Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin baxış kontekstində YAP, Regionlar, ADPU 19 Mart Əsası Ümummilli Liderimiz Dahi Heydər Əliyev tərəfindən qoyulan , dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi çox mühim və qürur dolu bir zamana təsadüf etdi. Yeni Azərbaycan Partiyasının hər bir qurultayı dövlətin marağlarının icrasına xidmət edir və cəmiyyətin diqqətini hər zaman bu məcraya yönəldir. Müzəffər Ali Baş Komandanımız, yenilməz sərkərdə Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən dinamik inkişaf mərhələləri və son dönəmin ən böyük hərbi və siyasi uğuru olan 44 günlük Vətən müharibəsi, möhtəşəm Zəfər günü bir daha bu ölkənin gürurunu dünya arenasının diqqət mərkəzinə gətirdi. Elə VII-ci dəfə keçirilən növbəti qurultayın da ən böyük amalı xalqa xidmət və sədaqət göstərmək olan Yeni Azərbaycan Partiyasının bundan sonra da dövlətçilik ənənələrinin, Vətənçilik ideologiyasının təbliğini və milli təhlükəsizliyə xidmətini bir daha sübut etdi. Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın məqsədyönlü fəaliyyət planı, gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət öz tutumu ilə hər zaman yerli və xarici müşahidəçilərin diqqətini cəlb etmişdir. Cənab Prezidentimiz İlham Əliyevin qurultaydakı möhtəşəm çıxışında qarşıdakı quruculuq dövründə partiyanın qarşısına yeni və mühim vəzifələr müəyyənləşdirmiş və onların həyata keçməsi üçün öz tapşırıq və tövsiyyələrini verib. Bu partiya sıralarında şərəflə irəliləyən hər bir siyasi həmfikir ölkə başçımızın bu tövsiyələrindən yararlanaraq bu ideaların həyata keçməsi üçün əlindən gələni edəcəkdir. Məlumdur ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiası və yeni qurum olan YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Bu da bir daha sübut edir ki, bu partiyanın sıralarında hər kəsə yer var və hər kəs bərabər hüquqlu fəaliyyət göstərir. Bu gün həm də ölkəmizdə Gənclər siyasətinə də geniş yer ayrılmışdır. "Bacarıqlar diplomdan daha üstündür" devizi ilə ölkə gənclərinə stimul verən dövlət başçımız bu gün ən mühim idarəetmə strukturlarına gənc kadrları təyin edir və yüksək etimad nümayiş etdirir. Biz ölkə gəncləri və YAP fəalları da hər zaman Prezidentimizin ətrafında sıx birləşərək onun apardığı məqsədyönlü və uğurlu siyasəti bəyənir və dəstəkləyirik.Yaşasın Yeni Azərbaycan Partiyası!Nəhayət Şirinova,YAP Quba Qadınlar Sırası sədr müavini,ADPU Quba filialının əməkdaşı,Qızıl Qələm Media Mükafatı Laureatıictimaiyyətçi,ZiM.Az-ın xüsusi müxbiriZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.