Ay Mədəd oğlu!..

Ay Mədəd oğlu!..Dr. Müşfiq Borçalıya

Eşitdim haqqımda kitab yazırsan,
Allah kömək olsun, ay Mədəd oğlu!
Yoluna-izinə kəhkəşan kimi,
Yaşıl işıq salsın, ay Mədəd oğlu!

Mən sənə nə deyim, bilirsən - təpə,
Sahibi olanda dönüb dağ olur...
Səhrada kök atan tənha ağacın,
Bağbanı olarsa bağlı bağ olur.

Şöhrət gətirmisən elin adına,
Yetişmisən yıxılanın dadına...
Fərq qoymadın doğmasına-yadına,
Əlini uzatdın, ay Mədəd oğlu!

Bir mərdlik simvolu olubdur adın,
Dayağı olmusan doğmanın-yadın...
Mədəd Çobanovdur sənin ustadın-
Sən elin fəxrisən, ay Mədəd oğlu!

Bilirsən ki, tərəzidir el gözü,
Mərd igidə dayaq olur el özü...
Doğru olsa dağ oynadar el sözü-
Sən ona misalsan, ay Mədəd oğlu!

Kimsəni aldadıb, yalan demədin,
Halalı unudub, haram yemədin.
Söz verdin – borcunu tapıb ödədin,
Sən belə yaşadın, ay Mədəd oğlu!

Doğru sözü gedilərmi tərsinə,
Kim dedisə işi dönsün tərsinə...
Kütü getsin, həsrət qalsın ərşinə,
Sən ona inanma, ay Mədəd oğlu!

Çox yanmışam bu dünyanın odunda,
Qovrulmuşam xoşa gəlməz dadında,
Bir dostun var – Əli Abbas adında,
Onu sən unutma, ay Mədəd oğlu!


Əli ABBAS,
Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü,
"Şərəf" ordenli yazıçı


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: