Püstəxanım Əlisahibqızı (1958) "Mən Şirvanın səsiyəm", Müsabiqə 30 Ocak Püstəxanım Əlisahib qızı Musayeva - 1958-ci ildə Neftcala şəhərində anadan olub. 1960-ci ildə ailəliklə Şirvan (Əli Bayramlı) şəhərinə köçublər.1964-cu ildə Əli Bayramlı şəhərindəki Nəriman Nərimanov adına 2 nömrəli məktəbin 1-ci sinfinə gedb.1974-cu ildə 10-cu sinfi bitirib.1976-ci ildə ailə qurub.2 qızı, 1 oglu, 4 nəvəsi var.1986-ci ildə Əli Bayramlı şəhərində Sənaye Texnikumunun "Metal kəsmə"fakultəsinə qəbul olub.1986-ci ildə texnikumu bitirib.Düz 25 il Əli Bayramlı şəhərində yerləşən Telemexanika və Avtomatika zavodunda işləyib.Hazırda təqaüddədir.Bakıda yaşayır.Püstəxanım Əlisahibqızı gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur.Şeirləri bir çox mətbuat orqanlarında, bir sıra antalogiyalarda və ədəbi məcmuələrdə dərc olunub.Biz də Püstəxanım Əlisahibqızına yeni-yeni uğurlar arzulaylır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzGəlmişəm...Dilənci deyiləm yolların üstə,Sevginin ətrini duyub gəlmişəm.Sən məndən sevginin açarın istə,Qəlbimin qapısın açıb gəlmişəm.Sevgidən danış, bir az sən mənə,Danış sinəndəki, hisslərdən danış.İstəsən canımı verərəm sənə,Ümüdə yol acıb sənə gəlmişəm.İstə bu sevgidən, istə həvəsdən,Bir cüt göyərcin tək, ucub gəlmişəm.Sənə pay verərəm isti nəfəsdən,Dodagına öpüş olub gəlmişəm.Millətimə yenə yara vurdularYenə yer-göy qan aglayır,14 şəhid sinəmizi daglayır.Nə idi bu, bəlkə tələ qurdular,Millətimə, yenə yara vurdular.Allahından soyumuşdi ürəklər,Puça döndü butun arzu, diləklər.Başsız qaldı necə qızlar, gəlinlər,Millətimə, yenə yara vurdular.Anaların göz yaşı qurumamış,Şəhid ruhu ürəklərə iz salmış,Yenə söndu neçə evlərdə şamlar,Millətimə, yenə yara vurdular.Yarın sənə namə yaza...Yollar üzün, yollar qısa,Yollarda həsrət qorxusu.Yarın sənə namə yaza,Adamın qaçar yuxusu.Cavabı yaza bilmirəm,Sözlərimə gücüm catmır,Özümə lal da demirəm,Fikirlərim mənə çatmır.Bu naməyə baxa-baxa,Fikir xəyal gedir hara,Namə cavabsız qalsa,Sevgin məni çəkər dara.Sixıb ovcumun içinə,Sual verdim ürəyimə.Cavabsız qalan sətirlər,Təsəlli verir sevgimə...Olmaz...Sonasız göllərin yaşmagı olmaz,Yaşılbaş, ördəklər seyrə cıxıbdır.Qartalsız zirvənin urvatı olmaz,Göydəki quşlar da növbə tutubdur,Ləpəsiz dənizin ləzzəti olmaz,Gözünü zilləyib baxar uzaga.O su pərisinin hörüyünə bax,Dalğaya dolanıb üzər qabagaİgidlər,ərənlər at oynatsalarSevgisi olmasa qalıbı olmazOcaqda qaynayan suyunda beləKüftəsi olmasa ləzzəti olmaz.Dilə gələr sözlərim...Elə bil yuxudayam kutləşibdi yaddaşım,Arzularım puc olub,ürək olub sirdaşlm.Yorulub baxışlarım ulduzları saymaqdan,Nələr söyləyəcəkdi,mənim sirli baxışım.Ahu-zarla dillənir sinəmdə ki, sözlərim,Gözüm gəzir yolları, silinib ayaq izlərin,Danışmaga heyim yox, boğazımda quruyub,Bircə qurtum cayımda nəlbəkidə soyuyub.Xəzan olub bag baxca acılmır cicəklərim,Nədir bu qüssə kədər, yox olub istəklərim.Əl acaram Tanrıya arzularım həll olarGöyərər bagım baxcam, dilə gələr sözlərim.Bayatılar..."Nənəmin söz boxcasından"Əzizim gülə güləBənzəyirsən tər güləDost bildiyin insandanUzaq dur gülə gülə.Əzizinəm gəl görəkYetiş imdada görəkBu gün Zəfər günüdürBayramınlz mubarək.Əzizinəm gülgünənCox agladın gülgünənOrdumuz qalib gəldiAzərbaycan gülginən.Əzizinəm hasaraCəkilibdi hasaraAzərbaycan sevinirDüşmən düşüb azara.Əzizim rəngi sarıGüllərin rəngi sarıBoylanır günəbaxanBaxır günəşə sarı.Əzizinəm ay kimiŞırıldayan cay kimiVətənin ogullarıZirvədə qartal kimi.Əzizinəm güləsənGüləsən sevinəsənGözüm qalıb yolundaBəlkə bir gün gələsən.Əzizinəm daramaİpək qurdu baramaDuza cörək batır yeƏl uzatma harama.Əzizinəm əl cəkimSacına sıgal cəkibAy mənim tər cicəyimSəndən necə əl cəkim.Əzizim dilim dilimDogra ver dilim dilimSusuz qaldı bag baxcaQurudu nərgiz gülüm... 10.11.2021.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.