HACIXANIM GÜLŞƏN QOCABƏYLİQIZI (1974) Müsabiqə, Turan, Cənubi Azərbaycan 19 Mart Hacıxanım Gülşən Kərbəlayi Aqaxan Nurışvənd qızı Qocabəyli (təxəllüsü Qocabəyliqızı) - 1974-cü ildə, yayın axir ayında, Limlu kəndində dünyaya gəlib. Ərdəbil ustanının Parsabad şəhərində dil açıb boya-başa çatıb, elə orada da təhsil alıb. On yeddi yaşında ilk şeirini qələmə alıb. Həyatında baş verən müəyyən səbəblərdən, bir qədər şeir aləmindən müvəqqəti olaraq uzaq düşüb. Dərziliklə məşğul olub.2011-ci ildə yenidən şeir dünyasına qayıdıb.Biz də Gülşən xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Pərixanım MİKAYILQIZI,“Elm və Təhsil” qəzetinin baş redaktoru,AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı,Dövlət qulluğunun baş müşaviri,“Xarı Bülbül”, "Xurşudbanu", "Zirvə" medalları və bir çox media mükafatları laueratıZiM.Az UCA DAĞDinlə dərdim, sən ol sirdaş,Deyim dərdim bil, uca dağ.Dağ da olsan ağlayarsan,Bürür səni sel, uca dağ.Deyim dərdim bil, uca dağ.Sökülüb yurdum, sarayım,Pozulub halım, alayım.Odsuz ucalır harayım,Mən oluram kül, uca dağ,Deyim dərdim bil, uca dağ.Köklə qəm ilə çal tarı,Dərdim sənlə bölüm yarı.Olsun insaf səndə barı,Aç dərdimdən dil, uca dağ,Deyim dərdim bil uca dağ.Necə dözüm belə dərdə,Qovruldum qəmdə, kədərdə.Mən kimsəsiz olan yerdə,Sən ol arxa, il uca dağ,Deyim dərdim bil, uca dağ.Təbib olsa yara bağlar,Söz var neştər, sinə dağlar.Qocabəyli qızı ağlar,Göz yaşımı sil, uca dağ,Deyim dərdim bil, uca dağ.19.02.2022-ci il. Əbədi sevgi !Bəlkə də eşqindən külə dünəcəm,Ölsəm səni canımda can biləcəm.Sanma bəlkə səndən geri dönəcəm, Sevəcəm, ölüncə səni sevəcəm.Min məna var baxışında, yadında,Min ləzzət var bu sevginin dadında,Əsir ürək yada düşsə adında,Görən səni qollarımda görəcəm,Sevəcəm, ölüncə səni sevəcəm.Bilirsən ki eşqin məni dağlayır,Qəlbilm sən küsəndə matəm saxlayır,Günah kimin könlüm səni haxlayır,Könlün sevən təki könlün hörəcəm,Sevəcəm, ölüncə səni sevəcəm.Qocabəyli qızı yolunu gözlər,İlqarına düzü ellər əzizlər,Eşqində qalanıb kölümə közlər,Sən mənimlə olsan ömür sürəcəm,Sevəcəm, ölüncə səni sevəcəm.ابدی سئوگی!بلکه ده عشقیندن کوله دوُنه جم،اوُلسه م سنی جانیمدا جان بیله جم!سانما بلکه سنده ن گئری دوُنه جم،سئوه جم ،اوُلونجه سنی سئوه جم !مین معنا وار باخیشیندا، یادیندا،مین لذّت وار بوسئوگینین دادیندا ،اسیر اوره ک یادا دوشسه آدیندا ،گوُره ن سنی قوللاریمدا گوُره جم ،سئوه جم ،اوُلونجه سنی سئوه جم !بیلیرسن کی عشقین منی داغلاییر،قلبیم ،سن کوسه نده ، ماتم ساخلاییر،گوناه کیمین ،کوُنلوم سنی حاخلاییر ،کوُنلون سئوه ن تکی، کوُنلون هوُره جم،سئوه جم، اوُلونجه سنی سئوه جم!"قوجا به ی لی - قیزی" یولونو گوُزلر، ایلقارینا دوزو ، ائللر عزیزلر،عشقینده قالانیب، کوُنلومه گوُزلر،سن منیمله اولسان، عوُمور سوره جم،سئوه جم، اوُلونجه سنی سئوه جم ! گولشَن قوجا به ی لی-قیزیNəyimə gərəkdirBir yananın söndürməsən odunuNəyimə gərəkdir bu insanlığın?Tamsınmasan qəm qüssənin dadınıMəncəki yalandı bütün varlığın,Nəyimə gərəkdir bu insanlığınYaradan veribdi sənə huş ürək,Dar gündə olsan dərtliyə gərək,Bu dünya boyunda haq yolun gedək,Baş əgsən qarşında hərq qaralğınNəyimə gərəkdir bu insanlığın?Qayıt haq yoluna gen ol kələkdən,Əməl xeyir olsa keçər ələkdən,Yardım et möhtaca sıdqı ürəkdən,Olma sabağışın unudqanlığı,Nəyimə gərəkdir bu insanlığın?Qocabeyli qızın qəm kədər alıb,Qəzov qədər əyib min dərdə salıb,Əl tutmaq, ay ellər, əlidən qalıb,Ver ləlin yoxdursa nə sultanlığın,Nəyimə gərəkdir bu insanlığın? نه ییم گره کدیر؟!