MƏZAHİR İSGƏNDƏR: MƏNDƏN YANA DARIXSAN... Ədəbiyyat » Müsabiqə 16 Ekim MƏZAHİR İSGƏNDƏR (Məzahir İsgəndər oğlu İsgəndərov) - 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabir kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra, Naxçıvan Dövlət Pedoqoji İnistitutunda ali təhsil almışdır. İxtisasca dil-ədəbiyyat müəllimidir. Ali məktəbi bitirdikdən sonra orta məktəbdə müxtəlif illərdə müəllim, tədris işləri üzrə direktor müavini, rayon komsomol komitəsində məsul işçi, rayon qəzetində xüsusi müxbir, məsul katib, sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. Hal-hazırda təqaüddədir. Yaradıcılığa çox erkən yaşlarından başlamışdır ki, bunda da atası İsgəndər Sadiqoğlu və ədəbiyyat müəllimi C.Nəcəfoğlunun cox böyük rolu olmuşdur. Hələ səkkizinci sinifdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində kiçik bir məqaləsi çap olunduqdan sonra o, yaradıcılıqla ciddi səylə məşğul olmağa başladı. Məzahir İsgəndər bütün Azərbaycan klassik və müasir yazarları ilə bərabər həm də tanınmış dünya klassiklərininin əsərlərini mütaliə etmişdir.Şair peşəkar səviyyədə irili-xırdalı doqquz minədək şeirin, böyük Azərbaycan şairi Hüseyn Cavidə həsr etdiyi irihəcmli poemanın və bir neçə kiçikhəcmli poemanın müəllifidir. Şairin şeirlərindən ibarət “Belə sevdim dünyanı” adlı şeir kitabı da çap olunmuşdur. Şair nəzm əsərləri ilə bərabər üç hissədən ibarət olan "Əks-səda" romanının (trilogiya) müəllifidir.BÜLBÜL, AĞLAMA, AĞLAMA**********Məzahirəm,halım yaman,Eşq eylədi məni kaman,Sevənlərin zaman-zamanMən ağlaram əvəzindən."""""""""""""""""""""""""""""Sübhdən ahu-zar edib,Bülbül,ağlama,ağlama!Tərk edib,yarınmı gedib,Bülbül, ağlama, ağlama!Day,gördüyün o çağ deyil,Nə dağ,nə bağ o bağ deyil,Sən qonduğun budaq deyil,Bülbül, ağlama, ağlama!Day,güllərin qəlbi daşdı,Nəğmədən baş zər-qumaşdı,Gözlərində bu nə yaşdı?Bülbül,ağlama,ağlama!Hər zamanın bir hökmü var,Güllər edər sarları yar,Vallah,səni daşlayarlar,Bülbül,ağlama,ağlama!Kim eşq edər,o olmaz şən,Solubdu gördüyün gülşən,Edib məni divanə sən,Bülbül,ağlama,ağlama!Hə ah eylə,nə də Fəryad,Nəğmələrin dilində yat,Day,güllərin əlindən dad!..Bülbül,ağlama,ağlama!Məzahirəm,oxa tuşam,Düz qəlbimdən vurulmuşam,Bir gül sevib,kor olmuşam,Bülbül,ağlama,ağlama!QILINC GÖTÜRMƏDİK, AT DA ÇAPMADIQ******************"Can atdıq qılıncdan yapışaq,heyhat!..Zəncirlər səsləndi qollarımızda!.."Odoyevskinin Puşkinə yazdığışeirdən."""""""""""Qılınc götürmədik,at da çapmadıq,Ayaq zğncirləndi,qandallandı əl.Biçilib arpatək,buğda,ulaftək,Döyüldük...Sürüldü üstümüzdə vəl.Ayaq zəncirləndi,qandallandı əl,Qırmanclandıq,qanadı göz-başımız.Yağmalandıq,soymalandıq,talandıq,Nə qalmadı daş üstə bir daşımız.Qırmanclandıq,qanadı göz-başımız,Qalxmadı qılıncdan tutan əlimiz.Elə bil tutuldu,sanki lal olduHaqqı,ədaləti deyən dilimiz.Qalxmadı qılıncdan tutan əlimiz,Sustaldı cəsarət,söndü nərəmiz.Birimiz o tayda,biri bu taydaYaşadıq qul-kölə olub hərəmiz.Sustaldı cəsarət,söndü nərəmiz,Qırat da,Dürat da döndü ulağa.Məddahlaşıb qaranlığa,zülmətə,Haqq deyən səs bir yetmədi qulağa.Qırat da,Dürat da döndü ulağa,Qılınc taxtalaşdı,qalxan çürüdü.Vətən viran oldu...Başının üstəÇaqqallar səsləndi,itlər hürüdü......Vətən viran oldu,sanki Gilantək,Baş soxub yatmağa bir yer tapmadıq.Olub təpərimiz,daşıb səbrimiz,Qılınc götürmədik,at da çapmadıq... (Yurd-yuvasından ayrılıb,fəralı düşən soydaşlarımıza)MƏHV OLSUN İSTİBDAD, BİR DƏ ƏSARƏT****************************İnsanlar!..Gözlərdən atın qorxunu,Sığının Allaha,sığının Haqqa.İblisin canına düşsün üşütmə,Şər-yaman etməsin gündə min hoqqa.Sığının Allaha,sığının Haqqa,Susub da,dönməyin dilsiz şeytana.Hər pisə,yamana edib də üsyan,Allah!..Allah!-deyib,girin meydana.Süsub da,dönməyin dilsiz şeytana,Susub da,olmayın nahaqqa siz yol.Susub da,olmayın hər zülmə ortaq,Susub,döyülməyin gündə də yüz yol.Susub da,olmayın nahaqqa siz yol,Ürəkdə od olsun,gözdə cəsarət.Göyərsin AZADOIQ,HAQQ VƏ ƏDALƏT,Məhv olsun istibdad,bir də əsarət!Ürəkdə od olsun,gözdə cəsarət,Qeyrətdə olmayaq nə şil,çolaq biz.Qırıb zəncirləri qollarımızdan,Barı,millət kimi millət olaq biz!Qırıb zəncirləri qollarımızdan,Daha boğulmayaq kədərə,aha.Sahib çıxaq bu biçarə VƏTƏNƏ,Gedəyin işıqlı,nurlu SABAHA!Sahib çıxaq bu biçarə VƏTƏNƏ,Çalıb-talamasın əğyar var-yoxun.Azadlıq naminə minək Qıratı,İnsanlar!..Gözlərdən silin qorxunu!..MƏNDƏN YANA DARIXSAN************Heç vaxt unutmadığım,unudabilmədiyim,ömrümdən ömrünəömür dilədiyim və...Və kədərlərimin (sevincimin de-yil) sonsuzluğu qədər sevdiyim...Sevəcəyim V-yə.""""""""""""""""""""""""""""""""Məndən yana darıxsan,Üzün dağlara tut sən.Görüb məni zirvədə,Dərdi-qəmi unut sən!Hər daşda,daş dibindəGörəcəksən izimi.Bəlkə,səksənəcəksən,Eşidib də səsimi...Məndən yana darıxsan,Seyr et çölü-çəməni.Dindir hər gül-çiçəyi,Sor onlardan sən məni.Deyər mənim yerimiBənövşələr,lalələr.Mənim göz yaşlarımdıÜstlərində jalələr.Məndən yana darıxsan,Dal göylərin seyrinə.Dolan,gəz ulduzları,Bundan gözəl qeyri nə?!Dolan,gəz ulduzları,Unutma gəl,birin də.Axır,məni taparsanSən,onların birində......Yeri-göyü qarğıma,Yandırarsan,qarğısan.Yandır Simurğ tükünü,Məndən yana darıxsan...O GÜNÜN EŞQİNƏ MƏN ÇALDIM QƏLƏM************************Olmadım qeyrətsiz,nə də şərəfsiz,Qıymadım adıma yaxıla ləkə.Haqq deyib,haqq gəzib,düşdüm dağ-daşa,Ac qalıb,yemədim haram bir tikə.Qıymadım adıma yaxıla ləkə,Atılmadı ayaq alta imanım.Döyüldüm,söyüldüm,taxıldım şişə,Dəyişmədi nə əqidəm,inamım.Atılmadı ayaq alta imanım,Sığındım Allaha,sığındım haqqa.Hər günüm-gündüzüm olsa da zülmət,Biət eyləmədim zülmə,nahaqqa.Sığındım Allaha,sığındım haqqa,Gün gələr,açılar bir SABAH,-dedim.Bitər də rəzalət,gülər təzilət,Qaldırar başını İNTİBAH,-dedim.Gün gələr,açılar bir SABAH,-dedim,O günün eşqinə mən çaldım qələm.Unutdum aclığı,susuzluğu da,Qələm olan yerdə nə dərd,nə ələm?O günün eşqinə mən çaldım qələm,Necə də şirindi bir baxın,-dadı?!Hər sözüm,misram da hey pıçıldayır:-O gün yaxındadı,lap yaxındadl!..O GÜN yaxındadı...lap yaxındadı!Yaz gələr,köçünü yığıb,gedər qış.Bu gün,sabah,ya da başqa bir sabahGələcək O GÜNƏ-GÜNDÜZƏ alqış!Yaz gələr,göçünü yığıb,gedər qış,Qönçələr gül açar,güllər də gülər.Alıb da muradın,yetib vəslinə,Ötər vəcdlə min nəğməli bülbüllər......O GÜNÜN eşqinə mən çaldım qələm,İnsanlar!..Bir baxın mənə tərəf siz!Ac qalıb,yemədim haram bir tikə,Olmadım qeyrətsiz,nə də şərəfsiz...ÇAPAR MƏNƏ SARI AĞATLI OĞLAN*****************(Bir qızın fəryad səsləri)""""""""""""""""""""""""""""""""""Haqq deyib hayqıran,batan səsimiEşidər,susar da batı,gündoğan.Zülmətlər içində yuxularımdaÇapar mənə sarı Ağatlı oğlan...Çapar mənə sarı Ağatlı oğlan-Başının üstündə bir Simurğ quşu.Ah,ona yaraşır,necə yaraşırTanrı əzəməti,Tanrı duruşu!..Çapar şimşək kmi,çapar yel kimi,Qılıncı şimşəkdən iti,kəsərli!Sədd olub,yolunu saxlaya bilməzYüz elə zülmətlər olsa yüz əlli.Çapar mənə sarı...çapar,hey çapar...Uzanar yollar da çapdıqca,ancaq.Ulduzum nə zaman mənim bəs yanar?Nə zaman zülmətdən can qurtulacaq?Çapar mənə sarı,mən doğulandan,Yetməz də...fikirlər məni parçalar.O çapan yollarda qalar gözlərim,Fikirlər Tanrıdan fikir borc alar.Çapar mənə sarı Ağatlı oğlan...Qırxbaşlı ilanlar yolunu kəsər.Hər gecə,hər gecə yuxularımdanOyanıb kal durar,bədənim əsər.Olub da bir dəli,çapar,hey çaparFikilər başımda nallı at kimi.Hardasan?..Hardasan,Ağatlı oğlan?Yaladı bal kimi fəryad qəlbimi......Haqq deyib hayqıran,batan səsimiEşidər,susar da batı,gündoğan.Zülmətlər içində,yuxularımdaÇapar mənə sarı ağatlı oğlan...ALLAH,YETİR... YETİR MƏNİ O ATA*********************Yolların başında bir Qırat məniGözləyə-gözləyə qalıb,kişnəyər.Gözləyər yolumu mən doğulandan,Dodağın çeynəyib,dilin dişləyər.Hələ də cilovsuz...yəhərsiz...nalzız...Dəyməyibdi hələ bir əl yalına.Bir kimsənin arpasını yeməyib,Bir kimsəni mindiməyib dalına.Gəzər dəli-dəli...Hə dağ-daş deməz,Ötə bilməz qara yellər tozunu.Gözündə şimşəklər çaxar,səngiməz,Əridər nəfəsi şimal buzunu.Hələ də,hələ də yolların üstə...Hə yeməz,nə içməz,gözünü yummaz.Həsrətim qəlbini didib-göynədər,Çəksən də ətini çişlərə,duymaz.Hələ də,hələ də o at gözləyər,Gəlsəm...Allah,bəlkə ,qanad açacaq?!Alıb,məni yalmanına yatırıb,Fərəhindən quş olacaq,uçacaq!..Gəlsəm,Allah,o at qanad açacaq,Nə sərhəd,nə hədə,nə hədd biləcək.Bir kişnəyib,zülmətləri yaracaq,İşıq görüb,gözlərim də güləcək!Hələ də,hələ də o at gözləyər,Məndədi cilovu,yəhəri,nalı.Mən ondan,o məndən düşüb aralı...O da,mən də bu həsrətdən saralı!Allah! Yetir!..Yetir məni o ata!Yoxsa ki,uşaq tək ağlayacağam.O atı nallayıb,tövləyə deyil,Mən olan evimə bağlayacağam!..CAN VƏTƏNİM, CAN VƏTƏNİM***************Bir çinardın,budandın sən,Qiymə-qiymə doğrandın sən,Biz yad olduq,utandın sən,Bağrı olan qan Vətənim,Can Vətənim! Can Vətənim!Dünkü əlin-qolun hanı?Yolun,sağın-solun hanı?Gülün soldu,kolun hanı?Olan lüt-üryan Vətənim,Can Vətənim! Can Vətənim!Nə göz yumub,nə dincələn,Süngülənib,xəncərlənən,Qandallanıb,zəncirlənən,Oduna büryan Vətənim,Can Vətənim! Can Vətənim!Yadlar alıb,yada satan,Sinəsinə min dərd çatan,Zarı qalıb,səsi batan,Gözləri giryan Vətənim,Can Vətənim! Can Vətənim!Ada,şöhrətə yetmədik,Nə ölmədik,nə itmədik,Vaylar bizə,ki etmədikDərdinə dərman,Vətənim,Can Vətənim! Can Vətənim!İSTANBULDAN MƏKTUBLAR**********************BİR HƏSRƏTİN, BİR DƏ MƏN----------------------(Həsrət nəğmələri" dəftərindən)Bir həsrətin,bir də mən...Gülüm,yaman sərxoşam,alıb ələ qədəhi,bircə qurtum içmədən.Axıdıb qərib-qəribgöz yaşımı yollara,gedirəm hara gəldi.Mən getdikcə,getdim hey...Mən olduqca odlu ney,anlar günə calandı,gün-gündən qara gəldi.Dönüb arxamca baxdıgetdiyim yol-düz, dərə.Xoş bir günüm, xoş anımbir gülüb, bir qalxmadıbir ağ atlı yəhərə.Mən yorğun...yol uzalı...Rəngim-rufum,sifətim zəfərandan sozalı...İndi də oturmuşam azğın,quduz it kimi dalğaları qapışan,öz-özünə tutaşıb,öz-özüylə çapışanfırtınalı dənizin sahilində-tənha, tək...Göz yaşlarım od olub,axıb süzür dənizə,qanımla ətək-ətək.İçim də,çölüm də divanə sanki...Nəyim var,olubdu viranə sanki!..Üzümdəki kədəri, dərdi, qəmi,qüssəni;Gözlərimdəki qorxunu, vahiməni,təşvişi bilib,görmək istəsən...eh,buna day nə var ki?..Çətinmiş sanki?!Onda --"Çarmıxa çəkilmiş İsa","Pompeyin son gecəsi","Laokoon" və...və..və "Doqquzuncu bal"rəsmlərinə bax.Ax!..Ax!..Ax!!!.Heç baxma!Baxsan,məni görəcəksəm.Baxsan, özün-özünə yağı,özün-özünə qəvi kəsilib,özün-özünü döyəcəksən...Baxsan...Baxsan...Baxsan...Baxsan, dırnaqlarını gəmirib yeyəcək,oddan-alovdan köynək geyəcəksən.Baxsan,Allahı söyəcəksən...Gecə keçib yarıdan...Bu gecə də keçəcək keçən gecələr kimi.Mənsə boynu qısılı yetim cücələr kimiqısılaram yenə də bir divarın küncünədərdin-qəmin əlindən--Bir həsrətin,bir də mən...İSTANBUL, ÇATALÇA (BAHŞAYIŞ KÖYÜ)20.04.2001.QALX AYAĞA AZƏRBAYCAN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!MƏN, MƏNDƏN ARALIÖZÜM DEYİLƏM-------------Ya tamamlan, Azərbaycan,Ya tamam yan, Azərbaycan!M.Şəhriyar.-------------Bilməm bu cinayət,bu xəyanət,bu fəlakətBitməzmi,ilahi? Bu qədər səbrə nə hacət?H.Cavid.--------------Mən kiməm? Səbrinə bir qul,bir kölə!..Mən kiməm? Əlindən yurdu alınmış!..Özümə küfrümdən, küdurətimdənİçim də,çölüm də viranə qalmış...MÜƏLLİF.------------Mən, məndən aralı özüm deyiləm,Mən, məndən aralı kimsəsiz,yazıq!Bir mən gülü burnundaca solan yaz,Bir mən də şaxtayıq, qarıq,ayazıq...Mən,məndən aralı kimsəsiz,yazıq,Mən,məndən aralı axı kiməm,kim?Nə əlacı,nə təbibi olmayanBu məchul bəlanı necə mən çəkim?Mən,məndən aralı axı kiməm,kim?Bir gözüm yerdədi,biri göydədi.Bir mən orda,bir mən burda verdi can,Nə o buna,nə bu ona göynədi...Bir gözüm yerdədi,biri göydədi,Sağ əlim sol əli sıxıb,barışmaz.Fikrim də,hissim də,duyğularım daHaçalanıb,bir-birinə qarışmaz.Sağ əlim sol əli sıxıb,barışmaz,Aralanıb bir-birindən dırnaq-ət.Çəkilibdi öz qınına dilim də,Bir sorammır:"Axı,nədi vəziyyət?".Aralanıb bir-birindən dırnaq-ət,Bədən bir yandadı,baş bir yandadı.Ay Allah! Ay Allah,ran buz bağlayıb,Damar od tutubdu,lap büryandadı!.....Dünənki atəşim,dünənki odum,Ocağım,alovum,közüm deyiləm.Mən,məndən aralı kimsəsiz,yazıq,Mən,məndən aralı özüm deyiləm...DOĞULANDAN GÜNAHKARAM,BƏLKƏ MƏN*****************************Varammı?.Yoxammı?..Gülüm,bilmirəm!Olmuşam özümdən-özüm xəbərsiz.Soruşuram dağdan-daşdan nə vaxtdı:Mənə kimliyimdən verin xəbər siz!.Olmuşam özümdən -özüm xəbərsiz,Gəzərəm dünyanı divanələrtək.Sənsiz, sənin həsrətinə,odunaYanıb,kül olaram pərvanələrtək.Gəzərəm dünyanı divanələrtək,Gəzərəm,özümü-özümdən uzaq.Özümdən-özümə yolların üstəQazılıb min quyu,qurulub tuzaq.Gəzərəm özümü-özümdən uzaq,Özümdən-özümə səsim yetişməz.Özümdən-özümə vurduğum yaraMin öləm-diriləm,yenə bitişməz.Özümdən-özümə səsim yetişməz,Allah,koram?.Lalam?..Karam,bəlkə mən?Eşq ilə yoğrulub,eşq ilə olub,Doğulandan günahkaram,bəlkə mən?Allah,koram?..Lalam?..Karam,bəlkə mən?Mən-məni dərk edib,nə vaxt qanacaq?Bir əldə zərrəbin,bir əldə çıraqMən-məni axtarıb,tapmıram,ancaq......Mən-məni dərk edib,nə vaxt qanacaq?Mən-mənim dilimi nədən bilmirəm?Sənli sənsiz...Sənsiz sənli olandanVarammı?..Yoxammı?..Gülüm,bilmirəm!.. (Sevib də,sevilməyənlərə)*************************GİZLƏMƏ,GİZLƏMƏ GÖZ YAŞLARINI"""""""""""""""""""""""""""Gizləmə!..Gizləmə göz yaşlarını,Gizləmə həsrətdən qovrulduğunu.Gizləmə oduna yanıb bu eşqin,Kül olub,göylərə sovrulduğunu.Gizləmə!..Gizləmə göz yaşlarını,Yığıb,ovuc-ovuc su kimi iç də!Ağla!.. Elə ağla,versin əks-səda,Xoş getməz Tanrıya,ağlamaq içdə.Ağla!..Elə ağla,versin əks-səda,Dağların-daşların qəlbi deşilsin.Yığılsın başına heyvanlar,quşlar,Sənə baxıb,eşim-eşim eşinsin!Ağla!..Elə ağla,gur şəlalələrBaxıb gözlərinə,yanıb-yaxılsın.Buludlar üstünə göylərdən deyil,Sənin gözlərindən şimşək çaxılsın.Sevgini,eşqini,məhəbbətiniGünahdı, içində boğub saxlamaq.De,ayıb sayılıb nə vaxtdan bəri--Sevilib ağlamaq,sevib ağlamaq?.....AĞLA! Elə ağla,titrətsin səsinNakam ölənlərin baş daşlarını.İçində ağlama Tanrı eşqinə,Gizləmə!..Gizləmə göz yaşlarını!..YOLLAR MƏNDƏN GƏLİB -KEÇƏR***************Ey yol gəzən,yol arama,Yollar məndən gəlib-keçər!Bir salam ver,gəlib keç sən,Yollar məndən gəlib-keçər!Bir dənizəm bu dünyada,Üzən görməz bir qan-qada,Hər cür nurlu sabaha daYollar məndən gəlib-keçər!Gül-çiçəkli bağlara da,Başı qarlı dağlara da,Həm o,həm bu çağlara daYollar məndən gəlib-keçər!Peşman olmaz kim istəyə,Bir düz iman,din istəyə,Min arzuya,min istəyəYollar məndən gəlib-keçər! Məzahir bir axar çeşmə,İç,yanımdan uzaq düşmə,Nə dur,nə də yol dəyişmə,Yollar məndən gəlib-keçər!DAY, DAĞ-DAŞI GƏZƏRƏM MƏN*****************Eşq eylədim,oldum naşı,Heç durmadı gözüm yaşı,Bunnan belə,day dağ-daşıMəcnun olub,gəzərəm mən!Bir bülbüləm,gül bəhsində,Yanar dilim,nəfəsim də,Dırnağımın əvəzindəBarmağımı kəsərəm mən!Çaşdı ağıl,caşdı baş da,Dəydi başa bir hey daş da,Bir od tutub,yanıb qışda,Yayda donub,əsərəm mən!Önüm qılınc,arxam qaya,Göz yaşlarım dönər çaya,Günlərimi saya-sayaİllərimdən küsərəm mən!Eşq yandırsın,qoy inləyim,Yar dindirsin,sərinləyim,Məzahiri vərəqləyin,Oxunmamış kitabam mən!..NEY ÇALIN, NEY ÇALIN, MƏN ÖLƏNDƏ SİZ******************* (A dostlar, bu sizə vəsiyyətimdi)""""""""""""""""""""""""""""""""""""""""""""""""Məktəb də mənimdi, dərs də mənimdi,Dağdan-daşdan gələn səs də mənimdi,Ey məni sevənlər,vəsiyyətimdi,Ney çalın,ney çalın,mən öləndə siz!Nə şöhrət istərəm,nə ad istərəm,Nə təbib,nə dərman,imdad istərəm,Nə göz yaşı,nə ah,fəryad istərəm,Ney çalın,ney çalın,mən öləndə siz!Nəslim Fərhad,Kərəmlərin nəslidi,Bülbül həvəslidi,gül nəfəslidi,Baxmayın ki,ilin hansı fəslidi,Ney çalın,ney çalın,mən öləndə siz!Bu halımı kimlər duya,kim qana?Nisgillərim düzülüdü yan-yana,Lap qəbrim alışa,başdaşım yana,Ney çalın,ney çalın,mən öləndə siz!Hay vermədi dünya bir yol hayıma,Qəşş eylədi,sevindi ah-vayima,Alın tarı-kamanı da yanına,Ney çalın,ney çalın,mən öləndə siz!Yaman olar yol od tuta,iz yana,Dost yad ola,yar çevirə üz yana,Can verib "Sənsiz"ə,"Şəbu-hicran"a,Ney çalın,ney çalın,mən öləndə siz!Gülün,gülə-gülə qalın dünyada,Yarısın,yar olsun sizə dünya da,Məzahiri salıb son yol bir yada,Ney çalın,ney çalın,mən öləndə siz!Ney çalın,ney çalın,mən öləndə siz!..GÖYLƏRƏ ƏRK EDƏN MƏNƏM****************Düşüb Haqqın sorağına,Özünü tərk edən,mənəm!Yerin,göyün,kainatınMənasın dərk edən,mənəm!"Kitab"ımın hər surəsin,Hər surənin hər ayəsin,Hər ayənin hər bir səsinQəlbinə həkk edən,mənəm!Lal dağların ah-naləsinKim eşidib,kim dinləsin?İçib eşqin piyaləsin,Hər şeyi tərgidən,mənəm!Kimin çoxdu xoş niyyəti,Kimin var min xəyanəti,Öyüb içdən məhəbbəti,Çarx ilə cəng edən,mənəm!Məzahirə dəyən,dəyib,Dərdi-dərdin üstələyib,Hər ğün təzə söz istəyib,Göylərə ərk edən,mənəm!AT OLAN YOLLARA AT MƏNİ,ALLAH*****************Gözümün nurunu yollarda salsam,Olub sürüm-sürüm,yollarda qalsam,Yıxılıb,yad eldə qollarda qalsam,Özümün dalına çat məni,Allah!Həris deyil könlüm dünya malına,Qələm-dəftər yazılıbdı alnlıma,Verdiyin kafidi,əlimdən alma,Görüb sevinməsin yad məni,Allah!Yaxşı olar üzün-üzdən ağlığı,Çən içində itməz dağın dağlığıİstəmirəm namərdlərə şahlığı,Qul edib,bir mərdə sat məni,Allah!Dövran qəvi,eyləsə də and-aman,Anı -andan,günü-gündən zor,yaman...Məzahir dilər ki,verib ox-kaman,At olan yollara at məni,Allah!At olan yollara at məni,Allah!Sevib də,sevilməyənlərə*************************GİZLƏMƏ,GİZLƏMƏ GÖZ YAŞLARINI"""""""""""""""""""""""""""Gizləmə!..Gizləmə göz yaşlarını,Gizləmə həsrətdən qovrulduğunu.Gizləmə oduna yanıb bu eşqin,Kül olub,göylərə sovrulduğunu.Gizləmə!..Gizləmə göz yaşlarını,Yığıb,ovuc-ovuc su kimi iç də!Ağla!.. Elə ağla,versin əks-səda,Xoş getməz Tanrıya,ağlamaq içdə.Ağla!..Elə ağla,versin əks-səda,Dağların-daşların qəlbi deşilsin.Yığılsın başına heyvanlar,quşlar,Sənə baxıb,eşim-eşim eşinsin!Ağla!..Elə ağla,gur şəlalələrBaxıb gözlərinə,yanıb-yaxılsın.Buludlar üstünə göylərdən deyil,Sənin gözlərindən şimşək çaxılsın.Sevgini,eşqini,məhəbbətiniGünahdı, içində boğub saxlamaq.De,ayıb sayılıb nə vaxtdan bəri--Sevilib ağlamaq,sevib ağlamaq?.....AĞLA! Elə ağla,titrətsin səsinNakam ölənlərin baş daşlarını.İçində ağlama Tanrı eşqinə,Gizləmə!..Gizləmə göz yaşlarını!..ULAYAN QURD TƏKİ MƏNƏM**************Məni məndən sorun,deyım,Bir bədəndə iki mənəm!Bu tükənməz,bitməz yolun,Həm yenişi,diki mənəm!İtirmişəm yarı yolda,Heç olmamış yarı,yol da,Bir mən qalıb yarıyolda,Bir məndən öndəki mənəm!Nə bu yara,nə də bu duzTərk etmədi məni ucuz,Od yağdıran yayda bumbuz,Həm qışda od təki mənəm!Həmi varam,həmi talan,Həmi taram,həm tarçalan,Dil-dodağı quru qalan,İnləyən ud təki mənəm!Şimşək olub,necə çaxam?Cırıb-töküb bir əl yaxam,Yar nisgili ərşi yaxan,Ulayan qurd təki,mənəm!BU ÖMRÜ BİRTƏHƏR VURARAM BAŞA******************Bu ömrü birtəhər vuraram başa,Bir insan ömrü də tükənər,bitər.Ah,gülüm,çiçəyim,nisgilim mənim,Gözüm səndə qalar,bədənim gedər.Ah gülüm,çiçəyim, nisgilim mənim,Səni qoxlamadım,səni dərmədim.İçimdə boy atdı kədərim,qəmim,Sevinc bəsləmədim,nə şən görmədim.Səni qoxlamadım,səni dərmədim,Vəslini bircə yol yuxuda gördüm.Kaş ölüb,qalaydım elə yuxuda,Ayıldım,başıma-dizimə döydüm.Vəslini bircə yol yuxuda gördüm,Ömrüm də,günüm də elə o andı.Ömür saatımın mili, əqrəbiO yuxudan durduğum vaxt dayandı...Kaş ölüb,qalaydım elə yuxuda,Əllərim əlindən ayrılmayaydı.Yanib,Kərəm kimi ahım,fəğanımDağlara-daşlara yayılmayaydı.Əllərim əlindən ayrılmayaydı,Tellərini darayaydı nəfəsim.Sönməyəydi gözlərimdə qığılcım,Sönməyəydi yaşam eşqım,həvəsim......Söndü yaşam eşqim,bitdi həvəsim,Min arzu,min istək çırpıldı daşa.Ah,gülüm,arxanca qalıb gözlərim,Bu ömrü birtəhər vuraram başa...YALANMIŞ,HƏR ŞEYİN SƏNİN YALANMIŞ******************Yalanmış,hər şeyin sənin yalanmış!Yalanmış hər kəlmən,hər sözün sənin.Yalanmış görünən odun-ocağın,Yalanmış alovun,həm közün sənin.Yalanmış hər kəlmən,hər sözün sənin,Yalanmış göz yaşın,yalvarışların.Yalanmış gülüşün,təbəssümün də,Yalanmış o məsum,lal baxışların.Yalanmış göz yaşın,yalvarışların,Yalanmış rayihən,o ətrin sənin.Yalanmış o həsrət məktubların da,Yalanmış hər hərfin,hər sətrin sənin.Yalanmış rayihən,o ətrin sənin,Yalanmış o çiçək,o gül,gülüstan.Yalanmış,yalanmış elə,o çağ da,Yalanmış o bağça,o bağ,o bostan.Yalanmış o çiçək,o gül,gülüstan,Yalanmış fəsillər içində yaz da.Yalanmış o həzin,qəmli nəğmələr,Yalanmış çaldığın o telli saz da.Yalanmış o həzin,qəmli nəğmələr,Yalanmış od tutan,yanan dodaqlar.Yalanmış üstündə yarpaqlar sayı-Min arzu,min istək olan budaqlar......Yalanmış çaldığın o telli saz da,Daşlara çırpılmış,day parçalanmış.Nə deyim? Nə deyim,nə deyim sənə?Yalanmış! Hər şeyin sənin yalanmış!..O DEYİLƏM, Kİ BİR ODDUM,ALOVDUM**********************Səadətçün sevmədim,qəlb açmağa nə luzum?O əvvəlki deyiləm,dönüb hər şeydən üzüm...M.Y.Lermontov""""""""""""""""""""""""O deyiləm,ki görmüşdün məni sən,O deyiləm,ki bir oddum,alovdum.Day söndüm,soyudum,oldum buz kimi,Külə döndüm,ora-bura sovruldum.O deyiləm,ki bir oddum,alovdum,O deyiləm,ki çay kimi axardım.O deyiləm,ki zilləyib gözümü,Gəlib-gedən yollarına baxardım.O deyiləm,ki çay kimi axardım,O deyiləm,ki nəğməli bulaxdım.Dəyişdin anbaan,günbəgün məni,O günləri çox arxada buraxdım.O deyiləm,ki nəğməli bulaxdım,Qurudum,yandı da dilim-dodağım.Arzu dolu bir ağacdım,nə yazıq,Erkən tökdü yarpağıni budağım.Qurudum,yandı da dilim-dodağım,Zarı qalıb,dedim ağı,bayatı.Elə neştərlədin,elə oxladın,Çapammadım xəyallarda day atı.Dəyişdin anbaan,günbəgün məni,Dəyişdi hissim də,duyğularım da.Zilləyib gözümü sənsiz yollara,Day,səni görmürəm yuxularımda.Dəyişdi hissim də,duyğularım da,Dəyişdi nəfəsim,elə səsim də.Səninlə hər şeyim olan dünyadaQalmadı heç nəyim,nə heç kəsim də......Day söndüm,soyudum,oldum buz kimi,Külə döndüm,ora- bura sovruldum.O deyiləm,ki görmüşdün məni sən,O deyiləm,ki bir oddum,alovdum...************************************* Q Ə Z Ə L""""""""""""""""""Neylədim Ya Rəb ki mən,can deyən yarımolmadı?Can verib,can diləyən bircə dildarım olmadı.*********Mən ikən bülbülü-zar,ol gülə sar qol doladı,Çor vurub,bu eşq(i)də barım-bəhərim olmadı.*********Düşübən səhralara,sanki də Məcnun kimiyəm,Min ölüb,min dirilib,hansı qübarım olmadı?!*********Yetmədi ol bivəfa,barı,görə halımı da,Ki durub-qalxmağa da dizdə bir karım olmadı.**********Boylanıb bəxt sarı mən,hey də atdım kəməndimi,Ah,özüm ovlanıban,gəl ki,şikarım olmadı.**********Day gələ istəyə can,dur demərəm Əzrailə,Ki,olan bu eşq kimi bir qəsbkarım olmadı!***********Məzahir,qalmadı sirr dünyada ki,açmayasan,Yar nədən yar demədi? Bu aşikarım olmadı...Q Ə Z Ə L************Görəm,əğyarə gülüm,kaş ola yadsan,nə olar?Yar deyib,bir sarılıb,bəxtim oyatsan,nə olar?*********Yaş töküb sübhə kimi,gözlərim həsrət yuxuya,Gəl,girib gözlərimə,day da uyutsan,nə olar?*********Həsrətin öylə,cahan sanki cəhənnəm,yanıram,Bir verib busə,odum odla soyutsan,nə olar?**********Duymuşam,sən ki mənə eşqinə qul söyləmisən,Qulam,et qiymətimi,bazarda satsan,nə olar?**********Gər Züleyxa sən isən,san da ki,Yusif də mənəm,Vurub eşq zəncirinə,zindana atsan,nə olar?**********Məzahir nalə çəkər,söylə nə qəm,ey güli-tər,Təki bu,bir deyələr,sən baxıb şadsan,nə olar?!GƏZƏRƏM ÖZÜMÜ ÖZÜMDƏN UZAQ******************dAtını başımda çapar yel kimi,Fikirlər gah qurar,uçurdar məni.Fikirlər gözünü qıyıb,tel kimiİynələr gözündən keçirdər məni...Fikirlər ağac tək məni silkələr,Fikirlər yaxamdan yaman tutar bərk.İtirib özümü fikirlər içrə,Gəzərəm özümü divanələr tək.Gəzərəm özümü divanələr tək-Əldə fənər tutub,gözdə zərrəbin.Gəzərəm özümü-özümdən uzaq,Fikirlər həmdəmim,dərdlər həmdəmim...Gəzərəm özümü-özümdən uzaq,Səsimi-ünümü özüm eşitməz.Bu necə yaradi,yaradı,Allah?Qan axan gözləri bitib- bitişməz!..Səsimi-ünümü özüm eşitməz,Şərqin də,Qərbin də gözü məndədi.Şimalda buz içrə bitən sözlərimCənubda bitməyir sənələrlədi...Şərqin də,Qərbin də gözü məndədi,Mən özüm-özümü görmürəm,ancaq.Arayıb,özümü tapsam,bəlkə,mən,İldırım çaxacaq,tufan qopacaq?..Bu necə yaradı,yaradı,Allah?Eşqim nifrətimlə lap qolboyundu.Gözlərim sevgidən yansa da,fəqət,Ürəyim qəzəbdən oyum-oyumdu.İtirib özümü fikirlər içrə,Nifrətim sevgimdən od alıb,yanır.Mən hələ bilmirəm,-nifrətim öndə,Ya ki,məhəbbətim başda dayanır?.....Şərqin də,Qərbin də gözü məndədi,Mən özüm-özümü görmürəm,ancaq.Arayıb,özümü tapsam,bəlkə mən,İldırım çaxacaq,tufan qopacaq?..QƏZƏL********************Açılmaz eynım mənim şərab ilə,mən gülmənəm,Saqi dur,dərd ver mənə,göz yaşımı mənsilmənəm!*************Doldurub göz yaşımı,qədəh-qədəh içib,dəməm,Sərxoşam bir öylə ki,yansam da közdə,bilmənəm!***************Dərdlərim qum kimidi,kimsə sayıb,cəmləyəməz,Bəs olan bu sirr(i) nə,nə dirilib,nə ölmənəm?****************Üz tutub bir gülə mən,ah ilə imdaddilədim,Dedi,ölsən də,səni yad eləyib,yar demənəm!****************Dedi,yan,nalə çəkib,eşqini çox car eləmə,Bildirib aləmə də,nalə çəkən,bülbülü-zar o dil mənəm!*****************Gündə min yol dilədim Allaha ki,canım ala,Niyyətim duycaq o yar,söylədi:Tanrın bil,-mənəm!******************Tanrım kim?- heydi sorar,göylər dinməzMəzahirə,Tanrısan əgər mənə,al canımı,sən,ey sənəm!UNUTMADI DAĞLAR MƏNİ***************Atıb yollar qucağına,O yar qoydu ağlar məni.Gen dolanıb,gendən süzənBaxışları dağlar məni!Şəmi sönmüş pərvanəyəm,Viranədən viranəyəm,Görüb də ki,di divanəyəm,Atdı sollar-sağlar məni.Yanıb,daddım hər cür dadı,Heç bilmədim,nədi adı?Göz yaşımla qucaqladıÇaylar,göllər,arxlar məni.Tufan qopdu,yel kəsmədi,Qismət yafdı,bəxt əsnədi,Bir də dönüb,səsləmədiYar dediyim çağlar məni.Məzahir, bükmə boynunu,Fələk pozmaz oyununu,Şükür,açıb gen qoynunu,Unutmadı dağlar məni!DÜNYA,MƏNİ EŞQ YAŞADIR***************Eşq olmasa,ucalmaram,Ömrü-günü borc almaram,Min il ola,qocalmaram,Dünya,məni eşq yaşadır!Eşq edib,eşqdən doymaram,Eşqi yetim qoyammaram,Yarıyolda dayammaram,Dünya,məni eşq yaşadır!Dərd dağını min aşsam da,Dərdi qul tək daşısam da,Kərəm olub,alışsam da,Dünya,məni eşq yaşadır!Od geyib,gəlmə üstümə,Devlər dözəmməz küştümə,Boğulsam da öz tüstümə,Dünya,məni eşq yaşadır!Məzahirəm,sadiq yaram,Sədaqətə daş atmaram,Səndə bir gün yaşamaram,Dünya məni eşq yaşadır!GÜLLƏR AÇMAZ EŞQ OLMASA***************Nə yaz gəlməz,yağış yağmaz,Güllər açmaz,eşq olmasa!Gündüz olmaz,nə gün çıxmaz,Nə nur saçmaz,eşq olmasa!Eşqə varmaq deyil ayıb,De,kim ondan can qurtarıb?Gur çaylar da yatı qalıb,Aşıb-daşmaz eşq olmasa!Ətri itməz ayla,illə,Vəsfi yetməz min-bir dillə,Gül bülbüllə,bülbül gülləPıçıldaşmaz,eşq olmasa!Eşqdi gözə nur,işıq da,Saza,sözə yaraşıq da,Ora-bura sarmaşıq daDırmaşammaz,eşq olmasa!Eşqdi sözü min ilin də,Eşqə düşüb,dirilin də,Məzahir dağ-daş dilindəDanışammaz,eşq olmasa!(Dedim axl,eşqdən yazacağam)************BU DÜNYANI EŞQ FIRLADAR""""""""""""""""""""""""Sevib,sal bir yara meyil,Eşq eyləyib,eşqə əyil,İnək,balıq,nə çarx deyil,Bu dünyanı eşq fırladar!Kimi duyar,kimi duymaz,O da,bu da eşqə doymaz,Min fırlanıb,bir dayanmaz,Bu dünyanı eşq fırladar!Nə gedən,nə gələn durmaz,Nə dincəlməz,nə yorulmaz,Yolunda hədd-sədd qoyulmaz,Bu dünyanı eşq fırladar!Dörd bir yana od düşsə də,Ürək yanıb,dil bişsə də,Göy çöküb,yer deşilsə də,Bu dünyanı eşq fırladar!Məzahiri tərs duymayın,Vara-dövlətə uymayın,Eşq edib,eşqdən doymayın,Bu dünyanı eşq fırladar!..SÖYLƏ,MƏLƏKMİSƏN, YA İNSANMISAN*****************Söylə,mələkmisən,ya insanmısan?Gəlmisən göylərin hansı qatından?Gəlmisən bəlkə də,Haqqın sözünüYerlərə deyəsən Haqqın adından?!.Gəlmisən göylərin hansı qatından?Necə də durudu baxışların da?!Elə bil,ruhun da çimib,yuyulubGöylərin ilk yağan yağışlarında...Necə də durudu baxışların da,Necə də bənzərsən Günəşə,Aya?!Gecə də-gündüz də edib vəsfini,Hansı qələm yaza,hansı dil saya?Necə də bənzərsən Günəşə,Aya,Necə də şirindi söhbətin,sözün?!.Elə bil...elə bil,baxsan güzgüyə,Yaxacaqdır öz-özünü öz gözün.Necə də şirındi söhbətin,sözün,Necə də dadlısan,necə duzlusan?!.Sanki də qış günü gur od,gur ocaq,Yayın ortasında qüzey buzusan.Necə də dadlısan,necə də duzlu?!Elə bil,səpsərin Zəmzəm suyusan.Yanar qəlbim,yanar dilim-dodağım,Bəs nədən özünə həsrət qoymusan?.....Yanar qəlbim,yanar dilım-dodağım,Bəlkə də,sən bunu asan sanmısan?Düyub da halımı,day aç sirrini,Söylə,mələkmisən,ya insanmısan?..EŞQİM,NİFRƏTİM DƏ MƏNLƏ BİRGƏDİ******************İçimdə şübhəli,mübhəm bir sual,Hələ də,hələ də fikirliyəm mən.Bəzən eşqə-məhəbbətə qul,kölə,Bəzən də kinliyəm,məkrliyəm mən.Hələ də,hələ də fikirliyəm mən,Gah bezib,gah da ki,edirəm xiffət.Gedirəm-gəlirəm mən bu yollarıİçimdə məhəbbət,həm də ki nifrət.Gedirəm-gəlirəm mən bu yollarıBir gözüm yuxulu,bir gözüm ayıq.Bəzən azıb,heç özüm də bilmirəm--Eşqim,nifrətimlə birgə hardayıq?Bəzən eşqə,məhəbbətə qul,kölə,Bəzən də düşmənəm sanki min ildi.Gah sevib-oxşayıb,gah da söyürəm,Heç bilmirəm,vallah,bu dil nə dildi?Gah sevib-oxşayıb,gah da söyürəm,Bir səsim tufandı,bir səsim mehdi.Həvəsim ötəri,bəzən dəlisov,Nəfəsim gah xəzan,gah da ki şehdi.Həvəsim ötəri,bəzən dəlisov...Bu əhvala nə dözə,nə dayana?Üz çevirib,bəzən də ki keçirəmMəcnundan,Fərhaddan min verst o yana......Hələ də,hələ də fikirliyəm mən,Görüb də halımı,dilim olub lal.Qalmışam məhəbbət astanasında--İçimdə şübhəli,mübhəm bir sual.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.