"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı...

"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı... 8 oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

ZiM.Az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:


"Oktyabrin 8-də Gürcüstanda keçirilən parlament seçkiləri burada yaşayan bütün millətlərin həyatında tarixi səhifə açmışdır.
Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

Təəssüf ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı baş vermiş qarşıdurma və bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır.

Hesab edirik ki,Gürcüstan dövlətinin və bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçkiləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları dəstəkləyir və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: