“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib Ukraynanın Kiyev şəhərində beynəlxalq “StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” təşkil olunub.
Məqsəd dövlət və özəl sektor, qeyri-hökumət təşkilatları və maliyyə qurumlarının yerli nümayəndələrini bir yerə toplayaraq, regiondakı innovativ iqtisadiyyatın inkişafı üzrə görüləcək işlərin müzakirə, eyni zamanda Avrasiya ölkələrinin qlobal iqtisadi
və təhlükəsizlik sisteminə inteqrasiyasına kömək etməkdir.


Tədbirdə ölkəmizi təmsil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Avrasiyada İT sənayesi - fərqli yollar, ümumi çağırışlar” mövzusu üzrə paneldə təqdimatla
çıxış edib.

Nazirlik rəsmisi Azərbaycanda formalaşmış İKT və innovasiya ekosistemi barədə ətraflı danışaraq, dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb.
Bildirib ki, ölkəmizdə innovasiya təşəbbüskarlığının təbliği, innovativ layihələrə, o cümlədən startaplara qrant, güzəştli kredit verilməsi, innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi istiqamətində davamlı işlər görülür.
Müzakirələrdə Azərbaycanda İKT sahəsi üzrə trendlərin hazırkı vəziyyəti və perspektivləri də prioritet olub.

Forum Avrasiya regionu üzrə vahid İKT infrastrukturunun yaradılması, innovativ xidmətlərin göstərilməsi kimi mühüm məsələlərə dair müzakirələrlə davam edib.

Aytac MƏDƏD,
ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: