RÜSTƏM ASLANOV (1963) Müsabiqə, Turan 10 Kasım Rüstəm Məbud oğlu Aslanov - 1963-cü ildə İsmayıllı rayonunun Minkə kəndində anadan olub. O, ilk təhsilini doğulduğu Minkə kənd 8-illik məktəbdə alıb. 9-10-cu sinifləri həmin rayonunu Tircan kəndindəki orta məktəbdə oxuyub. Şeir yazmağa, bədii yaradıcılıqla məşğul olmağa da elə həmin orta məktəbdə oxuduğu vaxtlarından başlayıb. 1982-1984-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib. Hazırda SOCARDA xətt baxıcısı kimi çalışır. Ailəlidir, 2 övladı var, bir oğul və bir qız atasıdır. Hər iki övladı ailəlidir.Rüstəm Məbudoğlu (Aslanov) iki kitab müəllifidir: "Görən qardaşımı Fələk neylədi" və "Məhəbbət dünyadır, axı mən kiməm" adlı kitabları oxucuların ixtiyarına verilib. "Qızıl qələm" Ali media mükafatı laureatıdır.AYB-nin üzvüdür. Biz də Rüstəm Məbud oğlu Aslanova bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!..Məlahət SAHİBQIZI,ZiM.AzİKİ MİNİN İYİRMİNCİ İLİYDİ8 noyabr - ZƏFƏR gününəİki minin iyirmrnci iliydi,Sentyabr, payızın ilk günləri.Əm(i)r verdi Cənab Ali Komandan,Qalx ayağa Azərbaycan əsgəri.Fərəqət dur, silahına sarıl sən,Hər tərəfdən düşmən keçib hücuma.Vermək olmaz bir qarış da torpağı,Aman vermə, dura düşmən, ya cuma.Gecə, gündüz atəş səsi susmadı,Yağı düşmən darmadağın edildi.Sal qayadan, sıldırımdan keçərək,Əsgərimiz düşmən bağrın didirdi.Dağıdılır bənd-bərəsi düşmənin,Qoyub qaçır silahını, postunu.Aman vermir Azərbaycan əsgəri,Atıb gedir erməni öz dostunu.Cəbrayılı, Fizulini qaytarıb,Zəngilana Hadrutdan yol aldı.Qubadlının başı üstən buludu,Parçaladı, Şuşaya da yol saldı.Yol salındı top dağıtmaz, haphamar,Gecə, gündüz qayaları yararaq.Döyüş gedir, dayanmadan, durmadan,Şuşamıza hər gün ZƏFƏR çalaraq.Düşmən çaşıb, ituribdir başın da,Sipər çəkib Şuşa əldən getməsin.Əsgəriniz qayaları fəth edir,Bir də Şuşa gözümüzdən itməsin."Hay" başına" DƏMİR YUMRUQ "endirdi,Noyabrın səkkizində əsgərim.Azad oldu Ağdamımız, Şuşamız,Bir-birinə calandı öz səngərim!!!18.10.2022. AZƏRBAYCANA(İndi ki, sevməkçün yaranmısan sən)Könlün istəyirsə qatarla gəlim,Ya köhlən at tapım, çaparla gəlim,Özünü ələ al, toparla, gəlim,İndi ki, sevməkçün yaranmısan sən.İndi ki, sevməkçün yaranmısan sən,Sevgiyə söykənib, dayanmısan sən,Günəş oyanmamış oyanməsan sən,İp tutum, xətt çəkim, düz yolla gəlim.İp tutum, xətt çəkim, düz yolla gəlim,Dağları, daşları uçurum, dəlim,Bir gözəl əlinə yetişsin əlim,Toplayım gül, çiçək gətirim sənə.Toplayım gül, çiçək gətirim sənə,Arzu, muradımı yetirim sənə,Şirvandan salamlar ötürüm sənə,Sevənlər əhdinə düz olur bizdə.Sevənlər əhdinə düz olur bizdə,Ceyranı, maralı sevirlər düzdə,Mil, muğan çölləri yaxındır sizdə,Arazın üstündən keçib gələrəm.Arazın üstündən keçib gələrəm,Çeşmələr gözündən içib gələrəm,Lənkəran gözəlin seçib gələrəm,Tutarıq sevginin əlindən möhkəm.Tutarıq sevginin əlindən möhkəm,Var bizim ellərdə, sevgidə ötkəm,Zəfər meydanıdır vətənim, ölkəm,Alqış bu sevgiyə, alqış bu cana,Sülh gözəl yaraşır Azərbaycana!!!26.10.2022BAXARSAN Bir gün gəlib küçənizdən keçəcəm,Sizin evə düşən səmti seçəcəm,Xəlvət-xəlvət sənə əl də edəcəm,Qapınızın dəliyindən baxarsan.Addım-addım keçəcəm siz tərəfdən,Çalışacam yayınmayım hədəfdən,Şəkilini asacağam sədəfdən,Qapınızın dəliyindən baxarsan.Utanmayım, deyə dostla gələcəm,Çataçatda bərkdən, bərkdən güləcəm,Sağ əlimi sol əlimlə siləcəm,Qapınızın dəliyindən baxarsan.Keçib gedib, qayıdacam bir də mən,Saxlayacam dostum ilə sirr də mən,Ayrılacam, tək duracam tində mən,Qapınızın dəliyindən baxarsan.Görsən məni işarə et bilim mən,İntizarı ürəyimdən silim mən,Qapınıza bir daş da çırp gülüm mən,Qapınızın dəliyindən baxarsan,Gecə, yatmıb ürəyimə axarsan!!!30.10.2022ÇÖRƏKƏn böyük kəşvisən bəşəriyyətin,Varlı da, kasıb da sənə möhtacdır.İlkin mayasısan əbədiyyətin,Çörəksiz üz qara, qarnımız acdır.Böyük and yerimiz, andına qurban,Süfrənin bəzəyi duzdur, çörəkdir.Doymayır bənzərsiz ətrindən insan,Çörəklə var olan arzu, diləkdir.Lap sütül olandan gözümüz səndə,Sütül qoxuna da, ətrinə heyran.Vüqar da, ismət də səninlə bağlı,Sənə xor baxanlar kor olar hər an.Əzəmət, ixtiyar əyilər sənsiz,Təknə boşalanda dünya dar olar.Əsgər də döyüşər qarnı tox olsa,Sərkərdə sevinər, gözləri dolar.Nə gözəl deyibdir Vurğun bu yerdə,"Ehtiyac qul edər qəhrəmanı da".Çörəksin vətən də tarimar olar,Naləyə çevrilər ömür anı da.Kim olsa əl açar, mötac olar O,Övladı acından yıxılıb ölsə.Göynəyər sinəsi, naləsi qalxar,Tabağı boşalıb, ruzusuz görsə… Anam təndir salıb, yapardı çörək,Közü toplayardı qızarsın üzü.Üz, gözü yansa da götürərdi tez,Qoymazdı çörəyin yana "üz, gözü".03.11.2022.SALAM, ATA (Bir şəhidin dilindən)Salam ata, çıx qarşıla oğlunu,Oğlun gəlir, gözlərinin işığı.Sizin üçün bu gün yaman darıxdım,Enib gəldim qayalardan aşağı.Qəfil güllə səsi gəldi atacım,Başım üstən ötüb keçdi elə bil.Siz necəsiz, anam necə dolanır,Məni yıxdı düşmən atan bu "zibil".Amma bu gün başım daha ağrımır,Toy görmüşdüm evimizdə yuxuda.Gördüm anam qol qaldırıb oynayır,Qəlbin deşir intizarın oxu da.İndi bildim, ata yuxum çin oldu,Namərd atan güllə deşdi sinəmi.Dəlib keçdi ürəyimi dalbadal,Qardaşlarım bağladılar çənəmi.Ata məni bağışlasın anam da,Sizi lap çox, Vallah lap çox sevirdim.Axı torpaq, vətən mənim and yerim,Ona görə torpağıma çevrildim.Xahişim var, ata səndən ağlama,Anamın da yapış bərk-bərk əlindən.Mən şəhidəm, heç bir zaman, heç bir an,Düşməyəcəm öz xalqımın dilindən.Hamı gəlib sənə salam verəcək,Göynəyəcək, sızlayacaq ürəklər.Tabutum da "bəzənəcək! xonça tək,Başın üstə fırlanacaq Mələklər.Xahişim var, bir də məni bağışla,Söz ver mənə, haqqını da halal et.Qəm eyləmə, gecələri rahat yat,Hərdənbir də qəbrim üstə gəlib, get!17.10.2022.NUR SAÇAQTəbrik edən hər bir kəsim var olsun,Allah sizə dayaq olsun, yar olsun,Zəhmətiniz halal olsun, bar olsun,Qonaq gəlin, gözüm üstə bəsləyim,Gəlin sizi xoş günümə səsləyim.Gəlin sizi ev-eşiyim gözləyir,Yol, cığırım qarşınızda baş əyir,Siz gələndə göylərə də baş dəyir,Durun mənim xoş günümə gəlin siz,Könlünüzü könlüm üstə sərin siz.Rüstəm coşar, çağlayar siz gəlsəniz,Könlü gülər, şadlanar siz gülsəniz,Nə qədər şad, xürrəm olar bilsəniz,Gəlin birgə altımışa yol açaq,Qaranlığa gündüzlərdən nur saçaq!10.10.2022.KƏNDİMİZDƏKəndimizdə bir gün gəlib,mal növbəsi çatdı bizə.Qoltuğuma çomaq vurub,naxırı mən sürdüm düzə.Xurcunumda bir az çörək,iki-üç də yumurta var.Fit çalıram, oxuyuram,meşə böyük, cığırlar dar.Anam xeyir, duasını,xurcunuma yığıb evdə.Atam məni yola salıb,batmaz mənə heç bir div də.Mal-qaralar ot otlayır,mən baxıram, həzz alıram.Yamaclara dirsəklənib,dərələrə səs salıram.Hərdən gəlir ürəyimə,bir sevənim, yarım olsun.Mən oxuyum, şən nəğmələr,bu düzlərə axıb, dolsun.Hava təmiz, lap hündürdə,bir Quzğun da var-gəl edir.Kol üstündən qulağıma,quş nəğməsi gəlib, gedir.Axşam olur yığışıram,sayıram, düz olsun naxır.Günəşin də qürub çağı,yuvasına tərəf axır.!13.10.2022.NƏ ÖYRƏNDİMMən anamdan nə öyrəndim,ilk bövbədə dil açmağı.Əziz bilmək öz dilimi,bir də evə nur saçmağı.Mən anamdan nə öyrəndim,zəhmətlərə qatlanmağı.Təndir çatıb, qalamağı,yol, cığırda atlanmağı.Mən atamdan kəndimizin,gözəlliyin ala bildim.Möhkəmlənib, bu dünyada,bir insan tək qala bildim.Atam, anam başa saldı,zəhmət çəkib, bar dərməyi.Öyrətmədi hər nadanın,önündə baş, bel əyməyi.Gün çıxmamış mən çıxardım,evimizdən iş olunca.Təbiətdən güc alardım,gül üstündən şeh solunca.Qoyun, quzu otarardım,harda idi yuxu yatmaq.Çətin idi dərs oxumaq,müəllimdən bir beş almaq.Çox öyrətdi həyat mənə,ömrümü düz yaşamağı.Ədəb, ərkan öyrəndikcə,onu evə daşımağı.Məngənələr sıxa-sıxa,zülmətlərdən keçib, gəldim.Halalla dost olmaq üçün,zəhmətin üz ,gözün dəldim!13.10.2022.YOLLAR Kİ, VARYollar ki, var, bizim ömür yolumuz,Qara, əlvan naxışlarla bəzənmiş.Xəzan vurmuş, çiçək açmış bu yolda,Ömrümüz də xəlbirlənmiş, ələnmiş.Yollar ki, var əyri, üyrü, daş, kısək,Ayağımız deşilibdir yollarda.Başımızı qızmar günəş deşəndə,Sığınmışıq, gizlənmişik kollarda.Necə çətin, ömrümüzün yolları,Çox vaxt əyri, hərdən bir də düz olur.Gəlib hər gün bu yollardan keçənlər,Çoxu nadan, bəziləri düz olur.Həsrət düşər bu yollara, cığıra,Qarşılayar bizi yolda təpə, dağ.İlk baxışdan gözə asan görünər,Bu yollarda üzlər olar qara, ağ.Rəngarəngdir yollarımız, izimiz,Üstümüzü dunan alar, çən düşər.Yeriyəndə ayağımız büdrəyər,Saçımıza kədər çökər, dən düşər.Rüstəm bax gör bu yollarda nə qalıb,İlk addımlar, ilk büdrəmə, ilk görüş.Bir də qalıb səndən sonra yaşayan,Əyri, doğru, görmüsənsə SAVAB İŞ!!!14.10.2022.MƏN DƏ İTƏRƏM Əlimdə gül qaldı, ağzımda sözüm,Gəl öyrət mənə də bir azca dözüm,Yığılsın yollardan ümüdüm, gözüm,Atıb getməkdirsə, mən də gedərəm.Getmək istəyirəm, getmir ürəyim,Olsan, olmasan da mənim, gərəyim,Əyilib, yan üstə damım, dirəyim,Yıxmaq şərəfdirsə, mən də edərəm.Düz ömür yaşa ki, haqqa çatasan,Qəlbin daş ola ki, sevib, atasan,Ürəyi üzəsən, yada satasan,Qəlbi didməkdirsə, mən də didərəm.Çalışıb, vuruşub yaşa ərən tək,Bağında bar yetir, könlündə çiçək,Sevgi şərbətini birlikdə içək,Kol olub bitməyi, mən də bitərəm.Çarəsiz əlindən tut, dayağı ol,Qaldır yıxılanı sən ayağı ol,Bir ahıl görəndə sal qoluna qol,Görüb itməkdirsə, mən də itərəm.29.10.2022.ÇIXMA YOLUNDANBu ömürdür, bu taledir, bu yazıdır yazılıb,Hər bir kəsin təməli də, məzarı da qazılıb.Biri qışda, biri yazda, biri yayda gedəcək,Payız gəlib, xəzan vurub, ilim-ilim itəcək.Qınamayın nə baharı, nə payızı, nə qışı,Yay da görür öz işini,bizimlə yox bir işi.Təbiətdir, dumanı var, şaxtası var, qarı var,İnsanın da atası var, anası var, yarı var.Təbiətin çiçəyi çox, meyvəsi çox, barı çox,İnsan üçün buğdası çox, əkmək üçün darı çox.Allah bizə ağıl verib, bəbək verib, üz verib,Düşünməyə beyin verib, hər nə verib, düz verib.Səhvimizi başa düşüb özümüzü döymürük,Səhv edəndə oramıza, buramıza söymürük.Quduran tək yapışırıq bir Allahın qolundan,Rüstəm demir, Allah deyir, İNSAN, çıxma yolundan!!!26.10.2022.SƏNDƏN OLDUÖzün çıx get, bu ayrılıq elə bilmə, məndən oldu,Eşqimizi dərya tumaz, sel apardı, səndən oldu.Səni gördüm qeyri bağda, əllərində yad bir çiçək,Alt-üst etdin ömrümüzü, yel qopardı, səndən oldu.Məni görcək saçlarına sığal çəkdin yanə baxıb,Yad əl dəydi, tellərindən tel qopardı, səndən oldu.Əsir oldu arzularım, qayalardan atdı özün,Ürəyimə yarə saldın, bel qırıldı, səndən oldu.Mən Rüstəməm, əğyar səni bir gün atıb, gedəcək bil,Fitnə, fəsad çıxdı üzə, fel apardı, səndən oldu!!!05.11.2022.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.