Tanınmış jurnalist Dövlət Komitəsinə mətbuat katibi təyin olunub Dünya » Diaspora 18 Mayıs TƏBRİK EDİRİK!..İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.Komitədən verilən xəbərə görə, Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək. Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.Xatırladırıq ki, Vəsilə Vahidqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib."Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.Yeni vəzifəyə təyin olunana kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Anons şöbəsinin rəisi olub."Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.Həsən bəy Zərdabi mükafatı laureatıdır.Biz də Vəsilə xanıma yeni, çətin, lakin şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!.. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.