RAMAZAN RZA (1954)

RAMAZAN RZA (1954) Ramazan İsaq oğlu Rzayev - 20 may 1954-ci ildə Astara rayonun Seləkəran kəndində dünyaya göz açıb. 1971-ci ildə Astara rayonunda. M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbi bitirib. Gənc yaşlarından idmanla məşqul olub.
1972-ci ildə hərbi xidmətdə olarkən Zaqafqaziya çempionatında qaçış üzrə I yeri tutaraq, çempion olub.
1975-ci ildən 2000-ci ilə qədər Özbəkistanın Qaraqalpak MR-sında, Hukus şəhərində yaşayıb.
1982-1984-cü illərdə milli güləş və sambo üzrə respublika çempionu olub.
Əvvəlcə Kasum Avezov adına texniki texnikumu bitirib.
1991-1993-cü illərdə isə Nəsimi adına tibb məktəbinin terapeya bölümündə oxuyub. Daha sonra isə Polis Akademiyasını bitirib. Yüksək dövlət işlərində çalışıb.
Orta Asiya ölkələri xalqlarının, Özbək, Türkmən, Kazax, Kirqız, Qaraqalpak dillərində sərbəst danışır, yazıb-oxuyur.
Gənc yaşlarından Ramazan Rzayevin həm də şeir və musiqiyə sonsuz həvəsi olub. Özbəkistanda yaşayarkən 4 şeirlər kitabını və bir çox mahnıları qələmə alıb. Çox saylı bəstələdiyi mahnılar efirlərdə səslənib.
2000-ci ildən Bakıda yaşayır, ailəlidir.
"Borçalı" nəşriyyatının bədii redaktoru və "Şərqin səsi" qəzetinin redaksiya heyətinin üzvüdür.
AYB-nin və AJB-nin üzvüdür.
7 kitabı çap olunub və daha 3 kitabı çapa hazırdır.
"Abdulla Şaiq", "Zirvə", "Zəfər""Qızıl qələm" mükfatları laureatıdır.
"XXI Əsrin ziyalısı" "İlin vətənpərvər şairi" Fəxri diplomları ilə təltif olunub.

Biz də Ramazan Rzaya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru

ZiM.Az



RAMAZAN RZA (1954) DARIXMIŞAM

Gecələri yuxusuzam,
Vallah, sənsiz qoxusuzam,
Təklyimlə sorğusuzam,
Ağuşuna darıxmışam.

Aşiqinəm camalına,
Heyranıyam kamalına,
Vurulmuşam amalına,
Gülüşünə darıxmışam.

Gələn yolun uzaq oldu,
Bu gün, bəzən, sabah oldu
Gündüz, bəzən gecə oldu,
Həsrətinə darıxmışam.

Dedilər ki, uzaqdasan,
Fələk quran tuzaqdasan,
Axı, mən tək yazıqdasan,
Vüsalına darıxmışam.

Qədər bizi araladı,
Eşqimizdən yaraladı,
Bəxtimizi qaraladı,
Qəm çəkməkdən darıxmışam.


MƏN, BELƏYƏM!

Dosta, düşmənimə çoxdan bəlliyəm,
Sözüm, söhbətimdə , qaravəlliyəm.
Bir az ağıllıyam, bir az dəliyəm,
Mən, beləyəm!

Küsənlər görəndə, barışdırıram,
Niyyəti xoşları yarışdırıram,
Hamını süfrəmə alışdırıram,
Mən, beləyəm!

Toplumun yaxşısı, yaramazı var,
Nədənsə, hər kəsin zarıması var,
Bağırıb, öyünən, utanmazı var;--
-- Mən, beləyəm!


ALIB GETDİ

Ürəyimi verdim, desəm,
Canımı da alıb, getdi.
Bir barmaqla aşı yesəm,
Dirsəyimdən alıb , getdi.

Bu Dünya bir talançıdır,
Şeytan kimi yalançıdır,
Ömür-günə talançıdır,
Atımı da alıb , getdi.

Toxlar yatır kölgələrdə,
Sərvətləri ölkələrdə,
Yoxsul gəzir ,,bəlkə"- lərdə,
,,Kaş",--- ümüdü alıb, getdi.

Vətənimiz,--- dullarındır,
İşsiz qalan,--- qullarındır,
Alt-üst torpaq--,, bunların"- dır,
-- Bu da olmaz! Alıb, getdi.

Demə,-- şair baş aparır,
Quru qoyub, yaş aparır,
Ucuz ömür , yaş aparır,
Ölüm , yaşdan baş aparır.

Daş- divarı çökə- çökə,
Qüssə , qəlbi sökə- sökə,
Göz yaşımı tökə- tökə,
Ölüm məni alıb , getdi .

OLMASA DA KİN KÖNLÜNDƏ

Qılınc - qında susar əlbət,
Ədalətin önündə də.
Bəzən, sırtdan vurar xəlbət,
Olmasa da kin könlündə.

Qılınc deyil, insan susmur,
Namərdi də gizlin pusmur.
Haram yeyib, oğrun qusmur,
Olmasa da kin könlündə.

Ölsə, üçü, yeddi, qırxı...,
Hələ ili vardır axı?
Hey fırlanır, dövran çarxı,
Olmasa da kin könlündə.

Biri haqqı ələm sanır,
Biri gülüb, ələ salır,
Qalanları heyran qalır,
Olmasa da kin könlündə.

Yeri, göyü yaradanın,
Haqq, nahaqı arıdanın,
Əməlinə verər adın,
Olmasa da kin könlündə.

Sözdən sözə qədər olsa,
Yerdən göyə qədər olsa,
Məlhəm sözüm zəhər olsa,
Olmasa da kin könlündə.


BİRİNƏ PAY, BİRİNƏ TAY

Duman, çəndə, meşələrdə,
Çağırarsan kömək, haray,
Bəxtə nəsib , küçələrdə,
Birinə pay, birinə tay !

Sözün zərbi özümdədir,
Daşınması dözümdədir.
Nifrət, sevgi gözümdədir,
Birinə pay, birinə tay!

Olur, dosta , tanışlara,
Mükəmmələ, yanlışlara,
Olur sözüm söhbət ara,
Birinə pay, birinə tay !

Sevməmişəm qalmaqalı,
Yox inciyən, qəlb yaralı,
Bölüşmüşəm zəhər , balı,
Birinə pay, birinə tay !

Hər birinə davranışda,
Sərtliyində, yalvarışda,
Baxışımdır hər qarışda,
Birinə pay, birinə tay !


SAXLANMIŞAM

Bu Dünyaya göz açanda,
İlkin səsim, ağlamışam!
İlk yeriyib, ilk qaçanda,
Yıxılmaqdan saxlanmışam.

Mən torpaqdan tuta-tuta,
Torpaq məni uda-uda,
Bəzən quru, bəzən suda,
Uduzmaqdan saxlanmışam.

Dərk etdim ki, ucalanda,
Şərəfimlə qocalanda,
Gələn, gedən hər son anda,
Ağlamaqdan saxlanmışam.

Dostlarıma sadiq qaldım,
Düşmənləri yola saldım,
Sonu , sonsuz sona qaldım,
Soysuzluqdan saxlanmışam.

Qazanmışam, itirmişəm,
Neçə kitab bitirmişəm,
Sizə salam gətirmişəm,
İtirməkdən saxlanmışam .


O KİMDİR ŞAİRİ LƏKƏLƏYİR Kİ!?

Ağlımda dolaşan sözüm, söhbəti,
Nədəndir, dilimdə kəkələyir ki?
Gözümdə qaynayan eşq-məhəbbəti,
O , kimdir arxada ləkələyir ki?

Ehtiyac duymuram tərif, rəylərə,
Baxıram, seyr edib xanım, bəylərə.
Bu Dünya zəngindir axmaq , səylərə,
O, kimdir aqili ləkələyir ki?

Hər kəsin qeyrəti, namusu, arı,
Şairdə cəmlənib yarı- bə - yarı.
Aynayam, mən, sənəm, gəl mənə sarı,
O , kimdir aynanı ləkələyir ki?

Suya yuyulubdur qan da, ləkə də,
Ağır günahlar da, bəzən, bəlkə də .
Dərədən yıxılır bəzən təkə də,
O , kimdir sürünü ləkələyir ki?

Əzəldən xalqımız cəngavər xalqdır,
Hünər, qeyrət, namus üzə yaraqdır.
Bizi birləşdirən zəfər bayraqdır,
O, kimdir bayrağı ləkələyir ki?

Əgər sadalasam, qurtarmaz sözüm,
Bəlkə əlavən var , ay canım- gözüm?
Sırada görəndə laqeydi özüm,
O, kimdir şairi ləkələyir ki?


GÜNAHKAR BƏNDƏDİR, SAĞIMDAN SOLA!

-- ,,Allah qəbul edər mömin duasın"!
-- Mömin qalmayıb ki , qəbul da ola!
Verdilər şeytana cənnət Dünyasın,
Günahkar bəndədir, sağımdan sola !

Kişi qiyafədə gəzir qadın da,
Tək fərqi məlumdur cismi adında.
Kişidə kişilik addır yadında,
Günahkar bəndədir, sağımdan sola!

Barmaq sayı qalıb, önümdə kişi,
Çoxu xatırladır, toyuq bişmişi.
Qatılmır söhbətə savadsız kişi,
Günahkar bəndədir, sağımdan sola!

Var-dövlət, vəzifə kişilik deyil,
Şəhid hesabına şərik də deyil!
Min desən qanmaza, dərslik də deyil,
Bu dövlət şikəstdir, sağımdan sola!

Aldığım, verdiyim mislindən artıq ,
Dövlət həyasızdır, məmurlar sırtıq.
Axtarsan, hər kəsin cibləri yırtıq,
Günahsız bəndədir, sağımdan sola!

İnternet, efirlər bar- bar bağırır,
Yalana başımı hər gün ağradır,
Dünən qarayaxma, bu gün ağarır,
İftira, böhtandır sağımdan sola !


DOSTLAR MƏNƏ DÖZ DEYİRLƏR

,,Arzun varsa, niyyət eylə,
Bu gecəni yat" dedilər.
Mən də uydum ucuz felə ,
Dostlar,, sına, gör" dedilər.

Bir sərsəmə olmuşam tay,
Hiyləsinə olmuşam pay,
Töhmətlərdə olanda say,
Dostlar mənə döz dedilər.

Bir məclisə getdim qonaq,
Eşitdiyim böhtan, yalan,
Əsəbimdən yandı yanaq,
Dostlar mənə ,,sus" dedilər .

Döydüm məmur qapısını,
Bölən eşşək arpasını,
Sorğu etsəm hansısını,
"Dövran bizim, öl" dedilər.

Hər şey vardır, heç bir şey yox,
Qoyun da sağ, canavar tox,
"Bu yaşamı gözünə sox,
Get ömrünü böl", dedilər.

Çörəyim yox , qəm yeyirəm,
Geyimim yox, bez geyirəm,
Bu quruma "yox" deyirəm,
Dostlar mənə döz deyirlər.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: