Diasporla İş Üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib Dünya » Diaspora 13 Mayıs TƏBRİK EDİRİK!..Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.Zim.Az Diaspora.az-a əsasən bildirir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, aktiv fəaliyyəti ilə seçilən Ramin Məmmədov 2012-cü ildə ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.O, bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müavini vəzifəsini icra edəcək.Ramin Məmmədovu yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.