RƏNA TƏBƏSSÜM (İMANOVA) "Mən Şirvanın səsiyəm", Sumqayıt, Müsabiqə 30 Ocak Rəna Şirin qızı İmanova - 1969-cu il martın 22-də Sumqayıt şəhərində qulluqçu ailəsində anadan olub. 1976-1986-cı illərdə Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəbdə təhsil alıb. İlk əmək fəaliyyətinə 1986-cı ildə “Sintetik kauçuk” zavodunda makinaçı kimi başlayıb, sonralar isə “Neftkimyaavtomat” EİB-də, Azərbaycan Respublikası Kommunist Partiyası Sumqayıt Şəhər Partiya Komitəsində, Şəhər Xalq Deputatları Sovetində, Sumqayıt Şəhər İcra Hakimiyyə-tində, Sumqayıt Bələdiyyəsində müxtəlif vəzifələrdə işləyib. Hazırda Sumqayıt Bələdiyyəsində çalışır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2007-ci illərdə yarım ştat vahidi ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında şöbə müdiri, inspektor vəzifələrində işləmiş, şəhər təşkilatının fəxri fərmanı ilə təltif edilmişdir. Sumqayıt Dövlət Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə”, “Kimya sənayesinin iqtisadiyyatı” ixtisası üzrə qiy-abi ali təhsil almışdır. 2000-ci ildən jurnalistika sahəsində fəaliyyət göstərir. Əlavə olaraq 2006-2007-ci illərdə Ə.Kərim adına Poeziya klubunda jurnalistika ixtisası üzrə birillik kurs bitirmişdir. 2007-ci ildən Rəna Təbəssüm imzası ilə ədəbi mühitdə tanınmışdır. 2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Rəna xanıma Təbəssüm təxəllüsünü “Azərbaycan” qəzetinin bölgə müxbiri, “Dünyaya pəncərə” qəzetinin təsisçisi və baş redaktoru olmuş Qalib Əhmədov (Qadir) yaraşdırmışdır. “Mənəviyyat məbədi” (Sumqayıt 2008), “Corat. Qloballaşan dünyanın daş yaddaşı” (Sumqayıt 2009) kitablarını mərhum jurnalist Qalib Əhmədovla birlikdə yazmışdır. “Corat. Qloballaşan dünyanın daş yaddaşı” kitabını birgə ərsəyə gətirən müəlliflər əslində, 2000 ilə yaxın yaşı olan Coratın qədimliyini geniş oxucu kütləsinə tanıtmaqla Sumqayıt şəhərinin məhz bu qədim diyarın qoynunda salındığını bir daha sübuta yetirmişlər. Rəna Təbəssümün 2010-cu ildə “Eşqin gücü varsa...” kitabı işıq üzü görmüşdür. “Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar”, “Qaranlıq izlər” adlı romanları çap ərəfəsindədir. “Həsrət”, “Ana istəyirəm”, “Ümidlər puç olanda”, “Çin olan yuxular” adlı hekayələri və “Göz yaşları” adlı novellası oxucular tərəfindən rəğbətlə qarşılanır. Hazırda “Tənha çiçək” adlı pyesi üzərində işləyir. Cəmiyyətin mənfilikləri ilə üzləşən, lakin üzülməyən Rəna Təbəssüm qəlb məşəlinin işığında yeni əsərlər yazmaqda davam edir. Yazılarında sözün qüdrətindən yetərincə istifadə etməyi bacaran bu qələm sahibi rastlaşdığı mənfiliklərin hər küncündə müsbət tərəfi axtarır, çirkinlikdə gözəlliyi görməyə çalışır. Onun həyat eşqi ilə dolu qəlb çırpıntıları publisist məqalələri, oçerkləri, şeirləri və deyimlərində aydın sezilir. İndiyədək müxtəlif mətbu orqanlarda – “Azərbaycan”, “Xalq”, “Respublika”, “Azad Azərbaycan”, “Ədalət”, “Kredo”, “Şərqin səsi”, “Elm və təhsil”, “Əsrin ziyalıları”, “Sumqayıt”, “Möhtəşəm Azərbaycan”, “Məslək”, “Günəşli sabah”, “Əsrin sədası” və s. qəzetlərdə məqalə və oçerkləri dərc edilmişdir. 2018-ci ildə KİV İşçilərinin Həmkarlar İttifaqının ”Qızıl Qələm” media mükafatına layiq görülmüşdür. Jurnalistika sahəsinə olan həvəsinin anasının gənclik arzula-rından sıçradığını söyləyən Rəna Təbəssüm yetirməsi olduğu Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təcrübəli pedaqoq kimi tanınmış anası Raya (Raisa) İmanovanın istəklərini yaşadır. Anası gənc yaşlarında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə sənədlərini versə də, filologiya fakültəsinə qəbul olunmuşdur. Jurnalistikaya böyük maraq və sevgisini sonralar istedadlı qızı Rənaya ötürə bilmişdir. Bu gün müqəddəs ananın ruhu qarşısında yazıb yaratdıqları ilə baş əyən Rəna Təbəssüm ötən əzablı günlərini yaddaşa yazıb, tükənməz arzuların qanadında gələn yeni günlərinin aydın, xoş və sevincli olması diləyi ilə yaşayır.Doğulub boya-başa çatdığı Sumqayıtdan iyirmi yaş kiçik olan istedadlı qələm sahibi Rəna xanımın acılı-şirinli həyat səhifələri onun alın yazısıdır. Bu yazıda ömür-gün yoldaşı “Müstəqil Respublika” qəzetinin hüquq şöbəsinin müdiri olmuş, istedadlı şair Əziz Nadiroğlunun da adı var. İşıqlı dünyaya əlvida deyən Əziz Nadir oğlu Alməmmədovun vəfatından sonra “Dünya, səndə gözüm qaldı” şeirlər kitabı Rəna xanımın redaktorluğu ilə işıq üzü görmüşdür. Həyatda aldığı zərbələrdən usanmayan, haqsızlıqlarla sivil mübarizə aparmağı və qalib gəlməyi bacaran Rəna Təbəssüm tale yollarındakı iniltilərini qələmilə ağ varaqlar üzərinə əbədi həkk edir.Biz də Rəna xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzVƏTƏNVətən mənim torpağımVətən mənim and yerimVətən mənim qüdrətim Vətən mənim qeyrətim.Vətən azad olmalıHəyat rəvan olmalıİnsan xoşbəxt olmalıSabah nurlu olmalı.Yad elə sirr verənin.Torpağa göz dikəninDüşmənə dost deyənin.Allah kəsər tikəsin.Hər qarışı əzizdirVətən candan əzizdirVətən varsa, soy da varKeçmişi var, izi var.Bu torpaqda böyüyənMərdliyilə öyünənHər oğulun, hər qızın Basılmaz Vətəni var.QARABAĞ BİZİKSil gözün yaşını əsgər balasıQürurlan gözəl yar, üzü ağ bizik.Aç qara şalını şəhid anası,Biz artıq qalibik, Qarabağ bizik.İgidlər yurdunu elə gözlədiDüşmən qırmadı sərt əzmimizi,Vətən uca tutdu, çox əzizlədi,Can alıb, can verən şəhidimizi.Dəmir yumruq kimi bütövük dahaYenilməz, əyilməz uca dağ bizik.Uğurlar dilədik, igid İlhama,Artıq biz qalibik, Qarabağ bizik!QALİB OLMübariz ol, ayıq olTorpağına layiq olHər an ayıq-sayıq ol,Qalib ol, həyat budur!Bulud olsan, boşalmaÜrək olsan, daş olma,Selə-suya qoşulma,Qalib ol, həyat budur!Elsiz ömür hədərdiEl sevənin nə dərdi?!Yaxın qoyma namərdi,Qalib ol, həyat budur! 20 YANVARSoyuq, məşəqqətli bir qış gecəsiGüllə yağışına tutuldu Bakı.Göyə qalxdı xalqın ahı, naləsiQanla açdı hər kəs qorxunc sabahı.Haqq deyən dillərə qıfıl vurulduNeçə nakam oğul getdi həyatdan.Azadlıq söyləyən dil susduruldu,Cəsədə büründü hər tərəf, hər yan.Analar sərgərdan, gözləri yaşlıŞəhid qanı ilə sulandı yollar.Hər kəs səksəkədə, hər kəs təlaşda,Əl açıb Dərgaha uzandı qollar.Bir dastan yazıldı tarixə o günFərizə dastanı, İlham dastanı.Ay anam, ay atam ağlama öyün,Bir mərdlik bürüdü bütün dünyanı.Susmadı, susmadı, coşdu məmləkətQaynar qazan kimi boşaldı, doldu.Bir yumruğa döndü, birləşdi millət,Bu yol azadlığa gedən yol oldu! YORULDUMYorularmış ümidlər qırılanda,Yorularmış fikirlər dağılanda,Yorularmış insan məyus olanda,Yorularmış arzular puç olanda.Neyləyirəm söylə, bu həyatı mənYaşamaq beləsə, istəmirəm mənSanırdım əvvəl keçər günlərim şən,Sənlə birgə olsam da yemərəm qəm.Gözləməkdən ürək sanki sızladıFikir, ümid, arzu belə yanıldı.Dərd-sər mənə görən niyə sarıldı,Şirin anlar taleyimdən yan aldı?Həyat gəlmə üstümə, mən yoruldumDəli küləklərlə birgə sovruldum,Acıların çox, dadıb lap qovruldumƏbəs yerə yandırdın, mən yoruldum.Kimsə bilməz dərdimi, mən yoruldumHəyat məndən üz döndərib, qırıldımQara bəxtimlə daşlara çırpıldım,Özüm küsüb gedirəm, mən yoruldum.AĞLADIMDünyaya göz açdım, hamı sevindiMənsə ağladım...Ayaq tutub yeridim, hamı sevindiMənsə ağladım...Anamın isti qucağında yenə ağladımKörpəikən heç bilmədim niyə ağladım.İllər keçdi, mən böyüdümTəhsil alıb hamı kimi öyündüm,Ailə qurub oğul, uşaq böyütdüm.Üzüm güldü, nəvəm baba deyəndəAynada öz əksimin tərsini görəndə.Yenə uşaq olmaq istəyirdim,Keçmişi yenidən yaşamaq istəyirdim,Nəvəmtək mən də oynamaq istəyirdim. İstədikcə xəyalən cox istəyirdim,Dünyanın çarxını tərsinə çevirmək istəyirdim,Keçmişə qayıdıb körpə olmaq istəyirdim.Qocalıq bilirəm, hər kəsə nəsib olmurİxtiyar çağları heç şirin olmur,Bəzən xatirələrdə izi də qalmır,Qara torpaqdan başqa ona yer qalmır.Tənhalığa, soyuqluğa daha alışmışam mənİndi bildim körpəikən niyə ağlamışam mən.03.05.2021QARABAĞA GEDİRİK (İxtisarla)Otuz illik həsrət bitdi artıqGöz yaşları dayandı artıq.Şəhid qanına boyanan yollarBizi Qarabağa aparır artıq.Qarabağa gedirik...Cəbrayıl, Füzuli, Zəngilan,Qubadlı gözləyir bizi.Gedirik...Şuşanın başı bu gün vüqarlıKəlbəcər, Ağdam, LaçınAna yurdum, gözəl diyardırSəmada durnalar qatar-qatardır.Qarabağa gedirik...Xocalı, Xankəndi, Xocavəndsevinclidir, bir-birinə bəndAtmışıq həmişəlik ora bir kəmənd.Gedirik...Qurub-yaratmağa, abad etməyəDağılan evimizi, yanan evimiziyenidən tikməyə, nəfəs verməyə,torpağı yenidən dirçəltməyə gedirik.Qarabağa gedirik...Erməni xisləti, çirkin niyyətiQarabağımızı viran qoyubdur.Məscidin daşların belə, ovubdur.Unutmaq olmur kin-küdurəti.Allah mərhəmətlisə, zəhmi də böyük.Allahın zəhminə tuş gələr dönük.Qarabağa gedirik...İtirdik çoxlarını Əliyarı, Mübarizi,Fəridi, Poladı, Cəbrayılı,Şükürü, Xudayarı, cox igidləri...Yaralı əsgərlərin dadına çatanGültəkini, Arəstəni, daha kimləri...Hər biri fəxrimiz, zirvədə şəhidimiz,And yerimiz, ucalan abidəmiz.Gedirik...Qisasını almışıq, rahat gedirikQanlı yolları sevinc göz yaşı iləyuya-yuya gedirik, yaşatmağa gedirik.Biz varıqsa, Vətən də var,şəhidlərin ruhu hər an dolanar.Biz varıqsa, onlar da varnur üzlü şəhidlər daim yaşayar!Gedirik...Azad yurdumuza, Qarabağa gedirikXalqımın başının tacı, vuran ürəyiQarabağa həmişəlik gedirik!05.12.2020MƏKTƏBMəktəb mənə öyrətdiAna, ata yazmağıVətəni tanımağıSevib bel bağlamağı.Məktəb savad dəryasıBu dəryada müəllim,Zirvəsində şagird var.Burda gur ocaq yanar.Məktəb mənə öyrətdiMüəllim hikmətini.Sadə, həm də əvəzsizMüəllim hörmətini.Xatirəyə dönübdürMəktəbə ilk qədəmim.Oxuduğum dərslərimDərin bilik mənbəyim.Məktəb mənə öyrətdiKitabları sevməyi,Müqəddəs müəlliməDaim təzim etməyi.SON ZƏNGÇalınan son zəng səsiDərin həyat nəğməsiSəpiləcək hər yanaMəzunun zümzüməsi.Son zəngin bu səsindəÜrək dolu arzu varSınaq dolu həyatınKeçilməz yolları var.Bu zəng məktəb vidasıZirvələrə səsləyən,Şən həyat arzulayan, Son zəngin xoş sədası.Əlvida məktəbim, sənMənəviyyat məbədi,Zəngin düha mənbəyi,Həmişə bizimləsən! SEVGI BAĞIMBir kənd vardı, adını bilən yoxKənddə bir daxma vardı, damı yoxYolu uzun, ucu-bucağı yoxGetdikcə gedirdim, arzular çox.Xəyal dünyamın nağılı susmazƏkdiyim güllər solmaz, susamaz.Hər tərəf yaşıl, bir də qış olmazSevgi bağımda bahar qurtarmaz.Nağılsız, xəyalsız sevgi olmazBuna inansan həyat qurtarmaz.Qara buluddan yağış da yağmaz,Sevgi bağımda qar-boran olmaz.Damsız daxmamda tənhayam indiBu kənddə özüm adsızam indi.Qaçıram əsən küləkdən, səsdənSevgi bağıma gələn hər kəsdən.Xəyal sevgimin bəzəyi imişYazılan məktublar yalan imiş,Pıçıltı acı sızıltı imiş,Ömrümün mələyi qonaq imiş.Dünyada yalan, hamısı yalanSevgi bağımdan məni gen qovanYaz çiçəyimi əlimdən alanSevgi bağımın qatili imiş. 17.03.2021SEVGİ GÜNƏŞİMNiyə heç nədən küsüb gedirsənYoxsa, nazındır belə edirsən.Sevgi günəşim hara gedirsən?Öz yarını sən atıb gedirsən.Hara baxıram səni görürəmGöydə ulduzu sönən görürəmYaman soyuyub sevgi günəşimSəmada ayı küsən görürəm.Sevgi günəşim, qayıt ömrümə Qara buludu dolan görürəm.Sənsizliyə öyrəşim mən necə,Öz kölgəmdə də səni görürəm.NÖQTƏLƏR...Yazıram nöqtəsiz, bilirsən niyə Tək nöqtə son demək, vida deməkdir Sonsa boşluq, soyuq məzar deməkdir,Həyata əbədi vida deməkdir.Əlvida deməyə qorxmuram, axıÖtən günlərə də bu son deməkdir.Keçmişim itməsin, silinməsin kaşQara nöqtələr də var, qalırsan çaşNöqtələr qoyulur qoyulsun, təkiÖmrün son nöqtəsi qoyulmaya kaş.Nöqtə var, mənası dərindən dərinArzular bitincə onlar bitməsin,Qaçıram nöqtədən ölüm gəlməsin.Arzum, diləyim heç vaxt tükənməsin.Yazıram nöqtəsiz, bilirsən niyə?Tək nöqtə son demək, vida deməkdirNöqtələr, nöqtələr, yenə nöqtələr...Nə qədər nöqtə var ömür var deməkYaşamaq, yaratmaq, istək var deməkSevgi dolu dünyam qalibdir deməkNöqtələr içində ömür var demək. 08.03.2021ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.