Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi

Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldiAzərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Azərbaycan və İsrailli ekspertlər BMM-də bir araya gəldi Bu gün BMM-də
“Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyasının Bakı şəhərində Qafqaz üzrə nümayəndəliyinin açılışı münasibəti ilə təşkil olunan “Avropanın Azərbaycana ikili standart siyasəti İsrailli ekspertlərin gözü ilə” mövzusuna həsr edilmiş konfrans keçirilib.


Beynəlxalq Diaspor Mərkəzi (BDM), “Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyası və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunmuş Konfransda Türkiyə, Gürcüstan, Rusiya, İsrail və başqa ölkələrdən gələn qonaqlar - rəsmi, eyni zamanda qeyri-rəsmi qurumların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin (BDM) rəhbəri, 60 saylı Neftçala-Salyan dairəsindən millət vəkilliyinə namizəd İsmayıl Ağayev (Azərbaycan) çıxışında bildirib ki, "Biz Beynəlxalq Diaspor Mərkəzi olaraq dəfələrlə Avropanın ölkəmizə qarşı ikili standartlarla yanaşmasına, qərəzli qətnamələr qəbul etməsinə etiraz olaraq həm ölkədə, həm də ölkədən kənarda müxtəlif aksiyalar, konfranslar keçirmişik. Təəssüflər olsun ki, özünü “ədalət carçısı” adlandıran və insan haqlarını müdafiə etdiyini bildirən Avropa Azərbaycan xalqına edilən haqsızlıqlara göz yumur. Azərbaycanın lehinə qəbul olunan qətnamələrin yerinə yetirilməsinə mane olur. Azərbaycanın torpaqları işğal olunanda, Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından azərbaycanlılar deportasiya ediləndə, Xocalıda ermənilər soyqırım törədəndə "ədalət carçısı", "insan haqları müdafiəçisi" olan Avropa nəyə görə səsini çıxarmadı?".

İsrailin "Safadi" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri cənab Mendi Safadi öz çıxışında İsrailin daim Azərbaycanı dəstəklədiyini, Avropanın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı olmadığını, Azərbaycanın tolerant və demoktarik bir dövlət olduğunu bildirib. O həmçinin qeyd edib ki, "Mən gələn həftə Amerikada beynəlxalq konfransda çıxışımda bu mövzuya geniş yer ayıracağam."

Konfransda iştirak edən Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksəl Gülbəy öz çıxışında bildirib ki, "Hal-hazırda Avropa tərəfindən Azərbaycana qarşı gözlə görüləcək dərəcədə təziq var. Qəbul etdikləri hər qətnamə və qərarda Azərbaycanı gözdən salmağa çalışırlar. Lakin biz qardaş ölkə olaraq daim Azərbaycanın yanındayıq və onlara Azərbaycanı əzmələrinə izin verməyəcəyik".

Daha sonra çıxış edən Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev bildirib ki, "Biz müasir, sivil və demoktarik dövlət olduğumuzu hər zaman bütün dünyaya bəyan edirik. Lakin Avropa hər kiçik məsələyə görə Azərbaycana qarşı qərəzli çıxışlar edir, qətnamələr qəbul edir. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi artıq iflasa uğrayıb."

Tədbirdə həmçinin çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri, akademik Natiq Bədəlov (Rusiya-Tatarıstan), Beynəlxalq İnsan Hüquqları Komitəsinin (CIPDH) inspektoru, ekspert Firdovsi Ələkbərov, İsrail Hərbi Əlillərin Qeyri-Yəhudi Sektorunun sədri Samir Masalha(İsrail), "Gürcüstan-Azərbaycan Dostluq Evi"nin rəhbəri Georgi İvenaşvili (Gürcüstan), BDM-in Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Şapiro Suliman, İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və Beynəlxalq Diplomatiya Akademiyasının MDB ölkəri urzə diplomatı, sülhməramlı səfir Aleksander Şapiro Suliman (İsrail),"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev (Azərbaycan) “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri Rizvan Hüseynov(Azərbaycan), də öz çıxışlarında Avropanın daim Azərbaycana qarşı birbaşa qərəzli mövqe tutduğunu və ədalətsizlik etdiyini bildiriblər. Sonda bir qrup şəxs fəxri diplom və hədiyyələrlə təltif edilib.

Müşfiq BORÇALI
"Şərqin səsi".


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: