Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub 2018-ci il Martın 31-də Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələri və media qurumları rəhbərlərinin, hüquq ictimaiyyəti nümayəndələrinin, alimlərin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.


ZiM.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir soyqırımı qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Ombudsman
Elmira Süleymanova

erməni millətçiləri tərəfindən yüz illər boyu planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb.
O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin, xüsusilə Heydər Əliyev Fondunun gördüyü işləri qeyd edib.
Ombudsman Azərbaycan, fransız, ingilis, rus və türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının önəmindən bəhs edib. Bildirib ki, kitabın beş dildə nəşr edilməsi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünya miqyasında tanıdılması, məsələyə siyasi-hüquqi qiymətin verilməsi baxımından olduqca əhəmiyyətlidir. Beynəlxalq hüquq qaydalarının qorunması, habelə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi beynəlxalq xarakterli cinayətlərlə, xüsusilə terrorçuluqla mübarizə sahəsində fəaliyyətdən də çox asılıdır.
Bununla belə, müasir dövrdə terrorçuluğun transmilli cinayətlərlə qarşılıqlı əlaqəsini də nəzərdən qaçırmamaq lazımdır.
Məhz bu baxımdan, müəllif kitabda terrorçuluq cinayətini beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən bir əməl kimi təhlil edib.
O, ermənilərin azərbaycanlılara qarşı terrorçuluq aktlarını üç aspektdən – beynəlxalq hüququn prinsiplərinin pozuntusu, törədilmiş beynəlxalq cinayətlərlə qarşılıqlı əlaqədə olan ictimai-təhlükəli əməl və sadəcə terrorçuluq cinayəti kimi nəzərdən keçirib.

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olubProfessor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, kitabın nəşrinin bu günə təsadüf etməsi çox böyük hadisədir. Bu, Azərbaycanın hüquq ictimaiyyəti, ümumiyyətlə, bütün ölkə vətəndaşları üçün olduqca mühüm hadisədir.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart soyqırımına siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı bu hadisələrə bir daha elmi, insani və bəşəri cəhətdən nəzər salmağımıza imkan verdi. Kitabın rəyçiləri beynəlxalq hüquq sahəsində çox nüfuzlu şəxslərdir. Bu da, öz növbəsində, Azərbaycana qarşı ədalətsizliyin beynəlxalq aləmə çatdırılmasının bir formasıdır.

Fərhad Abdullayev deyib ki, kitabda beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobudcasına pozulması faktları və nüfuzlu beynəlxalq təşkilatların qərarları, qətnamələri,
o cümlədən Avropa Məhkəməsinin qərarlarında əksini tapan müəyyən məqamların olmasına baxmayaraq, onların icrası baxımından Azərbaycanın kobud şəkildə ədalətsizliklə rastlaşmasının təhlili ətraflı şəkildə verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı səhifələrindən biridir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Hicran Hüseynova bu gün təqdimatı keçirilən kitabın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə göndərilməsinin, həmin ölkələrdə bununla bağlı “dəyirmi masa”ların keçirilməsinin, nəşrdə olan materialların hissə-hissə beynəlxalq səviyyəli media qurumlarının saytlarında yerləşdirilməsinin vacibliyini qeyd edib. Komitə sədri vurğulayıb ki, 31 mart soyqırımı ilə bağlı portal yaradılmalı və bu kimi elmi əsərlər həmin portalda yerləşdirilməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərov,
Ukrayna Hüquq Elmləri Akademiyasının
həqiqi üzvü Oleq Zayçuk, Milli Məclisin
hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli,
parlamentin ictimai birliklər və
dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru
Elçin Əhmədov, ukraynalı professor
Leonid Timçenko, Rusiya Federasiyası
Kazan Federal Universitetinin professoru
Adel Abdulin, Qazaxıstanın Dövlət və
Hüquq İnstitutunun direktoru,
Qazaxıstan Beynəlxalq Hüquq
Assosiasiyasının prezidenti
Aron Salimqerey təqdimatı keçirilən
kitab haqqında fikirlərini bölüşüblər.
Kitabın müxtəlif dillərdə nəşr edilməsinin
əhəmiyyəti xüsusi qeyd edilib.

Bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə planlı şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin törətdikləri qanlı faciələrin ən dəhşətlilərindən biri 1918-ci il martın 31-də azərbaycanlılara qarşı həyata keçirilən, ağır nəticələri ilə seçilən soyqırımıdır. Təkcə Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı barədə bu gün arxivlərdə minə yaxın səhifədən ibarət araşdırma materiallarının olması faciənin miqyasını bir daha göstərir. Tarix sübut edib ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc azərbaycanlıları qəddarlıqla kütləvi qırğına məruz qoyub, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atıb, hadisələri saxtalaşdırıblar.

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olubSonda çıxış edən müəllif - BDU-nun hüquq fakültəsinin dekanı, hüquq elmlər doktoru, professor Əmir Əliyev “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil kitabının yazılmasında əsas məqsədin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri, irəli sürülən ideyaları hüquqi aspektdə təhlil etməkdən ibarət olduğunu deyib.
Professor Əmir Əliyev vurğulayıb ki, Azərbaycan dövlətinin xarici siyasəti beynəlxalq hüquq normalarının bərqərar olması istiqamətində fəaliyyət göstərir. Ona görə də bir hüquqşünas alim olaraq qarşımda mühüm bir məqsəd var idi.
O bildirib ki, Azərbaycan cəmiyyətində aparılan tədqiqatlar, xarici alimlərdən əldə etdiyim bütün materiallar əsasında beynəlxalq hüquq sahəsində biliyimi və tədqiqatlarımı bu istiqamətdə sərf etməli idim. Bu, mənim vətəndaşlıq borcumdur.

Aytac MƏDƏDLİ,
ZiM.Az


Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub







.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: