Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi keçiriləcək

Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi keçiriləcək Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı 2017-ci ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək.

ATXƏM-in Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçiriləcək tədbirlədə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edəcəklər.

Fevralın 24-də Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə (Adres: PLACE SCHUMAN MEYDANI 1000 Brussel) saat 12:00- 13:30 baş tutacaq mitinqə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin qatılacağı gözlənilir. Qeyd edək ki, fevralın 23-də Brüssel şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım toplantısı da keçiriləcək.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: