NƏSİB NƏBİOĞLU: MƏN NECƏ QOPARIM GÖYLƏRDƏN SƏNİ ?.. Müsabiqə, Rusiya, Diaspora 30 Ocak Nəsib Nəbioğlu (Nəsib Nəbi oğlu Verdiyev) 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub.1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub.Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980 ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu əla qiymətlərlə bitirib.1985-ci ildə İnstitututunu bitirdikdən sonra SSRİ Dövlət Xarici turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibidir.”Ürəyim yurd yeridir" (1988), “Sizə sözüm var” (1994), “Dua edən bulaq” rus dilində (1996), “Bağışlamaz dağlar məni” (2004), “Nəğməkar əsgər” (2007), “Heç belə də kənd olar” (2011), “Ulduz nur saçırdı qayanın üstə" rus dilində (2014) şeir kitablarının müəllifidir.M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslan, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələrin (rus dilində) müəllifidir. Nəsib Nəbioğlu V. Şukşinin,V. Rasputinin, A.Puşkinin, M.Lermontivun, S.Eseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.İyirmidən çox şeirinə müsiqi bəstələnib.O, dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir (musiqisi Asya Sultanovanındır).Nəsib Nəbioğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Sabir SADAXLI (MAHMUDOV),ZiM.AzAnam yaşadığı evə gəlmişəmAnam yaşadığı evə gəlmişəm?Məni otaq sıxır, divarlar sıxır.Bir həsrət qəlbimi yandırır elə,Divardan bir ana doylanıb baxır. Məni gözləməkdən bezdinmi, ana?Baxıb görürəm ki, yorğunsan, yorğun.Divardan boylanıb oyaq qalmısan,Bilmisən ki, bu gün gələcək oğlun.Doğma ocağına qonaq gəlmisəm,Gəlmisəm halını soruşum indi.Sən gedən zamandan elə solmuşam,Dəyişib yerişim, diruşum, indi. Ana xəbərim yox eldən obadan,Sənə nədən deyim, nədən danışım.Ana xəbərim yox evdən, eşikdən,Yaman öz işimə qarışıb başım. Çətinliklər gördüm, dolandım gəldim,Keçiləsi deyil vətən yolları.Qapının ağzında donub qalmışam,Boynuma sarılmır ana qolları. Qamətim əyilib sənsiz, ay ana,Keçmişəm borandan, çovğundan, qardan.Duymuram, ay ana doğma səsini,Boylanıb baxırsan soyuq divardan.Sənsiz ocağımız gur yanan deyil,Ta yığılan yoxdu ocaq başına Bu ocaq təzədən gur yansın deyə.Hazıram ki dönəm ocaq daşına.Yoxsa tələsmisən, yurduna sarı.Qapımizı yanov qoyub getmisən.Bəlkə də getmisən atamdan ötrüAzad etmək üçün perik ruhunu,Hamımızdan əvvəl duyub getmisən. Əriyib yox olan, gözdən itənim,Şerimə bölənib sözdə bitənimQəm, kədər ələnir baxışlarından,Yaman qəmli dəydin gözümə mənim.Ay ana, ay ana titrəyir səsim,Can deyən taplmır sözümə mənim. Eşidib duymadım kövrək səsini,Təzədən özümü anasız bildim.Hər vaxt göz yaçını silərdim,ana,Bu dəfə şəklinin tozunu sildim. Son kəlmən, son sözün çıxmaz yadımdan,- Məni Kəlbəcərə apar, ay oğul!Bu qaçqın adını, köçgün adına,Adımın yanından qopar, ay oğul! Ötüşür fəsillər, Ötüşür illər,Qəlbimin qurtarmaz yaraları var.Sən gedən zamandan biləsən, ana,“Can” - deyib oğlunu çağırmayırlar. Divarlar üstümə gəlir bu axşam,Bu kiçik otaqda kiridim, qaldım.Bir yanan şamınan verib baş-başa,Sızlaya-sızlaya əriyib qaldım. Tənaha oturacam zülmət içində.Ay allah bu nədir yağan üstümə.Bu axşam yatmağa mən tələsmirəm,Axı kim örtəcək yorğan üstümə. Bir yerdə rahatlıq tapa bilmirəm,Divara boylana-boylana qaldım.Bu gecə anamın doğma ətrini,Divardan asılan şəkildən aldım.ANAMAta əvəziydi qadin donunda,Qeyrətdən yoğrulmuş ər idi anam.Hər sözü, kəlməsi bayatı idi,Təpədən-dırnağa sir idi anam.Getmir qulağımdan mehriban səsi,Şirin bayatısı, həzin nəğmısi,Ən gözöl varlıqdı ana nəfəsi,Bir müqəddəs ocaq, pir idi anam.Yatmazdı, görürdüm oyaq kimiydi,Dindirsən kamandı, sarı simiydi,Kiridə bilmədim uşaq kimiydi,Didərgin düşəndən kür idi anam.İnsan dərdən necə dindi, görmüşəm,İnsan necə şama döndü, görmüşəm,Gur yanan ocaqlar söndü, görmüşəm,Gözümün önündə əridi anam.Məni bu həsrətdən qurtar deyirdi,“Atanin yurdunu qaytar”-deyirdi,Məni Kəlbəcərə apar deyirdi,Dağlar deyə-deyə kiridi anam.MƏN NECƏ QOPARIM GÖYLƏRDƏN SƏNİ ?Eh fikrim-xəyalım özümdən qabaq,Səni addım-addım izlədi onda.O boyda sevgini,o boyda eşqi,Bir balaca ürək gizlədi onda.Səni gizli sevdim,bilmədi bir kəs,Sənin xəyalınla yaşaya bildim.Dinyaya sığmayan məhəbbətimi,Bir yandan bir yana daşıya bildimElə gözəl idi dünya gözümdə,Elə yaraşirdı gül-çiçək sənə.İndi bu yazdığım bu nəğmə bəlkə, Durna harayinda gələcək sənə.Qınayan da oldu,qınamayan da,Eşqi topuğunda olan oğlanı.Bir görən olmadı,duyan olmadı,Qəlbi viran,boran,talan oğlanı.Qeyb oldun,yox oldun günün birində,De haraya gedin,qaldın hayanda?Bilirdim ki,tayın,bərabərin yox,Mələk olduğunu bilmirdim onda!Sən elə uzaqsan,uzaqsan indi,Elə soraqladım hər yerdən səniÇəkildin göylərin yeddi qatına,Mən necə qoparım göylərdən səni?Qurtar qarğışdan məniBaharım yox, yazım yox,Yoluma qar yağıbdı.Dili ağzında yanmış,Məni pis qarğayıbdı.Sənsiz eynim açılmaz,Sənsiz qəm içindəyəm.Bir durna qatarınınBir həsrət köçündəyəm.Əsib xəzan yelləri,Qurtar bu qışdan məni.Leysan axır gözümdən,Qurtar yağışdan məni.Baxışının odunuQəlbimə yükləmisən.Sən gözümün işığı, Dərdimin məlhəmisən.En səhərin nurundan,Oyat obaşdan məni.Qurban olum, sevgilim,Qurtar qarğışdan məni.Səni Qürbətə gətirdim...Axı niyə gördüm səni,Niyə gözlərimə dəydin?Bu sevgiyə boyun əydin?Gərək məni sevməyəydin,Səni Qürbətə gətirdim!Sevinmədin gözün dolu,Qəmlə,dərdlə sözün dolu,Tək gedəsiydim bu yolu,Səni Qürbətə gətirdim!Əsir etdi bu məhəbbət,Qəribliyin yükü zillət,Səni qoydum yurda həsrət,Səni Qürbətə gətirdim!Dağların sünbül-süsəni,Baxışından duydum səni,Dərd içində qoydum səni,Səni Qürbətə gətirdim!Talanan yurd elə uzaq,Yolumuzu alıb sazaq,O illərə,o aylara,Hey baxırıq gendən belə,Qonşu qızı bağışlama,Bağışlama innən belə,Səni Qürbətə gətirdim!BAŞQADIRSahilinə yol almışam,Təskinlik ver mənə,Xəzər!Başımdan huşum dağılıb,Xəyalım dağları gəzər!Dərdim dağların dərdidir,Dağların dərdi başqadır!Sözümdə dağlar harayı,Gözümdə ki,sel ağlayar,Həsrət cəkər,qan-yaş tökər,Perik düşən el ağlayar!Durum dağlara yollanım,Dağların dərdi başqadır!Ləngiməyim, çıxım gedim,Bu sədləri yıxım gedim,Çox ləngisəm məndən küsər,Qəzəbdən yolumu kəsər.Göy dalğanı üstümə sər,Atsım məni uzaqlara.Ata bilsən at dağlara,Dağların dərdi başqadır!Qaçqın nədir bilməzdim heç,Alnıma bu köç yazılıb.Dərdi ara,seç yazılıb,Bəxtin nədən puç yazılıb.Bu yazılar tərsdir, Xəzər,Deyilənlər nəsdir,Xəzər!Burax məni,burax indi,Durum dağlara yollanım,Dağların dərdi başqadır!O dağların gülü sölub,Nərgizlərin gözü dolub.Boynubükük bənövşələr,Kol dibindən baxar inlər.Çoxdan yolumu gözləyər.Burax məni mavi,Xəzər,Gözlərimi sıxım gedim.Baş qötürüm çıxım gedim,Dağların dərdi başqadır.Heykəl it Moskvada «İnqilab» metrosunda it heykəli var. Gəlib-keçənlər itin başına tumar çəkdiklərindən itin başının rəngi dəyişibƏzəldən sirr qalıb it məhəbbəti,Bəndələr bu sirri hələ də bilmir.Bu it heykəlinə sığal çəkənlər,Evdə uşağının burnunu silmir.İt bezib, ötəri tumardan bezib,Yaxşı ki, daşlaşıb, səsi də çıxmır.Dikib gözlərini bircə tərəfə,Heç gəlib keçənin üzünə baxmır.Az qalır bağrına basalar onu,İnsandan əzizdir itlər burada.Sevgi bəsləyənlər itə, pişiyə,Yazıq insanları salmazlar yada.Dolana-dolana itin başına,Dinənin üstünə bağırıb çoxu.Bu itin başını tumarlamaqla,İti itliyindən çıxarıb çoxu.Bu böyük şəhərdə, qərib şəhərdə,Yurdsuzun, yersizin ovqatı yoxdur.Burda qərib kimi yaşayanların,Bu heykəl it qədər urvatı yoxdur.Çoxları susubdu heykəl it kimi,Danışmaz, söyləməz ehtiyacından.Hələ yaranandan sığal görməyən,Öz iti bəlkə də ölür acından.Yazıq it bezməzdi insan əlindən,Bu əllər həddini çox aşmasaydı.Baş alıb qaçardı bu it bu yerdən,Ayağı mərmərə yapışmasaydı.Bir əlim Tanrının ətəyindədirDumandı, yamacım-yalım açılmır,Bağrıma basmağa qolum açılmır,On ildir bağlanıb yolum açılmır,Bir əlim Tanrının ətəyindədir.Dərddən heykəl yonub düzürəm artıq,Belə yaşamaqdan bezirəm artıq,Bəndədən əlimi üzürəm artıq,Bir əlim Tanrının ətəyindədir.Yadlar ocağımda yandırıbdı şam,Mən necə dözürəm qayayam, daşam,Buraxan deyiləm bərk yapışmışam,Bir əlim Tanrının ətəyindədir.Dərdi dərd çəkəndən soruşam gərək,Küsülü kəndimlə barışam gərək,Gedib torpağıma qarışam gərək,Bir əlim Tanrının ətəyindədir.O dağlar Nəsibdən küsülü qalıb,Həsrətdən qamətim qısılı qalıb,Bir əlim ümiddən asılı qalıb,Bir əlim Tanrının ətəyindədir. Gəlmişəm könlünü almağa səninSən ki dəcəllərin dəcəli idin,Sözü şirin, sözü məzəli idin,Bizim kəndimizin gözəli idin,Gəlmişəm könlünü almağa sənin.O vaxtdan dolanıb gəzirəm səni,Bu dünyada ləlik eylədin məni,Çoxalıb başımda saçımın dəni,Gəlmişəm könlünü almağa sənin.Belə ağrı olmaz, belə ah olmaz,Belə həsrət olmaz, belə dağ olmaz,Sevənlər bu qədər küsülü qalmaz,Gəlmişəm könlünü almağa sənin.Gədiklər keçərdik, dağlar aşardıq,Əl-ələ verərdik qoşalaşardıq,Biz ki o yerləri cüt dolaşardıq,Gəlmişəm könlünü almağa sənin.Sanardım sınmazam, bir nəhəng idim,Hicranın əlindən sızladım, dindim,Enişli-yoxuşlu yolda ləngidim,Gəlmişəm könlünü almağa sənin.O sənli günlərə uçum təzədən,Həmin cığırlarla qaçım təzədən,Gəlmişəm qəlbimi açam təzədən,Gəlmişəm könlünü almağa sənin.Qoymazdım enəsən yaylaqdan bəri,Qoymazdım keçəsən çaylaqdan bəri,Bilirəm küsmüsən o vaxtdan bəri,Gəlmişəm könlünü almağa sənin.Tutmuşam üzümü dağlara sarı,Yaralı qəlbimə məlhəm tök, sarı,Deyirəm bu yaşda görüşək barı,Gəlmişəm könlünü almağa sənin.İslatma alovlu yağışla məni,Qarşıla həmənki baxışla məni,Bağışlaya bilsən, bağışla məni,Gəlmişəm könlünü almağa sənin.Vətən, köynəyindən gəl keçir bizi Hələ bu yollarda naşıyıq, naşı,Millətin qurumur gözünün yaşı,Bağışlamır indi qardaş qardaşı,Vətən, köynəyindən gəl keçir bizi!Dar günün bir meydan, bir böyük sınaq,Nə ola dərdini düşünək, qanaq,Sənə oğul olaq, halına yanaq,Vətən, köynəyindən gəl keçir bizi!Sənə sən deyən tək oğul olmadıq,Dağın, daşın yandı, oyun oynadıq,Bilmədik doğmayıq, bilmədik yadıq,Vətən, köynəyindən gəl keçir bizi!Gülmür üzümüzə açılan səhər,Tutub yaxamızdan əl çəkmir qəhər,Başını girləyir hərə birtəhər,Vətən, köynəyindən gəl keçir bizi!Dağını, çölünü taladı yağı,Çəkilməz, azalmaz sinənin dağı,Babəkin, Nəbinin yanır torpağı,Vətən, köynəyindən gəl keçir bizi!Düşmən elə qəddar, əyə bilmirik,Nisgili, həsrəti yeyə bilmirik,Dərdimiz elə çox, deyə bilmirik,Vətən, köynəyindən gəl keçir bizi!Bir elin ətirli gülü kəsilib,Neçə ərəninin qolu kəsilib,Ulu dağlarının yolu kəsilib,Vətən, köynəyindən gəl keçir bizi!Qonşu namərd oldu, tuşuna düşdük,Bir qara daş olub başına düşdük,Bahardan dövranın qışına düşdük,Vətən, köynəyindən gəl keçir bizi!Düşmənin çox imiş toru, tələsi,Ağır ellərimin yükü, şələsi,Ağlar gözlərimi kimdir siləsi,Vətən, köynəyindən gəl keçir bizi!Yaman bizi tutdu ahlar, qarğışlar,İslatdı yağmurlar, döydü yağışlar,O yurd verdiyini çətin bağışlar,Vətən, köynəyindən gəl keçir bizi!Nə ola yetişək dadına bir də,Kənardan yanmayaq oduna bir də,Bəlkə layiq olaq adına bir də,Vətən, könəyindən gəl keçir bizi!Anamı kiridə bilmirəm, AllahAhıyla bağrımı yandırdı, yaxdı,Gözünü yığmadı, yollara baxdı,Didərgin düşübdü bu qoca vaxtı,Anamı kiridə bilmirəm, Allah!Xəyalında ötən çağlar qalıbdı,El köçüb, sinəsi dağlar qalıbdı,Əlləri qoynunda ağlar qalıbdı,Anamı kiridə bilmirəm, Allah!Bir xəbər gözləyir el-obasından,On ildi çıxmayır yas libasından,Min kədər süzülür bayatısından,Anamı kiridə bilmirəm, Allah!Ömür yoldaşını itirib, dözmür,Bacı-qardaşını itirib, dözmür,Tamam göz yaşını itirib, dözmür,Anamı kiridə bilmirəm, Allah!Anam ayrı düşüb öz dünyasından,Söhbət dünyasından, söz dünyasından,Anam aralanıb öz anasından,Anamı kiridə bilmirəm, Allah!Gül verrəm, deyir ki, qoxusu yoxdu,Dövranın haqq üstə qurğusu yoxdu,On ildi anamın yuxusu yoxdu,Anamı kiridə bilmirəm, Allah!Yığıb yaratdığı var talan olub,Gözündə həqiqət ağ yalan olub,Bir uşağa dönüb, ağlağan olub,Anamı kiridə bilmirəm, Allah!Qəmin qarşısında heykəldi-təkdi,Dərdin gah arana, gah dağa çəkdi,Deyir ki, günahkar təkcə fələkdi,Anamı kiridə bilmirəm, Allah!Bir əlçim ağ bulud başının üstə,Əlləri qalıbdı qaşının üstə,Yaman inadkardı, durubdu qəsdə,Anamı kiridə bilmirəm, Allah!Dağların verdiyi dözüm qalmayıb,Sözlərində şirin düzüm qalmayıb,Yalvarram, kirimir sözüm qalmayıb,Anamı kiridə bilmirəm, Allah!Dərdi elə dərddi, tapılmır çarə,Qurtarmaz, köksündə qövr edər yara,Eh, Dəlidağ hara, Moskva hara,Anamı kiridə bilmirəm, Allah!Qonşu qızıHörükləri qulac idi,Dərdlərimə əlac idi.Kəklik idi, turac idi,Uçdu gendən qonşu qızı?Bu səbrimi kəsən də o,Sünbül də o, süsən də o,Hey inciyib, küsən də o,Hər kəlmədən qonşu qızı.Tilsim olub aparmadı,Həsrətindən qoparmadı,Ha yalvadım qurtarmadıKəməndindən qonşu qızı.Od baxışı sönməz idi,Yaman qaradinməz idi,Yalvarsam da enməz idi,Səməndindən qonşu qızı.O Əsliydi, mən də Kərəm,Sanardım ki, bəxtəvərəmQoymadı ki, bir gül dərəm,Çəmənindən qonşu qızı.Çəpərdən aşmağı vardı,Çiçəkdən yaşmağı vardı,Nə biləm qaçmağı vardı,Öz kəndindən qonşu qızı.Yaddır, işimə qarışmır,Küsüb, baxtıyla barışmır,Saçı ağarıb danışmır,Dünənindən qonşu qızı.Tütünçü qızÇoxdan görüşmürdük, qarşılaşmışıq,Məni salamladın həmin səslə sən.Bilirəm sözün çox, sinən doludur,Bilirəm köhlənmiş kaman üstəsən.Əlinin qabarı qarsdı əlimi,Qadınsan, qadında belə əl olmaz.Mən sənə dağların gülü demişdim,Belə çiçək olmaz, belə gül olmaz.Sinif yoldaşına «müəllim» - deyib,Yaman uzaq etdin özündən məni.Qınaq atəşinə tut məni indi,Haqqın var, güllələ gözündən məni.Çəkdiyin şələlər belini əyib,Odur boy-buxunun qısalı qalıb.Tütün yarpaqları fata yerinə,Şəvə tellərindən asılı qalıb.Baxtın açılmayıb, yazan pis yazıb,Axır bu taleylə barışmalısan.Bu qara gününün səbəbin, ancaq,Üz tutub Tanrıdan soruşmalısan.Necə şərik olum sənin dərdinə,Nahaq qarşılaşdıq, sinif yoldaşım.Mənim də getdiyim yollar uzaqdı,Mənim öz işimə qarışıb başım.Ürəyin qübarlı, əlin qabarlı,Bu qismət payına düşüb əzəldən.Xoş xəbər yerinə, sevinc yerinə,Qəm, kədər görmüsən bu gözəl eldən.Onsuz da kim sənə nə deyir desin,Mənim gözlərimdə gülsən, çiçəksən.Səni gözlərimdə aparacağam,Sən mənim ruhuma çəkiləcəksən.Öpüm «Məni Kəlbəcərə apar ilahi, Onun çəmənindən, düzündən öpüm. Nərgizi, laləni basım bağrıma, Qaymaqçiçəyinin gözündən öpüm.» Bəhmən VətənoğluYağılar yamaca qəddini əyib,Mən gəlim yaralı dizindən öpüm.Bəsdir göz yaşların qurusun, vətən,Gözü yolda qalan gözündən öpüm.Sinəmi həsrətdən oyan torpağın,Məni qəriblikdə qoyan torpağın,Şəhidlər qanından doyan torpağın,Qanlı çəmənindən, düzündən öpüm.Açılsın dərdimiz, müşkül qalmasın,Qürbətdə bir ağlar bülbül qalmasın,Silinsin, qəlbində nisgil qalmasın,Gəlim ocağından, közündən öpümDaş gəzirəmElim, obam yad əllərdə talanır,Bağrım başı od-alova qalanır,Fikrim gedib o dağları dolanır,Daş gəzirəm öz başıma vurmağa.Nəzərindən salma, Tanrım bəndəni,Gözlərimdə kədər çəni, qəm çəni,Saçlarımda dolaşdırıb dən-dəni,Daş gəzirəm öz başıma vurmağa.Bu dünyanın naləsi mən, ahı mən,Dərddən, qəmdən bu dünyanın toxu mən,Belə başı neyləyirəm axı mən,Daş gəzirəm öz başıma vurmağa.Yollarımda namərd çıxıb qarşıma,Qonşularım zəhər töküb aşıma.Öz başımdan bəla gəlib başıma,Daş gəzirəm öz başıma vurmağa.Yaz yerinə yaşayıram qışı mən,Dolanıram bu dünyanı naşı mən.Neyləyirəm bu bəlalı başı mən,Daş gəzirəm öz başıma vurmağa.Bu günümü gətirənlər zəlidi,Düşmənlərin, namərdlərin felidi.Gendən baxan, qoy desin ki, dəlidi,Daş gəzirəm öz başıma vurmağa.Pərvazlandım, qəfil sındı qanadım,Ürəyimdən parçalandım, qanadım.Taleyimi,yığvalımı qınadım,Daş gəzirəm öz başıma vurmağa.Gözlərimə kədər yağır o başdan,Öz-özümlə dərdləşirəm yavaşdan,Bu millətə xeyir yoxsa bu başdan,Daş gəzirəm öz başıma vurmağa.Bənövşəni Balaoğlan Cəlilin “Bənovşə” şerlərini oxuyarkənVurulub hüsnünə, gözəlliyinə,Qələmə almısan tez bənövşəni.De qürbət ellərdə soraqla, axtar,De qürbət ellərdə, gəz bənövşəni.Qad yerin baharı, yazı ayrıdı,Söhbəti nisgilli, sazı ayrıdır,Küsən çiçəklərin nazı ayrıdır,Azdırıb, küsdürüb naz bənövşəni.Düşübdü bir aha, qarğışa bilmir,Gedib çiçəklərə qarışa bilmir,Bəlkə taleyiylə barışa bilmir,Yolunda yandırıb köz bənövşəni.Gözünü yar gedən yollara dikdi,Həsrətdən göynədi,boynunu bükdü,Deyirlər görüşə lalə gecikdi,Aldatdı o vədə, söz bənövşəni.Dərdini söyləməz inlər içində,Talesiz adı var güllər içində,Yoxsa gözə gəldi güllər içində,Boynuburuq qoydu göz bənövşəni.Bənövşə sadiqdir eşqə əzəldən,Qərənfil deyil ki,keçə yüz əldən,Tapılsa bir könül tikən, düzəldən,Onda görəcəksən düz bənövşəni.Nə olar Nəsibə bir qulaq asın,Əzəldən saxlayib bir eşqin yasın,Boynuburuqlarla işin olmasın,Nə qopar, nə də ki, üz bənövşəni.Sən Tovuza qayıt, mən Dəlidağa Yazıq istəkləri, xoş arzuları Tale hara çəkdi, vaxt hara yozdu, Tovuzdan dünyaya gedən yolların Qayıdacağı yer elə Tovuzdu. Leylanın Məmməd İsmayıla məktubundanNə işimiz varki,qərib ölkədə,Bizim ki,qəlbimiz qəfəsə sığmaz. Qərib şairlərin günü boran,qar,Başına bir sevinc yağışı yağmaz. Günü ayrı düşər,günəş nurundan,Qəm-kədər ələnər yolları üstə.Özü yola salar öz tabutunu,Vətənə uzanan qolları üstə. Səbrli yaradıb bizi yaradan,Bizim yollarımız səbrdən çıxıb.Bir gün o dağlara yollanasıyıq, Qürbətdə qazılan qəbrdən çıxıb. De kimlərin ahı tutubdu bizi,Kimin qarğışına keçmişik,Məmməd?Ağlımızmı çaşıb qərib ölkəni,Özümüzə vətən seçmişik,Məmməd? O dağlar küsübdü, yaxına qoymaz,Nankor övladından üz döndəribdi.Hər gecə yuxuma girir o dağlar,Oyanıb görürəm söz göndəribdi. Tutub əllərindən ümidlərimin,Həsrəti,nisgili qoparım dedim.Özüm o dağlara gedən deyiləm,Ruhumu dağlara aparım dedim. Qapım yoxdu döyə ağacdələnlər, O evi- eşiyi bada vermişəm.Ana ocağını, ata yurdunu, Özüm öz əlimlə yada vermişəm.Həsrət içindəyən,dərd içindəyəm,Döyür pəncərəmi qərib küləklər.Bir quyuya düşmüş Məlik Məmmədəm,Nə zümrüdquşu var,nə də lələklər.Dağlar söyləməkdən dilim qabardı,Dərdlərim Dəlidağ dağından betər.Düz iyirmi ildir cığırlarımda,Kəlbəcər həsrəti göyərər,bitərQəribin dərdini qərib anlayar,Ataq bu mönətin daşını qardaş.Dağlara yön alaq bizi gözləyir,Uca tut,uca tut başını qardaş.Doğma yurd yenədə düşdü könlümə,Bir səfərə çıxaq, duraq ayağa.Kötür-qoy zamanı gəlib yetişdi,SənTovuza qayıt, mən Dəlidağa. MurovGöz dikmişəm quzeyinə səhərdən,Xəbərin yox sinəmdəki qəhərdən,Bir xəbər ver, Dəlidağdan - gövhərdən,Nisgilimi qıyma-qıyma sök, Murov!Çiçəyini yoluma tök, məst elə,Bu arzudur istəyirsən süst elə,Sevəninə azca belə qəsd elə,Ürəyimdə sevgi becər,ək, Murov!İstəyirəm hava alam bir udum,Kömək elə ağrıları unudum,Qürbər eldə bu həsrətdən qurudum,Yollarımdan dumanını çək,Murov!Qoy dırmanım bu yoxuşu təzədən,Nəzmə çəkim o baxışı təzədən,Seyr eyləyim Qızılquşu təzədən,Ətəyindən, gəl daşını tök, Murov!Gətirmədi neylək baxtı Nəsibin,Qəmdən yeyib gözü toxdu Nəsibin,Yeri-yurdu daha yoxdu Nəsibin,Zirvədəki ağ buluda bük, Murov!Analı kəndimiz girir yuxuma Analı kəndimiz girir yuxuma,Yenə dolanıram, bağı,məhləni.Qışın oğlan çağı bu nə yuxudu,Güllü məhləmizə aparıb məni.Yenə görürəm ki gileylənirlər,Çiçək bir tərəfdən, gül bir tərəfdən.Ayağım altına döşənib cəmən,Deyir tapdalama keç bu tərəfdən.Anam əllərində alma gətirir,-Əlinlə əkdiyin ağac barıdır.Nə yaxşı,nə yaxşı gəlmisən oğul,Nə yaxşı yolların kəndə sarıdır.-Nə yaxşı gəlmisən, küsənlərim çox,Sənin gəlişinlə barışacaqlar.Sənin hesabına kənd uşaqları,Yenə ağaclara darışacaqlar.Deyirəm ay ana yollarım uzaq,Elə bilirsən ki,gəlmək asandır?Kəsir qaranləqlar,kəsir yolumu,Ana o çırağı təzədən yandır.Səsi qulağımdan getmir ay ana,Ayrıla bilmirən cəhrəndən sənin.Gözümə pərişan dəyirsən yaman,Kədər,qəm tökülür cöhrəndən sənin.Eh nələr görmədi bəlalı başım,Balan bədnəzərin odundan çıxıb.Deyəsə,ay ana baçımın üstə,Üzərrik yandırmaq yadından çıxıb.Yarımçıq ayılıb yuxularımdan,Təsəlli alıram divardan,daşdan.Kədər yuxusunu,dərd yuxusunu,Durub danışacam yenə o başdan.Haraya çağırır Kəlbəcər səniOğlum NəbiyəMənə divan tutur dərdi dağların,Qoy boğub üzməsin bu qəhər səni.Buralar bizlərin yurdu deyilmiş,Haraya çağırır Kəlbəcər səni.Yurdumuz-yuvamız qaldı yadlara,Düşmən at oynadır belədən-belə.Yağılar əlində talanır dağlar,Düşmən divan tutur çiçəyə - gülə. Qürbətin bəzəyi başqa bəzəkdi,Bu kədər yuvası, dərd yuvasıdır.Sənin də, mənim də bu aldığımız,Özgə havasıdır, yad havasıdır.Gecələr yuxumdan əl çəkmirlər ki,Şəhid qanlarıyla sulandı dağlar.Sahibsiz dağların səbri tükəndi,Yad əldə qovruldu, talandı dağlar!Qan ilə sulandı ata yurdumuz,Sinəmizi sipər edə bilmədik.Qoruya bilmədik dağları, oğlum,Dağlar harayına gedə bilmədik.Hər gecə bu dağlar gözümə dolur,Həsrət içindəyəm o vaxtdan bəri.Görməsəm rahatlıq tapa bilmərəm, Bağrıma basmasamhər qarış yeri.Bu dərd baxtımıza yazılan qədər,Ağrıdı, acıdı, kədərdi, oğlum!Qürbətdə yaşamaq, ömür deyil ki,Qürbətdə yaşamaq hədərdi, oğlum!Dağlara birlikdə gedəsiyik biz,Ay oğul, sən mənim yaşıma baxma.Qürbətin verdiyi hədiyyələrdi,Nisgildən ağarmış başıma baxma.Hələ təpərim var, hələ gücüm var,Hələ canımdadır dağlar havası.Çətində əlini üzmə əlimdən,Qalıb Kəlbəcərin qisas davası.Səni elə-belə böyütmədim ki,Axı elə-belə yetmədin ərsə.Dağlar əsirlikdən qurtarar,oğlum,Atalar, oğullar əl-ələ versə.Qəlbində boy atdı vətən sevgisi,Öpüb əzizlədim hər səhər səni.Qisas zamanası gəlibdi, oğlum,Haraya çağırır Kəlbəcər səni.Kar olub dünyanın qulağı çoxdan,Sözümün sorğusu, niyəsi yoxdur.Gedək yurdumuza sahib çıxaq ki,Sonra deməsinlər yiyəsi yoxdur.Qoy vətən yolunda, dağlar yolunda,Doğrayıb torpağa töksünlər bizi.Kəfəni, tabutu neynirik, oğlum,Üş rəngli bayrağa büksünlər bizi.Burnunun ucunda barıt qoxusu!35- ildən sonra görüşdüyüm tələb dostum Sabir MahmudovaQəlbini dağıdar, didər bu həsrət,Nisgil yuvasıdır qəlbi əzəldən.Əsir torpaqların dərdini çəkər,Söyləyər göylərin üzünə hərdənAğrılar içində köklənib qalan,Dərdli qoşmaları onun ağısı,Yükləsə götürməz filə dərdini,Burnunun ucunda barıt qoxusu!Dünyanın min cürə oyunları var,Aləm başdan-başa qat-qarışıqdır!Sığınıb qalıbdı dağlar dərdinə.Boynuna biçilən dərd yaraşıqdır.Gözlərində həsrət qığılcımları,Ərşə çəkiliddi, itib yuxusu.Yüz nəğmə gəzdirər dərd havasında,Burnunun ucunda barıt qoxusu!Qəlbində yurd dərdi, ağrı-acısı,Gümüşü telinə dərd sığal çəkər.Xəyalı dağlardan geri qayıtmaz,Dərdi Şuşa, Ağdam, Laçın, Kəlbəcər.Hərdən gözlərində şimşəklər çaxar,Beləcə ötüşər ömrün çoxusu,Həsrəti, nisgili gözlərindədir,Burnunun ucunda barıt qoxusu!Vətən parça-parça, yurd parça-parça,Yoğrulub bu torpaq şəhid qanıyla.Üç rəngli bayrağı basar bağrına,Hayqırar öz əzmi, öz inadıyla.Ruhuyla bağlanıb doğma torpağa, Sevgidən doğulub hissi, duyğusu,Fikri Qarabağı gəzir, dolanır,Burnunun ucunda barıt qoxusu!Bilir haqq nazilər, ancaq üzülməz,Haqqın, ədalətin öz məqamı var.Yüz dərdə, möhnətə dözüb, tablaşar,Qarşıda qisası, intiqamı var!O qədər yadına düşər ki,dağlar,Həsrəti Şuşadan, laçından keçər,Xəyalı özünü qayadan atan,Bir dağ gözəlinin saçından keçər.İstəyər bir dəli türkü oxusun,Burnunun ucunda barıt qoxusu!Harda ləngimisən qıfıl yiyəsi?Bir qaçqın kəlməsi donur dilində,Milləti həsrətin, odun əlində,Açarı özgənin, yadın əlində,Harda ləngimisən qıfıl yiyəsi?Tutulub hər yandan bərəsi-bəndi,İlişmir zirvəyə atam kəməndi,İyirmi ildir ki, həmin həmindi,Harda ləngimisən qıfıl yiyəsi?Bəlkə göylərdəsən enib gələsən,Susmayıb dillənib, dinib gələsən,Atın yox atını minib gələsən,Harda ləngimisən qıfıl yiyəsi?Sinənə döyərsən lələşsən,lələş,Ha çalış, çabala, oynaqla, əlləş,Tapsan papağını götür, fikirləş,Harda ləngimisən qıfıl yiyəsi?Gözümün yaçını silələyiblər,Murovdan bu üzə dərd ələyiblər,Kəpəzin başında bənd eləyiblər,Harda ləngimisən qıfıl yiyəsi?Yağı dediyimiz cındırdır cındır,Od vurub qəlbimə, qəlbini yandır,Tilsimə düşübsə tilsimi sındır,Harda ləngimisən qıfıl yiyəsi?Məğrur qayaların xasına bir bax,Bu elin qurtarmaz yasına bir bax,Bir dön bu qıfılın pasına bir bax,Harda ləngimisən qıfıl yiyəsi?Ahımız, naləmiz çıxıbdı ərzə,Nərən yox dünyanı gətirə lərzə,Yoxsa yollanmısan gedər-gəlməzə,Harda ləngimisən qıfıl yiyəsi?Balaca çobanBir balaca çobanı vardı o kənddə,Çobanın gərməşov böyük çomağı.Gözünün üstünə basıb gəzdiyi,Bəzən əllərində tutub əzdiyi,Bir də bəyaz rəngli motal papağı.Pencəyin ətəyi dizinin üstə.Balaca papağı gözünün üstə.Əsgi heybəsini hey çəkə-çəkəÇobanın pencəyi özündən yekə,Çobanın aşdığı dağlar qorxulu,Çobanın getdiyi yollar təhlükə.Cobanın çomağı özündən böyük,Nimdaş şalvarının neçə yerində,Bəlkə də beş-altı, yırtıq-yamağı.Atadan yadigar qarğı tütəyi,Özü öyrənmişdi tütək çalmağı.Tütəyi calardı, o yana-yana,Bəlkə düşünürdü bəxti oyana.Bir qom bənövşəsi,bir qom nərgizi,Gəzib dolandığı güllü yaylaqlar,Gəzib dolandığı çiçək dənizi.Durub yatağından dan söküləndə,Tanrının verdiyi ovqata şükür.Maralciçəyindən yükünü tutan,Dağların verdiyi sovqata şükür.Hərdən çomağına söykənən çoban,Yağışın altında, qarın altında,Boy atıb, boy verib böyüyən çoban!Əsgi heybəsində pendir çörəyi,Bir azda kəkotu çiçəyi vardı.Bu balaca çoban bilirdi onda,Qonşu cəpərinin o tərəfində,Mələk libasında,mələk donunda.Onun yuxusuna arabir gələn,Kəndin bir gözəli, göyçəyi vardı.Arzu, istəkləri çiçək-çiçəkdi,Gözlərini uzaq yollara dikdi.O mələk cobanı sevəsi idi.Balaca cobanda heç anlamadı,Bu bir sevgi idi,ya həvəs idi.O mələk çobanı sevə bilmədi,Mələyin çobannan nə işi olar!Mələk nə biləydi, hardan biləydi,Elə çobanlardan nər kişi olar.Ömrü bir əfsanə, ömrü bir nağıl,Gəlişi, gedişi tapmaca çoban.Bəlkə olcaqdı Qaraca çoban!Bəlkə ev sahib olasıydı o,Elə o dağların yiyəsiydi o,Bəlkə də dağ boyda böyüyəsiydi.Bəlkə də dağları qoruyasıydı.Sonra hara getdi balaca çoban,Çobanı o kənddə görən olmadı.Çobandan bir soraq verən olmadı,Nə oldu hardadır balaca çoban?Gözünü dikdiyi o uzaq yollar.Çobanı çox uzaq, uzaq apardı.Bir adam dilinə gətirmədi ki,-Bu kəndin balaca çobanı vardı.Bir gün gedəcəyik dağlara sarı Yusif Hüseynin doğum gününü münasibətiyləÜmidini kəsmə,üzmə,ay Yusif,Bir gün gedəcəyik dağlara sarı.Aşıb sərhədləri,keçib sədləri, Bir gün gedəcəyik dağlara sarı.Həsrətə,nisgilə tablaşasın ürək,Bağrımıza yaman dağ çəkdi fələk,Yaman seyrəlmişik, bir az döz görək,Bir gün gedəcəyik dağlara sarı.İstək pərvazlanar,qalmaz yerində,Əlaçı,dərmanı hələ dərində,Çıxıb gedəcəyik günün birində -Bir gün gedəcəyik dağlara sarı.Gəlib çağıraram o üzdən səni,Qurtarram alovdan, o közdən səni,Çıxım haraylayım Kəpəzdən səni,Bir gün gedəcəyik dağlara sarı.Alov yolundasan, köz yolundasan, Sən nəqmə, sən şeir, söz yolundasan,Çiçəkli yolun var, öz yolundasan,Bir gün gedəcəyik dağlara sarı.Yoluma göz dikən gözəl hardasan?Mənim həsrətimə alışdınmı heç?Köçən durnalara qoşuldunmu heç? Halımı bir kəsdən soruşdunmu heç?Yoluma göz dikən gözəl hardasan?Gözlərin yollara qaldı dikili,Qəlbin səksəkəli,qəlbin hürkülü,Bənövşə duruşlum, boynu bükülü,Yoluma göz dikən gözəl hardasan?Deyəsən ömürlük qaldım dilində,Bir zaman şəkərdim,baldım dilində,İlk eşqim qəlbində, adım dilində,Yoluma göz dikən gözəl hardasan?Buludlar kişnədi,haray qopardı,Tənha dolanmağın bağrını yardı,Gör neçə fəsildir, neçə bahardı,Yoluma göz dikən gözəl hardasan?Sənsiz göz yaşımı tökürəm hələ,Qəribəm boynumu bükürəm hələ, Çəkdim həsrətini, çəkirəm hələ,Yoluma göz dikən gözəl hardasan?Məni məndən alan, mənsiz eyləyən,İmansız eyləyən, dinsiz eyləyən,Yönümü dağlardan yönsüz eyləyən,Yoluma göz dikən gözəl hardasan?O vaxtdan gizlənib ürəyimdəsən,Qəlbim həsrət qalan mələyim də sən,Şəklini çəkmişəm bəbəyimdəsən,Yoluma göz dikən gözəl hardasan?QarəməngülQar altından boylan qarəməngülüm,Sevin görüm,boy at görüm, gül görüm,Oyan qışın yuxusundan,mürgülüm,Oyanmasan qəm yağacaq başıma.Bu dözümdə sənə olmaz tay,çiçək,Gəl sirrimi bu aləmə yay,çiçək,Ürəyimdən keçənləri ay çiçək,Duyanmasan qəm yağacaq başıma.Sevənlərin ümidini üzmə sən,Bu dünyanın əzabından bezmə sən,Sinə gərib şaxtalara dözməsən,Dayanmasan qəm yağacaq başıma.Qarəməngül (Danaqıran) yazda İlk çiçək açan bu bitkinin çiçəklərini danalar yedikdə zəhərlənib öldüyündən ona bu ad verilmişdir. Balaca çoban Bir balaca çobanı vardı o kənddə,Çobanın gərməşov böyük çomağı.Gözünün üstünə basıb gəzdiyi,Bəzən əllərində tutub əzdiyi,Bir də bəyaz rəngli motal papağı.Pencəyin ətəyi dizinin üstə.Balaca papağı gözünün üstə.Əsgi heybəsini hey çəkə-çəkəÇobanın pencəyi özündən yekə,Çobanın aşdığı dağlar qorxulu,Çobanın getdiyi yollar təhlükə.Cobanın çomağı özündən böyük,Nimdaş şalvarının neçə yerində,Bəlkə də beş-altı, yırtıq-yamağı.Atadan yadigar qarğı tütəyi,Özü öyrənmişdi tütək çalmağı.Tütəyi calardı, o yana-yana,Bəlkə düşünürdü bəxti oyana.Bir qom bənövşəsi,bir qom nərgizi,Gəzib dolandığı güllü yaylaqlar,Gəzib dolandığı çiçək dənizi.Durub yatağından dan söküləndə,Tanrının verdiyi ovqata şükür.Maralciçəyindən yükünü tutan,Dağların verdiyi sovqata şükür.Hərdən çomağına söykənən çoban,Yağışın altında, qarın altında,Boy atıb, boy verib böyüyən çoban!Əsgi heybəsində pendir çörəyi,Bir azda kəkotu çiçəyi vardı.Bu balaca çoban bilirdi onda,Qonşu cəpərinin o tərəfində,Mələk libasında,mələk donunda.Onun yuxusuna arabir gələn,Kəndin bir gözəli, göyçəyi vardı.Arzu, istəkləri çiçək-çiçəkdi,Gözlərini uzaq yollara dikdi.O mələk cobanı sevəsi idi.Balaca cobanda heç anlamadı,Bu bir sevgi idi,ya həvəs idi.O mələk çobanı sevə bilmədi,Mələyin çobannan nə işi olar!Mələk nə biləydi, hardan biləydi,Elə çobanlardan nər kişi olar.Ömrü bir əfsanə, ömrü bir nağıl,Gəlişi, gedişi tapmaca çoban.Bəlkə olcaqdı Qaraca çoban!Bəlkə ev sahib olasıydı o,Elə o dağların yiyəsiydi o,Bəlkə də dağ boyda böyüyəsiydi.Bəlkə də dağları qoruyasıydı.Sonra hara getdi balaca çoban,Çobanı o kənddə görən olmadı.Çobandan bir soraq verən olmadı,Nə oldu hardadır balaca çoban?Gözünü dikdiyi o uzaq yollar.Çobanı çox uzaq, uzaq apardı.Bir adam dilinə gətirmədi ki,-Bu kəndin balaca çobanı vardı.Anama bir müjdə verə bilmədimAnamın arzusu gözündə qaldı,Dağlar həsrətini duydumu görən,Bu da bir tərəfdən dağdı dağlara.Nə yağış ələndi, nə qar çiləndi,Qəm-qüssə, dərd-kədər yağdı dağlara,Anama bir müjdə verə bilmədim.Deyirdi,- dağlardan xəbər gəldimi?Gələndən, gedəndən soraqlayırdı.Qoynuna qoyduğu pul kisəsində,Bir xışma muştuliq pul saxlayırdı.Anama bir müjdə verə bilmədim.Nələr uydurmadım, nələr demədim,Bir təhər ovudub, başını qatdım.Sözümdən, misramdan bir heykəl yonub, Anamdan ölümsüz heykəl yaratdım.Anama bir müjdə verə bilmədim.Haraya yollandım,haraya getdim,Namərdlər, nadanlar çıxdı qarşıma.Sərgərdan elədi bu fələk məni,Dərdi yağış kimi tökdü başıma.Bu dərdə sinəmi gərə bilmədim.Anama bir müjdə verə bilmədim.Əlim boşa çıxdı, hara əl atdım,Yarıyan olmadı bir işə məndən.Anam gözlərini yoluma dikdi,Xoş xəbər gözlədi həmişə məndən,Anama bir müjdə verə bilmədim.Belə düyün olmaz, belə dağ olmaz,Dünya özü boyda qəmdi-kədərdi.Anamın laylası düşüb könlümə,Qəlbimdə yaşayır bir ana dərdi.Anam bircə məndən xəbər gözlədi,Anama bir müjdə verə bilmədim.Hələ xəyalımda nurlu cöhrəsi,Haqsızlıq önündə hələ donuram.Evimdə bir dərdli ana ruhu var,Adına sözümlə heykəl yonuram!Ömürlük yandırıb yaxacaq məni,Dünyada dərd varmı bu dərddən betərMən hardan biləidim bir ana dərdiKöksümün içindən göyərər, bitər.Hər axşam, hər səhər ağladı getdi,Getdi sinəmizi dağladı, getdi.Yalvarıb-yaxarıb dedim ağlama, Könlünü sevincdən hörə bilmədim. Anam bir xoş xəbər istədi məndən,Anama bir müjdə verə bilmədim.Dağlar həsrətindən, yurd həsrətindən,Səbri tükənmişdi yol gözləməkdən.Bəlkə haqsızlıqdan doymuşdu anamMuştuluq pulunu son nəfəsində,Hamımızdan gizlin,hər kəsdən xəlvət,Stolun üstünə qoymuşdu anam. Anama bir müjdə verə bilmədim.Sinəni öyrətmə örden, medalaEşitdim ki, Anar müəllim Ramiz Rövşənin sinəsinə medal taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyib: “Sinəm medala öyrəşməyib, sonra taxaram”. Ramiz RövşənəTəpədən dırnağa hirs içindəsən,Tənhasan, yalqızsan söz meydanında.Özün bir əlilməz heykəl kimisən,Hələ dayanmısan öz meydanında.Sinən səltənəti şerin, sənətin,Sən ki, oynamısan alovla, odla.Sözünün gücündən tanıdıq səni,Sənin nə işin var orden-medalla.Sinənin altında dərd düyün-düyün,Yüzdümü, mindimi bilinmir sayı.Sənə ulu Tanrı elə pay verib,Axı sən neynirsən dəmirdən payı.Min ilin dərdini daşımaq çətin,Gözlərin yol çəkir çimir eləmir.Bir dəmir parçası mələk deyil ki,O dəmir adamı şair eləmir.Haqqın yuvasıdır sinənin altı,Vallah haqsızlıqla barşa bilməz.Onsuzda o sinə öyrəşən deyil.Medallar sinənə yaraşa bilməz,Budur parçalanan, soyulan vətən,Budur ağzı günə qoyulan vətən,Götür bağrına bas, gözlərinə təp.Sənin yaraların sağalan deyil.Yenə öz yarana öz külünü səp.Qol qoya bilməzsən bəd əməllərə,Sənin tək şairlər ədalı olmur.Özündə bilirsən yaxşı şairin.Sinəsi üstündə medalı olmur.Tutubsan üzünü, göylərə sarı,Yeddinci qata bax, adın var orda.Sinəni heç kəsə ümid eləmə,Sənin ağlatdığın qadın var orda. Yuyula bilməzsən ay işığında,Parçalayar, bölər, kəsər, doğrayar. Sənin harayını, sənin səsini,Allahın bir yazıq bəndəsi duyar.Ürəkdə yaralar qaysaq geyinib.Qırılar qərib tək qolun-qanadın.Hardasa bir tində qınayar səni,Əlindən öpdüyün dilənçi qadın.Əyilməz iradə sahibi kimi,Sınmış istəkləri gəl calaq eylə.-Daşa bas göyləri deyərlər sənə,Göydə mələkləri daş qalaq eylə.Dərdin dağlar boyda,vətən boydadır,Bu dünya bimirəm nəyi umacaq.Kədər yağdırdılar, başının üstə,Nisgil dağlar boyda, qəm qucaq-qucaq.Bir az səbrli ol, tələsmə hələ,Bir qızın baxışı öldürər səni.Dünya öz kefində öz işindədir.Hər gəlib, keçənə güldürər səni.Sənin sözlərindən tilsmə düşən,Adam fikirləşər bir iz tapılmaz.Bu şər dünyasında özünü qoru,Bir də sənin kimi Ramiz tapılmaz!Mənzili uzaqdı getdiyin yolun,Bu sədləri uçur,dağıt, parçala.Qoy yağsın başına yenə qar,yağış,Sinəni öyrətmə örden, medala.Moskva 15.12.2016 Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.