Abdulla Babaşov (1963) Ədəbiyyat » Müsabiqə 23 Şubat Abdulla Salqalanlı (Abdulla Əlisaab oğlu Babaşov) - 1963-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub.1985-ci ildə Bakı Yeyinti sənayesi kollecini, 1988-ci ildə Bakı Mədəni-maarif kollecini bitirib.Kənd mədəniyyət evində, rayonda çixan "Birlik" qəzetində işləyib.Hazırda "Azad Söz" qəzetinin Ağsu rayonunda xüsusi müxbiridir.Evlidir, 1 evladı var.Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Şah dağı" (2020) və s. poeziya antologiyalarında, eləcə də bir sıra mətbuat orqanlarında dərc olunub.Biz də Abdulla Babaşova yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.Tahirə QARABAĞLI,ZiM.AzAnam mənim Uşaqlıqdan anam bizə,Həm atadır, həm də ana.İlham verib qəlbimizə,Qayğımıza yana-yana.Nə kövrəldik, usandıq,Yaxşı yaman günümüzdə.Anamızı ata sandıq,Hər an biz də, qəlbimizdə.İndi artıq, biz arxayıq,Həm oğuluq, həm atayıq,İnan gündə, dönə-dönə,Anamıza minnətdarıq...GÜLÜMSən gizli söyləmə, sevgini mənə,Ürəyim astaca, döyünür gülüm.Ayrılıq sözünü,yazma eşqinə,Onsuzda baxışım, tənhadır gülüm.Sevmək asandır,sevilmək çətin,Düşün həyatını, bir az da dərin,Fətəhin yoxsa da, mənimdir qəmin,Bu qəmlər çiçək tək açandır gülüm.Qoruya bilməsən, əhdi-peymanı,Ümüdsiz gəzmə sən, geniş dünyanıTez köçsəm həyatdan, öz xəyalını,Məzarım başına dolandır gülüm.Kövrəlirik, ağlayırıq, bil düzün,Həyat belə dövr eləyir nə üçün?Abdulla söyləyir, cahana sözün,Bu həyat əbədi qalandı gülüm.İLLƏRİM MƏNİMBəsləyib qoynunda, ana tək məniBəs hara tələsir, illərim mənim?Mənimlə bölüşüb, sevinc qəmini,Bəs hara tələsir, illərim mənim?Aylarım ürəyim, günlərim qanım,Ömrümə bağlıdır, ötən hər anım,Gəncliyə əlvida eyləyir yaşım,Bəs hara tələsir, illərim mənim?Səs verib ürəyim, şair səsimə,Gülür təbəssümüm, qəmgin üzümə,Bu qəmi astaca, söyləyim kimə,Bəs hara tələsir, illərim mənim?!BİLƏYDİMYaş olaydım, o süzgünlü gözündəYanaqdan süzülüb yerə enəydim.Duyur səni, unutmayır ürək də,Bu qəmi eşqindən, ata biləydim.Ürək mənə qəm əlini uzadır,Bəlkə mənim talehimi sinayır,Həyat özü bir çiçəkdi solmayır,Bu çiçək ətrini, duya biləydim!Abdullayam, arzularla yaşaram,Tənha qalıb buludları oxşaram,Ürəyimdə gizli-gizli ağlaram,Hər anı təxədən, görə biləydim!..DAĞLARAlmısan təpəni, düzü qoynuna,Əi çatmaz zirvənə, aman a dağlar.Cığırlar qolunu, dolar boynuna,Başının tacıdır duman a dağlar.Günəşli xumanlı, zirvədir qəmin,Yamaclar bağlayıb, qoynuna izin,Qəlbimi bağlayıb qəlbinə sənin,Zirvəndə ot olub bitərəm dağlar.Yaz da səndə, qış da səndə gözəldir,Qəmlərinə, ortaq olan çəməndir,Sir saxlayıb sir də verən çiçəkdir,Səsinə səs verib gələrəm dağlar.Abqulla bəzəyir sözlə hüsnünü,Örpəy altdan göstər sən də üzünüTənha qoyma neçə çəmən düzünü,Ağlayıb səninlə gülərəm dağlar! 10.05.2020.DOLA-DOLMAYAHəyata möcüzə demə sirləri,Günlər tək yadında, qala-qalmayaÜrəyinə haray salan qəmləri,Görəndə gözlərin dola-dolmaya.Mən vüsal yolunda daşan bir çayam,Sonsuz ümmanlarda sonsuz bir sayam,İstərəm cahana bir anda yayam,Ömür qədəhdirsə dola-dolmaya.Tənha bir ürək də hərarət dilər,Arzular qəfəsdə azadlıq istər,Varlığın yoxluğun söylə kim bilərAçan çiçəklərin sola-solmaya.Kövrəlmə ümüdsiz fərəh yansa gəlSəadət varlıqdır haraylasa gəl,Kim bilir həyatda sevdiyi gözəlƏbədi onunla qala-qalmaya.Həm güldürür, həm ağladır fərd məni,Dindir Abdullanın tənha qəlbini,Xəzana dönübdü, gülü-çəməni,Bu kövrək misranı yaza-yazmaya!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.