Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azərbaycan!.." " Müsabiqə, Başkeçid 27 Haziran Tofiq Bəxtiyar (İsmayılov) - 7 dekabr 1964-cü ildə qədim Borcalı mahalınının Başkecid rayonundakı(indiki Gürcüstanın Dmanisi rayonundakı) Az-Gəyliyən kəndində dünyaya göz açıb.Uşaqlıq vaxtından saznan-söznən yaşayan adam olub.1981-ci ildə Az Gəyliyən orta məktəbini bitirdikdən sonra bir müddət Qazaxstanda yaşayıb.Dağlıq Qarabağda döyüşlər başlayan zaman Azərbaycana gəlib və torpaqlarımızın bütövlüyü uğurunda şiddətli döyüşlərdə fəal iştirak edib.1991-ci ildən atəşkəs olana kimi döyüşüb.Hazırda təqaütdədir. Qarabağ qazisidir.Aşağıda Tofiq Bəxtiyarın bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..ZiM.Az.AZƏRBAYCANUlu tarixlərin, ömür yaddaşı,Sevğiylə bəzənib, torpağın daşınÇanlı xəzinədir, sənin hər qarşın.Adın əzbər oldu, dillərdə dastan.Odlar diyarısan, ay Azərbaycan.Bu yurtda igidlər, ərsəyə çatıb,Səndən qüvvət alıb, adla ucalıb.Qoynunda ərənlər, mərdlər boy atıb.O gözəl hüsnünə, olmuşam heyran,Odlar diyarısan, ay Azərbaycan.Düşmənə baş əyməz, uca vüqarın,Tükənməz sərvətin, dövlətin, varın.İstərəm daima, gülsün baharın,Neçə şəhid oldu, yolunda, qurban,Odlar diyarısan, ay Azərbaycan.Səndən örnək, aldı bu gənç nəsillər,Keçdi aylar, illər ötdü fəsillər,Var olsun birliyi, yaradan əllər,Hər qarışın ətirli, güllü-gülüstan,Odlar diyarısan, ay Azərbaycan.BORÇALIYaşıl yarpaqların havası sərin,Mətləbim imanım dinim Borçalı.O gözəl hüsnünün mənası dərin,Fikirim xəyalım, yolum, Borçalı.Sən həm sevincimsən, həm də ki qəmim,Sənə bağlanıbdır, könül aləmim.Titrəyir vərəqim, yazır qələmim,Ağzımda alışır dilim, Borçalı.Səninlə şadlanıb, fərəhlənərəm,Təbibsən dərdimə, məlhəm istərəm.Ayrılıb gedəndə, qəmli gedərəm,Dönəndə deyərəm, dilim, Borçalı.Örpək də səndədi, papaq da səndə,Dağlar da səndədi, bulaq da səndə.Yolçu da səndədi, qonaq da səndə,Haraya üz tutsam, yönüm Borçalı.Babamnan qalıbdır bu cənnət yeri,Tarixi tapmaca, bağlıdı siri.Gözümün nurusan, qəlbimin şeiri,Sinəmdə kamanım, tarım Borçalı.Tofiqəm, zirvələr, amalım olub,Yollara baxıram, gözlərim dolub.Dolana boynuma, dağların qolu,Ey səsim sorağım, ünüm Borçalı!..GƏYLİYƏNNə müddətdi həsrətini çəkirəm,Hüsnü təravətli elim Gəyliyən.Hölələ bulağı axıb-çağlayır,Sənə nəğmə deyir dilim, Gəyliyən.Mehmanlar dincəlir bulaqlarında,İgidlər at çapır yaylaqlarındaO dədə-babamın oylaqlarında,Yoluna qarışıb yolum, Gəyliyən.Doğma yurd yerimsən, obam-elimsən,Vuran ürəyimsən şirin dilimsən.Çağlar şəlaləmsən, coşqun selimsənSənsiz heç keçməsin ilim, Gəyliyən.Əlləz kirvə kimi oğul yetirdin,Mərdlikdə meydana onu gətirdin,Cənnət qucağında nemət bitirdin,Səndən qüvvət alıb, qolum, Gəyliyən.Neçə ərənləri yola salmısan,Yarandığın gündən gözəl qalmısan.Tofiqin könlünü saznan almısan,Qoy mən sənə qurban olum, Gəyliyən. DAĞLARUca vüqarlıdır, amalın sənin.Qaynar bulaqların çağlar, a dağlar.O güllü çiçəkli, cənnət qucağın.Ömrümü ömrünə bağlar, a dağlar.Sehirli sirlidir torpağın, daşın,Canlı xəzinədir, ömür yaddaşın.Saçına dən düşüb, dumandır başın,Zirvəndə qartallar oynar, a dağlarDərdlərə məlhəmdir, yaşıl yaylağın,Göz oxşayır, sərin gözəl oylağın.Quçağında balın, yağın qaymağın,Yaraşır hüsnünə bağlar, a dağlar.Bir yanın çöl meşə, bir yanın çəmən,Tofiqin qəlbinə, olmusan həmdəm.Yurdum Başkeçitdir, elim Gəyliyən,Könlüm xatirəni saxlar, a dağlar.ANAMZəhmətinlə ad qazandın elində,Şirin-şirin laylaların dilində.Min naxış var, o qabarlı əlində,Mən sənə həsrətəm, ey əziz anam.Cavan köç eyləyib, yumdun gözünü,Doyunca görmədim, mələk üzünü.Gözlərim axtarır ayaq izini,Mən sənə həsrətəm, ey əziz anam.Unutmuram səni səhər, nə axşam,Əllərinin sığalına möhtacam.Nə zamandır xoş sözünə mən acam,Mən sənə həsrətəm, ey əziz anam.İstəkli balanam gözlərim yolda,Ürək həsrətdədir qəlb intizarda.Səni axtsrıram hardasan harda,Mən sənə həsrətəm, ey əziz anam.Tofiqin fəxri qüruru idin,Ömrümün günəşi uğuru idin.Sevən gözlərimin sən nuru idin,Mən sənə həsrətəm, ey əziz anam.Bir nadana cavabQürbət nədir məndən sor,Dumanına büründüm.Vətən nədir mənddən sor,Səngərində süründüm.Bir əsgər yaralandı,Qanınan axdı qanım.Bir əsgər can verəndəCanınan çıxdı canım.Aç bax mənim sinəmə,Min şəhid yarası var.Səninsə sifətində,Neçə üz qarası var.Sən çoxdan itiribsən,Kişilik qüdrətini.Söylə hardan biləsən,Torpağın qiymətini.Tofiqin canı vətən,Dini imanı vətən.Varlığı Azərbaycan,Qaynıyan qanı vətən.AY GÖZƏLElə küskün, baxıb qəlbimi üzmə,Bir baxışla canım alan, ay gözəl.Sənə qələm çəkıb, tanrı yaradan,Günəşin nurunda dayan, ay gözəl.Baxışın duruşun, könlüm alandı,Yerişin qəlbimi dərdə salandı.Ay sənin yanında, vallah yalandı,İzin ver yanında qalım, ay gözəl.Sınıx könlə məlhəm, eşqə yar oldun,Belə xanımlıqda, ixtiyar oldun.Gözəllikdə mələk kimi var oldun,Mən sənin qurbanın, olum ay ğözəl.Togiqəm nazını çəkərəm sənin,Yolunda gül cicək əkərəm sənin.Dərdindən göz yaşı tökərəm sənin.Güldür bu bəxtimi gülüm, ay ğözəl.GƏLİMMİ?..Dikilibsə yollarıma, gözlərin,Quşa dönüb, qanad acım gəlimmi.Qoynunfakı acılmamış, gülləri,Qöncə ikən əllərimlə dərimmi,Söylə mənə qapınıza, gəlimmi?Mən eşqimin, kölgəsiyəm quluyam,Ürəyi saf, sular kimi duruyam,Aç qapını otağıyın, nuruyam,Ulduzları ayağına sərimmi,Göz qırpımı ürəyimi, verimmi?Ver əlini çıxaq, eşqin dağına,Mehman olaq cənnət, adlı bağına,Tofiq baxmaz, qarasına ağına,Fərhad olub, Bisutunu dəlimmi,Külüng atıb, canı yerə sərimmi?ANAMA DEYİNÜrəyim ağrıyır, həkim neyləsin,Məni yetim qoyan, anama deyin,Özü neştər vurub, yarsın yaramı.Çəksin əllərini Sonama deyin,Məni yetim qoyan, anama deyin.Bu ayrılıq bizə, hakdan fərmandı,Dərsin dağ çiçəyi, südü dərmandı.Mən anama anam mənə qurbandı.Bəxtinin aynası, sınana deyin.Məni yetim qoyan, anama deyin.Heç kimin yığvalı, olmasın qara,Ay Allah anasız, qalmasın bala.Togiq on yaşınan baxır yollaraDərdimə ürəkdən yanana, deyin.Məni yetim qoyan, anama deyin.İSTƏRƏMElə sakitsən ki körpə quzu tək,Mən sənin yanında qalmaq istərəm.Könlümdə rahatlıq, ruhumda dinclik,Sənin qucağında, tapmaq istərəm.İlahi yaradıb, nə gözəl səni,Mənə pay yaradıb, inçilər səni.Nə olar oxşayım, qoy öpüm səni,Səninlə dərd, qəmi atmaq istərəm.Bu ahıl çağımda, bilmirəm nədən,Mən sənə vuruldum, ay minə gərdən.Əqlimi hüsnümü, sən aldın sərdən,Tofiqəm, murada çatmaq, istərəm.MAMAMOĞLUSənin ayrılığın, bağrımı deşdi,Axır zolaq-zolaq qan, mamam oğlu.Sandım qaçaq Nəbi boz atdan düşdü,Nəbinin adaşı xan, mamam oğlu.Nə deyim, mən belə taleyə baxta,Kimsəsiz can verdin, yalqız otaqda.Sən gedibsən, biz qalmışıq soraqda,Dağ üstə, dağ çəkdin sən, mamam oğlu.Ayaqlarım çəndi, başım dumandı,Ölüm haq işidir, həsrət yamandır.Qardaş itirmişəm, xeyli zamandır,Vəkiliylə dərdi tən, mamam oğlu.Könlünü vermişdin, nəğməli saza,Tofiq bilə bilmir, səndən nə yaza.Eytibar yox imiş, oğula, qızaYerin cənnət olsun, can, mamam oğlu.BACIMHeç bilmirəm halım necə Düşünürəm gündüz, geçə.Dili şirin, qəlbi inçə,Qürbət eldə, qalan bacım.Ağlayanlar gülər bir ğün,Gəl ağlama, ay Səmənğül..Sən də küskün, mən də küskün,Ömür oldu talan, bacım.Qürbət eldə qalan bacım.Qış ötüşüb, yaz gələndə,Gəl bir gəzək Gəyliyəndə.Süfrə salaq, ğöy çəməndə,Bu dunya bir yalan, bacım.Qürbət eldə qalan bacım.Duman olub, bizim dağlar,Tofiq qardaş, deyib ağlar.Əldən getdi, gözəl çağlar,Könlüm olub, nəlan bacım,Qürbət eldə, qalan bacım.BAYATILARƏzizim axdı getdi,Gözlərim baxdı getdi.Ömür selə bənzəyir Çaylardan axdı getdi.Əzizim sevə bilməzGözyaşını silə bilməz.Sənin kimi bir insanDünyaya gələ bilməz.Əzizinəm balama Məlhəm qoyun yarama.Hamı yarına aşiqMən aşiqəm balama.Mən aşiq ağlamazdımGülərdim, ağlamazdım.Məni duya bilsəydin,Heç zaman ağlamazdım.Mən aşiqəm çəməndə,Həm çöldə, həm çəməndə.Sənə dost deyib sevdimMəni saldın kəməndə.Əzizim dağa döndü,Bağçaya bağa döndü.Səni gördüm əziz dostÜrəyim dağa döndüm.Əziziməm ağlaram,Dərdi gizli saxlaram.Bir gözümdə gülərəmBir gözümdə ağlaram.Əzizinəm sevindiHər yer əlvan geyindi.Ürəyim dağa döndü Çünki atan sevindi.Əzizinəm mərd olarDünyada çox fərd olarBaşqa xalqı bilmirəmTürk milləti mərd olar.Əlini ver əlimə,Məni salma zülümə.Baxanlar əhsən desin,Sənin kimi gəlinə.Gül budağın əyəndəUcu yerə dəyəndə.Balam qurban deyərəmElçilərin gələndə.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.