Beynəlxalq Antiişğal Forumu Türkiyədəki terror aktını lənətlədi

Beynəlxalq  Antiişğal Forumu Türkiyədəki terror aktını lənətlədi Beynəlxalq Antiişğal Forumu (İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forum) BƏYANAT yayıb.

Beynəlxalq Antiişğal Forumunun Mətbuat Xidmət
indən Zim.Az-a bildirmişlər ki, 29 iyun 2016-cı ildə yayılmış Bəyanatda deyilir:

Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş verən qanlı terror hərəkətini qətiyyətlə pisləyib, terroru sifariş verənlərin və törədənlərin bir gün qanun qarşısında cavab verəcəyinə əminik. Bu terror hadisəsini bəzi məkrli güclərin, Türkiyəni çökdürmək, haqq işindən döndərmək cəhdi kimi qiymətləndiririk. İnaırıq ki, terrorçular və onların arxasında dayananlar öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Bütün beynəlxalq təşkilatlara müraciət edərək terrorçuluğa qarşı daha sıx birləşməyi, Türkiyəyə qarşı laqeyd olmamağa çağırırıq. Rusiyada və Fransada baş verən terror hadisələrinə qarşı həssas olduqları kimi nəhayət ki, Türkiyədə son dönəmlər baş verən hadisələrə qarşı təpki göstərərək bir olmağa çağırırıq. Elə isə terrorizmə qarşı bir olaq. Bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Çünki, bu gün Türkiyənin qapısını döymədən evinə soxulanlar, sabah da sizin evinzə, ailənizə, doğmaıarınıza, ürəyinizə od salacaq. Balanızı öldürəcək, tarixinizi məhv edəcəklər.

Dostluq, qardaşlıq, həmrəylik, sevgi, mərhəmət , insanları Allah yolunda xeyirxah işlərə ruhlandıran, sülh, barış ayı olan RAMAZAN ayında qan, kütləvi ölümlər və qorxu yaratmaq məqsədi ilə amansız terror törədənlər insanlıqdan uzaq düşmüş vətənsiz, şərəfsiz , mənəviyyatsızlardır. Çünki terrorun və terrorçuların vətəni olmur. Atatürk Hava Limanında törədilmiş terror hadisəsi sifarişçilərinə lənət olsun!

Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında törədilmiş terror hadisəsi nəticəsində həlak olanlara Tanrıdan rəhmət diləyir, ailələrinə, əzizilərinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik! Qardaş Türkiyənin acısı-acımızdı!!!..
.



.




Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: