31 mart - Azərbaycanlıların soyqırımı günüdür

31 mart - Azərbaycanlıların soyqırımı günüdür Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli qərarı ilə 31 mart azərbaycanlıların soyqırım günü kimi tarixə həkk olunub. Məlumat üçün bir daha bildirim ki,1918-ci il 30 mart - 2 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Hacıqabul, Lənkəran və digər ərazilərdə erməni Daşnaksütyun partiyası və Bakı sovetindən olan silahlı dəstələr azərbaycanlılara qarşı qırğın törədiblər. Rəsmi mənbələrə istinadən 12000-ə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilib, 10000 soydaşımız itkin düşmüşdür... Bu qətliam məhz azərbaycan türklərinə qarşı törədilmiş qanlı bir faciədir..
Elə bir faciə ki, miqyasına görə Xocalı faciəsindən dəfələrlə böyük və tükürpədəndir və azərbaycanlıların birbaşa kökünü kəsmək məqsədi güdür... Bu da təsadüfi deyil, çünki hadisəyə məntiqi qiymət versək görərik ki, bu və buna bənzər digər faciə, soyqırım, parçalanma, müqavilə ( 1913-cü il Gülüstan və 1928-ci il Türkmənçay müqavilələri ), işğal və sair hadisələrin yaşanmasına səbəb ölkəmizin çox mühüm bir strateji əhəmiyyətli ərazidə yerləşməsi, yaşadığımız regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyənlərin siyasi tamahıdır. Burada əsas rollardan birində gedən " erməni amili " də bir növ siyasi alət, maşa kimi istifadə olunur..Təbii ki ermənilərin alçaqlığı, tamahkarlığı, vəhşiliyi, nankorluğu faktlarını da xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyil ki XIX əsrin əvvəllərində Qafqaz qoşunlarının baş komandanı general Sisianov Gəncəni ələ keçirdikdən sonra, 19 saylı raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik. Düşünürəm ki, heç bir əlavəyə ehtiyac olmadan elə bu cümlə bundan sonra baş verəcək hadisələrin-1805-ci il general Sisianov və Qarabağ xanı İbrahim xan arasında imzalanmış müqavilədən tutmuş, yuxarıda qeyd etdiyim müqavilələr, 31 mart azərbaycanlıların soyqırımı, Xocalı faciəsi, 2016-cı ildə baş vermiş aprel döyüşləri- lakonik izahıdır..
XIX əsrin əvvəllərində dağlıq Qarabağa əvvəl rəsmi şəkildə 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Bununla da bundan sonra xalqımıza qarşı gələcəkdə baş verəcək faciəvi hadisələrin təməli qoyuldu.

Çar Rusiyasının himayədarlığı altında ermənilərin "böyük Ermənistan " yaratmaq iddiaları da bu ərəfələrdə doğuldu və heç vaxt ölmədi.. Alçaqlıqla, şərəfsizliklə, namərdliklə, xainliklə qidalanan " böyük Ermənistan" xülyaları heç vaxt ölmədi, bataqlıqda, çirkabda daha yaxşı qidalanıb gündən-günə boy atan yaban otlara bənzəyən bu iddialarını sələfdən xələfə ötürə-ötürə daha da böyütdülər və lazım gəldikdə bu çirkin məqsədlərini reallaşdırmaq üçün insanlara, insanlığa qənim kəsildilər. Millətçi erməni dığaları Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Qınçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdılar. Bundan sonra da, adı çəkilən iddialarını təmin etmək məqsədilə öz doğma, tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı şəkildə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Və fevral ayında Bakıda erməni kilsəsinin yaxınlığında Sabunçu kənd sakini Ağarza Babayevin ermənilər tərəfindən öldürülməsi ilə və hadisə yerinə toplaşan azərbaycanlıların qətlə yetirilməsi ilə başlanan və tarixə "Bakı şəhərində qanlı qətliam" kimi düşən 1905-ci il qırğını..Təbii ki bu hadisələr son olmadı, əvvəli Bakıda başlanan qətliamlar Gəncədə, İrəvanda, Naxçıvanda, Qarabağda, Zəngəzurda və digər bölgələrdə də davam etdi.. Erməni separatçıları tərəfindən kütləvi şəkildə azərbaycanlılar qılıncdan keçirildi, və ermənilərə xas bir şəkildə qadınlara, qocalara, hamilələrə, körpələrə rəhm olunmadı və xüsusi amansızlıqla məhv edildilər.1905-1906-cı illərdə törədilən terrorlar irəlidə olacaq və həmvətənlərimizin bir daha məruz qalacağı soyqırım və deportasiyalar silsiləsinin ilk mərhələsi idi.

Bu alçaqlıqlardan başını itirmiş millətçi oğlumuz Əhməd bəy Ağayev erməni millətçi-şovnistlərinə sinə gərmək üçün 1905-ci ildə Gəncədə "Difai" (difai sözü ərəbcədən müdafiə, dəf etmək sözləri ilə eyniköklüdür) adlı təşkilat yaratdı. Şüarı " Heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik!" Və 1907-ci ildə İsmayıl bəy Ziyadxanovun başçılıq etdiyi "Müdafiə" təşkilatının məramı da erməni siyasətinə qarşı xalqımızı qorumaq idi.

Bütün bunlara baxmayaraq, daşnaklar öz çirkin məqsədlərini reallaşdıraraq, Stepan Şaumyanın liderliyi ilə 1918-ci ilin 30 mart-3 aprel tarixlərində xalqımıza qarşı böyük miqyaslı bir terror, dəhşətli soyqırım, qətliam düzənlədilər.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”

Bu hələ milliyətcə bizə yad olan, ermənilərlə eyni dinə mənsub olan bir xalqın nümayəndəsinin dedikləridir. Onu da qeyd edim ki, bu yeganə fakt deyil, tarix boyu Zaqafqaziya regionuna səyahət etmiş qeyri millətlərin nümayəndələri bizim xalqımızın nəcib xüsusiyyətləri və ermənilərin alçaq sifətləri barədə sitatlar yazmışlar.

Bu soyqırım nəhayət, Osmanlı Türkiyəsinin Azərbaycan və Dağıstanı xilas etmək üçün qərargah yaratması və 29 yaşlı Nuru Paşanın Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə sona çatdı.. Nuru Paşanın bu yöndə xidmətlərini danmaq olmaz ki, bu qırğına onun gəlişi son verdi.Və nəticə etibarilə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirdi, 10 minlərlə insanı öz torpaqlarından qovdu. Buna görə də, 31 mart xalqımın tarixinə qara hərflərlə yazılaraq azərbaycanlıların soyqırım günü kimi qeyd olunur.. Allah ermənilərə və erməni xislətlilərə lənət eləsin!

Türkan BAYRAMOVA

ZiM.Az


.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: