Kamal Abdulla “Şöhrət” ordeni ilə təltif edilmişdir Rəsmi Xəbərlər, BSU, "Zirvə" 4 Aralık K.M. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 3 dekabr 2015-ci il. TƏBRİK EDİRİK!.. Əziz və hörmətli Kamal müəllimi - xalqımızın böyük ziyalısını və dövlət xadimini, görkəmıli alim və yazıçını "Şöhrət" ordeni ilə təltif olunmağı və yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Vətənpərvərlik, dövlətə və xalqa sədaqət, ziyalılıq örnəyi olan Kamal müəllimə yüksək dövlətçilik fəaliyyətində və yaradıcılığında yeni uğurlar, can sağlığı, səadət arzulayıram!..Asif HACILI, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor. REDAKSİYADAN: Biz də Zim.az olaraq Asif müəllimin bu səmimi təbrikinə qoşulur, çox hörmətli Kamal müəllimi - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), tanınmış dilşünas, görkəmli ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri - Kamal Abdullanı (Abdullayev Kamal Mehdi oğlunu) ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.