fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Hörmətlə,
Müşfiq BORÇALI,
Aytac MƏDƏDLİ.


Xatırladırıq ki, Qənirə Paşayeva - 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Rus və ingilis dillərini bilir.

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası III (2005), IV (2010) və V (2015) çağırış Milli Məclisinin deputatıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
Hazırda Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun rəhbəridir.
Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

Qənirə Paşayeva Gürcüstanın fəxri vətəndaşıdır. O, 5 mart 2011-ci ildə Azərbaycan-Gürcüstan dostluğunun daha da möhkəmlənməsində göstərdiyi xidmətlərinə görə Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən "Şərəf" ordeni ilə təltif olunub.

30 sentyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının qaliblərindən biri elan edib.

“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib.

Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərib, sakinlərə yardım edib.

Subaydır. Firuzə adlı mənəvi qızı var.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: