"Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq" - Azərbaycan - İraq mədəni əlaqələr sərgisi Dünya, Turan 21 Temmuz İyulun 21-də "PRİNS" Şadlıq sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan - İraq Mədəni Əlaqələr” İctimai Birliyinin “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq - Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizin beynəlxalq mediada təqdimatı” layihəsində nəzərdə tutulmuş, Azərbaycan-İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini və tarixi həqiqətlərini beynəlxalq ictimaiyyətə təbliğ etmək məqsədi ilə “Azərbaycan-İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini, tarixi həqiqətlərini beynəlxalq media və ictimaiyyətinə təbliği” sərgisi keçirildi.ZiM.Az xəbər verir ki, sərginin açılışı və təqdimatı olaraq, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad olundu, sonra Azərbaycanın və İraqın Dövlət Himləri səslənildi.Layihənin direktoru, “Azərbaycan - İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi və məramı, Azərbaycan və İraq xalqlarının multikültüralizimini və mədəniyyətini, milli dəyərlərimizi qoruyaraq beynəlxalq ictimaiyyətinə təbliğ etməklə, tarixi həqiqətləri beynəlxalq media və ictimaiyyətinə çatdırmaq, milli dəyərləri qoruyub təbliğ etməklə xalqlar arası əlaqələri gücləndirtməkdir.Sərgidə İraqın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Awad Jebur AL-Shuwaili, səfirliyin əməkdaşları, və İraqdan gəlmiş İraqlı jurnalistlə və mədəniyyət xadimləri ilə yanaşı, Milli QHT Forumunun prezidenti, Rauf Zeyini, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un Azərbaycan təmsilçiliyinin kordinatorları Akif Nağı, "İşğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un Rusiya təmsilçiliyinin kordinatoru Sərraf Kərimov, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov, “Dünya Azərbaycanlılarının Vətənpərvərlər” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin baş katibi və "Birlik" jurnalın baş redaktoru İlqar İlkin, "Respublika" qəzetinin şöbə müdiri Qədir Aslan, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgər qızı, "Müharibə Veteran Qadınlarının Sosial Problemlərinə Dəstək" İctimai Birliyinin sədri Radə Abbas, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova və başqa ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak edərək təşkil olunmuş “Azərbaycan - İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini, tarixi həqiqətlərini beynəlxalq media və ictimaiyyətinə təbliği” sərgisi haqında öz xoş sözlərini bildirdilər.Sərgidə İraqın Azərbaycandakı Fövqaladə və səlayihətli səfiri cənab Awad Jebur AL-Shuwaili “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin həyata keçirtdiyi, “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq” - Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizi beynəlxalq mediada təqdimatı” layihəsi və təşkilolunmuş, “Azərbaycan-İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini, tarixi həqiqətlərini beynəlxalq media və ictimaiyyətinə təbliği” sərgisi haqında öz xoş sözlərini bildirdilərək, qeyd edib ki, bu gün İraq dövlətinin çətin günündə əhəmiyyətli layihəni və sərgini dəstəklədiyi üçün, İraq dövlətinin rəhbərliyi adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Şuranın bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.Daha sonra sərginin müxtəlif sahələr üzrə, Azərbaycan-İraq xalqlarının milli folklorunun, tarixi-mədəniyyətin, incəsənət nümunələrinin, milli geyimlərinin, milli musiqilərin, milli mətbəxlərinin və Qarabağ hadisələrində erməni separatçılarının törədikləri vəhşilikləri əks etdirən şəkillərin nümayiş edildi.“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova həyata keçirilən “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin, “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq”-Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizi beynəlxalq mediada təqdimatı” layihəsinə və layihədə nəzərdə tutulmuş, “Azərbaycan-İraq xalqlarının multikulturalizmini, milli dəyərlərini, tarixi həqiqətlərini beynəlxalq media və ictimaiyyətinə təbliği” sərgisinə dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Şuranın butün əməkdaşlarına, İraqın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Awad Jebur AL-Shuwaili, səfirliyin əməkdaşları, və İraqdan gəlmiş jurnalistlərə və mədəniyyət xadimlərinə və başqa təşkilatlara öz minnətdarlığını bildirərək, onları təşkilatın adından Fəxri Fərmanlarla mükafatlanırdı.Sonda sərgidə iştirak edən qonaqlar və sərgi iştirakçıları üçün Azərbaycan-İraq xalqlarının milli mətbəxinə aid yeməklərlə və şirniyyatlılarla bəzədilmiş nahar süfrəsi təşkil edilərək hər iki xalqların zəngin mətbəxi nümayiş olundu.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.