AZADƏ NOVRUZOVA: "Sənsizəm..." Müsabiqə, Qərbi Azərbaycan 13 Eylül Azadə Yamən qızı Novruzova - Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qarakilsə (indiki Ermənistanın Sisian) rayonunun Şəki kəndində anadan olub. Bakı Dövlət Univetsiteni bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında çalışır.Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), İLESAM-ın (Türkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyi), ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), Türkmən Ədəbiyyatı Yazarları Birliyinin üzvüdür.20-dən çox kitabın tərtibçisi və redaktoru olmaqla yanaşı, "Ovunmayan həsrət", "Sən mənim ağ kitabım" adlı bədii əsərlərin və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri ingilis və rus dillərinə tərcümə edilib.Biz də Azadə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Azİki damla göz yaşısanSıxsam gözlərimi dənizəGəmilər boğulacaq.Balıqların donu daralacaq.Dərya yetim ayrılıqlar doğacaqHəsrət-həsrət baxışlar boylanacaq küçələrin gözlərindən.Qəhər tıxanacaq boğazınaYosunlar dolaşıq düşəcək.Telləri əlçimlənəcək dalğaların.Qağayılar sərgərdan olacaq.Özgə ellər Vətən olmur qaçqın uşağa.Vətən yarımır naxələfdən oğul doğanda.Noğullar kəsərsiz olur,Oğullar fərsiz olanda.Arılar bal yığammır,Çiçəklər solanda.Yağış ol ələn üstümə,Quruyum gün çıxanda.Bu gecə yuxumda bir uşaq ağlayırdı...Bu gecə yuxumda bir uşaq ağlayırdı,Əlləri xınalı, telləri qıvrım.Can deyib, haray çəkirdi.Harayı dağ çəkirdi.Gözündən od tökülürdü,Alışıb, yanırdı dünya!Bu gecə yuxumda bir uşaq ağlayırdı,Əynində qırmızı don, ayağı yalın.Don vurmuşdu ayağını,Ünü ərşə çatırdı.Diziüstə çökmüşdüSəcdədən qalxırdı dünya!Bu gecə yuxumda bir uşaq ağlayırdı,Xocalıdan...Gəlinciyi qucağında.Cəsədi qar içində.Yiyəsi ölmüşdü,Ortalıqda qalmışdı dünya! Ümid var hələ...Ümid var hələ...Hələ qışın oğlan çağıdır.Bahar gəlməyib hələ...Qar üşüdür nar ağacının əllərini.“Xocalı” parkında var-gəl edə-edə dünyanın qarasınca deyinirəli Allahın ətəyində olan bəndə...Qar üstündə “SƏNİ SEVİRƏM” yazır gəncin biri.Qulağımda adın cingildəyir...Bu an rəsmini çəksəydimboyanın bütün çalarlarıyla “sənsiz olmur”u anladar...və yanağındakı xalın kölgəsini qaralayardım.Ağlaya-ağlaya gülən gözlərinin parıltısının...birdə tez-tez küsməyinin altını çizərdim qırmızıyla...Ümid var hələ...Hələ qışın oğlan çağıdır...Qar ələnir payızda söylədiyin nağıllarda...Ayaq altında xırçıldadıqca sevildiyindən xəbərsizdir qar dənələri...Yuxumu xeyirə yozan anamın nur üzünə açılan sabahlaraİstək göyərdən narın yaz yağışlarına...Ümid var hələHələ qışın oğlan çağıdır...Qar örtür sığalına mürgüləyən alabəzək pişiyin ləpirlərini...Bahar gəlməyib hələ...Nə gözəl yağırsan, ay yağış…Nə gözəl yağırsan, ay yağış,Elə bil, sevincdən bir gözəl ağlayır göydə.Daş üstə düşən damcılarXoşbəxtlik üçün gəlin dabanında sınan şüşə qabınsevincini yaşadır öz ritmi ilə.Pəncərənin şüşəsinə çırpılandamcılar bayıra can atan körpənin üzünə gülür,divanda mürgüləyən nənəsinindodağına qonan təbəssümlə.Nə gözəl yağırsan, ay yağışGöydə gülən o gözəlin gözlərindən süzülüb,yerdə küsənmən gözəlin izlərini yuyursan…Sənsizəm....Adını yazmışam nəlbəkimin arxasınaİsti saxlasın çayımı.Qurutmusan Allahın göz yaşınıdaha bizə yağmır yağış...Dolu tökür, ardıncada qarlayır...Soyuq olur evimiz.Adın isidir istəkanı qucaqlayan əllərimi...Yuxumda yenə oxuyurdun..."Təbrizin küçələri dalanbadalan"Qaragiləm, gəl silim gözün yaşınbəri dolan.Sən hardan biləsən?Sən hardan biləsən....Küsüb öz-özünə barışmaq nədir?Susmaq...danışmamaq nədir?Özünü yada salmaqtəkrar-təkrar yazmaq, pozmaqürəyi durmamaq nədir?Yerdə göylə, göydə yerlə əlləşməkSevmək, sevmək , sevmək nədir?Allahın evində birdən...Səndən darıxmaq nədir?Bu gün yağış bizə yağırBu gün yağış bizə yağırEvimizə, küçəmizə.Əlində əsir olduğumhəsrətin üzünə baxıb,Gülə yağır, gülə yağır...Sevincək olubdu yağışElə yağır, elə yağır...Ayrı-ayrı adda eləBakıya, Təbrizə yağır.Bizə yağır, bizə yağır...Bu gün yağış belə yağır,Elə yağır, elə yağır...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.