Həsrətin portreti

   Həsrətin portreti Müsabiqə üçün

Sonsuz bibim üçün


Mavi gözlü qadının
Üzü çilik-çilik.
Qarıyıb güzgüsü.
Kimsə bilməz nə çəkir
güzgüsü hər dəfə
mavi gözlü qadını görəndə.

Hər gecə qollarını
Qucaqlayıb yatır
üzü uşaq şəkillərinə sarı.
Kimsə bilməz nə çəkir
uşaq şəkilləri
mavi gözlü qadına baxanda.

Hər gecə üstündə
mələklərin sinəsi açıq
şam işığının
sümükləri çıxana kimi.
Kimsə bilməz nə çəkir
şam işığı mavi gözlü qadının
üzünə düşəndə.

Mavi gözlü qadının.
əli üzüylə dolu,
evi şam işığının
sümükləriylə.

Elşən Elmanoğlu (Şirbağırov),
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
“kino və televiziya” fakültəsi, “televiziya rejissoru” ixtisasi üzrə
IV kurs tələbəsi



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: