Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat yayıb

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat yayıb “Rusiyadakı onlarla Azərbaycan diaspor təşkilatının özündə birləşdirən Ümümrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı yayılmış məlumatlar bizi dərindən sarsıdıb” - Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.

Azərbaycan Slavyan Gənclər Assosiasiyası hesab edir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycan xalqları arasında əsrlərə dayanan dostluq münasibətlərinin möhkəmlənməsinə qarşıdır: “Rusiya və Azərbaycan prezidentlərinin razılığı və dəstəyi ilə yaradılan ÜAK Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsində böyük xidmətləri olan, eyni zamanda Rusiyadakı azərbaycanlıları bir araya gətirən ən böyük diaspor təşkilatlarından biridir. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsində bu kimi xoşagəlməz hadisənin baş verməsi bizi dərindən sarsıdıb”.

ZiM.Az bildiri ki, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanatında deyilir ki, Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi bir zamanda bu məsələnin gündəmə gətirilməsi iki ölkə arasında münasibətlərin soyuqlaşmasına xidmət edir.

Azərbaycan Slavyan Gənclər Assosiasiyası hesab edir ki, ÜAK-la bağlı yaranmış vəziyyət qeyri-obyektivdir və problemin gündəmə gətirilməsi Azərbaycanla Rusiya qardaşlığına qarşı qısqanclıq meyllərinin nəticəsidir:
“Biz, ASGA Rusiya nümayəndəliyi olaraq ümid edirik ki, problem hər iki ölkənin maraqlarına uyğun, ədalətli şəkildə həll ediləcək və Rusiyadakı ən böyük ictimai təşkilatlardan biri olaraq fəaliyyətini davam etdirəcək”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: