SƏADƏT ŞABANQIZI (1958) Ədəbiyyat » Müsabiqə 28 Ağustos Səadət Şaban qızı Şahpələngova - 1958-ci ildə İmişli şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 49-saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika fakuləsinə daxil olub. 1979-cu ildə universiteti əla qiymətlərlə başa vurub. 1979-cu ildən 1989-cu ilədək İmişli şəhərindəki 4 saylı orta məktəbdə müəllim işləyib.1989-cu ildən bu günə kimi İmişli şəhərindəki 2 saylı uşaq bagçasının müdiri vəzifəsində çalışır.İki övladı, iki nəvəsi var.Səadət xanım savadlı pedaqoq, təcrübəli rəhbər,bacarıqlı təşkilatçı və fəal ictimai xadim olmaqla yanaşı,həm də poeziya vurğunudur, gənc yaşlarından şeirlər yazır. O, neçə-neçə elmi-pedaqoji və elmi-publisistik məqalələrin müəllifi olduğu kimi, həm də bir-birindən oxunaqlı yüzlərlə şeirlərin müəllifidir.Onun şeirləri, eləcə də elmi-pedaqoji və elmi-publisistik məqalələri "Vətən", "Canım Azərbaycanım", “Zirvə”, "Xarıbülbül", "Buta", "Rəvan", "Şərqin səsi" və s. ədəbi məcmuələrdə və müxtəlif mətbuat orqanlarında dərc olunub. Bu yaxınlarda "Həyat kitabım" adlı ilk şeirlər kitabı çap olunub.Səadət Şaban qızı Şahpələngova"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıdır. O, həm də “Xarıbülbül” medalı ilə təltif olunub.Biz də Səadət xanımı ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda onun kitabına yazılmış ön sözü və bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az ÖN SÖZŞair və yazıçılar, yaradıcı insanlar həyatda gördüklərini, müşahidə etdiklərini canlandıraraq qələmə alırlar.İnsanın əzəl sirdaşı sözdür.Sözdən incə, kəsərli heç nə yoxdur. Hər bir şairin öz duyumu, öz dəsti xətti var. Şairlər duyğulu və kövrək qəlb sahibi olurlar. Qələm sahibləri həyatda baş verən hadisələri obrazlı şəkildə tərənnüm edərək nəzmə çəkir, şeir diliylə oxuculara çatdırırlar. Belə istedadlı şairlərdən biri də Səadət Şahpələngovadır. Səadət xanımın əlyazmaları masamın üzərindədir. Şeirlərini oxuduqca çox sevinib ürəyimdə ona əhsən deyirəm.Vətənpərvər mövzusunda yazılmış kitabın tezliklə çap olunmasını arzuladım. Səadət Şaban qızı Şahpələngova - 1958- ci ilin may ayının 20-də İmişli şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. 1974-cü ildə Bakı şəhərinin Səbail rayonundakı 49 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə verərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1979-cu ildə universiteti əla qiymətlərlə bitirdikdən sonra həmin ildən 1989-ci ilədək İmişli şəhər 4 saylı tam orta məktəbdə ixtisasına uyğun müəllim vəzifəsində çalışmışdır. 1989-cu ildən bu günə qədər İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsində ləyaqətlə işləyən Səadət Şaban qızı hələ orta məktəbdə oxuyarkən onda bədii yaradıcılığa maraq güclü olmuş və şeirlər, hekayələr yazmağa başlamışdır. Uzun illər yaradıcılığını gizli saxlasa da, arabir qəzet və jurnallarda şeirləri dərc olunurdu. Baxmayaraq ki, dəqiq elmlər üzrə ixtisaslaşsa da, Səadət Şaban qızının şeirləri mükəmməl, axıcı və sadə dildə yazılmaqla oxucularının diqqətini cəlb edir. Onu da qeyd edim ki, dəqiq elmlər üzrə bir çox şairlərin, yazıçıların bu gün də adı iftixarla çəkilir. Oxuculara təqdim olunan kitab "Həyat kitabım" adlanır. Kitabda vətənpərvər mövzulu şeirlər çoxluq təşkil edir. Eyni zamanda nəsihətamiz və satirik şeirlərdə kitabı daha da maraqlı və oxunaqlı edir. Uzun illər baxça müdiri vəzifəsində ləyaqətlə işləyən Səadət Şaban qızı körpə fidan balaları da unutmur^ Dəcəl nəvəm, yaxşı ki, sən, Həyatda varsan yanımda.Sənlə rahat oluram mən, Ən ağır, çətin anımda. "Qarabağ", " 20 Yanvar","Şəhid - General " ,"İgid əsgər", " Xocalı harayı" və digər şeirləri şairin necə vətənpərvər və incə qəlb sahibi olduğunu göstərir."Xocalı harayı" şeiri hər kəsi təsirləndirir və düşmənə nifrət hissini daha da artırır;Göy üzü, yer üzü qara boyandı, Sanki hər bir evdə həyat dayandı. Alovlar içində bir şəhər yandı, Millət qan ağladı, hey qan ağladı. Xocalı harayı göylərə qalxdı, Köməksiz insanlar yollara baxdı.Vəhşi ermənilər yandırdı, yaxdı, Millət qan ağladı, hey qan ağladı. İgid qəhrəmanımız şəhid general - mayor Polad Həsimovun əziz xatirəsinə həsr etdiyi "Şəhid - General " şeiri hər birimizdə qürur hissi oyadır: Tarixdə qalacaq adın əbədi, Məzarın olubdu mərdlik məbədi.Şəhadətin bizə bil, qələbədi, Vətənimin igid oğlu, General! Səadət Şaban qızının şeir dili rəvan, axıcı və çox sadədir. Səadət xanım 44 günlük Vətən müharibəsində bir tərəfdən qələbəmizə sevinsə də, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş vətən oğullarının məğrur baxışlarına baxarkən kədərlənir, göz yaşlarını vərəqlərə səpələyir: Analar qalıbdır gözləri yaşlı, İntizar baxışlı, canı təlaşlı.Nə qədər qazımız yarımcan başlı, Bunları gorməkçun neçə göz lazım? Bəxtin qara gəldi sənin Qarabağ! İgidlər qanıyla sulandı torpaq.Salsaq da orada necə cənnət, bağ,Qəmə köklənəcək hey tarım, sazım. Mənim də qəlbimi dərdlər daglayır,Səadət deməyin qara bağlayır.Üzümdə gülsəm də ,içim ağlayır, Olmadı nə qışım, nə də ki, yazım,Məni məhv eylədi ümidsiz arzum. Uzun illər pedaqoji sahədə çalışması, uşaq psixologiyasına bələd olması onun bədii yaradıcılığına müsbət mənada gözəl təsir etmiş və bir- birindən maraqlı əsərlər yazmışdır. Geniş auditoriyalar qarşısında pedaqoji mühazirələr söyləmiş Səadət xanım Şahpələngova Respublika Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin dəfələrlə fəxri fərmanlarına layiq görülmüş və təşəkkurnamələr almışdır. Maarifçiliyin təbliğində öz sözünü demiş təcrübəli pedaqoq Səadet Şahpəngovanın elmi publisistik məqalələri və şeirləri "Borçalı" nəsriyyatinda çap olunmuş "Vətən", "Canım Azərbaycan", "Xarı bülbül", "Buta", "Rəvan", "Şərqin səsi" və s. adlı ədəbi-bədii, elmi-publisistik məcmuələrdə, almanax kitablarda, eləcə də, “Zim.az”, “Zirve.info", " XəbərTıme.az" saytlarında, " Şərqin səsi", "Həkəri", "Elm və təhsil" qəzetlərində işıq üzü görmüşdür. "Abdulla Şaiq", "Zirvə" və “Qızıl qələm" mükafatları laureatıdır.O, həm də "Xari bülbül" medalına layiq görülmüşdür. İki övladı, iki nəvəsi olan Səadət Şabanqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və inanırıq ki, təqdim olunan kitab müəllifə geniş oxucu rəğbəti qazandıracaqdır.Rauf İlyasoğlu, "Borçalı" nəşriyyatının ədəbi redaktoru,"Həkəri" qəzetinin baş redaktoru,"Abdulla Şaiq" mükafatı laureatı, şair-publisistZiM.Az. HƏYAT KİTABIMVərəqləndikcə bir-birSənə baglanır adım,Elə kövrəlirəm ki,Qalmayır bircə tabımMənim həyat kitabım!İldə bir vərəq düşürÖmür səhfəsindən,Qəlbim yaman üşüyürGedibdir duzum, dadımMənim həyat kitabım!Sevirəm səni yamanYazıram hekayəmiHər vərəqim dolandaGörünür dərhal adımMənim həyat kitabım!İlbəil nazilirsənAzalır vərəqlərinÜrəyim də əriyirYaranıb neçə çatımMənim həyat kitabım!Sonuncu səhifəmiNə vaxt yazacam görən?İstərəm tamamlayıbBircə imzamı atımMənim həyat kitabım!Yazılır tale yolumAstaca,birər-birərYetişəndə bir səhərNəşr olunacaq çapımMənim həyat kitabımSəadət Şabanqızıİmzasıyla gedəcəkYıgılıb vərəqləriVeriləcək fərmanımMənim həyat kitabım!04.08.2021-ci ilT Ə N H A L I G I MTənhalıgım,Bir komada yaşadıgımO dözülməz illərimin Keçirdiyim ac-yalavacSu deyibən mar içdiyimAgır, çətin günlərimin Qaytardıgı dincliyimdir!Tənhalıgım,Vahiməli günləriminVərəq-vərəq solub gedənBir ildırım vurmasıylaBir şimşəyin çaxmasıyla Bir yagışdan dolub gedənTülək-tərlan gəncliyimdir!Tənhalıgım,Məni hər an rahatlayanCavabsız bir suallarda Qanadında gəzdirərəkÜmid verib,dilək tutubƏlçatmayan xəyallardaYaşatdıgı şənliyimdir!Tənhalıgım, Bu dünyaya sıgışmayanƏn agrısız ,ən duygulu,Məni rahat,məmnun edən Gözəl şirin günlərimləSənə olan ən saygılıSənsiz keçən sənliyimdirTənhalıgım,Nifrətimdən dolayısıDüşmənləri əzib keçənSaxta dostu,rəfiqəniSaf çürükdən arıtlayıb Yaxşıları pisdən seçənMənə qalan kəmliyimdir1 aprel 2021-ci il SÖZÜM BİTİBSöz tapmıram danışamSözüm bitib, ay Allah!Keçdiyim yollarımdaİzim itib, ay Allah!Nə dincəldim,nə dindimHeç qalmadı ümidimSabahım açılmasa İçimdə qaldı dərdim.Keçiləcək sədləriAşa bilmədim fəqət,O qədər yoruldumsaQalmadı dizdə taqət.Sagım,solum “qayalıq”Açıqlıqdır hər yanımHasar da çəkilməyibMən də rahat dayanım.Səda gəlir göylərdənÇagırırlar mələklərƏlim işə yatmayırKəsilibdir biləklər.Sənə uzanan əllərKömək üçün deyilsəYaxanı heç tanıtmaSonda öldürəcəksə.İmanlısan, dinlisənDemə ki, sən beləsənSoyacaqlar dəriniDüşmənə fürsət versən. 28 mart, 2021-ci ilZAMANHər şeyin əlacısanmış Ruhun ehtiyacısanmışSözümün fəracısanmışÖmrümün nübarı Zaman!Fikrimin tən yarı Zaman!Hicran döydü qapımızıƏsir saldı hamımızıLap qaraltdı qanımızıƏzizləyib qoru Zaman!Heç etmədin soru Zaman!?Getdikcə yaram sagalırTəsəllilərim çoxalırSanki dərdlərim yuxalırVarlıgımın türü Zaman!Sən dayanma yürü Zaman!Düzəlirəm yavaş-yavaşEtməyirəm daha savaşİçimdəki böyük təlaşKeçib gedir duru Zaman!Ay gözümün nuru Zaman!Səndən özgə təsəllim yox!Hey edirsən rəhmini çoxDüşmən vurdu qəlbimdən oxApararaq sürü Zaman!Öz donuma bürü Zaman!Səadətdən daim umanZaman-zaman yararlananYox oldular necə tamamSən götürdün barı Zaman! Gözlərimdən toru Zaman!Qeyd:Fərac—tezlik deməkdirTür—ortaq baglılıq, deməkdir25.05.2021XƏZƏRSahilinə gəlmişəmLəpələri göy XəzərSəninlə yüksəlmişəmÖzünü az öy Xəzər!Səninlə xoş oluramMənə həmdəm ol, Xəzər!Sənsiz yaman soluramQəlbimə sal yol, Xəzər!Hər yanına gələndəSənə mehmanam Xəzər.Özümü tək biləndəMənə dost ol sən, Xəzər!Qagayılar ötüşübSinəndədir bol, Xəzər!Göy üzündə düzülübSanki salır yol, Xəzər!Baxıram dincəlirəmNecə doyum, ay Xəzər?Güc-qüvvətə gəlirəmMənə çal laylay, Xəzər!Səadət deyər gedərDi,saglıqla qal, Xəzər!Yenə səni yad edərOndan sagol al, Xəzər!27.01.2017-ci ilİSTƏMİRƏMİstəmirəm imarətdə Cah-cəlallı evim olsun.İstəyirəm bapbalacaDaxmada xoş günüm olsun.İstəmirəm qorxu ilə Yeməklərim daşıb dolsun.İstəyirəm yavan çörəkYanında da şorum olsun.İstəmirəm haqsızlıqlar Arasında dil lal olsun.İstəyirəm bu həyatdaHaqq ədalət real olsun.İstəmirəm vəzifədəCılız adam hökm oxusun.İstəyirəm şəxsiyyətliDüha çələng, zər toxusun.İstəmirəm yaltaqlarla Bir arada sorum olsun.İstəyirəm pedaqoq təkCəmiyyətdə yerim olsun.İstəmirəm paxıllarla Acgözlərlə sözüm olsun.İstəyirəm sevdiyimin Hər nazına dözüm olsun.İstəmirəm üzüyümdəƏn bahalı qaşım olsun.İstəyirəm ucuzvari Minməyə bir maşın olsun.İstəmirəm təmtəraqlıQuşbeyinlər məclisini.İstəyirəm şəxsiyyətliİnsanların gəlişini.İstəmirəm sevmədiyimYaltaqlarla bihuş olum.İstəyirəm lap qürurluİnsanlara mən tuş olum.İstəmirəm bu dünyadan Hey yapışım on beş əlli.İstəyirəm dogmalarımVersin mənə bir təsəlli.İstəmirəm bu dünyadaGünüm keçsin ahu-zarnan.İstəyirəm ömür payımGəlib çıxsın Göy Tanrımnan.İstəmirəm lazımsız təkMən yem olum qansızlara.İstəyirəm bir quş olubUçub gedim sonsuzlara.Daha heç nə istəmirəmBu vəfasız dünyamızdan.İstəyirəm mən son dəfəBaxıb keçim aynamızdan.İstəmirəm ucuz ölümYazsın Tanrı qələminəİstəyirəm artıq gedimBöyük ruhlar aləminə.21.08.2021-ci ilBİZİM MÜZƏFFƏR ORDUMUZSiz də Polad ürəklisizVətən,torpaq diləklisizMillətimə gərəklisizİgid,qəhrəman oldunuzBizim müzəffər ordumuz!O inləyən torpaqlarıViran qalmış ocaqlarıGözü dolmuş bulaqlarıDüşməndən belə aldınızBizim müzəffər ordumuz!Sizdən gələn xoş xəbəriAzad olan neçə kəndiAşdıgınız çətin səddiSöylədi KomandanımızBizim müzəffər ordumuz!Ancaq irəli gedərəkBizləri hey şad edərəkBombalarla bitirərəkYagılardan kam aldınızBizim müzəffər ordumuz!Agır döyüşlərdə şəksizQansızlara siz dag çəkdizQarabagdan xoş müjdəsizDillərin andı oldunuzBizim müzəffər ordumuz!Şuşanı aldınız bu günQələbə çaldınız bu günZəfər soraqlısız bu günBayram əhvallı yurdumuzBizim müzəffər ordumuz!Bizim müzəffər ordumuz!08 Noyabr, 2020-ci ilİGİDLƏRAmandır siz mərdə namərd deməyinMərd oğulda gördük gücün qüdrətin.Onu qoruyağın, onu sevəyinMərd yazır tarixə öz dəsti-xəttin.Mərdin arxasınca gedib sonunaOndan ilham alıb, söz deməliyik.Namərdlər girsə də iblis donunaOnların başını əz, deməliyik!Budur neçə-neçə olub qəhrəmanHər gün ruhlarıyla şad olunurlar.Cavanşir, Babəklə, Nəbi, Səttarxan Bu gün də fəxirlə yad olunurlar.Unutmaq olarmı heç Koroglunu?Şəninə yazılıb böyük bir dastanKişi tək yaşayıb, kişi tək öldüAğqoyunlu Uzun hökmdar Həsən. Partizan Mehdidən necə yazmayım?Onun cəsurluğun biz salaq yada.Mən necə deməyim,necə saymayımNeçə diversiya keçdi həyata?!Yeni tariximiz yazıldı fəqətGəldi öz yerinə təzə igidlər.Töküb qanlarını torpaq yolundaQarabağ savaşlı bizim şəhidlər.20.08.2021-ci ilÜ R Ə KÜrək,gəl agrıma bir az macal verQoy arzularıma çatım mən hələ.Sancılar əlindən qalmayıb sag yerGünlərim,aylarım gəlibdir dilə.Bir kiçik orqansan,amma dəryasanHər kəsi şuxluqdan salırsan asan.Bilmirəm zalımsan, adilsən, nəsən?Qalxanda qalxırsan nalə tək zilə!Sənə heç etibar etmirəm,neyçünAgladırsan məni hey için-için,Yandım,qoy köksündən bir qurtum içimÇünki baglanmışam bülbültək gülə.Bilirəm dözürsən hər əzabımaÇəkirsən agrımı öz hesabınaYazırsan şeirimi söz kitabınaKönlümü verirəm mən də qəzələ.Səadəti sən gəl az aglat, noolar,Qəlbimin atəşi yanıb kül olar,Bir bülbül fəryaddan saçını yolarRuhumu,eşqimi hərdən təzələ!11.02.2012-ci ilQ A R D A ŞSəsinin sehrinə düşüb hamımızRəqsə köklənirik hər əziz gündəDeyim ki,ilahi möcüzə vardırSənin o yanıqlı, səsində Qardaş!Oxudun: ”kimlərə,qaldı bu dünya?”Mesajın siqnaldı sanki hamıyaGəldiyin mübarək o günə-ayaNeçə qurbanların, kəsildi Qardaş!Bəzəyi olmusan toylarımızınHarayı olmusan sən hamımızınUca göylərdəki o TanrımızınƏn böyük neməti, səsindi Qardaş!Səni əzizlədik hər vaxt, hər zamanÜstündən əsməsin bircə yel yamanOxudugun əsər-möhtəşəm “Kaman”Bir hicran yükündə, tilsimdi Qardaş!Səadət qurbanın olsun həmişəQarşında müntəzir ollam hər işəUmmadım heç zaman səndən nə isəTəkcə cansaglıgın, bəsimdi Qardaş!13.03.2021NEYNİMBir zaman ən böyük ev tikən oldumİndisə kiçilir yuvam, neyləyim?Gözümdə daralan bir pərdə kimiBu dünya səhnəsi kiçilir, neynim?Planlar artsa da eşq azalıbdırÜzümdə çəhrayı rəng sozalıbdırDemirəm qismətim nəs yazılıbdırÖmürdən günlərim biçilir, neynim?Soruşma halımı,deyən deyiləm!Hər kəsdən,hamıdan mən gileyliyəmFələk vurdu yıxdı,indi beləyəm!Günümdən anlarım seçilir, neynim?Şiddətlər gördükcə kaş dözməyəydim!Qara taleyimi heç çözməyəydim!Agır yük çiynimdə mən gəzməyəydimİndi də hey qanım içilir, neynim?Səadət yazmadı taleyin,nə qəmKeçdi keçən günlər, daha yoxdu dəmQollarım sallanır yeridikcə mənÜrəkdən süzən qan açılır, neynim?20.05.2017-ci ilBİLSƏYDİM GƏLMƏZDİMHəyata gəlməyə tələsən insanYaman əzablıdır həyat yollarıSəni sıxıb-sıxıb bir mum edəcəkKəsəcək sənə güc olan qolları.Əvvəl iməkləyib yıxıla-duraElə ki,birtəhər yeriyəcəksənYürüyüb yolunu taraz gedəndəNeçə zərbələrə tuş gələcəksən.Sagdan da,soldan da döyəcləyərəkCanını alacaq alçaq dinsizlərSəni bil anbaan hey izləyərəkQanını soracaq o imansızlar!O qədər aglayıb sən bezəcəksənHəyata nifrətin artacaq hər anOnda özünə bir yol gəzəcəksənAman verməyəcək vəfasız zaman.Tələsmə gəlməyə sən bu dünyaya!Dünyanın cod üzü həm də ki,çox sərtSəni cəhənnəmlik edən yuvayaGəlmə,yanacaqsan axı nə hacət?Burda var həm qəddar, həm də məzlumlarMəzlumlar can verir bir gün görməmişOgrular, canilər, hey baş kəsənlərSanki pusqudaymış heç sən gəlməmiş.Gəlmə bu dünyaya,zalımdır yaman!Səni iplim-iplim dograyacaqdırBircə uff demədən kəsib başınıİstədiyi qədər zövq alacaqdır.Bilsəydim gəlməzdim mən də həyataÖzüm incitmədim heç bir kimsəniNizam,intizamı sevməyən kəslərBezdirib yordular axırda məni.Yoruldim, usandım əzablarımdanHəyatın şəklini çəkə bilmədim!Gözəllik, təmizlik axtardım,fəqətBircə toxumunu səpə bilmədim! S Ə N İÖrkəni uzundur qoca dünyanınBir gün kəməndinə dolayar səni.Yetim bişirdiyin sərt ocagınınAltında, odun tək qalayar səni!Demə, aldadıram zavallıları,Qəlbi təmizləri, binəvaları.Yıxsan neçə-neçə ev-yuvalarıOnların ahları talayar səni.Bu dünya fırlanır ox ətrafında,Gah qara, gah da ki, ag ətrafında,Qütbün o başında, dag ətrafında,Gecənin birində tullayar səni.Çömçəlik eləmək agır bir işdir,Onun təsirindən yeməklər bişir,Bir gün yekə başın çaşıb ilişər,Çömçə, sıxılıncan bullayar səni!Heç də öyünmə ki, artıq nəsnəsən!Mənim aləmimdə sən bir heçnəsən!Tərəzi mizanla səni izləsəm,O daş, çəkisiylə fırlayar səni!O daş, çəkisiylə fırlayar səni!23.07.2021GÖZÜNÜZ AYDIN OLMASINMənim kədərimdə sevinc axtaran“Dostlarım”,gözünüz aydın olmasın!Mən aglayan zaman siz şənlənirsizAllah aglınızı bir az da alsın!Düşüncə,təfəkkür hamısı dayazDemirəm bir çarə,bircə əlac yazİstəsəniz belə olmazsız tarazYaxşı diləməyən, yaxşı olmasın!Mənə bircə zəngi açmayan adamSəni gərək idi mən çoxdan atamElə itmisən ki, sanki mən yadamAgılın budursa, heç çoxalmasın!Ara qarışdıran, ara qatanlarŞeytan xislətində hey daş atanlar,Məni yaxşı görüb, ”yasa” batanlarQəflət yuxusundan heç ayılmasın!İ M A N A Q U R B A NBu qurban günündə yada salaq biz,Gedib neçə qurban şəhidlərimiz.“Vətən, torpaq!” - deyib canından keçən Yüzlərlə gəncimiz, igidlərimiz.Şərt o deyildir ki, siz qoç kəsəsiz,Nifrətinizi kəsin, sevgiyə qurban!Kənarda dayanıb güllə atınca,Kininizi kəsin, istəyə qurban!İllərlə olursuz mehriban düşmən,Bəlkə kəsəsiniz dostluga qurban?İçiniz çürüyüb qurdlulugundan,Paxıllıgı kəsin, saflıga qurban!Daxilində iblis gəzdirən şəxslər,Nə din anladınız, nə də ki, iman,Sözüm budur sizə, şeytan “mələklər”,Şeytanlıgı kəsin, imana qurban! 21.07.2021G Ö Y G Ö LGözəl gözlüsən Göygölüm!Valeh etmisən sən məni Yaşıllıqlar qoynundasan Seyr edirəm bu səhnəni.Maralgöl sənə say verirHər hayına o hay verirYaxınlıqdan tez pay verirHeyran qoyubsunuz məni.Murovdagın ətəyindəUca bir dag pətəyindəGül çiçəyin çətəyindəXatırladırsan çəməni.Küsüb gəlmirdim nə vaxdıHacıkənddə mən qonagdımOrdan sənə bir soragdımİtirmə sən də güvəni!Gələcəm tez-tez yanınaBaş vuracam gül bagınaBu qonaglı ocagınaBiganə qoyma sevəniSəadət tək bir bəndəni.L A Y L A Y Ç A L A MBilmirəm özümü necə ovudam?Kiminə dogmayam, kiminə yadam.Dərin düşüncəyə, xəyala dalamİstərəm özümə bir laylay çalam.Hələ arzulara çatmayıb zaman,Daha yaşamaga qalmayıb güman,Hamıdan, hər kəsdən halallıq alam,İstərəm özümə bir laylay çalam.İndi artıq solmuş sanki payızam!Fəqət çalınmamış qəmli bir sazam.Əbədi evimə uzun yol salam,İstərəm özümə bir laylay çalam.Sirlərlə doludur bu kiçik dünyam,Bəlkə də Tanrıdan gəlmiş bir payamDeyərək bir neçə çox qəmli kəlam,İstərəm özümə bir laylay çalam.Səadət, sən qoyma, olum eldə ram!Yemədim ömrümdə bir tikə haram,Artıq dözəmmirəm, qan verir yaram,İstərəm özümə bir laylay çalam,İstərəm özümə bir laylay çalam. 31.12.2012B A Y A T I L A RKül olmuş ocaq yanmazBuzlaşmış sular axmazBir dəfə sınan könülOnu qırana baxmaz.Əzizim ana VətənQurbanam sana VətənO daş,qayaların daDogmadır mənə Vətən!Səfərim çox uzagdırOl görünən,Duz dagdır!Gümbəzvari yüksəkdənO tərəfdəki bagdır! Yol gedib yorulmaramHeç kəsdən sorulmaramMəni sevən insandanŞübhəsiz darılmaram!Quyu qaz,ay Müəmma!Fəqət,dərin qaz amma!Bir gün düşsən sən oraŞərəfsizliyi danma!Dondan-dona girirsənNə ölü,nə dirisən!Aşılanmış gön kimiSifətlərin birisən! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.