Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilibZahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilibZahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib
Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının
sabiq və mərhum sədri,
professor Zahid Qaralovun
müəllifi olduğu
“Heydər Əliyev -
milli ləyaqət ölçüsü”

kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini, YAP Siyasi Şurasının üzvü Bahar Muradova, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Millət vəkili Şəmsəddin Hacıyev kitabın müəllifi olan professor Zahid Qaralovun xidmətlərindən bəhs edib: "Bu kitab Zahid Qaralovun sayca beşinci kitabıdır”.

Bahar Muradova çıxışında deyib ki, heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı olan Zahid Qaralovun itkisi ağırdır: “YAP-ın ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir".

Siyavuş Novruzov isə bildirib ki, Zahid Qaralov fəaliyyətinin bütün dövrlərində öz əsərləri ilə ictimaiyyəti təmin edib: "Bundan sonra da professorun kitabları toplanıb çap ediləcək. Biz birlikdə mütəmadi olaraq ünsiyyətdə olmuşuq, eləcə də regionlarda tədbirlərdə iştirak etmişik. O, hərtərəfli şəkildə iclaslara böyük diqqət yetirirdi. Onun apardığı təbliğat, təşviqat işinin nəticəsi olaraq 10-a yaxın insan "91-lər"in üzvü olub. Zahid müəllimin həyatı ümummilli lider Heydər Əliyev yolu ilə bağlı olub”.

YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib: “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub. Azərbaycanı dünyada Ulu öndər Heydər Əliyev qədər tanıdan şəxs olmayıb”.
Daha sonra professor V.Əliyev bildirib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının Ulu Öndər deyib fəxr etdiyi dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib. Vurğulayıb ki, Zahid Qaralovun yazdığı əsərlər xüsusilə gənclərimiz üçün çox faydalıdır.

Digər qonaqlar da çıxış edərək xatirələrini bölüşüblər.

Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov vurğulayıb ki, bizim üçün dəyərli olan şəxsiyyət Zahid Qaralov uzun illər YAP Səbail rayon təşkilatına sədrlik edib: “İcra başçısı olduğum dövrdə Z.Qaralovla bir yerdə çiyin-çiyinə işləmişik. Mən onun biliyindən, tövsiyələrindən, bacarığından həmişə yararlanmışam. Bu şəxs həm ağsaqqal idi, həm də böyük insani keyfiyyətləri var idi. Onun fikirləri, tövsiyyələri bizlər üçün önəm kəsb edib. O, rayonumuzun inkişafı naminə görülən işlərdə hər zaman bizə dəstək olub”.

Sonda Zahiq Qaralovun yaxın qohumu, Prezident Administrasiyasının məsul işçisi Xıdır Qaralov çıxış edərək, Ulu öndərin həyat və fəaliyyətindən, eləcə də, Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun inkişafının yollarını göstərən Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib. Daha sonra o, ailələri adından, eləcə də bütün Qaralovlar və Qaralovsevərlər adından ölkə rəhbərinə, tədbirin təşkilatçalarına və bütün iştirakçılara öz dərin təşəkkürünü və minnətdarlığını bildirib.


Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: