ELÇIN MƏLHƏMLI (1960) "Mən Şirvanın səsiyəm", Müsabiqə 30 Ocak Elçin Ağasəf oğlu Bağırov - 1960-cı il sentyabrın 25-də Şamaxıda dünyaya göz açıb. Şamaxı şəhər 4 saylı orta məktəbdə təhsil alıb. 1986-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1996-cı ildə isə Azərbaycan İqtisad Universitetini xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi ixtisası üzrə bitirib. Məktəbdə oxuduğu illərdən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. 16 yaşında ikən yazdığı şeir ilk dəfə olaraq Şamaxı rayonundakı "Yeni Şirvan" qəzetində çap olunub. O vaxtdan respublikamızda nəşr olunan bir neçə qəzet, məcmuə, almanax və antalogiyalarda şeirləri çap olunub. "Üşüdür dünya məni" adlı kitabı nəşr olunub. Ailəlidir. Dörd övladı, bir nəvəsi var.Biz də Elçin Məlhəmliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzVƏTƏNIMNecə xoşbəxt biriyəm, çünki mənimsən, Vətənim!Dənizim, qarlı dağım, göy çəmənimsən, Vətənim! Nə qədər dərd çəkəcəksən bu canım qəm yeyəcək,Bölünən hər yanı, hey dərd çəkənimsən, Vətənim.Səni həsrətli görüncə ürəyim göynəyəcək,Nə yazıq ki, kədərim, saçda dənimsən, Vətənim.Bu əlif qəddimi, Allah, yenəmi dərd əyəcək,Qəmi zəngin bu günümsən, dünənimsən, Vətənim.Çıxarıb qəm, kədəri xoş günü xalqım geyəcək,Deyəcək: "xoş günümə tən gələnimsən, Vətənim".Elçinəm, son nəfəsim, bil, yenə səndən deyəcək,"Vətənimsən, Vətənimsən, Vətənimsən, Vətənim"!GƏLİRƏM, AY ŞUŞAMBu gün çox xoşbəxtəm, bu gün çox şadam,Sevincdən uçuram, sanki bir quşam.Bu gün qəm-kədərə, qüssəyə yadam,Yenə də bizimdir, bizimdir Şuşam.Solmuşdu dirçəldi, bax, ümid gülüm,Arzular ümidin üzündən öpüb.Cənnət ətri verir xarı bülbülüm,Axı şəhid qanı canına hopub.Qəlbimdən nisgilim yuyuldu, getdi,Bitdi, bitdi artıq acı həsrətim.Xəyalım bir anda qoynuna yetdi,Ey barıt qoxulu Şuşam, cənnətim.Silindi yurdumdan düşmənin izi,Qəhrəman oğullar sancdı bayrağı.Yaman darıxmışam, ay Cıdır düzü,Topxana meşəsi, Isa bulağı.Ah, necə yaşadım sənsiz neçə il?Sənsiz keçən illər ömür olmadı.Gəlirəm, ay Şuşam, sənsiz, onu bil,Dözməyə taqətim, səbrim qalmadı.09.11.2020ŞƏHİDYeni tarix yazdın öz qanın ilə,Tarix dərslərindən üç alan Şəhid.Düşmən qarşısında mərd canın iləDurdun, Vətənindən güc alan Şəhid.Namərd yağıları ot kimi biçdin,Nə qədər alovlu, odlu yol keçdin,Sonunda şəhidlik şərbəti içdin,Düşməni məhv edib öc alan Şəhid.Damarında mərdlik qanı axırdı, Səni otuz illik həsrət yaxırdı,Tanrı öz yanına səni çağırdı,Tanrı dərgahına ucalan Şəhid.Qurtardın işğaldan, yurd oldu azad,Əbədi məşələ döndü bir həyat,Olduğun məqamda nur içində yat,Bizim başımıza tac olan Şəhid.Almadın heç zaman ölümü gözə,Ürəyin dönmüşdü alova, közə,Mümkünsə son dəfə halal et bizə,Ən uca zirvəyə köç alan Şəhid.04.01.2021 MƏLHƏMIMAçıb qollarını öz anam kimi,Məni qucağına aldı Məlhəmim.Yaşıl xalısını güllə, çiçəkləBəzəyib yoluma saldı Məlhəmim.Görüşüb vurğunu, xəstəsi ilə,Dilləndi quşların xoş səsi ilə,Gecə cırcırama bəstəsi ilə,Ən gözəl nəğməni çaldı Məlhəmim.Hər otu təbibdir, hər gülü loğman,Suyu xəstələrin dərdinə dərman,Tələsmə, ay yolçu, burda bir dayan,Şəkərdi, nabatdı, baldı Məlhəmim.Bu yerlər ruhumun qazancı, nəfi,Sözüm aciz qalır edə tərifi,Ən gözəl tablodur hər bir tərəfi,Sərgi salonudu, zaldı Məlhəmim....Yenə öz sözünü söylədi zaman,Ayrılıq məqamı yetişdi, aman,Ayrıla bilmirəm mən səndən, inan,Səndə ruhum, qəlbim qaldı, Məlhəmim. 20.08.2020 AY ÖMRÜM-GÜNÜMDoğum gününəQəlbimdə ömürlük yer verdim sənə,Tanrı verən paysan, ay ömrüm-günüm.Eşqinlə həyatım çıxıb ağ günə,Günəşsən, ya Aysan? Ay ömrüm-günüm.Sən elə doğmasan, yaxınsan cana,Sanki nəfəs kimi hopmusan qana,Eşqindən dönmüşəm dərin ümmana,Sevgi dolu çaysan, ay ömrüm-günüm.Mən necə pərəstiş etməyim sənə,Səninlə gəlmişəm eşq adlı dinə,Gəlir eşq sədası dilimə yenə,Sevgiyə haraysan, ay ömrüm-günüm.Ömür şirin olur eşqlə - bal onda, Batdınsa, ömürlük çıxma, qal onda,Sevgimiz şah oldu ömür yolunda,Bu şaha saraysan, ay ömrüm-günüm.Ömrümü bəzəyən zərif çiçəyim,Ancaq sən olmusan arzum, diləyim,Əvvəldən bilirəm, sevgi mələyim,Elə mənə taysan, ay ömrüm-günüm.23.11.2020ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.