Səadət Şabanqızının qəzəlləri Ədəbiyyat » Müsabiqə 25 Ekim Səadət ŞAHPƏLƏNGOVA,İmişli şəhərindəki 2 saylı uşaq bağçasının müdiri,“Abdulla Şaiq”, "Zirvə" və "Qızıl qələm" mükafatları laureatı,"Xarıbülbül" medallışair-pedaqoqM Ə NƏhli-haləm, çevirib səmtimi gül zarına mən,Bürüdüm hər yanımı, ol dəxi zər xarına Mən.Mənə üz tutub gələn, imdad üçün yarəsinə,Əlac eyləyib həmən, çatdım onun karına Mən.Dosta dost dedim, fəqət, görməz oldum vəfasını,Öylə bir halala yox, hey rast gəldim harına Mən.Kimsənin görməyərək bircə dənə heyvasını,Baxmadım verdiklərim, saysız olan narıma Mən.Əli boş, ac-yalavac gəlib keçən paysızları,Qonaq etdim etdikcə, öz bağçamın barına Mən.Sərt qışım gəldisə də çox şaxtalı, həm sızaqlı,Qırılmadım dözərək, soyuğuna qarına Mən.Səadətəm, dövrandan, fəhmi başda var istədim,Könlümü də köklədim, öz əbədi tarına Mən.16.09.2019-cu ilE T M İ Ş Ə MSəndən ötrü nə qədər cisminə əfvlər etmişəm,Olmayıb başqa çarəm, mən elə səhvlər etmişəm.Görməyib məziyyəti, ta ki, əziyyət vermisən,Dolub göz yaşlarıma, mən neçə dəflər etmişəm.Yox idi insafın da, bircə dəfə lütf edəsən,Ona rağmən sərvinə, necə təriflər etmişəm.Gözləmək nədi axı, mən dəxi ağır günlərə,Qalmayıb heç biganə,bazari-sərflər etmişəm.Hicrinə dözüb hər an, Allahıma şükr edərək,Göylərə atmaq üçün, mən neçə küflər etmişəm.Ey Xuda, görən neyçün, naleyi müşkül sandığım,Günümə zəhər qatan, əfiyə nəflər etmişəm?Nə qədər it-bat olsa, cızma-qarə etdiklərim,Sonda kitablarımı yığmaga rəflər etmişəm.Səadət necə desin, istəsə də olmayacaq,Fəqət, ol dərk edirəm, ömrə tələflər etmişəm.29.08.2021-ci ilK İ M İ D İ RKipriyimdən süzülən göz yaşlarım dən kimidir,Tökülüb sinəm üstə canımı didən kimidir.Yeriyib ətrafıma gözaltından baxan zaman,Görünən yosma çöllər təpələnmiş tən kimidir.Əsən yellər bu sayaq yazılsa tarac ömrümə,Ona mehman olaram, ol mənə sitəm kimidir.Əl edib səsləsəm də göy üzünün yelkənlərin,Səmada uçan quş tək, sivişib ötən kimidir.İsmi-canım nə qədər ağrısa da dözməliyəm,Yatmaram, çün altımda döşəyim çətən kimidir.Sanıram anlayacaq canı fəda etməsəm də,Görübən gileyli tək oxşayan bəndən kimidir.Çox dilədim el-obam, bahari-gülzarə dönsün,Fəqət ol bir görünən, yaralı Vətən kimidir.Səadət istəməyib kimsələrdən heç bir kömək,Zatən onlar mənimçün, qeybdən itən kimidir.15.09.2021-ci ilNƏ ÜÇÜNQəlbimə vurulub ox, fəndi-fəraqi nə üçün?Beynimi didib çapır, ol təmtəraqi, nə üçün?Çalıb xəncər yarası oxlayaraq sinəmi o,Eşib dartıb çıxarır, cismi təraqi, nə üçün?Dözə bilməm canımın, buz bağlayan ağrısına,Neçə neştər yarası vurulan təki, nə üçün?Ay həzərat, görübən bu surətin çeşmini siz,Vurulan yarələrin hesabi həqqi, nə üçün?Mənə lütf eylə a zalım ki, səni bağışlalım,Sorğusuz ver cavabım, tərazi-çəki nə üçün?Gülü rüxsarinə mən heyran idim, neyləyəlim?Sənə açdım yolları, ol dəxi səki nə üçün?Dili qafil ki, deyildin sorağın harda idi?Bulduğum cahi cəlalim, ta ki, şəkki nə üçün?Səadət olmaz idi səni bu halidə görə,Buluban zalimi-dünyadə bu fərqi, nə üçün?17.09.2021-ci ilÜ Ç Ü NÖzümə əl bulayıb izzətimin zəhri üçün,Qönçə dəhandan çıxan, sözlərimin şəhri üçün.Fədası olduğumu misqal ilə toplayaraq,Deməyin ölçü ilə biçməyimin cəhri üçün.Gəlmənəm yüz desələr, söz bağının mülki yoxsa,Nə bəla ki, doymaram sözlərimin təhri üçün.Göz qoyub dəhanıma, ki, mənə nöqsanlar edə,Sözləri öncə marə söyləyərəm məhri üçün.Yaxşı kəlmələrimi tuşladaram dostlarıma,Ki, yesinlər bal təkin, həm ola gül dəhri üçün.Külli aləm desə də mən yazdığım sözlərimi,Qoymazam bir qadağa, əhli bir həm kəhri üçün.Səvabi görməyirəm nə əlbisdə, nə zinyətdə,Çün ola bilməz dəyər, bir şiddətli qəhri üçün.Bu sayaq Səadətin bal şəkərlə yazdıqları,Qananə muncuq düzür, məxsusi bir bəhri üçün.18.09.2021-ci il O L U BGəl çəmən seyrinə bir, gör necə sarvanı olub,Görməzsən bircə xəzəl, çün belə bağbanı olub.Bəsləyib min bir çiçək, tazə gülüstan edərək,Söyləsin ki, bu sayaq, hər gül al-əlvanı olub.Yoxlama hər keçəni olmasa fitneyi-fəsad,Gəlsin qoy tutilərin, bunca bir qurbanı olub.Verməzəm kimsələrə sirrimi, çün qənim olar,Edərək bir həqarət, söyləyər divanı olub.Baxma hər gəlib keçən Huri-Mələk üzlülərə,Zəmanə əhlinin həm, bunca növ-cavanı olub.Qoymaram bir xəsarət yetirərək tar eyləsin,Bu çəmən mülkümüzün hər cürə karvanı olub.İtirib etimadı, hər yetəndən adəm olmaz!O böyük evimizin möhtəşəm Şəbanı olub.Nə cəfa eyləsən də, ol çəmən gülzarlarına,Zənn et ki, Səadətin də, bu, həmzəbanı olub.25.09.2021-ci ilE D Ə S Ə Nİstəsən övladına bunca mərhəmət edəsən,Səni məcbur edəcək, sən ona xidmət edəsən.Anaya ən böyük ol zərbəni övladı vurar,Ki, qəzəbdən zəhəri sən ona qismət edəsən.Edibən səhv şikarı hey səni zülmə salaraq,İmkan da verməyəcək, bir quru töhmət edəsən.Ya tamam deyilsə də əqli, giriftar olacaq,Düşəcək bil quyuya ki, ona hizmət edəsən.Bütün etdiklərini yerə vurub zay edəcək,Səni yalqız qoyacaq, ki, belə zəhmət edəsən.Görüb də bu çeşiddə hər qayğını, hər neməti,Salacaq səni torə, ömrünü zülmət edəsən?Oluban hər şeyin də hazırına nazir ikən,İstəyi tam mülkünü ona kəramət edəsən.Mənim də məsləhətim, ki, rahatlıq tapmaq üçün,Səadətin sözünə sən də bir hörmət edəsən.26.09.2021-ci ilNƏDƏNDİRDoludur qəlbim içi, çalmayır sazım, nədəndir?Qalmışam elə qışda, gəlməyir yazım, nədəndir?O qədər pozulubdur zəmanənin tarazlığı,Keçməyir göz görəti, kimsədən sözüm, nədəndir?Tapmayıb ətrafımda bircə dənə canı yanan,Heç kəsə bir hesabat vermirəm özüm, nədəndir?Qalmayıb qohumunda, nə yadında bir etibar,Hər şeydən doyub artıq, çəkilib gözüm, nədəndir?O qədər qara günlər, ağır illər keçirdimsə,İndi artıq çökmüşəm, qalmayıb dözüm, nədəndir?Oxuyub dincələrdim ən yaralı anlarımda,Getsə də ol nəfəsim, gəlmir avazım nədəndir?Səadət istəsə də daha görən olmayacaq,Soruşma, qalmayıbdır, yoxdur ol nazım, nədəndir?29.09.2021-ci ilİ S T Ə Y İ R Ə MGəl mənə gətir həbi, qəlbə şəfa istəyirəm,Dideyi-giryanınla, cismə dəva istəyirəm.Düzənib hər yarəğim, etməsə könlümü tərac,Səni canım bilərək, ömrə vəfa istəyirəm.Açma söhbətü dərddən, qəlbimə yoxsa əlacu,Sanma kin ol dönmüşdən, bunca cəfa istəyirəm.Köhnəlib yarələrin, bəs nədən ol sızlayırsan?Nəfəsim olsan əyər, bunca həva istəyirəm.Olmaram tutilərin mehmanı, çün bezar olar,Sənin tək vəfalıdan, ol bivəfa istəyirəm.Atıban bir kənarə hər türlü bol dərdliləri,Könlümə həmdəm olan əhdə rəva istəyirəm.Nəfəsim gəlməsə də, ruhsuz qalan ol cismimə,Eyləyib güzəranı həm son dəfa istəyirəm.Bircə yol kar etməsə, sözlərim ey dili qafil !Ol zaman mən könlümə, son bir nəva istəyirəm.Səadətin kin hələ, var nəfəsi çün ruhuma,Tanrıdan getmək üçün, cənnət-Məva istəyirəm.06.10.2021-ci ilG Ə L D İ MYa Rəbb, qapına bu sayaq səyyad ilə gəldim,Bürünüb təlaşıma, qüsseyi-fəryad ilə gəldim.Deməyib dərdlərimi kimsəyə çün mənası yox,Əsilsiz zümrələrdən görməyib imdad ilə gəldim.Düzənib keçməsə bu, halim əgər neyləyəlim?Yenə onların əlindən, eyləyib dad ilə gəldim.Günahi olmasa da, bu fəqirin heç bir zaman,Hüsnünə əsən ikən, səbayi bir bad ilə gəldim.Eşidib yaxınları, görməyərək köməyini,Fəqət ol xeyrü-əməl imanlı bir yad ilə gəldim.Cismim kül olsa belə, həp edərək aləmə car,Sürünüb dırnağımla qeyrəti icad ilə gəldim.Götürməyib zülmünü, naşi olan quldurların,Əhvalım pozulsa da, günümlə bərbad ilə gəldim.Bu sayaq geduşlərlə, olsam da mən qəlbi talan,Könlümə dərman üçün, etməyə abad ilə gəldim.Səadət dözməyərək, min bir haqsız əməllərə,Tanrıyla söhbət üçün, mən yenə səccad ilə gəldim.09.10.2021-ci ilMƏN QƏMLİYƏM GİLEYİMDƏMBu intizar olayımdan, səndən özgə dolayımdan,Həm günümdən, həm ayımdan, mən qəmliyəm gileyimdən!Gətirdin məni zinharə, qoydun möhtac bir idbarə,Gəl etmə gediş dübarə, mən qəmliyəm gileyimdən!Sormadın bircə halımı, alırsan hey ol canımı,Tökmə nahaq al qanımı, mən qəmliyəm gileyimdən!İçimdə ahü-zarım var, yetişmiş bir qərarım var,Sonuncu ol baharım var, mən qəmliyəm gileyimdən!Ərşə çıxıbdır fəryadım, yetmir sənə bircə dadım,Vurma məni ey səyyadım, mən qəmliyəm gileyimdən!Olmadım dəhri-bəla ki, əzazildən bac ala ki,Zərgərdanda sal qala ki, mən qəmliyəm gileyimdən!Lütfi-nəzakət nə qədər, olsa da bil gedər hədər,Səadəti burax, kədər, mən qəmliyəm gileyimdən!17.10.2021-ci ilS A X L ADolaşıbdır telin harə, diqqətini öndə saxla,Ey gülizar, zülfün darə, şanəni də gendə saxla!Özgə canı axtarma heç, çün olmaz bil sənə yanən,Hər görünən tutiləri, sal bir az da bəndə saxla!Hər kəlməni çəkmə darə, dəhanında o qan ağlar.Sözlərini çatdır yarə, deməsin kəndində saxla!Sən hər zaman tər qönçəsən, gülşəninin barı çoxdur,Gül ətirin solmasın heç, bülbülü çəməndə saxla!Qarşına çoxları çıxar, suyulma tuti dilliyə,Hər yetənə könül vermə, oxunu kəməndə saxla!!Atsalar da səni torə, sən də axtar tap bir çarə,Nə karəsən dayanasan, ol zalimi fəndə saxla!Bir bilməzə rast gəlincə, olsa da ol şəhər əhli,Burulğanə düşüb qalma, özünü çək, kəndə saxla!Səadət çox ölçdü, biçdi, bir vəfalı heç görmədi,Ona da işarə gəldi, ol dostları təndə saxla!22.09.2021-ci ilA N A MEşitdik o qorxulu, dəhşətli sorağı anam,Qoyma sönsün alışıb, ol yanan çırağı, anam!Ruhuna qurban olum, kömək olub çün qovğayə,Qoymadın qırılmağa sən həzəran bağı, anam!Hələ tezdir deyibən, çağırmayıb öz yanına,Dedin ki, pozulmasın övladların tağı, anam!Bəlkə də arzuladın öz balanın bu halinə,Gələrək yetişəcək gül ömrünün çağı, anam!Sənsizli günlərimiz ağlatsa da hər an bizi,Beləcə görmədik heç bunca təm-tərağı, anam!Dağidarəm, dünyam boş, mətlubumu almadım heç,Dərdi-möhnət bu həyat mülkünün fərağı, anam!Gəlsən də yuxumuza, sən belə gec, neyləyəlim,Yenə şükr eyləyirik, ey gözümün yağı, anam!Səadət görməsə də bu dünyanın vəfasını,Atmadı gözdən uzağ, könüldən irağı, anam!24.09.2021-ci ilİ Ç İ R Ə MDərdini demə mənə, dərdindən dərman içirəm,Bu haqsız zülümlərdən, verilmiş fərman içirəm.Düşünmə sən dərdliyə, kimsədən imdad olacaq,Əhdinə dönük çıxan kəslərdən peyman içirəm.Qapımda gəlib durma, mən sənə nə eyləyəlim?İmansız dinlilərdən sormayıb iman içirəm.Keçir ömrümün yazı, bunca payız fəsli kimi,Saxlayıb ol vaxtımı, zəhərlə zaman içirəm.Boğazım qurusa da, mixəkli çay qaçaq düşüb,Fəqət ol tamsız olan, quruca saman içirəm.Üstümə töksələr də, hər cür odu-alovları,Fürsəti çaşdıraraq, verməyib aman içirəm.Baxıb hər səhər-səhər şehli olan çəmənlərə,Qovaraq çiskinləri dağlardan duman içirəm.Etsəm də hər adama, öz gücümlə dəstəyimi,Yaxşılıq qarşılığı mən elə yaman içirəm.Qalmadı Səadətin heç bir kəsə etibarı,Çevirib həp üzümü ruhuma güman içirəm.09.10.2021-ci ilÇƏKİRƏM CƏFAÇəkirəm xubilərlə, gör ki, necə min bir cəfa,Düşürəm hey bəlayə, etmərəm kimsəyə vəfa.Fərağın odunayam, küllü-aləmi bələrəm,Dönübən bir yelmara, çalmaram heç bircə dəfa.Görəlim ki, bu dünya cahani müşkülə dönüb,Çün ətrafım solubdu, daha qalmayıbdır səfa.Küfr tutsa da cahanı, mən imanə sığındım hey,Bağımda xəzan oldu, bülbül gəlmədi insafa.Bunca kimlər etsə də, ömrümü hədər dinməzəm,Həzər etməm şişayə, kaş məkanim olsun Məva.Baxmaram ol rüxsarə, kin deməsinlər bihaldır,Nə güman eyləsələr də, onlarla açmam dava.Dözərəm hər qövlünə, ruhum bədəndən getməsə,Binəva Səadətin, cisminə çatmasa həva.Səadət ŞabanqızıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.