Layihələrin yazılması və idarə olunması Digər » GVİİM 26 Aralık Azərbayan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişaf Mərkəzi (AzTU GVİİM) ASAN Xidmətlə birgə Asan könüllülərinə “Layihələrin yazılması və idarə oluması” adlı nəzəri və praktiki təlim keçirib.Təlimçi Vüqar Əliyev ilk öncə “layihə nədir? Layihə nə cür yazılmalıdır?” istiqamətində təlimə start verib. Təlim zamanı ideyaların formalaşması, problemlərin həlli istiqamətində təkliflərin hazırlanması mövzularından geniş söhbət açılıb. Eyni zamanda layihənin yazılma ardıcıllığından və düzgün idarə olunmasından danışıb. Qeyd edib ki, layihənin yazılmasında qarşıya qoyulmuş məqsəd və vəzifələr əsas şərtlərdən biridir.Daha sonra nəzəri hissədə öyrənilən məlumatlar praktiki hissədə həyata keçirilib və sonda birgə xatirə şəkil çəkilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.