General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyevin 60 yaşı tamam olur

General-leytenant Heydər Piriyev (1959) TƏBRİK EDİRİK!..

Bu il Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Hərbi Akademiyasının rəisi,
General-leytenant
Heydər Kamal oğlu Piriyevin
Yubiley ilidir!...
Sentyabrın 1-də onun
60 yaşı tamam olacaq...
Cənab Generalı qarşıdan gələn
Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və şərəfli vəzifəsində
yeni-yeni uğurlar arzulayırıq!..


Heydər Kamal oğlu Piriyev - 1959-cu il sentyabrın 1-də Qərbi Azərbaycanda -
qədim Dağ Borçalının Kalinino rayonundakı Soyuqbulaq kəndində anadan olub.
1974-1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbində oxuyub.
1976-1980-cı illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alıb.
1980-1992-ci illər SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.
1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, fərqlənmiş,
böyük şücaətlər göstərmişdir.

General-leytenant Heydər Piriyev (1959) Heydər Kamal oğlu Piriyev Respublikamızın tanınmış peşəkar zabitlərindəndir.
Alay və briqada komandiri vəzifələrində xidmət etmişdir.
1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə bir sıra dövlət mükafatları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən ona general-mayor rütbəsi verilmişdir.

2002-2009-cu illərdə Heydər Əliyev adına
Ali Hərbi Məktəbin rəisi,
2009-2013-cü illərdə
Naxçıvan Muxtar Respublikasında
Ordu Korpusunun qərargah rəisi

vəzifələrində xidmət etmişdir.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.
Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə şərəflə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin üyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.
Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.
Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

General-leytenant Heydər Piriyev (1959)
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
Respublikamızın tanınmış peşəkar zabitlərindən olan
dəyərli soydaşımız,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Hərbi Akademiyasının rəisi,
General-leytenant Heydər Kamal oğlu Piriyevi
anadan olmasının 60 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona şərəfli vəzifəsində bir daha
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: