SAN Kİ, GÖYƏRÇİNLƏR DƏ VİDAYA UÇUB GƏLMİŞDİLƏR Digər » Nekroloqlar 15 Aralık ALLAH RƏHMƏT ELƏSİN!..Heç inanmağım gəlmir...Bu gün şox üzücü xəbərlə başladıq günə - BDU-nun "Bitki fiziologiyası" kafedrasının müdiri, "Şöhrət" ordenli professor, ləyaqət sahibi olan əsl alim, əməkdar elm xadimi, ABŞ-ın İllinoys EA-nın həqiqi üzvü, hamımızın sevimlisi, nəhayət əziz qonşum NEMƏT QASIMOV haqq dünyasına qovuşdu.Vaxtilə bitki fiziologiyası sahəsində Nobel mükafatı alması üçün cəmi 2 səs çatmırdı. Bütün dünyada etiraf olunmuş alim idi Nemət müəllim.Qonşu kimi də əvəzi yox idi.Evlərimizdə iki Mələk böyüdüyündən hər dəfə ya BDU-nun dəhlizində, ya da həyətdə məni görəndə: "Şair. 2 misra deyəcəm, ardını sən de. -Bir həyətdə iki MƏLƏK,İki arzu, iki kələk", -deyirdi.Mən də hər dəfə cavabımda: -"Nemət müəllim. Sizdən sonra söz deməkmi olar?!", -deyirdim.O, həmişə deyirdi ki: "Anar, pəncərəmizə qonan çöl göyərçinləri yemi əlimdən yeyirlər". Nə vaxtdır həyətimizdə geniş miqyaslı təmir işləri getdiyindən həmin göyərçinlər də yoxa çıxmışdılar. Bu gün onlarda olanda xanımı Zeynəb xanım məni qucaqlayıb ağlaya-ağlaya: "Anar müəllim. Bu gün birdən o göyərçinlər hamısı pəncərəyə yığışdılar. Çox keçmədi ki, bu dəhşətli hadisə baş verdi", deyəndə heç birimiz göz yaşımızı saxlaya bilmədik. Görünür, göyərçinlər san ki, faciəni öncədən duyaraq, çörək verənləriylə son vidaya yığışıblarmış...Allah Nemət müəllimə rəhmət eləsin!Çox təəssüf edirəm ki, belə ləyaqətli insanlar günbəgün azalır aralarımızdan...Mən Nemət müəllimin xanımı Zeynəb xanıma, qızı Lalə xanıma, kürəkəni Nazim müəllimə gəlini Pərvin xanıma və oğlu Fikrətə dərin hüznlə baş sağlığı verirəm.Yeriniz həmişə görünəcək əziz Nemət müəllim, həm həyətdə, həm də həyatda...Anar TOFİQ FUADREDAKSİYADAN: Biz də ZiM.Az-ın yaradıcı heyəti adından BDU-nun "Bitki fiziologiyası" kafedrasının müdiri, "Şöhrət" ordenli professor, Əməkdar elm xadimi NEMƏT QASIMOVun vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüzhlə başsağlığı veririk.Allah rəhmət eləsin!..Ruhu şad olsun!..Aysel MƏDƏDLİ,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.