Hörmətli Kəmaləddin bəy, 55 yaşınız mübarək olsun!.. Digər » Təbriklər 17 Temmuz TƏBRİK EDİRİK!..Fövqəladə Hallar Naziri hörmətli Kəmaləddin bəy! 55 yaşınız mübarək olsun! İyulun 15-də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun doğum günüdür!Hörmətli Kəmaləddin bəy! 55 yaş bayram yubileyidir. Bayramınız mübarək olsun!.. 55 yaş=yarım əsr+5 il deməkdir. Arzu edirik 55+55=110 il və daha çox yaşayasınız, həmişə sağlam olasınız və daha böyük fəaliyyət göstərəsiniz! Arzu edirik həyatınızın gələcək 55 ilində indiyə qədər gördüyünüz gözəl işlərdən 10 qat artığını edib dostlarınızı sevindirəsiniz! Arzu edirik müdrikliyiniz və pozitiv təcrübəniz gələcək zamanlarda daha da artsın və gücünüzə güc qatsın! Qurub -yaratmaq istiqamətindəki bütün fəaliyyətiniz yüksək səmərə versin və dəyərli arzularınız həyata keçsin! Arzu edirik geniş spektr və istiqamətləri əhatə edən fəaliyyətinizlə həyatımızın bütün sahələrində fövqəladə hallar yarada bilən hadisələrin qarşısını alasınız! Siz dünya malının dünyada qaldığını, dünya malının insanların və dövlətin inkişafı üçün yaradıldığını bilən filosof təbiətli, yüksək biliyə malik ziyalısınız! Sizin fəaliyyətinizin nəticələri insanları dövlətçiliyimiz ətrafında birləşməyə, gözəlliklər yaratmağa, vətəni və dövləti sevməyə çağırır! Gördüyünüz işlər və yaratdığınız musiqilər möhtəşəm və incə olmaqla insanın zövqünü oxşayır! Sizə həyatın ən böyük nemətlərindən olan can sağlığı arzulayırıq!55 yaşınız mübarək olsun! Dərin hörmət və ehtiramla,Prof.Dr. Qüdrət İsaqovAvropa Təbiət Elmləri Akademiyasının akademiki. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.