Qalaktion Tabidze! Ədəbiyyat » Ədəbi əlaqələr 16 Kasım Qalaktion Tabidze! Hətta alın yazısının altına belə, imzasını qoymuş şair! Sabah onun ad günüdür! Şəkli ilə bərabər ömür-gün yoldaşı Olqa Okucavanın (tanınmış şair Bulat Okucavanın bibisi) və Qalaktionun ilham pərisi sayılan Meri Şervaşidze-Eristavinin şəkillərini də paylaşıram. O.Okucava 1941-ci ildə "antisovet təbliğat"a görə güllələnmişdi. M.Şervaşidze-Eristavi isə 1986-cı ildə Parisdə Qocalar evində vəvat etmişdi. Şeirə gəlincə, Qalaktionun ad günü ilə deyil, intiharı ilə bağlıdır:*** Hər məmləkətdüşüncə azadlığı adıylabir açıq pəncərə saxlayaryuxarı mərtəbələrdə;saxlayar şairlər üçün məxsusi:nə bilmək olarbəlkə hansı şairsəgünün alatoran vaxtıözünü atdı oralardan......axı ucalıqlar həm də yaxındır Yaradana!Arada-sıradao açıq pəncərədən atlanar şairlər – Qalaktion misallı;sanki bir qalaktikadan o biri qalaktikayausdufca atlanmaq kimi...Elə sabahı gün məmləkətdə“intihara yox!” kampaniyası başlayar;bir post skriptum da yazarlar altına:dünya – bir pəncərədir,hər gələn baxar gedər......Tiflisdə günəş hər səhərilk olaraq o açıq pəncərəyə boylanar......və bir dalandar ağlayar Qalaktion körpüsündə; süpürər gözləri qızarmış üfüqlərə qədərgöz yaşları... İbrahimxəlilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.