QAZİLƏR, ŞƏHİDLƏRİN ŞAHİDLƏRİDIR!

QAZİLƏR, ŞƏHİDLƏRİN ŞAHİDLƏRİDIR! Sizlərə Vətən yolunda sağlığından, fiziki bütünlüyündən keçmiş sevimli şagirdim qazi Rəsulov Elnurun həyat və döyüş yolundan bəhs edəcəyəm!

30 ilə yaxın olan bir müddətdə Vətən həsrəti, yurd həsrəti... Bəli,uzun illər qəlbimizdə sağalmaz yara kimi kök salan, mənəviyyatımza ağırlıq gətirən Qarabag həsrəti bitdi.
Müqəddəs torpaqlarımız uğrunda haqq savaşımız Qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşma bacardığını və düşməndən qat-qat üstün olduğunu bütün dünyaya sübut etdi.
Azərbaycan bu döyüşdə parlaq Qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi.
Böyük və əvəzsiz sevinc yaşadıq! Bu möhtəşəm sevinci bir gözümüz ağlar, bir gözümüz gülər yaşadıq!

Xalqımıza Qələbə sevinci yaşadanların biri də Şəkimizin, məktəbimizin fəxri Rəsulov Elnurdur.


33 illik pedaqoji fəailiyyətimdə şagirdlərim arasında elmlər namizədi,həkim, mühəndis və s. müxtəlif sahələrdə çalışan və fəxr ediləsi şagirdlərim olub!Amma heç biri ilə Elnur qədər fəxr etmədim!Bu fəxarət hissinin nə qədər güclü olduğunu ifadə edə bilmirəm.Bu fəxr hissi ilə paralel,Elnurun sağlamlığını və ayağını itirdiyinə görə dərin kədər hissi də keçirdim. Onunla özümü ovundurdum ki, Poladlar canından,Elnurlar sağlamlığından keçməsə idi,30 illik yurd həsrəti bitməzdi... Təkrarsız qələbə sevincini, fəxarət hissini bir xalq olaraq yaşaya bilməzdik!

Mən nə yazaram,nə də jurnalist!Adi bir riyaziyyat müəllimiyəm.Bir müəlliməsi olaraq,Elnuru xalqa tanıtmaq, qəhrəmanlığından,qormazlığından,vətənə dərin sevgisindən bəhs etmək məqsədi ilə ,onun haqqında yazmağı özümə borc bildim!
Qazi Rəsulov Elnur 1995-ci ilin aprel ayının 22-də, Azərbaycanın qədim şəhəri olan Şəki şəhərində, maddi durumu çox aşağı olan ailədə dünyaya göz açmışdır.Elnurun ailəsi qardaşı Elmirdən,atası İlqar,anası Kəmalə xanımdan ibarətdir!
Hələ uşaqikən Elnur, taxtadan avtomat,tank düzəldərdi.Çünki oyuncaq almağa imkanı olmadığından,oyuncağını özü hazırlayırdı. Anasının danışdığı bir hadisənin Elnurun uşaq yaşlarından ürəyində torpaq,Vətən sevgisinin nə qədər dərin olduğunu sübüt edir! Kəmalə ananın dediklərindən: Elnurun 8-9 yaşı olardı.Özü hazırladığı tank və avtomatla qumda, qardaşı Elmirlə oynayırdı. Əvvəl fikir vermirdim.Elnurun qardaşına dedikləri fikrimi cəlb etdi:
--Elmir bax,bu dağ kimi yığdığım qumun bu tərəfi bizik! O biri tərəfi isə, ermənilər !Gəl onları öldürək, Qarabağı alaq!
Baxdım görək, bunlar nə edir? Qumdan təpəciklərlə sədd çəkmişdi.Təpəciklərin o tərəfində quma balaca taxta parçalarını batırmışdı ki,yəni ermənilərdi. Elnur tankiı itələyirdi,Elmir isə əlində taxta silahla irəliyərək,xırda təpəcikləri aşıb,simvolik erməniləri yxırdı.. Taxta parçalarını yıxib qurtarandan sonra,sevincək qışqırdılar ki, erməniləri öldürdük!
Kim deyərdi ki, Elnurun səhnələşdirdiyi uşaq oyunu, illər keçəcək reallaşacaq !Həm də təqribən eyni ilə... Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora!... Mən ana olaraq,hər iki oğlumla o qədər fəxr edirəm ki, ...Elə bir fəxr hissi ki, analıq hissindən qat-qat güclü olan fəxarət və qürur hissi... Qələbə hissi, fəxr və qürür duyğusu, 44 günlük hədsiz naraharçılıq hissinin, göz yaşlarımın üstündən xətt çəkdi.Bu gözəl, əvəzsiz, yeni hissləri yaşadan əsgırlərimizin hər birinə bağrıma basaraq təşəkkür edirəm. Qanı ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyirəm,Elnur başda olmaq bütün qazilərə Allahdan şəfa diləyirəm!...
Fəxrlə adını şəkdiyim qazim Elnura, 5 il riyaziyyat fənni tədris etməklə, sinif rəhbəri olmuşam!Adətən, oğlan uşağı dəcəl olur! Amma Elnur elə deyildi .Çox utancaq, digər şagirdlərə nisbətən, passiv şagird idi.Dərslərə və ətraf aləmə marağı orta səviyyədə idi. Sinif yoldaşları illə əlaqə az qurardı,sanki öz dünyası var idi.Ona bir dəfə də olsa irad tutduğum yadıma gəlmir.Doqquzuncu sinfi bitirdikdən sonra ,məktəbdən çıxdı.Onun haqqında bir də ,sinif yoldaşlarından eşitdim ki, Elnur da Mincəçevir Turizm kollecinə qəbul olunub.Çox sevindim.Bir neçə ay sonra məlum oldu ki, ailənin madddi vəziyyəti çox aşağı olduğundan,Elnur təhsilinə davam edə bilməyiib. Bütün ailənin yükü ,anası Kəmalənin zərif çiynində olması,bir oğul olaraq Elnuru narahat etdiyindən ,fəhləlik etməyə məcbur olub!
Yaşı Vətən borcunu verməyə imkan verən, Elnur 2013-cü ildə Ağcabədi N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayır!Elnur hərbi xidmətdə radio kəşfiyyatçı kimi vətənə borcunu ödəyib.2014-cü ildə hərbi xidmətini başa vuran Elnur evinə qayıdir. Lakin hərbiyə olan marağı,yenidən onun şərəfli peşəyə qayıtmağına səbəb olur!Müddətdən artıq hərbiçi kimi həmişəlik olaraq hərbçi olmağa qərar verir! Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyat taboruna yazılır!Baş kəşfiyyatçı olaraq, hərbi xidmətə başlayır!

Müharibənin ilk günündən, sentyabrın 27-sindən kəşfiyyatçı olaraq on sıralarda olən Elnur,qorxmadan,məğrurluqla,cəsurluqla 5 gün döyüsür.Amma...
Oktyabrın 2-si idi...Düşmən postunu ələ keçirən tabor,postu digər hərbi hissəyə təhvil verən tabor irəli əmri alaraq ,qoxmadan düşmən üstünə hücuma keçdi...
Həmin hücümda pulemyotçu vəzifəsini yerinə yetirən Elnur,yükü ağır olsa da,bir neşə yoldaşı ilə düşmən postuna doğru irələyirdi.Böyük bir fərqlə düşmən pusqusuna düşən tabor, çıxılmaz vəziyyətdə qalır.4 igid əsgər, Elnur və yoldaşlarına yol açmaq məqsədi ilə irəli atılır. İgid əsgərlərimiz, güclü atəşə məruz qalır, ikisi şəhid olur, ikisi isə ağır yaralanır!Bunu görən Elnur ,yoldaşlarına kömək məqsədi ilə ,irəli atılır. Yaralının birini təhlükəsiz yer çəkir, ikinci yaralı üçün bir də qayıtmağa qərar verir... Güclü atəş olunmağına baxmayaraq,digər yaralını atəş altından çəkmək üçün cəhd Elnur, özünü belə düşünmür,ölümün üzünə dik baxaraq, yaralı silahdaşəna doğru sürnəndə, qəfildən... Yazmağa belə əlim gəlmir. Yazdıqca həmin dəhşətli səhnə gözüm önündə canlanır!Qəhərlənməmək mümkünsüz!...

QAZİLƏR, ŞƏHİDLƏRİN ŞAHİDLƏRİDIR! Ölümü gözə alan cəsur Elnur balamız minaya düşərək ağır yararalanır.Çöx ağır yaralanmasına baxmayaraq, yaralı halında belə, yoldaşlarını düşünərək, sürünərək təhlükəli zonadan çıxır! Yaralı Elnuru, yaralı vəziyyətdə sürünməyə məcbur edən səbəb o idi ki,yoldaşları onu qurtarmağa gələndə minaya düşmək, ya da atəşə məruz qalmaları ehtimalı çöx idi... Yoldaşlarını qorumaq üçün dəhşətli ağrılarla,özünü yoldaşlarına yetirən Elnur,çox qan itirdiyindən huşunu itirir.Elnurun dediyinə görə,huşumu itirsəm də ,eşidirdim ki,hava qüvvələrimizin köməyi ilə həmin düşmən yuvası darmadağın edildi.Bu xəbər yarama məlhəm oldu.Elnur onu çiyinlərində daşıyan yoldaşlarından fəxrlə,titrək səslə bəhs edir:
--Abbasov Anar və Mirzəyev Qulu məni növbəli şəkildə bellərində apararaq ilk tutduğumuz posta apardılar.Çatan kimi ağrıkəsici vuraraq,qospitala apardılar.Ayılanda ayağımın birinin olmadığını hiss etdim... Bütün qazilər kimi mən də, Vətən Sağ olsun dedim...
Elnurun əsgər yoldası Niyaməddin Əzimov müsabihəsində Elnurdan fəxrlə danışır:
-7 güllə yarası alaraq,atəş zonasında qalmışdım.Elnur qorxmadan irəli atılaraq, məni təhlükəli zonadan çıxartdı. O da hal-hazırda ayağını itirib, yoldaşlarına, bizlərə görə... İstəyirəm hər kəs onu tanısın. Mən həyatımı şəkili Rəsulov Elnura borcluyam.
Qazi Rəsulov Elnur,Rısulovlar ailəsinin tək oğul deyil ki,döyüşlərdə qəhrəmanlıqla iştirak edib.Elnuru özündən yaşca kiçik qardaşı Elmirin də torpaqlarımızın azd olunmasında rolu var. Həqiqi hərbi xidməti 2017-ci ildə olan Elmir Rəsulov, qardaşının yolu ilə gedərək, həmişəlik olaraq hərbini seçib! 2019-cu ildən Ağstafa N saylı hərbi hissədə, kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. Müharibənin ilk günündən ehtiyat tağımda düşmənlə mübarizə aparıb. Hal-hazırda Kəlbəcərdə, şərəfli peşəsini layiqincə davam etdirir.
Belə qəhrəman ruhlu,vətənə başlı övladlar yetişdirən Kəmalə ana ilə,övladları barədə danışanda kövrəlməmək mümkün deyil. Gözü dolaraq, titrək səslə danişmağı ruhuma işlədi..
-Onlarla elə fəxr duyuram ki... Təkrarçılıq olsa da yenə deyim... Çünki qürur hiss o qədər güclüdür ki... Bütün günü danışsam ürəyim, ruhum dolu... Mən bilməzdim ki, bunlar bu qədər vətənpərvərdirlər! Vətən bu qədər onlara şirin olması, hətta məndən də irəli olması məndə,eləcə də qohum-qardaşda fəxr hissi oyadır!Elnurun vətən üçün canından keçməyə hazır olması qardaşına da bir örnək,nümunədir ! Vətənə ,torpağa dərin sevgini , Elnurdan-atamdan öyrəndim...Mən Elnura Atam deyib müraciət edirəm...İkisi də övladım...Amma Elnur başqa ...O mənə daha çox yaxın...Şükür ki, ayağını itirsə də,sağ- salamatdır Atam...Kəmalə ananı qəhər boğduğundan danışığına ara verdi.Göz yaşını əlinin arxası ilə silib,davam etdi:
--Müəllimə Elnura bu çox şətin gündə daim arxa ,kömək ,dəstək olan birindən danışmaya bilmirəm.Xahiş edirəm ki, Elnur barədə yazınıza onu da əlavə edin!Bu əvəzsiz insan, bacım oğlu Tərlan Səmədovdur!Tərlanım,nəinki yaralandığında,Həmişə Elnuruma arxa və dayaq olub!Atalıq qayğısından məhrum olan Elnura ,sözün əsil mənasında atalıq , qardaşlıq edib!Qospitalda olduğu müddətdə ,Tərlan olmasaydı,mənim ürəyim partlardı.Çünki hər an məni xəbərdar edirdi.Bu da mənə nisbətən rahatlıq verirdi.Allahım Tərlanın əl isidən əlini soyutmasın!Xeyirxah və gözəl ürəyi , ancaq sevincdən,sevgidən titrəsin!
Söhbətin çox həssas məqamında yerində ,Elnurdan soruşmağa çox tərəddüd etdiyim sualı anasına ünvanladım:
- Elnurun sevdiyi var ?Ya da sizin sizin gözaltı etdiyiniz bir qız var?
Kəmalə anaının gözündə qəhər qarığıq sevinc hisslərini gördüm. Bunu hiss edirmiş kimi gözlərimə baxaraq, astaca başını yelləyərək dedi:
- Hə ! Elnurun sevdiyi və sevildiyi var!Beyləqanda hərbi xidmətdə olanda könlünə düşən Nəcibə adlı qız var.Hələ rəsmiləşməsə də,əlaqə saxlayır,elə mən də...Elnur yaralanda ,düzü ağlıma gəldi,qız fikrini dəyişər...Amma indi elə düşümdüyüm üçün özümü qınayıram.

Elnurun yaralandığını Nəcibəyə bacım gəlini deyib.Nəcibə qızım, çox pis olub!Deyib ki, birdən başqa nə isə düşünə bilərsiniz!Əksinə indi Elnuru daha da çox istəyirəm,fəxr edirəm ki, belə oğlanla ailə quracağam,lazım gəlırsə ömrümün sonuna kimi çiynimdə daşımağa hazıram...
Kəmalə ana fikrini tamamlaya bimədi,göz yaşı yanğını islatdı.Məm də mühasibimin bu halına biganə qala bilmədim...Çox duyğulansam da, ürəyim dağa döndü.İndiki gənclik , hər mənada, bizlərin onlar haqqındakı fikirləmizi yaxşı mənada çox dəyişdi, hələ deyərdim bizlərə vətənpərlik, cəsurluq,vətən uğrunda son damla qanını vermək kimi dərs verdi...Nəcibə qızımızın da sevdiyi ilə fəxr hissi duymağı,sevdiyi yolunda fədakarlığa hazır olması,gənc qızlarımızın bir səciyyəvi nümunəsidir!

Çox təəssüf ki, mən Elnurun yaralandığını gec bildim.Şəklini görəndən günlərlə özümə gəlmədim. Və özümə təsəlli verdim ki, əgər Elnurlarımız, Xudayarlarımız canından,qanından keçməsə idi, böyük zəfərin sevincini yaşaya bilməzdik Elnurla ilk söhbətimi heç unutmuram.Söhbətimiz çox duyğulu, həssas notlarla keçdi. Söhbət əsnasında Elnura, incə məqamlara toxunmaqdan ehtiyat edərək, bir sual verdim:
-Elnur, təəssüf hiss keçirirsən?
- Bəli, müəllimə, - dedi və ürəkdən ah keçdi...
O anda ağlımdan təəssüf hissini yaradan səbəblərin hansıların ola biləcəyini düşünərkən, Elnur yarımçıq fikrini tamamladı:
- Çox təəssüf edirəm ki, döyüş yolum çox qısa oldu.Arzum sona kimi getmək idi... Zəfərin qazanılmasında sonuna kimi iştirak etmək, Şuşada bayrağımızın dalğalanmasını görmək idi... Bu möhtəşəm sevinc mənə qismət olmadı.Kaş Şuşadan sonra yaralanaydım. Bir də hərbiyə, dostlarımın yanına qayıda bilməcəyimi düşündükcə ,elə bir təəssüf hissi keçırırəm ki,...- deyərək kövrəldi.
Mən mühasibimi bu vəziyyətdən çıxarmaq üçün başqa tempdə sual vermək məcburiyyətində qaldım:

-Elnur oğlum! Siz bu qədəq ruh yüksəkliyini haradan alırdınız?

QAZİLƏR, ŞƏHİDLƏRİN ŞAHİDLƏRİDIR! Elnur düsünmədən cavab verdi:
- Müəllimə, birinci Ali Baş Komandandan,ikini xalqın dəstəyi və birliyi, məqsədimizdən! Məqsədimizə -torpaqlarımızın yağı düşməndən azad olunması üçün ,nəyin babasına olur-olsun , ancaq irəli getməliydik! Bu imkanı bizə verən, prezidentimizə çox təşəkkür edirəm! Hər kəsin istəyi bir idi ki, hər gün Ali Baş Komandan yeni kəndlərin, şəhərlərin, qəsəbələrin azad olunduğunu elan etsin! Vətən sevgisi , qəlbimizdə o qədər yüksək idi ki, alovlanırdı,bu alov qarşıdakı düşməni yandırıb –yaxırdı .Mən sona kimi gedə bilməsəm də, qanımızla zəfər günü qeyd etdik!Çox qürülü və sevincliyəm ki, Vətəınimin, xalqımın Qarabağ boyda qəlb yarasının sağalmasında az da olsa mənim də rolum var!Bir ayaq nədir ki?...Bütün canın Vətənə qurban , fəda olsun! Vətən sağ olsun!
Elnurun timsalında bütün qazilərə Allahdan şəfa diləyirəm! Şəhidlərimiz ruhu qarşısında baş əyirəm..
Çox çalışdım ki, Vətən uğrunda ayağını , o cümlədən sağlığını itirmiş qazi Elnur Rəsulova layiq yaziı olsun!Nə dərəcədə öhdəsindən gəldim, onu oxuyanlar desin.Bunu özümə mənəvi borc bilərək etdim...Elnurun etdiyi fədakarlıq önündə dənizdə bir damla idi ,bu yazı...Bir daha müəllim kimi şərəfli peşəni daşımağımla fəxarət hissi keçirdim ki,qəlbimdə vətənpərlik hissini ,vətən sevgisini şagirdlərimə ötürə bilmişəm!
Yazımı Elnura yazdığım şeirlə bitirirəm...

Elnurum !

(Ananın dilindən)


Ətrini duyuram burnumda hər an,
Dilimdə dualar, əlimdə quran,
Yaralandın, yuxumda oldu əyan,
Döyūşdə Aslanım, nərim Elnurum!

Canımı canına, qurban dedim mən,
Səninlə döyūndū,odlandı sinəm,
Əlim də catmayır, başına dönəm,
İgidim, ərənim, ərim Elnurum!
QAZİLƏR, ŞƏHİDLƏRİN ŞAHİDLƏRİDIR!
Qūrurum, ümidim, vūqarım mənim,
Aldığım nəfəsim, ruhum, bədənim,
Hər addım yağıya kəsildin qənim,
Döyūşdə Tərlanım, tərim Elnurum!

Ağ etdin obanın-elin ūzūnū,
Döyūş meydanında qoydun izini,
Anam deyib qurban verdin özūnū,
Oğullar içində fərim Elnurum!

P.S.: Şəhid varsa, qazi varsa, deməli,
vətən var, torpaq var, zəfər var!


Ümmü SÜLEYMANOVA,
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: