İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissə Ədəbiyyat » Dramaturgiya 28 Mart İFTİXARCANAVAR DİŞİ(ikihissəli qəhrəmanlıq dramı)Qarabağ savaşına məhkum olunanları anarkən!2-ci hissə Onlar yerdə taqətsiz halda uzanıblar. Bir müddət keçdikdən sonra Azərbaycan əsgəri cibindən iki siqaret çıxarır. Birini Erməni əsgərinə uzadır. Azərbaycan əsgəri – Al, zəhərlən.Erməni əsgəri – (siqareti alır, alışqanla əvvəlcə öz siqaretini yandırır, sonra da alışqanın alovunu Azərbaycan əsgərinə uzadır) Yandır, sən də zəhərlən. Azərbaycan əsgəri – (alışqanı almaq istəyir) Ver.Erməni əsgəri – (geri çəkir, yenidən uzadır) Mən sənə al demədim, yandır dedim.Azərbaycan əsgəri – (başını alışqanın alovuna tərəf uzadır) Erməni ki, erməni, fürsətini əlindən vermir... (siqaretini yandırır)Erməni əsgəri – Fürsəti əldən versəydim, siqaretə həsrət qalardım. Azərbaycan əsgəri – Mənim ürəyim yumşaqdı, onsuz da verəcəkdim.Erməni əsgəri – Mənə ürəyiyumşaqlığa aldanmaq yox, hər kəsi məcburiyyət qarşısında qoymaq öyrədilib. Körpə ağlamsınır və kiriyir. Azərbaycan əsgəri – Sənin uşağın var?Erməni əsgəri – İki qızım var... Bəs sənin?Azərbaycan əsgəri – Mənim iki oğlum var.Erməni əsgəri – Böyükdülər?Azərbaycan əsgəri – Orta məktəbdə oxuyurlar. Bəs səninkilər?Erməni əsgəri – Mənimkilər də...Azərbaycan əsgəri – Hayıf...Erməni əsgəri – Nəyə hayıf?Azərbaycan əsgəri – Yetim qalacaqlar...Erməni əsgəri – Niyə?..Azərbaycan əsgəri – Çünki canavarlar dişlərini möhkəm itiləyiblər...Erməni əsgəri – Səninkilər qalmayacaq?..Azərbaycan əsgəri – Mənimkilər artıq yetimdilər.Erməni əsgəri – Necə?.. Sən hələ sağsan axı...Azərbaycan əsgəri – Mən alnıma qurbanlıq xınasını yaxmışam, ölüm köynəyini geyinmişəm... Son damla qanıma qədər döyüşəcəm... Bu meşə mənim qəbrim olacaq... Buna heç heyifsilənmirəm... Erməni əsgəri – Niyə? Azərbaycan əsgəri – Çünki mən durduğum yerdə qana düşmüşəm... Sən isə nahaq ölüm axtarırsan... Səninkilərə yazıq...Erməni əsgəri – Mən ölməyəcəm...Azərbaycan əsgəri – Öləcəksən, öləcəksən... Həm də nahaq yerə öləcəksən...Erməni əsgəri – Niyə nahaq yerə?.. Azərbaycan əsgəri – Çünki sən evində-eşiyində rahatca oturduğun yerdə, uşaqlarını böyüdüb boya-başa çatdırmamış özünü gətirib bir sürü canavarın iti dişlərinin ucuna sancıbsan... Ayə, siz nə biçim millətsiniz? Sizin düşüncənizi kimi bu qədər zəhərlə doldurub? Siz axı ağılsız millət deyilsiniz... niyə ağılınızı ağılsız əməllərə sərf eləyirsiniz? Siz nə vaxta qədər çamurun içində çabalayacaqsınız? Siz niyə ayılmırsınız ki, indi dünya başqa dünyadı?.. Uşaqlarına yazığın gəlmir?.. Yoxsa elə bilirsən uşaqların sənin ölümünü istəyirlər?.. İstəmirlər... Bax, indi onlar uzaqdan sənin düşdüyün bu vəziyyəti seyr eləyə bilsəydilər, hökmən quzu kimi mələyə-mələyə deyərdilər: “Sənə qurban olaq, ay başımızın tacı ata, dön bu yoldan! Bizi yetim qoyma! Gəl yanımıza, isti nəfəsinlə isit bizi!..” Hətta bilsələr ki, canavarlar onların sözünü anlayacaq, onlara yazığı gələcək, səni burdan sağ-salamat buraxacaqlar, canavarlara da yalvarardılar ki, “Ey yırtıcılar, sizə qurban olaq, bizim atamıza dəyməyin! Bir işdi olub, əfv eləyin! Bizi yetim qoymayın! Buraxın çıxıb gəlsin yanımıza! Bizə ata lazımdı! Bizə isti nəfəs lazımdı! Bizə yazığınız gəlsin ey qudurmuş ac-yalavaclar!..” Erməni əsgəri – Səninkilər deməzdilər?Azərbaycan əsgəri – Yox deməzdilər...Erməni əsgəri – Niyə?Azərbaycan əsgəri – Çünki onlar yaxşı bilirlər ki, məni ölüm köynəyi geyinməyə məcbur eliyənlər var... Amma mən də sənin yerində olsaydım, mənimkilər də yalvarardılar. Körpə qəfldən çığıraraq ağlamağa başlayır. Azərbaycan əsgəri – Dur, körpəni kirit... Ağlamağına bax, sanki yalvarır. (yalvarırmış kimi) İnqəəə... İnqəəə... (Erməni əsgəri yerindən qalxmır) Yoxsa körpənə də yazığın gəlmir, ay qansız?.. Gör sən nə qədər qəddarsan, rəhmsizsən...Erməni əsgəri – Körpə mənim deyil. Körpə getdikcə daha da şiddətlə ağlayır.Azərbaycan əsgəri – Necə sənin deyil, mənimdi? Sən gətirmədin?.. Erməni əsgəri – Mən gətirsəm də mənim deyil...Azərbaycan əsgəri – (əsəblə) Dur kəs bu erməni dığasının səsini...Erməni əsgəri – (təmkinlə) O erməni deyil, türk dığasıdı...Azərbaycan əsgəri – (sarsılmış halda) Türk?.. Bəs sən onu hardan alıbsan?.. Erməni əsgəri susur. Azərbaycan əsgəri yavaş-yavaş qalxmağa çalışır. Bu dəmdə oyuqdan bir neçə canavarın yumşaq mırıltısını eşidir. O, yorğun olduğunu bircə andaca unudur. Cəld qalxır, damağındakı siqaret kötüyünü canavara tərəf vızıldadır və fanarı götürüb canavarlara həmlə edir. Erməni əsgəri isə yavaş-yavaş körpəyə tərəf sürünür, siqaretin kötüyünü atır və körpəni qucağına alıb onu kiritməyə çalışır.Erməni əsgəri – Sakit ol... ağlama... (öz-özünə) Deyəsən bu acıb... Sakit ol, yemək yoxdu... sakit ol... (üzünü Azərbaycan əsgərinə tutur) Bu acıb, yemək də yoxdu, nə edəcəyik?.. Bəlkə ona bir az qar verim, ağzını aldadlm?..Azərbaycan əsgəri – (fanarla canavarları uzaqlaşdırmağa çalışır) Olmaz...Erməni əsgəri – Görmürsən necə ağlayır?.. Acdı.Azərbaycan əsgəri – Darıxma, onun yeməyi var. Erməni əsgəri – Bu yaşda körpəyə səndə nə yemək ola bilər?Azərbaycan əsgəri – Onun yeməyini Allah babası göndərib...Erməni əsgəri – Boş-boş danışma... Azərbaycan əsgəri – (Canavarlara) Rədd olun... yırticilar... Sizi buraya gətirənə lənət... (Canavarlar uzaqlaşır. Erməni əsgərinə) Mən boş danışmıram... Erməni əsgəri – Allah necə göndərə bilər axı?..Azərbaycan əsgəri – (yemək termosuna tərəf gedir) Allah bizim Allahdı, bizi heç vaxt darda qoymayıb. O, adildi... Allah körpənin yeməyini göndərəndə sən qorxudan o dünyaya getmişdin... (ağaca sancdığı bıçağı çıxarır. Bal sürətlə axmağa başlayır. Erməni əsgərinin gözləri bərəlir.) Gördün? Bu da körpənin yeməyi... Erməni əsgəri – (körpəni yelləyərək, sakitləşdirməyə çalışır. Körpə yelləndikcə gah kiriyir, gah da qışqırır. Heyrətlə) Bu nə möcüzədi? Necə oldu?..Azərbaycan əsgəri – Fanarı asmaq üçün bıçağı gövdəyə sancdım, körpənin üzünə həmin yerdən bal damcıladı... Allah körpənin ruzusunu belə göndərdi...Erməni əsgəri – (öz sinəsində xaç çevirərək) Ya İsa, möcüzənə şükür, sənə şükür...Azərbaycan əsgəri – (körpənin dodağına bal sürtür, körpənin dili bala dəycək səsini kəsir) İsaya yox, Həzrəti Məhəmmədə şükür...Erməni əsgəri – Fərqi nədi, ikisi də peyğəmbər deyil?..Azərbaycan əsgəri – (yenə də körpənin dodağına bal sürtür) Fərqi çoxdu, bu körpə Məhəmməd hümmətidi, müsəlmandı...Erməni əsgəri – Hardan bilirsən ki, müsəlmandı?Azərbaycan əsgəri – Ayə, ay erməni, türkdüsə, demək ki, müsəlmandı da... Hələ bəlkə doğulan kimi sünnətini də vurdurublar... İndi çox vaxt belə eləyirlər...Erməni əsgəri – (körpəni yelləyərək) Maraqlıdı e, adamdan soruşmamış ki, “ay insan, sən müsəlman olmaq istəyirsən, ya yox?” sünnətini vurub, zor gücünə “sən müsəlmansan!” deyirlər. Müsəlmanlıq bəyəm sünnətlədi?.. Ona qalsa yəhudilər sizdən əvvəl sünnət eləyirlər, onlar ki, müsəlman deyillər?.. Qoyun bu adam böyüsün, özü anlasın, özü qərar versin... bəlkə xristyan olacaq... qoyun insan öz inancını özü seçsin da... (istehzayla) yoxsa ki, “xırç”, kəsirsiniz, deyirsiniz oldun müsəlman... İşə bax... zorla müsəlman...Azərbaycan əsgəri – (yenə də körpənin dodağına bal sürtür) Ayə, ay erməni, öz gözündə tiri qoyub, özgənin gözündə niyə tük axtarırsan?.. Siz bəyəm zor işlətmirsiniz? Uşağınız doğulan kimi kilsədə xaç suyuna çevirib, “ay insan, sən xristyan oldun!” deyib, toy-düdüklə ley-pey eləmirsiniz? Siz də soruşun da, bəlkə müsəlman olmaq istəyəcək...Erməni əsgəri – Ay müsəlman, xaç suyuna çevirmək ziyansız əməldi, sünnət eləmək Allaha üsyan eləməkdi, bunu bilin...Azərbaycan əsgəri – Ayə, sus ol, ayə... Sus ol ay dığa... Sən nə danışırsan? Əksinə...Erməni əsgəri – Nə əksinə?.. Allah insanı sünnətsiz yaradıb, amma siz kəsirsiniz. İstəsə sünnətli yarada bilməzdi? Bu Allaha üsyan deyil?..Azərbaycan əsgəri – Ay erməni, isti ərəbistan çöllərində sünnətsiz adamlarda pis-pis xəstəliklər yaranırmış, ona görə də Allah müsəlmanlığı göndərəndə bu da belə məsləhət olub.Erməni əsgəri – Musəlman, ərəbistan çöllərində müsəlmançılıqdan əvvəl “Həbəş Krallığı” deyilən bir xristyan ölkəsi var idi. Xəstəlik olsaydı, birinci onlar sünnət eliyərdilər... Siz əslində müsəlman kimi bir düzəməlli müsəlman da deyilsiniz...Azərbaycan əsgəri – Niyə ay kafir erməni?Erməni əsgəri – Hansı kəndə giririk, mat qalırıq. Qəbirstanlıqlarınız elə bil muzeydi. Alışıb yanır. Hər qəbirin üstündə bir heykəl var... Bütpərəstlər kimi...Azərbaycan əsgəri – Ona qalsa, siz də bütpərəstsiniz. Allahı qoyub, çarmıxa çəkdiyiniz peyğəmbərinizin xaç üstündəki heykəlinə sitayiş eliyirsiniz...Erməni əsgəri – Yaxşı... Daha bəsdi, az yedirt. Körpə bal yeməyə alışqan deyil, dözməz.Azərbaycan əsgəri – Quyruğunuz qapı arasında qalan kimi də sözünüzü dəyişirsiniz... (istehza ilə) Bal yeməyə alışqan deyil... Gördün ki, sizin dininiz əsl bütpərəstlikdi... (körpəyə) Sakit-sakit... (Körpə dili ilə dodaqlarını yaladıqca yavaş-yavaş səsini kəsir)Ay sağ ol... sakitləşdin. Daha bəsdi, bir də, birazdan yeyərsən... Yaxşı... Azərbaycan əsgəri termosu yenidən öz yerinə qoyur. Körpəni Erməni əsgərinin qucağından almaq istəyir. Erməni əsgəri körpəni vermir.Erməni əsgəri – Yenicə kiriyib, qoy bir az qalsın, rahatlansın...Azərbaycan əsgəri – Yaxşı, alışqanını ver, ocağı yandırım...Erməni əsgəri – Sol cibimdədi... Əvvəlcə ocağı girişə tərəf çək, yoxsa tüstüsü bizi boğar...Azərbaycan əsgəri – (əlini Erməni əsgərinin sol cibinə salır. Oradan bıçaq çıxır. O bıçağa baxır, lakin götürmür, yerinə qoyur) Burda kibrit yoxdu...Erməni əsgəri – Onda sağa bax.Azərbaycan əsgəri – (əlini Erməni əsgərinin sağ cibinə salır) Hə, burdadı... sağını-solunu da bilmirsən... (ocağın odunlarını girişə tərəf toplayır)Erməni əsgəri – Mənim sağım-solum bəlli olmaz...Azərbaycan əsgəri – Nə demək istəyirsən?..Erməni əsgəri – Sağ-solu bəlli olanları məğlub eləmək asandı...Azərbaycan əsgəri – (Ocağı girişin bayır tərəfində qalayır və od salır) Mən sağımı da tanıyıram, solumu da... heç kəsə də məğlub deyiləm...Erməni əsgəri – Məğlubsan, məğlub olmasaydın buraya gizlənməzdin.Azərbaycan əsgəri – Sən də buraya gizlənibsən, sən də məğlubsan...Erməni əsgəri – Mən canavar sürüsündən gizlənmişəm...Azərbaycan əsgəri – (kəsgin hiddətlə) Mən də ikiayaqlı canavar sürüsünün dişlərindən qurtarmaq üçün gızlənmişəm... Ocağa od düşür və getdikcə alışmağa başlayır.Erməni əsgəri – (istehza ilə) Afərin, onda sənin də sağın-solun bəlli deyil. Bəlli olsaydı qurtara bilməzdin... Azərbaycan əsgəri – (yenə də kəsgin hiddətlə qışqırır) Dedim ki, mənim sağım da bəllidi, solum da... Sağım da vətəndi, solum da... Sən get öz sağ-solunu öyrən... Erməni əsgəri – Bağırma, körpə yatıb...Azərbaycan əsgəri – (mundirini soyunub küncdə yerə sərir) Gətir buraya qoy, rahat yatsın... Erməni əsgəri – Körpə qucaqda daha rahat yatır, qoy tam yuxuya getsin...Azərbaycan əsgəri – Sən bu körpəni hardan tapmısan?...Erməni əsgəri – Meşədən.Azərbaycan əsgəri – Yəqin ki, meşədə onun anası, atası, kimi-kimsəsi də olmamış deyildi...Erməni əsgəri – Anası var idi...Azərbaycan əsgəri – (cəld onun yaxasından yapışır, qışqıraraq) Anası?.. De görüm anasına neynəmisən, əclaf?Erməni əsgəri – (soyuqqanlı) Əlini çək, mən ona heç bir şey eləməmişəm...Azərbaycan əsgəri – Bəs hanı onun anası... (Erməni əsgəri susur) Öldürmüsən?.. Dillən faşist...Erməni əsgəri – (soyuqqanlı) Bağırma, körpəni oyadarsan dedim... Azərbaycan əsgəri – Sən sualıma cavab ver, onun anası hanı?.. Erməni əsgəri uşağı mundirin üstünə qoyur və bükür. Erməni əsgəri – Yat, yuxun şirin olsun... Erməni əsgəri ayağa qalxıb Azərbaycan əsgəri ilə göz-gözə dayanır və susur. Azərbaycan əsgəri iki əli ilə onun yaxasından yapışır.Azərbaycan əsgəri – Cavab ver, bu körpənin anası hardadı?.. Erməni əsgəri – (hirslə) Donmuşdu... meşədə donmuşdu... (yaxasını Azərbaycan əsgərinin əlindən çıxarır və bir küncdə yerə oturur)Azərbaycan əsgəri – (heyrətlə) Donmuşdu?.. Harda donmuşdu, necə donmuşdu, niyə donmuşdu?.. (bir an düşündükdən sonra) Hə... donmuşdu... Yazıq zavallı, evindən-eşiyindən silah gücünə... donmuşdu... (arxası Erməni əsgərinə tərəf yerə oturur. Bir qədər susduqdan sonra) Necə oldu ki, sən bu körpəni öldürmədin?.. (hirslə) Demə ki, yazığın gəldi... Mən səndən bu sözü eşitmək istəmirəm...Erməni əsgəri – Sadəcə onu talanın ortasında, anasının qoynunda donmaqdan xilas eləmək istədim...Azərbaycan əsgəri – Sən öz canavarlarının içindən niyə ayrılmışdın? Axı canavar heç vaxt sürüsündən ayrı gəzmir. Talaya necə gəlib çıxmışdın? Tək-tənha ov axtarırdın? Bu mümkün deyil, canavar ova tək çıxmır... Bəs yanındakılar hanı?.. Dörd ayaqlı canavarların qorxusundan hərəniz bir tərəfə qaçdınız?.. Yoxsa onlar da buraya gələcək?.. Erməni əsgəri – (Azərbaycan əsgərinə tərəf dönür) Bir də mənə canavar desən, səni öldürəcəm.Azərbaycan əsgəri – (Erməni əsgərinə tərəf çevrilir və baş barmağını iki barmağı arasından ona tərəf uzadır) Ala... yeyəcəksən... Erməni əsgəri ayağa qalxır. Azərbaycan əsgəri də cəld yerindən sıçrayır və döyüşə hazır vəziyyət alır.Erməni əsgəri – (əsəblə) Mən bunların arxasınca tək düşmüşdüm...Azərbaycan əsgəri – Öldürmək üçün düşmüşdün həə?.. Demə ki, yox... Mən səndən bu sözü eşitmək istəmirəm.Erməni əsgəri – (qışqırır) Yox!..Azərbaycan əsgəri – Əclaf, yalandan yox demə...Erməni əsgəri – (hirsləAzərbaycan əsgərinin yaxasından iki əli ilə yapışır) Əclaf sənsən... Mən yalan danışmıram... (Azərbaycan əsgəri də onun yaxasından yapışır) Mənə onu diri tutmaq əmri verilmişdi... Onlar bir müddət göz-gözə baxırlar. Yavaş-yavaş əllərini bir-birinin yaxasından çəkirlər.Azərbaycan əsgəri – (öz-özünə sayaqlayırmış kimi) Diri tutulmaq... Əsir alınmaq... Yazıq zavallılar... (gözləri dolmuş halda) Neçəsini öldürdünüz? Neçəsini əsir aldınız?Erməni əsgəri – Biz kəndə daxil olanda meşəyə tərəf qaçanları komandir güllə yağışına tutdu, hamısı yerə sərildi, bircə o qadından başqa... Azərbaycan əsgəri – (taqətini itirmiş kimi diz üstə yerə düşür) Allah bəlanızı versin...Erməni əsgəri – Komandir mənə əmr elədi ki, onu diri tutub, geri qaytarım... Qadın çox cəld qaçırdı... mən ona çata bilmirdim... ağacların arasında onu itirdim... meşədə irəlilədikcə hərdən mənə elə gəlirdi ki, onu görürəm... dərhal atırdım... Meşənin dərinliklərində hava tam qaraldı... patronum da qurtarmışdı... Geri dönməyə qərar verdim, amma yolu itirmişdim. Xeyli getdikdən sonra bir talaya çıxdım, birdən gördüm ki, talanın tən ortasında qaraltı görünür, amma tərpənmir. Yavaş-yavaş ona yaxınlaşdım... Həmin qadın... donmuşdu... uşaq isə qığıldaya-qığıldaya onun döşünü əmirdi... uşağı anasının donmuş bədənindən ayırdım, getmək istəyirdim ki, canavarların sürü şəklində bizə tərəf gəldiyini gördüm... Qaçmağa başladım... Dizə çıxan qarda qaçmaq çətin idi, ona görə bir arada beynimə gəldi ki, uşağı atım, canavarlar məndən əl çəksinlər... bir anlıq canavarların onu necə parçalayacaqları gözlərimdə canlandı, ürəyim gəlmədi... yüngülləşmək üçün silahımı atdım... sonra da fanar işığı gördüm... Erməni əsgəri danışdıqca Azərbaycan əsgəri heyrətlə dinləyir.Azərbaycan əsgəri – (heyrətlə) Sənin ürəyin var?.. Erməni əsgəri – Fanarın işığını görəndə sevindim, amma sənin səsini eşidəndə səmtimi dəyişmək istədim, canavarların mühasirəsini gördüm, fərqinə varmadan sənə tərəf qaçdım... o qədər qorxmuşdum... həyatımda ilk dəfə idi ki, belə dəhşətli şəkildə qorxurdum... özümü oyuqdan içəri zorla saldım... huşumu itirdim... ayılanda əllərimi bağlı gördüm... Azərbaycan əsgəri – (pıçıltı ilə) Sənin ürəyin var?.. (heyrət dolu nəzərlərini Erməni əsgərinin üzünə zilləyir) Erməni əsgəri – (bir müddət susur) Su qızdırmalıyıq, bir azdan batıracaq, yumaq lazım olacaq...Azərbaycan əsgəri – (gözlərini onun üzündən çəkməyərək) Sənin ürəyin vaaar?..Erməni əsgəri – (bir müddət diqqətlə Azərbaycan əsgərinin gözlərinin içinə baxır, sakit səslə) Suyu nədə qızdıraq?Azərbaycan əsgəri – (inanılmaz bir yuxudan ayılmış kimi bir müddət özünü toplamaq üçün susur) Yemək termosunda... (Yemək termosunu götürür, bir neçə dəfə barmağını bala batırıb, dilinə çəkir. Sonra termosu Erməni əsgərinə uzadır) Al, sən də ye.Erməni əsgəri – (termosu alır) Sağ ol... (barmağını bala batırıb, dilinə çəkir) Əla baldı... tərtəmizdi... Azərbaycan əsgəri – Ver, termosun içini qarla təmizləyim...Erməni əsgəri – (termosu ona uzadır) Balı təmizləmə, qarı üstünə yığ.Azərbaycan əsgəri – Niyə?Erməni əsgəri – Bal onu daha da rahat eliyəcək...Azərbaycan əsgəri – Onun dərisi həssasdı, bal onu yandırar... Erməni əsgəri – Əksinə, dərisində açılmış yerlər varsa, əvvəlcə azacıq göynədəcək, sonra sağaldacaq... rahat olacaq... Anam məni həmişə balla yuyub, sonra bələyirmiş...Azərbaycan əsgəri – Bunu bilmirdim, səndən öyrəndim...Erməni əsgəri – Məndən öyrənəcək çox şeyin var...Azərbaycan əsgəri – Sənin heç şeyin mənə lazım deyil... Erməni əsgəri – Özün bil... Azərbaycan əsgəri – Sən mənə vəhşilikdən başqa heç nə öyrədə bilməzsən... Araya sükut çökür. Çırthaçırt yanan ocağın səsinə qoşulan canavar ulaması sükuta vahimə gətirir. Azərbaycan əsgəri yuvadan çölə çıxır, termosun içinə qar yığır. Erməni əsgəri körpəyə tərəf gedir, onun yanında yerə oturur, diqqətlə mışıl-mışıl yatan körpənin üzünə baxır. Erməni əsgəri – (sakit-sakit) Nə yaxşı ki, sən mənə rast gəldin... Nə yaxşı ki, sən donmamışdın... Nə yaxşı ki, mən səni canavarlara yem eləmədim... Nə yaxşı ki, biz bir yerdəyik... Mən bu gecə anadan yenidən doğulmuş kimi oldum... Balalarım üçün burnumun ucu göynəyir... Azərbaycan əsgəri geri dönür. Azərbaycan əsgəri – Çöl çox soyuqdu... (Termosu ocağa yaxın yerə qoyur. Heyrət içində Eməni əsgərini müşahidə edir.)Erməni əsgəri – Ürəyim yanır... Yaman yanır ürəyim... Qızlarımın gözlərini görmək üçün... Ailəm üçün... Evim üçün... Dostlarım üçün... Qonşularım üçün... Arvadım üçün... (xısın-xısın ağlayır) Azərbaycan əsgəri – (üzü Erməni əsgərinə tərəf, ocağın kənarında diz üstə çökür. Öz-ğzünə) Mən havalanırammı, yoxsa eşitdiklərim doğrudurmu? Erməni əsgəri Azərbaycan xalq mahnısı “Sarı gəlin”i zümzümə etməyə başlayır. Azərbaycan əsgəri sövq-təbii ona qoşulur. Onlar sona qədər mahnını oxuyurlar. Sonda Azərbaycan əsgəri zəngulə vurur və muğam notları ilə yekunlaşdırır. Erməni əsgəri – Öz aramızdı, səsin gözəldi...Azərbaycan əsgəri – Bu səs mənim deyil, yurdun səsidi, dədə-babamın səsidı... Tarixin səsidi... Gələcəyin səsidi...Erməni əsgəri – (kinayə ilə) Həə?.. Mən də elə bildim öz səsindi... Azərbaycan əsgəri – Həm də öz səsimdi...Erməni əsgəri – Öz aramızdı, siz bizim mahnıları bizdən yaxşı oxuyursunuz... Sarı gəlin – bizim gəlin...Azərbaycan əsgəri – Başlandı... Gəlin sizin ola bilər, mahnı bizimdi...Erməni əsgəri – (təəccüblə) O necə olur?.. Gəlin bizimdisə, demək mahnı da bizimdi... Azərbaycan əsgəri – Daha doğrusu, qız sizindi, gəlin bizim... Gəlin də bizim, mahnı da bizim...Erməni əsgəri – Yoox... qız da bizim, mahnı da bizim...Azərbaycan əsgəri – Mahnını gəlin oxuyub?Erməni əsgəri – Segilisi oxuyub...Azərbaycan əsgəri – Sevgilisi kim idi?Erməni əsgəri – Allah bəndəsi...Azərbaycan əsgəri – Hansı bəndəsi?..Erməni əsgəri – Mən nə bilim hansı bəndəsi?..Azərbaycan əsgəri – Çox yaxşı bilirsən... Özünüzə lazım olmayanda bilmirəm deyib, canınızı qurtarırsınız... Bilmirsən, onda bil. Tarix boyu, həmişə erməni qızlarından ötrü türk oğulları dəli-divanə olublar. Dillərdə dastana çevriliblər. “Sarı gəlin” də bu dastanlardan biridi... “Əsli və Kərəm”i yəqin ki, eşitməmiş deyilsən. Əslidən ötrü od tutub yandı yazıq Kərəm. Biri də bizim kənddə var idi... “Süsən və Osman”. Onlar da bir ayrı cür dastan idilər... Leyli-Məcnun, Əsli-Kərəm yalan idi onların yanında. Bütün mahal onlara həsəd aparırdı... Amma heç birisinin valideyni razı deyildi onların qovuşmağına.Erməni əsgəri – Niyə?Azərbaycan əsgəri – Çünki kirvə idilər. Kirvəliyin qanunlarına görə həmin nəsillər bir-birinə qız alıb-verə bilməzlər... Kirvəlik qan qohumluğundan üstün hesab olunur, bilmirsən?.. Süsənlə Osman qanunlara sığışmadılar, qoşulub qaçdılar. İki nəslin ikisi də onlardan imtina elədilər, lənətlədilər. Yaxına buraxmadılar. Amma kənd onlara sahib çıxdı, qorudu onları. Bu eşq sultanları kənddə barmaqla göstərilən, nümunəvi ailə qurdular. Osman şair idi. Bir mahnı da qoşmuşdu Süsənə, dağda-dərədə elə hey oxuyurdu. Bütün kənd əzbər bilirdi həmin mahnını: (oxuyur)Dumandı, çəndi – Yollar çəməndi.Duman da, çən dəYollar kəsəndi.Dillərdə dastan – Osman-Süsəndi.Osman qılıqlı,Süsən küsəndi... Bu evlilikdən iki gözəl övladlar olmuşdu. Keçən ay sizinkilər kəndə girəndə xeyli sayda günahsız kənd sakini tələf oldu, onlar da ölənlərin içində idilər. İkisinin də meyidini mən qollarım üstündə aparmışam Ağdama. Cavanca uşaqlar idilər, birinin on dörd yaşı vardı, o birinin də on altı. Yazıq Süsən, balalarının üstündə elə dil deyib ağlayırdı, sizləri elə qarğıyırdi, elə ah-vay qoparırdı ki, çətin onun ahı yerdə qalsın. Özünü o qədər döymüşdü, saçlarını elə yoluq-yoluq eləmişdi ki, deyirdin insan it ağzından çıxıb, üzündə-gözündə yer qalmamışdı, dırnaqları ilə cırıq-cırıq eləmişdi...Erməni əsgəri – Süsən... erməni qızı, Ağdamda... heç inandırıcı deyil... bu vurhavurda sizinkilər onu necə sağ-salamt qoydular? Azərbaycan əsgəri – Deməli sən mənə inanmırsan?.. Mən uydururam?...Erməni əsgəri – Bir az inandırıcıya oxaşamır...Azərbaycan əsgəri – İnanmırsan cəhənnəmə inanma. Mən olanı danışıram.Erməni əsgəri – Belə vurhavurda azərbaycanlıların erməni qızını salamat qoyması heyrətlidi...Azərbaycan əsgəri – Bu lazımsız müharibədə Süsənin nə günahı var?.. Bizimkilər təkcə Süsəni yox ki, Süsən kimi yüzlərlə azərbaycanlı ilə ailə qurmuş erməni qadınlarını qandan-qadadan qorudular. Onlar bu gün də qorunurlar.Erməni əsgəri – (karıxmış halda) Bu belədisə... onda... (əsəblə) biz bunları bilmirik...Azərbaycan əsgəri – Sizinkilər hər şeyi bilirlər...Erməni əsgəri – Bəlkə də... Amma bizə belə şeylər deyilmir. Bizə bircə cür əmr verilib...Azərbaycan əsgəri – Bilirəm, vəhşilik... öldürmək... dağıtmaq... Bu dəmdə ocağın ətrafına qədər yaxınlaşmış canavarlar mırıldamağa başlayırlar. Erməni əsgəri – Yenə də gəldilər... (cəld ocaqdan bir kösöv götürüb canavarlara tərəf gedir) Biz bu canavarların dişlərindən necə qurtaracağıq? Canavarlar sanki kəşfiyata gəlmişdilər. Erməni əsgərinin əlindəki kösövü gördükdə geri çəkilirlər.Azərbaycan əsgəri – Lənət olsun...Erməni əsgəri – Səhərə qədər bir təhər dözmək lazımdı, səhər bizimkilər məni axtaracaqlar, yəqin taparlar...Azərbaycan əsgəri – Sizinkilərin dişinə keçməkdənsə, mən bunlara yem olaram...Erməni əsgəri – Sən bilirsən...Azərbaycan əsgəri – Lənət olsun sənə... hardan gəlib çıxdın?.. Onsuz da bəladaydım, məni yeni bəlaya saldın... Körpə bir anlıq ağlayır və dərhal da səsini kəsir. Azərbaycan əsgəri tez körpənin üzündəki örtüyü götürür və ona diqqət edir. Azərbaycan əsgəri – Yuxuda ağlayır... Yazıq zavallı... Dünyadan xəbəri yoxdu...Erməni əsgəri – Üzünü ört, ocağın işığı gözünə düşməsin, oyanar...Azərbaycan əsgəri – Sən haralısan?Erməni əsgəri – Mən erməniyəm...Azərbaycan əsgəri – (hirslə) Görürəm ki, ermənisən, haralısan deyirəm?Erməni əsgəri – Bizdə “haralısan?” anlayışı yoxdu. “Hayes?.. türkes?.. Hayes!” vəssalam.Azərbaycan əsgəri – Lənət sənə kor şeytan... Hayes, yox bir cartes... Ay hayes erməni, harda yaşayırsan?Erməni əsgəri – Tiflisdə.Azərbaycan əsgəri – Tiflislisən?.. Hmm... Tiflisli... Tiflisli erməninin buralarda nə ölümü var?..Erməni əsgəri – Bura mənim vətənimdi, ona görə də burda ölməyə gəlmişəm...Azərbaycan əsgəri – (hirslə) Bura sənin vətənin necə ola bilər, ay dığa? Sən ki, Tiflislisən... Erməni əsgəri – Mən Əsgəranda doğulmuşam.Azərbaycan əsgəri – Əsgəranda?Erməni əsgəri – Bəli, Əsgəranda. Üç yaşım olanda Erevna köçmüşük. Sonra da Tiflisə. Azərbaycan əsgəri – Niyə?Erməni əsgəri – Atamın Yerevanlı afrist bir dostu varmış. Hər dəfə bizə qonaq gələndə atama Yerevanda “bağ-bostan”, “cah-cəlal” söz verirmiş. Atam da onun sözü ilə bizi Yerevana köçürüb. Amma biz köçən kimi dələduz qaçıb-gizlənib, bizim də vəziyyətimiz çox pisləşib. Üç il atam işsiz qalıb, geri dönməyi də özünə ar hesab eləyib, demək olar ki, dilənçi vəziyyətinə düşübmüşük... Anam bu dərddən xiffət eləyib, dünyasını dəyişdi... Onda mənim altı yaşım var idi, hər şey indiki kimi yadımdadı... Atamın Tiflisli bir gürcü dostu – Vaxtanq... dəfnə gəlmişdi. Vəziyyəti biləndən sonra təkidlə atamı Tiflisə dəvət elədi. Atam bu dəfə də gürcü dostunun sözü ilə bizi Tiflisə köçürdü. Vaxtanq sözünə sahib çıxdı. Atamı ixtisası üzrə olmasa da, Tiflisdə bir erməni dostunun praflaktoriyasında işə düzəltdi. Əvəl-əvvəl atama çox çətin oldu. Əli işə yatana qədər... Təsəvvür elə, fizika müəllimi, birdən-birə profilaktoriyada maşın elektriki... Azərbaycan əsgəri – (yeindən dik qalxır. Təəccüblə) Sənin atan fizika müəllimi idi?Erməni əsgəri – Hə, fizika müəllimi... Azərbaycan əsgəri – (Yenə də təəccüblə, öz-özünə donquldanaraq oturur) Həə... Fizika müəllimi...Erməni əsgəri – Çətin idi... Amma ordakı adamlar atamı çətinə düşməyə qoymadılar. Hər cür köməklik göstərdilər. Onların içində gürcü də var idi, erməni də; azərbaycanlı da var idi, asetin də; acar da var idi, kürd də; svan da var idi, yunan da... daha nə bilim, kimlər-kimlər... Hamımız da bir-birimizin dilini ana dilimiz kimi bilirdik...Azərbaycan əsgəri – (düşüncələr içində) Deyirəm axı, bizim dili yaxşı bilirsən...Erməni əsgəri – O biri dilləri öyrənəndə bir az çətinlik çəkdim, amma sizin dili çox asanlıqla öyrəndim... Hətta məhlədə sizin uşaqlarla ünsiyyətdə olanda çoxu məni də sizinkilərdən hesab eliyirdi.Azərbaycan əsgəri – Bizim dili Sayat Novanız da yaxşı bilirdi, çox sevirdi bizim dili... Erməni əsgəri – Bilirəm, sizin dildə xeyli şeirlər də yazıb.Azərbaycan əsgəri – Tiflis – internasional şəhər... Görünür millətindən asılı olmayaraq onların hamısı yaxşı insanlar imiş... Erməni əsgəri – Getdikcə o adamların köməyi ilə vəziyyətimiz düzəldi. Hətta sonralar atam həmin profilaktoriyanın sahibi oldu... Mən də orta məktəbi bitirdim. Universitetə daxil oldum. Fizika fakültəsinə. Sonra oxumağı buraxdım, atamın yanında elektrik işləməyə başladım. Azərbaycan əsgəri – Bəs necə oldu ki, birdən-birə əclaf oldun?Erməni əsgəri – (tərs-tərs baxır) Sözünə sərhədd qoy, əclaf özünsən... mən heç vaxt əclaf olmamışam...Azərbaycan əsgəri – Əclaf deyilsən bəs nəsən... Neçə nəfəri qanına qəltan eləyibsən?Erməni əsgəri – Bu müharibədi, öldürməsən, öldürəcəklər...Azərbaycan əsgəri – Sənin bu müharibədə nə işin var?.. Erməni əsgəri – Mən vətənim uğrunda müharibəyə cəlb olunmuşam.Azərbaycan əsgəri – Bura sənin vətənin deyil, ay erməni!.. Bura mənim vətənimdi!Erməni əsgəri – Sən elə bilirsən, mən də belə bilirəm... Sən də vuruşursan, mən də... kim güclüdü, vətən onundu... Sizinkilər deyir. “Torpaqda ölən varsa, vətəndi!” Bizimkilər...Azərbaycan əsgəri – (sözünə düzəliş edir) Gül kimi şeirin qolunu-qanadını qırma. (Pafosla) “Bayraqları bayraq edən, üstündəki qandır! Torpaq uğrunda ölən varsa, vatandir!” – demişik biz. Erməni əsgəri – Nə fərqi var? Hingis-hingis, das hingis. Əsas odur ki, fikir düz deyil... Azərbaycan əsgəri – Niyə düz deyil, ay erməni?Erməni əsgəri – “Torpaq uğrunda ölmək yox, öldürmək lazımdı!” – deyilməlidi... Çünki torpaq ölənin yox, öldürənindi, ay musurman, bildin? Azərbaycan əsgəri – Biz insana qıya bilmirik... bunun əleyhinəyik... Erməni əsgəri – Biz də əleyhinəyik... amma torpaq məsələsində güzəşt olmaz...Azərbaycan əsgəri – Düz deyirsən, kül bizimkilərin gözünə, sizə torpaq bağışladıqları yerdə... Ay erməni, dünyada hər şey Allahındı, torpaq da, su da, hava da, biz də... Alan da Allahdı, verən də...Erməni əsgəri – Siz elə bilirsiniz, biz də belə bilirik... Siz öz bildiyinizi bilin, biz də öz bildiyimizi... siz torpaq uğrunda ölməyi üstün tutun, biz də almağı, görək Allah kimə verəcək...Azərbaycan əsgəri – Ay başının ağrısını bilməyən erməni, anlamırsanmı ki, bir təsadüfi güllənin qurbanı ola bilərsən, onda uğrunda nahaq qan axıtdığın bu torpaq səni dirildəcək?Erməni əsgəri – Düzdü, diriltməyəcək, amma torpaq bizim olacaq...Azərbaycan əsgəri – Torpağı meyidinin gözünə tökəcəklər?Erməni əsgəri – (bir qədər susur) Biz vətənimizi türklərin əlindən geri qaytarmlıyıq, vəssalam...Azərbaycan əsgəri – Dünyada nə qədər erməni var?Erməni əsgəri – Doqquz milyona çathaçatdadı.Azərbaycan əsgəri – Şişirtmə, o qədər ermənini heç yuxunuzda da görə bilməzsiniz.Erməni əsgəri – Bu bizim təşkilatın statistkasıdı, o təşkilatın yalanı olmur.Azərbaycan əsgəri – Sizin təşkilatlarınızın məsləki yalan üzərində qurulub... Qarabağ məsələsində də min cür yalanlar uydurur. Erməni əsgəri – Heç bir uydurmamız yoxdu, Qarabağ bizimdi, tezliklə də əlinizdən alacağıq...Azərbaycan əsgəri – (hirslə) Tutalım ki, istədiyiniz kimi Qarabağı da o biri yerlərimiz kimi bizdən qopardınız... Bu mümkün olan iş deyil, ha... amma deyək ki, mümkün oldu... Siz bütün dünyadakı ermənilərin hamısını bu torpaqlara gətirə biləcəksiniz?Erməni əsgəri – Əlbəttə ki, yox... heç lazım da deyil...Azərbaycan əsgəri – Bəs lazım deyilsə, bu qədər torpaq nəyinizə gərəkdi, ay erməni dığası... Təşkilatınızın uydurduğu doqquz milyon erməninin hamısını 1918-ci ildə başıboş liderlərimizin yüz illik icarə adı ilə sizə bağışladığı torpaqlarda yerləşdirsəniz, yenə də torpaqların bir qismini ancaq doldura bilərzsiniz, bəs Qarabağda kiminiz yaşayacaq?.. Bu qədər qan axıtmaq, həm sizdən, həm bizdən bu qədər insanı öldürmək, şikəst eləmək, yetim qoymaq, zəlil eləmək qansızlıq deyilmi? Vəhşilik deyilmi? Canavarlıq deyilmi?..Erməni əsgəri – Biz “Böyük Hayastan” uğrunda vuruşuruq... Azərbaycan əsgəri – Ay erməni, “Böyük Hayastan” tilsimi ilə sizi tora salan siyasət canavarları sizi itilənmiş qablama dişlər kimi öz çürük dişlərinin yerinə taxıb, gəmirmək üçün istifadə eləyirlər... Unutma ki, təsadüfi bir güllə hər şeyi həll eliyir, siyasət dəllalları isə ölənin yerinə yeni iti diş axtarışında olurlar.Erməni əsgəri – Biz müqəddəs ideya uğrunda savaşırıq, onu bilirik ki, bu yolda ölüm də var...Azərbaycan əsgəri – Müqəddəs olan bütün ideyalar ancaq müqəddəs əməllərə xidmət eliyir. Ölüm törədilən yerdə müqəddəslikdən danışmaq olmaz. Mən bilirəm ki, sizin siyasət canavarlarınız bütün erməni xalqını bu cür manqurdlaşdıra bilməyiblər... Sən niyə manqurdsan?.. Bilirəm ki, sizin Zori Balayan, Silva Kaputikyan kimi çürük dişlərinizlə bərabər, Armen Ciqarxanyan, Paracanov kimi sağlam düşünənləriniz də var.Erməni əsgəri – Paracanov?.. Sergey?.. Azərbaycan əsgəri – Bəli, həmin Sergey Paracanov.Erməni əsgəri – Hə... Sergey... Tiflisdə yaşayırdı, atamın dostu idi. Maşınına atam baxardı... Sən onu hardan tanıyırsan?Azərbaycan əsgəri – Onu bütün dünya tanıyır... Mən Paracanovu şəxsən tanımıram, amma onu bilirəm ki, 1989-cu ildə, hadisələrin təzə qızışdığı vaxtda Paracanov Azərbaycana gəldi, bizim xalq dastanımız olan “Aşıq Qərib” haqında Azərbaycanda film çəkdi. Filmin musiqisini bəstələmək üçün isə bütün dünya bəstəkarlarının arasından bizim bəstəkarı seçdi, Cavanşir Quliyevi. Erməni əsgəri – Niyə?Azərbaycan əsgəri – Çünki onun musiqisi Paracanovun ürəyinə yağ kimi yayılırdı. Paracanov deyirdi ki, bu musiqi deyil, məlhəmdi... Aşıq Qəribi yalnız o xilas eliyə bilər...Oydu ki, Moskvada, ermənilərin də iştirak elədiyi təqdimat mərasimində, səhnədə onun musiqisi qarşısında baş əydi... O salonda mən də var idim... Gözlərimlə görmüşəm... Salondakı ermənilərin canına birə daraşmışdı... dünyanın qarışıq vaxtı... hərə bir tərəfdən fısıldaşırdı... Paracanov bunu görüb hökmlə dedi. – “Fısıldaşmayın, mən siyasət dəllalı deyiləm, mənim öz dünyam var!” Elə bil qurbağa gölünə daş atıldı... Sən Paracanovdan ağıllı adamsan?..Erməni əsgəri – Paracanovun ağıllı adam olduğuna şübhəm yoxdu... Amma yenə də erməninin azərbaycan bəstəkarının musiqisi qarşısında baş əyməsi inandırıcı deyil. Azərbaycan əsgəri – Deməli sən mənə inanmırsan? Mən uydururam?.. İnanmırsan cəhənnəmə inama. Mən gözümlə gördüyümü danışıram. Get arxivləri eşələ, tapacaqsan, çünki, təqdimat mərasimi çəkilirdi... Paracanovlar üçün millətçilik anlamı yoxdu ay erməni... İnsan anlamı, yaratmaq anlamı var... Erməni əsgəri – Paracanov millətini çox sevirdi... Həmişə deyirdi ki, “Sarı gəlin” mahnısı haqqında film çəkib, mahnının bizə məxsus olduğunu dünyaya sübut eliyəcəm... Azərbaycan əsgəri – Ay dığa, özündən söz qondarma... Paracanov heç vaxt elə şey deməzdi... indicə sənə “Sarı gəlin” haqqında yekə bir moizə oxudum, yenə də kor tutduğundan əl çəkməyən kimi tutduğundan əl çəkmirsən... Paracanov yaxşı bilirdi ki, uydurmanın heç yerdə yeri yoxdu... O bilirdi ki, “Sarı gəlin” özü sizindi, “Sarı gəlin” mahnısı bizimdi... Pracanov yaxşı bilirdi ki, elə bir nağıl, elə bir dastan yoxdu ki, orda erkək erməni olsun, qız türk... Amma “Əsli və Kərəm”də də, “Sarı gəlin”də də erkərlər türk oğulları, qızlar isə erməni qızları olduğunu, sarı qızlara mahnını qoşub oxuyan da bizimkilərin olduğunu Paracanov yaxşı bilirdi... Bundan sonra sən də bil, mahnı bizimdi ay erməni, bizim...Erməni əsgəri – Siz qəribə millətsiniz e, burdan deyirsiniz ki, sarı qızlar bizimkilər olub, sizinkilər də bizim qızları seviblər... burdan da deyirsiniz ki, guya biz heç vaxt bu torpaqlarda olmamışıq... Azərbaycan əsgəri – Əstəğfürullah daa... Biz heç vaxt demirik ki, siz olmayıbsınız. Deyən sizsiniz ki, guya bu torpaqlar bizim yox, sizin olub. Biz isə həmişə demişik ki, siz də türk tayfalarının bir qolusunuz. “Ərmən”lərsiniz. Sadəcə olaraq bütün tarix boyu dinc durmayıbsınız, həmişə cığallıq eliyibsiniz, hər dəfə bir hoqqa çıxardıbsınız. Gah dost olubsunuz, gah da gözləmədiyimiz halda arxamızdan xəyanətkarcasına vurubsunuz... Gör bizim adətlərimizdə, ənənələrimizdə, süfrə mədəniyyətimizdə, danışıq leksikonumuzda necə qohumluq var... Ay erməni, biz həmişə sizi özümüzə qohum bilmişik, kirvəlik kimi müqəddəs məsələdə sizə arxalanmaq istəmişik. Siz isə üzümüzə gülüb, arxamızda düşmən deyib, durubsunuz... (danışdıqca coşur) Siz tarixin hansı dövrünə qədər düşmənçilik xəstəliyinə tutulmaq niyyətindəsiniz? Bizim ürəyi yumşaqlığımızdan, Azərbaycanda həmişə sizinkilər başda oturublar, buyuruqçu olublar, bunu da anlamırsınız? Siz daha nə istəyirsiniz?.. Heç olmasa, istədiyinizi də kişi kimi istəyin. Namərdcəsinə silahlanıb, silahsız, günahsız adamlara divan tutmayın...Körpə birdən qışqıraraq ağlamağa başlayır. Erməni əsgəri tez onu qucağına alır və yelləyir.Erməni əsgəri – Şşşş... Şşşşş.... Yumaq lazımdı...Azərbaycan əsgəri – Yox, yəqin yenə də yemək istəyir.Erməni əsgəri – (mundirin üstündə onun bələyini açır) Əvvəlcə yumaq, sonra yemək vermək lazımdı. Suyu tez gətir, bax gör, isti-soyuq olmasın...Azərbaycan əsgəri – (heyrətlənir. Çeçələ barmağı ilə suyun hərarətini yoxlayır) İlıqdı... Erməni əsgəri – Suyu yaxına gətir... bəh... oğlan uşağdı... Azərbaycan əsgəri – (sevincək suyu yaxına gətirir) Oğlandı?..Erməni əsgəri – Oğlandı... vəhşilər...Azərbaycan əsgəri – Kimə deyirsən?.. Erməni əsgəri – Sizə deyirəm... bu yaşda körpənin sünnətini vurublar... Azərbaycan əsgəri – (qəhqəhələrlə) Əlaaaa... Sünnəti vurulub? Ha-ha-ha, müsəlmandı... (oxuyur) Kişidi bu, kişidi bu... Kişidi bu, kişidi bu... Babasının, nənəsinin Müsəlman kişmişidi bu... Erməni əsgəri – (hirslə qışqıraraq) Yazıq körpə... dünyaya yenicə göz açıb, dünyanı dərk eləməmiş, yıxıblar bıçağın altına... Azərbaycan əsgəri – Yazıq niyə? Vaxtında canını qurtarıb da...Erməni əsgəri – Canını qurtarıb?.. Kimdən qurtarıb? Nədən qurtarıb?... Mənə vəhşi, canavar deyirsən, görürsən ki, vəhşi özünüzsünüz...Azərbaycan əsgəri – O vəhşilik deyil, Erməni əsgəri – Bəs nədi?Azərbaycan əsgəri – Sən belə şeyləri bilməzsən ay dığa, sən körpəni ocağa yaxın tut, üşüməsin...Erməni əsgəri – (donquldanaraq körpənin qurşaqdan yuxarı hissəsini bükür, aşağı hissəsini yumağa başlayır) Tök görüm... belə şeyləri bilməzsən, yox bir... yavaş-yavaş tök... (körpə ağlayır. Oxuyaraq körpəni oxşayır) Ağlamasın, ağlamasın... Sünnətini kəsənlər yesin. Dəlləyi yesin, kirvəsi yesin... Ağlamasın, ağlamasın... Onlar körpəni yuyurlar. Erməni əsgəri körpəni bələyərkən Azərbaycan əsgəri körpənin yanlış bələndiyini görür. Azərbaycan əsgəri – Ey-ey, erməni, körpəni erməni üsulu ilə bələmə, çəkil kənara...Erməni əsgəri – Nə fərqi var?Azərbaycan əsgəri – Çəkil, fərqi yoxdu, onda belə bələ... (bələyib mundirin üstünə qoyur və mundirlə bərk-bərk bükür)Erməni əsgəri – Maraqlıdı, bələyin də fərqi varmış, mən də bunu səndən öyrəndim.Azərbaycan əsgəri – Bəs deyirdin hər şeyi bilirsən... Görürsən ki, hələ sən də məndən çox şeylər öyrənəcəksən.Erməni əsgəri – Məmnuniyyətlə... Öyrənmək həmişə lazımdı...Azərbaycan əsgəri körpəni bələyir. Erməni əsgəri körpənin yerini rahatlayır. Azərbaycan əsgəri körpəni mundirin arasına bükür. Erməni əsgəri ocağın üstünə odun atır. Onlar ocağın qırağında otururlar.Azərbaycan əsgəri – Burdan necə xilas olaq?Erməni əsgəri – Səhərə az qlıb... Səhər açılan kimi canavarlar çəkiləcəklər, onda başımızın çarəsinə baxarıq.Azərbaycan əsgəri – Canavarlar dişlərini ova sancmyana qədər ondan əl çəkməzlər.Erməni əsgəri – Onlar gündüz ov eləmirlər.Azərbaycan əsgəri – Canavarların taktikası çox mürəkkəbdi, gözləmədiyin üsullara əl atırlar.Erməni əsgəri – Əgər yuvalarına çəkilmiş olsalar, hərəmiz oz yolumuzla gedərik.Azərbaycan əsgəri – Bəs çəkilməsələr...Erməni əsgəri – Onda başqa şey düşünərik.Azərbaycan əsgəri – İndidən başımızın çarəsinə baxmalıyıq.Erməni əsgəri – Mənim yuxum gəlir, bir az gözümün acısını alsam, başımı kəsməzsən ki?..Azərbaycan əsgəri – Kəsmək istəsəydim, özünü buraya ölü salanda kəsərdim. Baş kəsən sizsiniz...Erməni əsgəri – Mən hələ heç kəsin başını kəsməmişəm... Azərbaycan əsgəri – Sən heç bizimkilərdən öldürməyibsən?Erməni əsgəri – Yalan niyə deyim, güllə ilə öldürmüşəm, həm də çox öldürmüşəm... Müharibədi, əlimdə silah varsa, özüm də hələ ki, sağamsa demək ki...Azərbaycan əsgəri – (Gözləri hədəqəsindən çıxmış halda) Əslində sənin qanın mənə halaldı, amma mən yenə də səni öldürmədim... Axı sən Tiflisdə rahat yaşadığın yerdə niyə özünü odun-alovun içinə atmısan? Günahsız adamları niyə qırırsan? Sən Əsgəranda doğulmusan, istədiyin vaxt orda yaşaya bilərsən, axı onu sənin əlindən alan yoxdu, gəl yaşa da... Bundan ötrü mütləq adam öldürmək lazımdı? Atan-anan yaşamışdı, köçdü getdi, indi sən yaşamaq istəyirsən, qayıt gəl, yaşa da...Erməni əsgəri – Qarabağ müharibəsi başlayanda illər uzunu hər ay hesabına pul köçürdüyümüz gizli təşkilat bütün dünya ermənilərinə müraciət elədi və biz hamımız Qarabağın azadlığı üçün müharibəyə cəlb olunduq. Bizə xüsusi tapşırıqlar verildi. Düzünü deyəcəm, istərsən inan, istəməzsən inanma... ilk vaxtlar bu xoşuma gəlirdi. Bir dəfə sizinkilərin mühasirəsinə düşdük... demək olar ki, son nəfəsimiz idi. Onda əsgərlərimizin özlərini necə söydüklərinin şahidi oldum. Zarafat deyil, hamımız düz ölümün gözlərinin içinə baxırdıq... Çoxlu itki verdik... Tam təsadüf nəticəsində bir neçəmiz salamat qurtardıq. Onda gözlərimdə hər şey öldü. Amma məndən asılı olan heç bir şey yoxdu... geriyə yol qalmayıb, ya ölməliyik, ya da olmalıyıq...Azərbaycan əsgəri – Sən inan ki, öləcəksiniz... mütləq öləcəksiniz... Məsələ təkcə qəfl mühasirəyə düşməkdə, təsadüfi gülləyə rast gəlməkdə deyil ki, bax, düşmüşük canavar sürüsünün içinə... düzdü?..Erməni əsgəri – (sakit səslə) Düzdü.Azərbaycan əsgəri – Burda bizi nə gözlədiyini bilmirik... düzdü?..Erməni əsgəri – Düzdü.Azərbaycan əsgəri – İndi mənə de, bu müharibəni başlamasaydınız, sən də gəlib Əsgəranda yaşamaq istəsəydin kim sənə mane olacaqdı?..Erməni əsgəri – Mənim Tiflisdə də vəziyyətim əladı, hər şeyim var, amma məsələ təkcə məndə deyil...Azərbaycan əsgəri – Tələsmə... fikir söyləməyə tələsmə... suallarıma sona qədər cavab ver, sonra fikrini söyləyərsən... Əsgərana köçmək istəsən sənə kim mane olacaqdı?Erməni əsgəri – Yəqin ki, heç kim...Azərbaycan əsgəri – Heç kim... Sənin nə qədər ömrün var?Erməni əsgəri – Onu Allah bilir...Azərbaycan əsgəri – Allahın verdiyi ömrü yaşamaqmı lazımdı, yoxsa vaxtsız ölməkmi? Firavan həyatmı gözəldi, yoxsa, müharibə, qan qoxusumu?..Erməni əsgəri – Sən vətənin nə demək olduğunu anlayırsan?Azərbaycan əsgəri – Vətən anlayışı bilirdinsə, Tiflisdə nə gəzirdin, ay erməni?Erməni əsgəri – Məni atam aparmışdı.Azərbaycan əsgəri – Atan Tiflisdə nə gəzirdi?Erməni əsgəri – Dolanışıq üçün...Azərbaycan əsgəri – Stop... Mən səndən bunu eşitmək istəyirdim... Bayaqdan mənə deyirsən ki, mənim səndən öyrənəcək çox şeyim var, amma görürsənmi ki, sənin bildiklərindən bilmədiklərin daha gərəklidi... Əgər həqiqətən də vətən anlayışı sınin üçün bu qədər dəyərlidisə, bəs onda niyə vətəni dolanışığına dəyişirdin? Bayaq dediyim kimi, sən də, sənin silahdaşların da dişləri çürümüş siyasət canavarlarının istifadə üçün ağızlarına qabladıqları itilənmiş protez dişlərsiniz, hissiz, duyğusuz... anlamadan gəmirirsiniz... həm də özünüz üçün yox, onlar üçün gəmirirsiniz... Missiyanız bitənə qədər... sonra, buxxx... gedəcəksiniz o dünyaya... Erməni əsgəri – (istehzayla) Təsadüfən sən filosof deyilsən?Azərbaycan əsgəri – Mən filosof deyiləm, musiqiçiyəm. Ona görə də insan fəlsəfəsini çox həssaslıqla dərk eliyirəm. Dərk eləyirəm ki, sən də insansan, mən də, sən də ana südü əmmisən mən də... hətta sən mənim anamın südündən əmmisən, mən də sənin ananın...Erməni əsgəri – (qəhqəhələrlə) Ha-ha-ha-ha-ha... Bax gör daha nələr uydurursan?..Azərbaycan əsgəri – Bəli, bu həqiqətdi...Erməni əsgəri – Ola bilməz... bu ola bilməz... sən yalan danışırsan... mən sənin ananı harda gördüm?.. Sən məni yolumdan döndərməkdən ötrü blef eləyirsən... Azərbaycan əsgəri – Sənin rəhmətlik anan adı Nairadı?Erməni əsgəri – Nə?..Azərbaycan əsgəri – Nə gözlərini döyürsən, deyirəm ananın adı Nairadı?..Erməni əsgəri – (kəkələyərək) Na... Na... Na... Nairadı...Azərbaycan əsgəri – Sən bayaqdan özün haqqında danışdıqca, rəhmətlik anamın dedikləri gözlərimin önündə oyur-oyur oynayır. Anam həmişə ağız dolusu mənə deyərdi ki, bir qonşumuz var idi, əvvəl İrəvana, ordan da Tiflisə köçdülər. Kişi məktəbdə fizika müəllimi işləyirdi, arvad da evdar qadın idi, Naira. Çox yaxşı qadın idi... Onun oğlu ilə sən eyni gündə doğulmuşdunuz... Yəni sən və mən... hətta qonşu olduğumuz üçün beşiyimiz bərabər yellənərmiş. Biz ağlayanda, mənim anam yetişənə qədər sənin anan bir döşünü sənə verəndə, bir döşünü də mənə verərmiş. Ya da, tərsinə, sənin anan yetişənə qədər mənim anam məni də əmizdirərmiş, səni də... (hönkürərək ağlayır) Erməni əsgəri – (gözləri hədəqəsindən çıxmış halda donub qalmışdır) Sən nə danışırsan?.. Allahım!.. Sənin atanın adı Məhəmməddi?.. Ananın adı Güllərdi?.. Azərbaycan əsgəri – (hönkürərək) Məhəmməddi... Güllərdi...Erməni əsgəri – Allahım!.. Bu nədi?.. Atam ölənə qədər sizdən danışdı... Sizinlə bir evin adamları kimi olan qonşuluqdan danışdı... Azərbaycan əsgəri – (hönkürtülərlə içində bağıraraq) Atan bunları danışmışdısa, niyə gəlirdin döyüşə, niyə gəlirdin ay yaramaz...Erməni əsgəri – (bağırır) Bəsdi!.. Məni az ittiham elə... Onsuz da bağrımı parça-parça elədin... Bunları eşitmək, uçurumdan yuvarlanmaqdan da betərdi... Gülləyə tuş gəlməkdən də betərdi... Bu gecə nə dəhşətli gecədi?.. Məni daha nələr gözləyir?.. Mən... Zavallı mən... Yazıq mən... (hönkürür)Azərbaycan əsgəri – İndi bizim analarımız yoxdu... Sənin anan dolanışıq xiffətindən olüb, mənim anam isə sizin vəhşiliyinizin qurbanıdı... Erməni əsgəri – Allahım, keç mənim günahlarımdan!.. Mənə imkan ver ömrüm boyu tövbə eləyə bilim... Mənə imkan ver günahlarımdan təmizlənə bilim!..Azərbaycan əsgəri – Biz onlara o dünyada nə cavab verəcəyik?!. Biz süd qardaşlarıykən, bir-birimizin sonuna yetmək uğrunda çarpışırıq... Biz hər gün günaha batırıq... Bizim bircə yolumuz var!.. Qan içmək üçün bizi dişlərinə taxan canavarlara qarşı bərabər vuruşmalıyıq!.. Onda canavar sürüsü də, onların iti dişləri də bizə bata bilməz!..Erməni əsgəri – (əlləri ilə üzünü tutaraq hönkürtü ilə var-gəl edir) Sən məni dəhşətə gətirdin... Sən mənim həyatımı darmadağın elədin yaramaz türk... Sən məni məhv elədin, öldürdün... Mən daha heç vaxt dirilə bilmərəm... (diz üstə çökür) Mən olüyəm!.. Qaz bu qarın altındakı torpağı, məni bu qarın altında diri-diri basdır... (ağlayaraq) Üstünə də yaz ki, diri ikən olmüş canavar dişi... (başını torpağa döyərək hönkürtü ilə ağlayır. Onun hönkürtüsünə körpə də ayılır və ağlamağa başlayır)Azərbaycan əsgəri – (Erməni əsgərinin kürəyindən qucaqlayır və onu sakitləşdirməyə çalışır) Ağlama... Sakit ol... Toxta.. Ağlama ki, körpə də ağlamasın... Biz körpələrimizə ağlamaqdan qurtarmalıyıq...Onlar bir-birinə sarılmış vəziyyətdə uzun müddət hönkürüb ağlayırlar...Erməni əsgəri – (başına döyərək, havalanırmış kimi) Sizin kəndi mən güllədən keçirmişəm... Kəndə canavar sürüsü kimi hücum çəkdik... yazıq günahsızlar, “vurmayın!”, “öldürməyin!”, “insaf eliyin!” deyib yalvarırdılar, insaf eləmədik, birə kimi daraşdıq yazıqların canına...Qarşımıza çıxanı salamat buraxmadıq... Bəlkə də Süsənin övladları mənim gülləmin qurbanı olublar... Bəlkə də sənin ananı mən qətlə yetirmişəm... (cibindən bıçağını çıxarır, ona uzadır) Al, doğra məni... Tikə-tikə elə məni... Öldür məni... Mən südünü əmdiyim adamın qanını tökmüşəm... Onsuz da Allah məni bağışlamayacaq... Məni burdan salamat buraxma... Öldür... Mal kimi doğra məni... (hönkürtü ilə ağlayaraq Azərbaycan əsgərini yumruqlayır) Öldür deyirəm məni... Yalvarıram sənə, qurtar məni bu cəzadan... Mən daha dözə bilmirəm... Anamın ruhu məni necə bağışlayacaq?.. Onun ruhu qarşısında günahkaram... Qurtar məni bu əzabdan... xahiş eləyirəm... qurtar məni... (ağlayaraq Azərbaycan əsgərinin ayaqlarını qucaqlayır) Azərbaycan əsgəri əyilərək onun böynuna sarılır. Hər ikisinin hönkürtüsü meşəyə yayılır. Onlar bir müddət bir-birinə sarılaraq qalırlar. Erməni əsgəri – Yuxu gözlərimi deşir, bir az gözlərimin acısını alım...Azərbaycan əsgəri – Yat... gözlərin doyunca yat... Elə bil evindəsən, nə qədər istəyirsən yat... Heç nədən qorxun olmasın, mən sənə keşik çəkərəm...Erməni əsgəri – Çox sağ ol... (körpənin yanında yerə uzanr.) Balaca qəhrəman, olar mən də sənin qucağına girim?.. Çox sağ ol, sən çox lütüfkarsan... (başını öz qollarının arasnda rahatlayıb, yuxuya gedir. Dırhal xoruldamağa başlayır).Azərbaycan əsgəri – Dərhal yatdı... Siz yatın, mən də çıxım, görüm, ocaq üçün bir təhər çır-çırpı yığa bilirəmmi... Canavarlar imkan versələr... Azərbaycan əsgəri fanarı götürüb ehtiyatla ağacın dəliyindən bayıra çıxır. Erməni əsgəri yuxusunda sayıqlamağa başlayır. Erməni əsgəri – Mənim gözəlim, mənim sevgilim, mənim həyatım... yaxın gəl, sizsiz elə darıxmışam... burnumun ucu göynəyir... yaxın gəl... Niyə yaxın gəlmirsən?..Qadın – Mən sənə necə yaxın gəlim, axı sənə əlim çatmır...Erməni əsgəri – (əllərini qadına tərəf uzadır). Mən sənin yanındayam, sən əlini uzat, çatacaq...Qadın – (əllərini ona tərəf uzadır). Bax, görürsən, əllərimi uzadıram, amma sənə çatmır, sən çox uzaqdasan...Erməni əsgəri – Mən uzaqda deyiləm, sevgilim, tam sənin qarşında dayanmışam... Əllərini mənə ver...Qadın – Al, əllərimi... Al... Niyə tuta bilmirsən əllərimi?..Erməni əsgəri – (məyyus halda) Deyəsən doğrudan da mən uzaqdayam, əllərim sənə çatmır... Uşaqlarım hanı, mənim gözəl-göyçək balalarım?Qadın – Uşaqları görmürsən, budur, yanımdadırlar, sənə baxırlar...Erməni əsgəri – Yox, görə bilmirəm... Yəqin uzaqdan uşaqları görmək çətindi... axı onlar hələ çox balacadılar... Qoy bir az yaxın gəlsinlər...Qadın – Yox-yox, onlar yaxın gələ bilməzlər...Erməni əsgəri – Niyə?..Qadın – Onlar səndən qorxurlar...Erməni əsgəri – Axı mən onların atasıyam, onlar məndən niyə qorxurlar?..Qadın – Çünki indi sən müharibəsən, uşaqlar müharibədən qorxurlar...Erməni əsgəri – Yox-yox, mən müharibə deyiləm, mən onların atasıyam...Qadın – Vallah indi sən müharibəsən, sən özün-özünü görə bilmirsən, ancaq onlar səni yaxşı görürlər... onlar səni müharibə kimi görürlər... Öz libasına düşəndə onlar səndən qorxmayacaqlar, amma indi qorxurlar... Sən indi əməlli-başlı müharibəsən, sevgilim...Erməni əsgəri – (hirslə) İt qızı, mən müharibə deyiləm, mən insanam, sən uşaqları tərs tərbiyə edirsən, mən insanam, uşaqlarımı mənə qarşı yönəltmə!.. (qulağına komandirin səsi gəlir) Komandir – Hardasan əsgər?..Erməni əsgəri – Apar uşaqları burdan, gedin, qaçın, komandir gəlir... Düz deyirsiniz, mən hələ müharibəyəm... tezliklə libasımı dəyişəcəm... qayıdıb gələcəm... tez qaçın burdan... qaçın!.. Komandir – Əsgər, hardasan?..Erməni əsgəri – Mən burdayam komandir...Komandir – Hanı əsirlər?..Erməni əsgəri – Komandir, mən onları tapdım... qadın soyuqdan donmuşdu... amma körpəsi... körpə anasını əmirdi...Üzündə maska olan komandir əlində silah, Erməni əsgərinin qarşısında dayanır.Komandir – Hanı körpə?.. Erməni əsgəri – Yatıb...Komandir – Ver onu mənə.Erməni əsgəri – Verə bilmərəm, komandir... şirin yuxudadı, oyada bilmərəm...Komandir – (istehzalı və əsəbi) Sənə dedim, ver onu mənə...Erməni əsgəri – Verə bilmərəm komandir, incimə, körpəni şirin yuxudan ayıra bilmərəm...Komandir – Sənə dedim ki, ver o türk küçüyünü... Sən nə vaxtdan belə humanist olubsan?.. Sənə belə dərs veriblər müharibəyə gətirəndə?Erməni əsgəri – Yox... Mənə... mənə belə dərs verməyiblər... müharibəyə gətirəndə mənə deyiblər ki, harda türk gördün öldür... Balacasına, boyüyünə, qocasına, cavanına, qadınına, kişisinə, xəstəsinə, əlilinə baxma...Komandir – Ay sağ ol, dərsini bilirsən, indi o körpəni ver mənə...Erməni əsgəri – Verə bilmərəm komandir... onun günahı yoxdu, südəmər körpədi...Komandir – Ver deyirəm, əclaf, yoxsa başına güllə sıxaram... (silahı ona tuşlayır)Erməni əsgəri – Verə bilmərəm, mənim də körpələrim var...Komandir – Sənin körpələrin ayrı, onlar bizimkilərdi...Erməni əsgəri – Körpə, körpədi, körpənin bizimkisi, sizinkisi olmur, komandir...Komandir – Əclaf... satqın əclaf, sən nə zəvzəyirsən? Sənə körpəni ver dedim... Erməni əsgəri – (yalvarıcı qışqırıqla, ağlayaraq) Komandir!.. Vurma!.. Vurma məni, Komandir!.. Vurma!.. Vurma!..Komandir – Al, satqın!.. (gülləni Erməni əsgərinin başına sıxır. Erməni əsgəri qışqıraraq, dik atılır. Başı üzərində Azərbaycan əsgərini görür.)Azərbaycan əsgəri – Sayaqlayırdın...Erməni əsgəri – (təngnəfəs halda Azərbaycan əsgərinə) Sən məni vurdun?!. Mən yaralıyam?!.Azərbaycan əsgəri – Heç kəs səni vurmayıb, sən sadəcə yuxu görürdün... sayaqlayırdın... Komandirinə yalvarırdın...Erməni əsgəri körpəyə tərəf çevrilir.Erməni əsgəri – Sən dünyanın ən gözəl nemətisən... Həyat deyilən şey sənsən... Üzündən-gözündən nur tökülür...Günəşin şüaları ağacların arasından süzülərək hər üçünü nura qərq edir. Azərbaycan əsgəri – Dur, günəş doğur...Erməni əsgəri ağacın oyuğundan çölə baxır. Erməni əsgəri – Canavarlar yoxdu. Gediblər... Dedim axı, onlar gündüz gizlənirlər. Amma yox, biri qalıb. (canavara) Həə, demək sən hələ də ümidlisən ki, dişin mütləq qana batacaq?.. Onu görməyəcəksən.Azərbaycan əsgəri – O canavar tək deyil...Erməni əsgəri – Təkdi, gəl bax... başqası yoxdu...Azərbaycan əsgəri – O tək deyil...Erməni əsgəri – Görmürsən, təkcənədi?..Azərbaycan əsgəri – Canavarların taktikası belədi. Hamısı pusquya çəkilir, biri ovunun qarşısından qaçmağa başlayır, ovu canavarın qaçdığını görcək, onu qovur. Canavar ovu sürünün mühasirəsinə qədər dərinliyə aparır və tən ortada dayanır. Ov ona çatar-çatmaz sürü pusqudan çıxır və üzük qaşı kimi ovu mühasirəyə alır. Bununla da ovun işi bitir. Erməni əsgəri – Deyirsən ki, canavarlar o qədər ağıllıdı?Azərbaycan əsgəri – (eyhamla) Yırtıcıların hamısı ağıllı olur...Erməni əsgəri – Heç olmasa bu anda eyhamla danışma... Nə edəcəyimizi düşünək.Azərbaycan əsgəri – Sən deyirdin ki, mənim səndən öyrənəcəyim çox şey var, demək ki, məndən ağıllısan, sən bir yol göstər... Nə edək?..Erməni əsgəri – Məncə biz canavarı qovmalıyıq...Azərbaycan əsgəri – Mühasirəyə düşsək?..Erməni əsgəri – Ola bilsin ki, bu canavar doğrudan da tək qalıb, axşama qədər bizi burada saxlamaq üçün. O birilər isə çəkiliblər dincəlməyə. Axşam yenə də gələcəklər...Azərbaycan əsgəri – Ola da bilər... amma mən inanmıram... bu üsul canavarlara xas deyil. Əgər elə olsa, birazdan sakitcə növbə dəyişməlidi... Gözləyək görək növbə dəyişəcəkmi...Erməni əsgəri – Yox, biz onu gözləyə bilmərik...Azərbaycan əsgəri – Təklifin nədi?Erməni əsgəri – Hərəmiz iki odun parçası götürək, yolumuza çıxaq, əgər canavar təkdirsə, sürünü xəbərdar eləmk üçün ulayacaq, tək deyilsə, bizi tələyə çəkmək üçün sakitcə qaçmağa başlayacaq. Ulasa, işimiz asanlaşır, demək ki, canavarlar uzaqdadı, qaçmağa başlasa, biz onun qaçdığının əks istiqamətinə tərəf qaçarıq. Yenə də canavarlar uzaqda qalacaqlar. Qar da dizə çıxır, hər iki halda canavarlar bizə yetənə qədər biz bir tərəfə çaıxarıq...Azərbaycan əsgəri – Bəs körpə?Erməni əsgəri – Körpəni nəvbə ilə daşıyarıq... Azərbaycan əsgəri – Qaçdığımız tərəfi müəyyən eləməsəm, mən getməyəcəm, sən istəsən gedərsən...Erməni əsgəri – Bəs nə eləyəcəksən?Azərbaycan əsgəri – Allahı çağıracam...Erməni əsgəri – Axmaq müsəlman...Azərbaycan əsgəri – Körpənin ruzusunu göndərən Allah onun xilas yolunu da mütləq göndərəcək...Erməni əsgəri – Onda mən getdim, siz salamat qalın.Azərbaycan əsgəri – Get... yaxşı yol...Erməni əsgəri – (körpəyə yaxınlaşır) Gəl görüşək, balaca dost... Qəhrəman... Sən dünyada ən qiymətli insansan!.. (əyilib yanağından öpür Azərbaycan əsgərinə tərəf çevrilir) Əmin ol ki, mənim üçün müharibə bu gecə, bu körpənin qığıltısında, təbəssümündə sona yetdi... Sağ qalsam, imkan tapıb, bir yolla mütləq sizinkilərə sizin haqqınızda məlumat göndərəcəm...Azərbaycan əsgəri – Burdan sağ-salamat qurtara bilsəm, hökmən Tiflisdə səni tapacam. Hər ikisi qucaqlaşıb bir an sükut edirlər. Sonra Erməni əsgəri hər əlinə bir odun parçası götürüb, canavara tərəf gedir. Bir neçə addımdan sonra geri dönüb səslənir. Erməni əsgəri – Salamat qal, süd qardaşım!..Azərbaycan əsgəri – Uğur olsun, süd qardaşım!..Erməni əsgəri – (körpəni nəzərdə tutaraq) Salamat qal, qəhrəman!.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.