Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya müdafiə olunub

Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya müdafiə olunub Bu yaxınlarda Gürcüstan Dövlət Universitetində gənc bir qızın tanınmış yazıçı-dramatuq İmir Məmmədlinin bədii əsərləri ilə bağlı etdiyi disertasiya müdafiyəsi diqqətimizi cəlb etdi.

Müdafiənin mövzusu İmir Məmmədlinin Gürcü dilində çap olunmuş əsərlərində Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafınin, ədibin gürcü adət-ənələrinə, milli xüsusiyyətlərinə yaxından bələd olmasinin əhəmiyyəti haqqındadir.

Gənc gürcü aliminin İmir Məmmədlinin əsərlərinin tam küllüyatının onda olmamasından narahatlığını bildirir.

İnanirik ki, İmir Məmmədli əsərlərinin gürcü dilində olan tam küllüyatını həmin gənc alimə və gürcü ictimaiətinə göndərməyə təşəbbüs göstərəcək.

Youtube.com-da yayımlanan, həmin müdafiədən bəhs edən həvəskar çəkiliş bir daha subut edir ki, İmir Məmmədli tək azərbaycanlilar üçün deyil, gürcülər üçün də taninmiş ədəbi sima, sevilən şair, yazıçı-dramaturqdur.

Xatilatmaq istəyirəm ki, İmir Məmmədli uzun müddət Gürcüstan Respublikası Prezident aparatında məsul vəzifədə çalışmış, Milli məsələlərin inkişafinda xidmətlərinə görə Gürcüstan Dövlət mükafatı lauratı adına layiq görülüb, “Şərəf” ordenini ilə təltif olunub.

Həmin disertasiya müdafiəsindən bəzi fraqmentləri təqdim edirik.


Kamil Məhərrəmoğlu
AYB üzvü, jurnalist

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: