BƏNÖVŞƏ DAŞDILI (İbadova): "İLK SEVGİMİZ NAĞIL İDİ, ƏZİZİM..."

BƏNÖVŞƏ DAŞDILI (İbadova): "İLK SEVGİMİZ NAĞIL İDİ, ƏZİZİM..." Bənövşə İbadova - Hüseynova (Daşdılı)
28 il erməni qəsbkarlarının iş­ğalı al­tın­da qalmış
Laçın ra­yo­nunda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
İxti­sas­ca psi­xo­loqdur.
Uzun müd­­­dət Ba­kı­nın Yasa­mal ra­yo­nun­da­kıda
M.Müş­­­­fiq adına 18 say­lı Pi­lot mək­­təbdə
müəl­limə işlə­yib.
Gənclik illərdindən bədii yaradıcılıqla da
məşqul olur.
Azər­baycan Yazıçılar Birli­yi­nin, “Va­hid”, “Araz”,
“Dirili Qurbani” ədəbi bir­liklərinin üzvüdür.
“Yurd həsrəti”, “Bənövşəsi solan Laçın”,
“Sən­dən aralı”, “Sən yanımda olmayanda”

“Ün­van­sız səfərə çıxmağım gəlir“ adlı
beş kitabı işıq üzü gö­rüb.

Şeirləri “Zirvə” poeziya antologiyasında, “Avrasiya şairleri antolo­jisi”ndə, “Canım Azərbaycanım”,
“Poe­ziya Çələngi”, “Buta”
ədəbi məcmuələrində, “Azər­baycan” əb­əbi-bədii jurna­lın­da, almanaxlarda
və dövrü mət­buatda müntəzəm dərc olunur.

Bənövşə Daşdılı “Abdulla Şaiq”, “Qızıl Qələm”“Zirvə” mükafatları laureatıdır.
Bir neçə dəfə Fəxri fərman və dip­lomla təltif olunub.
O cümlədən, Türkiyədə dərc olunan "100 yılında 100 kalemle",
"Atatürk ve Çanak­kale"
şeirləri xüsusi mü­kafatlara layiq görülüb.


Biz də hörmətli Bənövşə xanıma yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az



İLK SEVGİMİZ NAĞIL İDİ, ƏZİZİM BƏNÖVŞƏ DAŞDILI (İbadova): "İLK SEVGİMİZ NAĞIL İDİ, ƏZİZİM..."

Axşam, səhər sən eyvandan baxırdın,
Dan yeri tək təmiz idin əzizim.
Sevinc olub ürəyimə axırdın,
Günəş idin ulduz idin əzizim.
Mənə yaman əziz idin əzizim!

Gözüm səni arayardı hər zaman,
Gəlişinə sevinirdim mən yaman.
Xoşbətliyə eyləyirdim çox güman,
İlk sevgimiz noğıl idi əzizim.
Bir əfsanə ,nağıl idi əzizim!

Görməsəydin məni qərar tutmazdın,
Gecəliri sübhə kimi yatmazdın.
Xəyalımı heç başından atmazdın,
İlk sevgimiz noğul idi əzizim-
Bir əfsanə, nağıl idi, əzizim!

Gəzdirirdim qəlbimdə hey bir adı,
Düşünmürdüm nə quhumu nə yadı.
Qəlbimin sən idin ovçu ,səyyadı,
İlk sevgimiz nağıl idi əzizm-
Şirin idi noğıl idi, əzizim!

Məhəbbət də bir Allahdan ətaydı,
Bilməzdik ki bu sevgimiz xətaydı...
Bənövşədə ilk bahara butaydı,
İlk sevgimiz nağıl idi əzizm-
Şirin idi noğıl idi əzizim!
Bir əfsanə, nağıl idi, əzizim!


İTİRDIM SƏNI BƏNÖVŞƏ DAŞDILI (İbadova): "İLK SEVGİMİZ NAĞIL İDİ, ƏZİZİM..."

Nə söz dedik nə də bir yol danışdıq,
Nə şənləndik nədə küsüb barışdıq.
Bu eşq ilə gizli yanıb alışdıq.
Xəyallarda ulduzlara qarışdıq
Sevgimizi nağılara ötürdüm
Itirdim mən səni yaman itirdim!

Bu yetim sevgimiz yağışa döndü.
Bir solmuş-bözarmış naxışa çöndü.
Bizim üçün acı qarğışa döndü.
Şam kimi yox oldu, əridi, söndü.
Yana-yana əllərimə götürdüm
Itirdim mən səni yaman itirdim.

İndi nə axtarma, nə gəzmə məni!
Keçmişi xatırladıb heç üzmə məni.
Güzdək Bənövşəyəm gəl əzmə məni
“Tökülən dolmaz”, "Gedən gəlməz".
Yazdım bu sevgini nağıla döndərdim
Yığb qovluqlara arxivə göndərdim
Daha nə axtarma nə gəzmə məni
İtirdim mən səni yaman itirdim!


SINDRA-SINDRA

Rəbbim eşit alğışımı,
Sil gözümün yağışını.
Yollarına baxışımı,
Düzdüm sındıra-sındıra!

Qol qaldırdım süzmək üçün,
Həsrətinə dözmək üçün,
Sənsizliyi çözmək üçün
Süzdüm sındra-sındra!

Düzdüm bağına arını,
Yığa güllrədən balını.
Budaqdakı kal barını,
Üzdüm sındra-sındıra!

Qəddar olma gəl bu qədər,
Gedəcəyəm gəlsə qədər.
Zamnımı etdin hədər,
Dözdüm sındıra-sındıra!

Könlümü sıxdıqca kədər,
Səhrada Məcnundan betər.
Gözüm yaşın sübhə qədər,
Süzdüm sındıra-sındıra!

Bənövşənı gəl et qurban,
Nəyə lazım sənsiz bu can.
Vur bıçağı hulqumundan,
Üzdür sındıra-sındıra!


NƏ OLAR ÖZÜNƏ ÖYRƏTMƏ MƏNİ

Yorunuq vaxtımda qarşıma çıxma,
Atəşli danışıb üzümə baxma.
Şirin xəyal kimi, könlümə axma,
Nə olar özünə öyrətmə məni...

Bu eşqin acısı gözümə dolar,
Ayrılıq ömrümü yarıda qırar.
Özün de, heç belə məhəbbət olar?
Nə olar özünə öyrətmə məni...

Çoxdan uçulubdur o şahlıq taxtım,
Sel oldum bulandım, gözümdən axdım.
Əzəldən sevgidə gətirmir baxtım,
Nə olar özünə öyrətmə məni.

İstədim aşkara yazım sözləri,
Qorxdum, qınayarlar, duyub bizləri.
Ətəkləmə sən kül örtmüş közləri
Nə olar özünə, öyrətmə məni.

Oldu bu məhəbbət bizə çox çətin,
Dözüb dayanmışam neçə il mətin.
Deyirsən gözündən düşüm millətin?!
Nə olar özünə öyrətmə məni...

Qıymaram sevgimi bilib, duyasan,
Cavabı olmayan eşqə uyasan.
Könlünü hicrana girov qoyasan,
Nə olar özünə öyrətmə məni…

Səni görməyəndə gözüm qaralar,
Ürəyim sıxılar, səbrim daralar.
Bənövşə həsrətdən solar-saralar,
Nə olar özünə öyrətmə məni.


ŞƏHİDLƏR ÖLMƏYİB

Həşimovlar Mübarizlər, Turallar.
Siz öldünüz vətənimiz dirildi,
Qanlarıyla zəfər çaldı igidlər,
Göydən baxır o nur üzlü şəhidlər,
Qanlarıyla zəfər çalan şəhidlər!

Şah Gündüzəm elə şah tək vüqarlı,
Əlbə-yaxa döyüşlərdə qərarlı.
Həsən, Hüsen, dost adına İlqarlı,
Göydən baxır o nur üzlü igidlər,
Qanlarıyla zəfər çalan şəhidlər!

Şəhid qanı sulayıbdir Şuşanı,
Çəkilibdir dağlarından dumanı.
Yallı gedən dığaların bəs hanı?
Göydən baxır o nur üzlü igidlər,
Qanlarıyla zəfər çalan şəhidlər!

Elə gözəl siz elə cavansınız,
Vətənə qanı ilə can verən cansınız.
Azadlığın ünvanına adsınız,
Göydən baxır o nur üzlü igidlər,
Qanlarıyla zəfər çalan şəhidlər!

Anaların qoy üzləri ağ olsun,
Biz ölsəkdə təki vətən sağ olsun!
Oğulların yağılara dağ olsun.
Göydən baxır o nur üzlü igidlər,
Qanlarıyla zəfər çalan şəhidlər!

Qanlarından lalə, zanbaq bitəcək,
Elnuram, Xudayaram, mən Həmidəm
Baxın mənə mən vətənəm deyəcək.
Əlmərdanam, İbrahiməm, Xalidəm.
Ölməmişik biz əbədi vətənik.


ŞƏHİD ANALARI

(Seyid Turalın anası Süsən xanımın timsalında bütün şəhid analarına)


Qəfil durub evdən bayıra çıxar,
Məktub gəlməsədə hey yola baxar.
Bir gözəl şəkli bağrına sıxar,
Azərbaycanımın gözəl sonası –
Bizim şəhidlərin mələk anası.
Bu yollarda daha onlar görünməz,
Vətən mücahidi geriyə dönməz.
Onlar bayraqdırlar ucalan enməz
Həsrəti ömürlük canda yanası,
Bizim şəhidlərin mələk anası.
Tez yatar yuxuda görə balasın,
Böyunu oxşaya ala qadasın.
Öpərək sarıya onun yarasın,
Bir anda hövlənək qalxıb durası!
Bizim şəhidlərin mələk anası.
Hər əsgər görəndə sevinər, gülər,
Bütün əsgərləri doğması bilər.
Gözünün yaşını həmin an silər,
Deyər pozulmasın əgər sırası
Bizim şəhidlərin mələk anası.
Torpaq alanların üzü ağ olsun
Oğullar düşmənə gərək dağ olsun,
Oğlum yoxdursada Vətən sağ olsun!
Məzarlar önündə məğrur durası –
Bizim şəhidlərin mələk anası.

Bənövşə DAŞDILI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: