XALQIMIN COMƏRD NAZİRİ Ədəbiyyat » Müsabiqə 28 Kasım XALQIMIN COMƏRD NAZİRİ(Daxili İşlər Naziri, "Zəfər" ordenli Fəxri Generalımız Vilayət Eyvazova, eləcə də mətin Azərbaycan polisinə dərin hörmət və ehtiramla) (Poema) 1 Culfanın qeyrət tacıdır.Zəngəzur dağ silsiləsiBu dağlardan əskik deyil İgidlərin nərə səsi..Görkəmi göz qamaşdırır, Düzləri zər libaslıdır.Bu dağlarda koroğlularYenə zəfər libaslıdır.Havası, suyu bal dadır,Bu torpaq -Tanrı neməti.Bu torpaqda hər bir kəsəHakimdir xalq məhəbbəti.Arazın qolu ordadır, Darıdağın məlhəm suyu,Burda çoxdur dağ-dərələr,Çoxdur bulaqların sayı.Əcdadların nəfəsindənYoğrulub o,böyüyüb o.Dərin ağlı, düşüncəsi,Əxlqıyla öyünüb o.Bir evin gur işığıydı, Dönüb indi bir məşələ,Əsərimin qəhrəmanıNur paylayır bütün elə. 2-Mübarək bir ad qazandın,Bu xoş adı şad qazandın, Zirvəyə qanad qazandın,Xalqımın comərd naziri..Dəyər verdin safa, düzə,Bac vermədin xaingözə,Layiqsən hər bir xoş sözə-Xalqımın comərd naziri..Sabitliyin qarantı-sən;Nazirtək çox hökmlüsən, Nə yaxşı ki sən beləsən!-Xalqımın comərd naziri.Rahatıq evimizdə biz,Yox qorxu-hürküdən bir iz,Hamıya doğmasan, əziz,Xalqımın comərd naziriDarda haya gəlir polis,Andınla yüksəlir polis, Qədrini çox bilir polis, Xalqımın comərd naziri.Qürur duyğumsan hər zaman-Damarında axır saf qan, Fəxri Generalımızsan, Xalqımın comərd naziri.Onun boyu da ucadır,Onun başı da ucadır,Xisləti təmiz olanıVətən, bax, belə ucaldır. 3Seyr etdim həyat yolunu,Haqqa doğru yarış gördüm.Xalqa sədaqət, cəsarət,Hünər gördüm, duruş gördüm.Sevdin bu çətin peşəni,Burda gecə-gündüz olmur.Yoxuşu hamarından çox,Burda hər şey dümdüz olmur. Fırtınalı bir dəryadır,Burda güclü olmaq gərək.Bu sistemdə qalib gəlirSoyuq ağıl, qaynar ürək.Alnın açıq, üzün ağdır,Çəkilir hər evdə adın.Sən bir polis həyatını Gör bir necə pak yaşadın.Dəyərini düzgün verdiAli Baş Komandanımız,Bu haqq işdən qürur duyduq,Coşdu damarda qanımız.Dövlət bizik- sənsən, mənəm,Keşik çəkirsən sən ona.Hopub adın ürəklərəDamarlarda axan qana.Əzmin, qürurun bəllidir,Alınmaz qala kimisən.Korrupsiya yuvasınıDağıdan igid oğul sən.Seyr etdim həyat yolunu,Orda nələr, nələr gördüm!Cinayətkar ünsürləriQarşında hey mələr gördüm.Qənimsən qaniçənlərə,Düşmənindir azğın, harın.Bunu dedi sənə yaxınOlan poqon yoldaşların.Dedilər ki.zalımlarıMəhəng daşında əzənsən. Əzəmətli sinən altda Şir ürəyi gəzdirənsən.Bəli, budur dövlətinəSədaqətin nümunəsi! Budur haqqın qalib səsi-Ədalətin təntənəsi! 4...İstər sazaq, çovğun olsun,İstər boran, istərsə qar, İnsanların keşiyindəDurur gecə-gündüz onlar.Yerin altında, üstündə,Kənddə, rayonda, şəhərdə,Qoruyur bizi polisim Qoruyur bizi hər yerdə.Qırx dörd gün polislərim dəDöyüşlərə atıldılar,Düşməndə xof yaratdılarXüsusitəyinatlılar.Şuşamızda dalğalandıQalibiyyət bayrağımız,Qaytarıldı sahibinəXan yurdu Qarabağımız.Hər biri döndü qartala Xeyirlə şər savaşında,Şəhid oldu, qazi olduPolis Vətən savaşında.Daxili QoşunlarımızCəsurluq dərsi keçdilər, Fəxri General önündə Polis andını içdilər. Vətən darda olsa, yenə Polisimiz meydandadır,Ordumuzun tərkibində O da öndə- hər yandadır. 5O, Vətənin igid oğlu, mərd oğludur;Öz xalqına sədaqətlə xidmət edir.O, fövqəl bir bacarıqla öz işinəNazir kimi ustalıqla diqqət edir.Bu sahənin işi ağır, yükü çoxdur,Bu sahədə çaşmaq böyük təhlükədir.Mətinlikdir bu sahədə rəhbər olmaq ,Bu, odlar diyarı olan bir ölkədir.Sevir hədsiz məhəbbətlə Vətəni o,Vətən ona, o, Vətənə olub dayaq,Güc, cəsarət vacib olan bir səngərdəHələ çox-çox illər sipər dayanacaq.Əziz sanır bu gün hamı polisini,Doğmadan da doğma olub indi bizə.Dövlətim də, millətim də yaxşı bilirŞər qüvvələr bata bilməz gücümüzə.Bu güc vahid bir mənbədən qüvvət alır,O mənbənin kökü –Ali Liderimiz.Hakimiyyət hərisləri xar oldular,Polisimlə vahid oldu səngərimiz.Mərdlik dərsi keçir nazir polisinə,Arxayınıq hər məqamda biz onlara .Xalq etibar edir bu gün taleyiniSabitliyin keşiyində duranlara. 6Dünyanın gözü önündəÇiçəklənir vətənimiz,İqtisadi dirçəlişəQovuşduq sabitliklə biz.Təxribata,şabotajaCəlb olundu gənclərimiz,Müxalifət düşərgəsiİfşa olundu tərtəmiz.Sağlam rəqabət kursunuQanmayanlar cəzalandı,Polisimiz sabitliyinKeşiyində mərd dayandı.Siyasət oyunbazlarıBu meydanı tərk etdilər,Sonda fərsiz qurum kimiSəhvlərini dərk etdilər. Tapılmadı bərabəri,Xalq İlhamla nəfəs aldı.Əzəməti,qüdrətiləO, yüksəldi, o, ucaldı.Polislə xalqın birliyi,Çatdırdı bizi xoş günə.Bu gün də o, səngərindəXidmət edir vətəninə. 7Narahatdır cəmiyyətBir bəla ucbatınan,Narkobaronlar bu günTüğyan edirlər yaman.Sanki qənim kəsilibOnlar bəşəriyyətə,Bihuşluq təbliğatıEdilir cəmiyyətə..İradəsi zəiflərOlur ovu onların,Təki cibləri dolsunO narkobaronların.Nəzarət altındadırÇoxdan sərhəd kəndləri,Polis toruna keçir Artıq hər kəməndləri.Çətindir, çox çətindir Bu halla mübarizə,Bilmirsən hansı yandanTəhlükə çoxdur bizə.Cənubdamı, Şimalda?-Yoxsa Qərbdədir plan.Bu, siyasi oyunmu?..Növbədə Azərbaycan?!Hardan əssə bu külək,Tozu geri dönəcək.Çevik siyasətimizBu “odu” söndürəcək.Azərbaycan polisiAyıq-sayıqdır hər an,İfşa olunacaqlarBu odu qalayanlar. 8Qürur duyuram bu günXalqımın haqq səsilə,Coşuram həyəcandan Qələbə həvəsilə.Ali Baş KomandanınƏtrafında bir olduq,Biz düşmən başı üstdə Bir batman dəmir olduq.Üzün ağ oldu, Vətən,Dik tut daha başını !Milli Ordumuz udduQarabağ savaşını!Valeh MİRZƏ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.