بیر یانانین سوُندورمه سن اودونو ،نه ییمه گره کدیر بو اینسانلیغین ؟طامسینماسان قه م - قوصصه نین دادینی ،منجه کی یالاندیر بوتون وارلیغین ،نه ییمه گره کدیر بو اینسانلیغین؟!یارادان وئریبدیر سنه هوش اوره ک ،دارگونده اولاسان دردلییه گره ک ،بو دونیابویوندا، حاق یولون گئده ک ،باش اگسه ن قارشیندا هر قارانلیغین،نه ییمه گره کدیر بو اینسانلیغین ؟!قاییت حاق یولونا ، گئن اول کَلَک ده ن ،عملین خئیر اولسا ،کئچه ر الَک ده ن ،یاردیم ائت موُحتاجا ، صیدق-ی اوره ک ده ن ،اولماسا باغیشین،اونوتقانلیغین ،نه ییمه گره کدیر بو اینسانلیغین ؟!"قوجابه ی لی-قیزی"ن ، قه م -کَده ر آلیب،قَضو-قه در اییب ، مین درده سالیب ،ال توتماق آی ائللر ، "علی"ده ن قالیب ،وئر اَلین یوخدورسا ، نه سولطانلیغین ؟ ،نه ییمه گره کدیر بو اینسانلیغین ؟! گولشَن قوجابه ی لی -قیزیGəzirəm səniA tüğyan dərdimin təkcə əlacı,Gedişin gör necə acıdır, acı.Varlığın başımın tacıdır, tacı,Desən unud məni sən onu məni,Unuda bilmirəm gəzirəm səni.Baxtım qaralanıb tərsinə dönüb,Zülmətdə qalmışam ulduzum sönüb,Gedişin qəlbimi ikiyə bölüb,Çökdürdün baxtıma dümanı çəni,Unuda bilmirəm gəzirəm səni.Bir sevməkdən başqa sənə neylədim?Hansı səhv eylədim, bilə bilmədim.Sənsiz hey ağladım gülə bilmədim.Bil sənin yoxluğun çox üzür məni,Unuda bilmirəm gəzirəm səni.Qocabəyli qızın nə dərdə saldın, Dərdi tükəmməzdi yeni dərd aldın.Köz olub könlümdə əbədi qaldın,Dərdin bir bir saldı saçıma dəni,Unuda bilmarəm gəzirəm səni. "گزیرهم سنی"آ طغیان دردیمین تکجه علاجیگئدیشین گؤر نئجه آجیدیر آجیوارلیغین باشیمین تاجیدیر تاجیدئسهن اونود منی سن اونود منیاونودا بیلمیرهم گزیرهم سنیباختیم قارالانیب ترسینه دؤنوبظلمتده قالمیشام اولدوزوم سؤنوبگئدیشین قلبیمی ایکییه بؤلوبچؤکدوردون باختیما دومانی چنیاونودا بیلمیرهم گزیرهم سنیبیر سئومهکدن باشقا سنه نئیلهدیمهانسی سهو ائیلهدیم بیله بیلمهدیمسنسیز هئی آغلادیم گؤزوم سیلمهدیمبیل سنین یوخلوغون چوخ اوزور منیاونودا بیلمیرهم گزیرهم سنی"قوجا بهیلی قیزین" نه درده سالدیندردی توکهنمهزدی یئنی درد آلدینکؤز اولوب کؤنلومده اَبدی قالدیندردین بیر-بیر سالدی ساچیما دنیاونودا بیلمیرهم گزیرهم سنی"سون"سؤز : قوجابهیلی قیزیiÖlüm allahBu yasamsa ölüm nədiKəssən ömrüm ölüm allahGünahım nəydir sınadınkaş diyəsən bilim allahKəssən ömrüm ölüm allahKeçinirəm yavan yağlıDərd əlindən sinəm dağlıÇarəsizəm yolu bağlıDili ağzında küləm allahkəssən ömrüm öləm allahMənə namərd oldu zamanYollarımı aldı dumanHəiışıqda mədəd umanBoran vıran güləm allahKəssəm ömrüm öləm allahQocabeyi qızı zardıYolum çisgin duman qardıGen dünya başıma dardıBir qadaxlı diləm allahKəssən ömrüm öləm allahGülşən Qocabəyli qızı,Güneydən - Parsabad Muğan şəhərindən. اوُلوم آللاه!بو یاشامسا، اوُلوم ندی؟کَسسَن عوُمروم ،اوُله م آللاه!گوناهیم نه یدی سینادین ؟کاش دئیه سن ،بیلم آللاه،کَسسَن عوُمروم ،اوُله م آللاه!کئچینیره م ،یاوان، یاغلی،دردلرینله سینه م داغلی.چاراسیزام ، یولو باغلی،دیلی آغزیندا ،گوله م آللاه،کَسسَن عوُمروم ،اوُله م آللاه!منه نامرد اولدو زامان،داغلاریمی آلدی دومان.هر ایشیقدان مودده ت اومان،بوران ووران گوله م آللاه،کسسن عمروم اوُله م آللاه!قوجا به ی لی قیزی زاردی،یولوم چیسگین، دومان ،قاردی،گئن دونیا باشیما داردی،بیر قاداخلی دیله م آللاه،کَسسَن عوُمروم اوُله م آللاه!گولشَن قوجابه ی لی قیزیپارس آباد- موغان شهریZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.