“B2B-fltworld.com” online bronlaşdırma sistemi təqdim olunub

“B2B-fltworld.com” online bronlaşdırma sistemi təqdim olunub “Falcon Luxury Travel” şirkətinin yaranmasının 2-ci ildönümü, həmçinin yeni istifadəsinə başlanılan “B2B-fltworld.com” online bronlaşdırma sisteminin təqdimatı ilə bağlı tədbir keçirilib.

ZiM.Az xəbər verir ki, JW Marriott Absheron Baku otelində baş tutan tədbirdə yerli turizm sənayesinin nümayəndələri və xarici tərəfdaşlar iştirak edib. “Falcon Luxury Travel” şirkətinin İcraçı direktoru Kəmalə Musayeva tərəfindən şirkətin fəaliyyəti, həmçinin “B2B-fltworld.com” online bronlaşdırma sistemi haqqında tədbir iştirakçılarına məlumat verilib. Daha sonra şirkətin 2 illik fəaliyyətinə həsr olunmuş video rolik və “B2B-fltworld.com” online bronlaşdırma sistemi nümayiş etdirilib. Təqdimatdan sonra Azərbaycan otellərinin adı çəkilən sistem vasitəsilə dünya bazarına satışa çıxarılması və diğər məsələlər ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: