QAZAX ALI (1948)

QAZAX ALI (1948) Qazax Alı (Alı Abdullayev) - 1948-ci il sentyabrın 15-də qədim Qaraçöp mahalında, indiki Gürcüstan Respublikasının Saqareco rayonundakı Ləmbəli kəndində müəllim ailəsində anadan olub.
Orta məktəbi 5-ci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra Azərbaycanın Qazax bölgəsində təhsilini davam etdirib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində ali təhsil alıb. Təyinatla bir il Balakən rayonunda işləyib, sonra əsgəri xidmət borcunu yerinə yetirib.
1974-cü ildən öz doğma Ləmbəli kəndində, eləcə də qonşu Yor-Muğanlı kənd məktəbində ixtisası üzrə müəllim işləyib.
2020-cu ildən təqaüddədir.
Alı Abdullayev həm də pozeziya vurğunudur. Gənclik illərindən özü də "Qazax Alı" təxəllüsü ilə şeirlər yazır.
Şeirləri müxtəlif ədəbi məcmuələrdə və mətbuat orqanlarında dərc olunub.
Biz də Alı müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!...

ZiM.Az



Ay ATA

Zaman durmaz, fərmanımı gətirib
Gedər-gəlməz öz yoluna götürüb,
Ömür adlı dastanımı bitirib,
Qara çox az, çallanıram, ay ata!

Sən gedəli yetimliyə bələndim
Ata-deyib, qapı-qapı "diləndim",
Yerişim də çox dəyişdi, ələndim,
Öz izinlə sallanıram, ay ata!

Dünyam ilə dayanmışam baş-başa
Əcəl baxmz nə saqqala, nə yaşa,
Xeyri nədir, nə yazsalar baş daşa,
Uduzuram, allanıram, ay ata!

Halal yedim, haram hələ görmədim,
Şərəfinə ləkə belə sürmədim,
Haqq ilə nahaqqı qatıb, vermədim,
Təmiz adla ballanıram, ay ata!


OĞLUMA NƏSİHƏT

Keçmiş - xatirədir, gələçək – ümid,
Yaşa, ümidini itirməyəsən.
Ürəyi sevidən doldurar igid,
Aci söz dilinə gətirməyəsən!

Gün gələr batarsan kədərə, qəmə
Verən o allahdi, üstünəm demə
Çaliş ömrü boyu qul haqqi yemə
Günahi babali götürməyəsən!

Qilincdan itidir, söz könül qirar
Etdiyin, tutduğun önündə durar
Əsəblə qalxan, peşiman oturar
Sözünə sərhəd qoy, ötürməyəsən!

Milyon da qazansan güvənmə vara
Karin qulaği ol, yol elə kora
Qazax ali, diqqət elə soy ara
Qanqalı gül bilib, bitirməyəsən !


ŞAİR OLMAQ İSTƏRSƏNMİ

Şair olmaq istərsənmi,
Dərd insanı şair yapar.
Xəyalında itənləri,
Şair qələmində tapar!

Sevgi olsa, yazacaqsan
Şükür deyi b, taleyinə
İstəsən ki, yozscaqsan
Ürək sözə baxmaz yenə!

Hər yazanı şair bilmə
Özü kimi görünəcək!
Yazanların sırasında
İlan kimi sürünəcək!

Fələk yazdığını silmir
Şairlik verilibsə, sənə!
Elə bilirsən, heç kim bilmir
Qazax alı, dur, yaz yenə!


YORULDUM

Fərqi nə, innən belə
Əsəbləşim, qızım da!
Mənim adım - oğlunda,
Sənin adın - qızımda!

Admı çəkib, bilmirəm
Qızım, sənsən - özündü!
“oğlum, sənə oxşayır"
Bu da, sənin sözündü!

İstisinə isinmədim
Tüstüsünə kpr oldum!
Ah! Yadigar şəklinə
Baxa-baxa yoruldum!


YAZ HƏKİM

Məni doydurmadı nə ay, nə də il
Dərdim, söylənəsi bir nağıl, bil
Dioqnoz yazanda kağıza deyil
Sevə-sevə öldü, daşa yaz həkim!

Ürək manqal kimi yanır, közü var
Məqsədi, məramı şirin sözü var
İti qələmi var, görən gözü var
Həyat çox gözəldi-yaşa, yaz həkim!

Sevdalılar bilər, nə bilər nadan
Eşqim azalmadı, bir saat, bir an
Nə muraz varıydı, aldım dünyada
Sevdim və sevildim qoşa yaz, həkim!

Mənim “dasdanımı” yazsan onda bil
QAZAX ALI, deyər işim nə müşgül!?
Fərhad-öz qatili, Kərəm-oldu kül
Məcnundan yuxarı, başa yaz, həkim!


AY HAYIF-HAYIF

Kamalın, camalın yerli yerində
Bəxtin ki, yoxuymuş, ay hayıf-hayıf !
Gözünə baxıram, dərdi dərində
Düşmənin çoxuymuş, ay hayıf-hayıf!

Sənə gedən yolu itirdim, azdım
Mən öz taleyimə qəbirmi qazdım?
Dərmanı dərdinə nə fayda yazdım
Ayıldım yuxuymuş, ay hayıf- hayıf!

Qazax Alı, hayıf canını üzdün
Xoş günü axtardın, ipə də düzdün
Keçən günlərini ələdin süzdün
Amanmış, ahıymış, ay hayıf-hayıf!


A B O R Ç A L I

(Müşfiq Borçalı qardaşıma
həsr edirəm)


Gülləri dər, əzmə ancaq
Küsər səndən a Borçalı!
Gülün, gülə yaraşacaq
Şələ gendən, a Borçalı!

Yay giribdi od tökülür
Cavanlar gülümə gülür!
Ayaq getmir, bel bükülür
Küsüb məndən, a Borçalı!

Dağlarımız gül-çiçəkdi
Qızları ondan göyçəkdi
Qazax Alı gör nə çəkdi
Saç da dəndən, a Borçalı !

P.S.:
Əziz Müşfiq qardaşım, gözəl eloğlu, var olun.
Ürəyim atdandı keçən günlərim yadıma düşdü, üzbəüz tanış olmasaq da uzaqdan tanıyıram sizi. Sizə can sağlığı və uzun ömür arzu edirəm.
Məncə şeirə görə küsməzsiniz, bədahətən gəldi.

04.06.2022

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: