ŞƏHLA BORÇALI (1968) Ədəbiyyat » Müsabiqə 13 Mayıs Şəhla Borçalı (Qurbanova Şəhla Qurban qızı) - 19 oktyabr 1968-ci ildə qədim Borçalının Sarvan elindəki (indiki Gürcüstanın Marneuli rayonundakı) Təkəli kəndində anadan olub. 1975-1985-ci illərdə Təkəli kənd orta məktəbində, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika və psixologiya fakültəsində təhsil alıb. 1997-ci ildən Təkəli kənd orta məktəbində müəllim işləyir.Şəhla xanım həm də istedadlı şairə kimi tanınır.Biz də Şəhla xanıma yeni-yeni uğurlar arzulayırvə aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Yunis Qaraxanlı,"Şərqin səsi", "Elm və təhsil" qəzetıərinin redaktoru, "Borçalı" NPM-nin ədəbi redaktoru, "Zirvə.İnfo" saytının xüsusi müxbiri, şair-jurnalist.ZiM.Az BAHAR ÇİÇƏYİSən bir bahar çiçəyisən,Mənsə bahar yağışı.Sən bir bahar müjdəçisi,Nərgiz laləsisən,Mənsə torpağa can verən,Can dərmanıyam.Sən yam yaşıl otların arasından boylananGözəl bir bənövşəsən,Mənsə dirilik məlhəmiyəm.İstəyirəm solmayasan heç zaman,Bahar çiçəyi,Çünki gözəlsən,Yağacam, tez tez yağacam,Sən solmayasan.Səni sevən insanlara,Bax beləcə boylanasan,Müjdə çiçəyi bahar çicəyi.MƏN ŞƏHLAYAM(Uğur qələmi)Mən ŞəhlayamƏlimdə yazıb yaradan bir qələmim var,Dilimdə dolaşan kəlmələrim var,Mənim də yanan bir ürəyim var...Bu yanar ürək bilmir neyləsin,Bu qəlb doludursa ürək neyləsin?Söz aşıb daşırsa yazan neyləsin?Yazıb yaradan qələm neyləsin?Bu anda bir qüvvə deyir ki, mənə,Şəhla, qələmini əlindən qoyma.Bu qələm yazdıqca uğur gətirər,Şairlər içində hörmət yetirər. Ayrı düşmüş torpağamAzərbaycan!Səndən pay bölünmüş,Ayrı düşmüş torpağam.Sazlı-sözlü ocağam,ŞairlərimZəlimxanamİlyasam,AşıqlarımKamandaram,Əmraham,İstedadlar yurduyam,Ziyalılar yurduyam,Hər kəs bilsin, Borçalıyam, Əsrlərdir Vətənimdən ayrıyam,Bu tarixdir.Qoymayın ki, bu nəsillər,Bu tarixi unuda.Elə edin, bu tariximYaddaşlara həkk ola.Hər şairin kəlməsindəHər qarış torpağıma,Başı qarlı dağlarıma,Coşub-daşan çaylarımaGözəlliklər vəsf ola.POLADIM-İLQARIMPoladım, İlqarım,Mənim cəsur əsgərlərim,zabitlərim.Vətən üçün yarandınız,Vətən üçün düşmən gülləsinə Sipər oldunuz.Həmin anda qara xəbər yayıldı,Şəhidlərin hər biri İzdihamla qarşılandı.Məzarlara göz yaşıylaGül-çiçəklər səpildi.Anaların-bacıların ah-naləsiÜrəkləri dağladı.Hər bir kəsin qaysaqlanmışYarasını qopardı.Ulutanrım, Şəhidlərin məzarını,Cənnət məkan eylə sən.Düşmənin hər birini Hər an rəzil eylə sən.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.