İtaliyada Xocalı qurbanları anılıb

İtaliyada Xocalı qurbanları anılıbİtaliyada Xocalı qurbanları anılıb Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin iştirakı ilə anım gecəsi keçirilib. Comunanın binasının böyük konfrans zalında baş tutan tədbirin təşkilatçıları Azərbaycanın İtaliyadakı Səfirliyi, Busto Garolfo şəhər bələdiyyəsi, Orizon Akademiyası və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasıdır.

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsindən ZiM.Az-a bildiriblər ki, anım gecəsində Azərbaycan Səfirliyinin Birinci katibi Erkin Heydərli qonaqları salamlayaraq onlara, xüsusilə də Milan Provinsiyası Bələdiyyəsinin başçısına tədbirdə iştirakına və mərasimin təşkilində göstəridiyi dəstəyə görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycanın tarixi və müasir dövrü haqqında qısa məlumat verən E.Heydərli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş danışıb. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi soyqımı, uşaqlara, qadınlara, xəstələrə və dinc əhaliyə qarşı törədiyi vəhşiliklər, öz torpağında günahsız insanların amansızcasına qətlə yetirilməsi iştirakçıların diqqətinə çatdırılıb. İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev Xocalı soyqırımından 25 il keçsə də, azərbaycanlıların yaddaşından bu faciəsnin nəinki silinmədiyini, əksinə daha dərin izlər buraxdığını və daha önəmli tarixə çevrildiyini qeyd edib. Milan Provinsiyası Bələdiyyə başçısının xanımı Buondi Susanna isə Azərbaycan dostluq əlaqələrindən danışıb. B.Susanna soyqırımı hadisələrinin ağrılarını hiss etdiyini bildirib.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.
Daha sonra İtaliya Akademiyasının dosenti, xoreoqraf Mais Nuriyevin “Xocalı” kompozisiyası tamaşaçılara təqdim edilib.
Ardınca tanınmış italyan şairi, Milan Konservatoriyasının professoru, Azərbaycan Yazıçılar İttifiqanın üzvü, Vladimir Delman adına xorun bədii rəhbəri Davide Gualtieri “Xocalı” şeirini bəstələdiyi musiqinin müşayiəti ilə səsləndirib.
Həmin şeri Azərbaycan dilində İtaliyada Azərbaycan Assosiasiyasının prezidenti Mais Nuriyev ifa edib.
Daha sonra bir çox Azərbaycan şairlərinin şeirləri italyan dilində rəqs və musiqinin müşayiəti ilə səsləndirilib. M.Nuriyev və D.Gualtieri Günel Anarqızının “Qarabağ hekayələri”nin bir hissəsini də italyanca tamaşaçılara təqdim edib.

Tədbirin sonunda iştirakçılar Qarabağ, Xocalı həqiqətlərinə dair müzakirələr aparıb, soyqırımı aktını törədənləri pisləyib.
Azərbaycanı sevdiklərini bildirən qonaqlar ölkəmizə səfər etmək arzusundan olduqlarını dilə gətiriblər.
Milan kollecinin baş müəllimi Xocalıya həsr edilmiş tamaşanın, rəhbərlik etdiyi kollecdə göstəriləcəyini deyib.

Anım gecəsinin keçirildiyi məkanda Xocalı soyqırımına həsr olunmuş xüsusi guşə yaradılıb.
Burada “Xocalıya ədalət” şüarları, broşurlar, Xocalı həqiqətləri haqqında müxtəlif kitablar, şəkillər sərgilənib, qonaqlara bəzi kitablar qonaqlara hədiyyə edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: