Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz verib Folklor, Borçalı, Nekroloqlar 3 Temmuz Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz verib.Ustad Aşıq Qərub Camal oğlu Məmmədov 80 yaşında dünyasını dəyişib.Borçalıdan Əlixan Yəhyaoğlu “Vətənim.info”ya bildirib ki, ustad aşığın vida mərasimində Borçalı aşıqları ilə yanaşı aşığın sənət dostları, ictimai birlik və cəmiyyətlərin üzvləri, ictimaiyyət nümayəndələri, tanınmış ağsaqqallar və ziyalılar iştirak ediblər.Ziyalılardan Zahid Nəsibov, prosessor Mahmud Kamaloğlu, “Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin sədri Əlixan Yəhyaoğlu, Əli Abbas, Süleyman Çobanov və b. ustad aşığın həyat və fəaliyyətindən, xatirələrindən danışıblar.Aşıq Ziyəddin Keşəli, Aşıq Samir, Aşıq-sazbənd Kövrək Murad, Aşıq-sazbənd Bafəli, Aşıq Novruz və Mirzənin “Mansırı” havası üstə ifaları ilə cənazə götürülüb. Aşıq Qərib Camal oğlu Məmmədov 1937-ci ildə Qərbi Azərbaycanın (indiki ermənistanın) Ağbaba bölgəsinin Çaybasar (İlanlı) elində anadan olub. Otuzuncu illərin repressiyasının qurbanı olan Camal kişinin ailəsi böyük çətinliklərlə Borçalının Məscidli Gorarxı kəndinə pənah gətirib. Gənc Qərib bu elin ustadı, Aşıq Almaza şəyirdlik edib. Ötən əsrin altımışıncı ilindən toy məclis və şənlikləri müstəqil idarə edib. Onlarla şeirin və iki dastanın müəlifi olan Aşıq Qərib 50 yaxın dastan bilirdi.Aşıq Qərib Məmmədov 30 iyun 2017-ci ildə dünyasını dəyişib.Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin!.. Müşfiq BORÇALI,Vetenim.info. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.