NAZƏNİN RZA (HÜSEYNZADƏ): BU SON GÖRÜŞDÜ, BU SON ƏLVİDA!..

NAZƏNİN RZA (HÜSEYNZADƏ): BU SON GÖRÜŞDÜ, BU SON ƏLVİDA!.. ŞƏHİDLƏR

Canını can üstə
fəda edərkən,
Cənnət qapılarını
açdı şəhidlər.
Düşmən gülləsinə
sinə gərərək,
Özünü odlara
yaxdı şəhidlər!

Dilində duası, əlində silah,
Əzmlə döyüşdü bizim şəhidlər.
Hər ana dilindən çıxdı böyük ah,
Silinməz iz qoydu qəlbdə şəhidlər.

Qış günü o, soyuq səngər içində,
Çəkmədi silahdan əlin şəhidlər.
Donsa da qanları damar içində,
Qan ilə tarixini yazdı şəhidlər.

Düşmənin amansız bir gülləsinə,
Tuş gəlib dünyadan getdi şəhidlər.
Adını qanlı tarixin hər səhifəsinə,
Qızıl hərflərlə yazdı şəhidlər.


NAZƏNİN RZA (HÜSEYNZADƏ): BU SON GÖRÜŞDÜ, BU SON ƏLVİDA!.. AXTARMA BİR DAHA TAPMAYACAQSAN

Deyirsən alınmaz sən unut məni,
Gəl susdur bacarsan əgər qəlbimi.
Görməzdən gəldiyim bax bu sevgimi,
Axtarma bir daha tapmayacaqsan.

Yalan söyləməz ki, kimsənin gözü
Önəmli deyildir özgənin sözü.
Hər zaman sevgiylə bu gözü,
Axtarma bir daha tapmayacaqsan.

Görüncə yarının o simasını,
Utanıb səssizcə gülən xanımı.
Kiminsə saxta bir təbəssümündə,
Axtarma bir daha tapmayacaqsan.

Yanında sadəcə qəlbi titrəyən,
Əlinə toxunub tutmaq istəyən.
Qəlbiylə sevəcək başqa qadını,
Axtarma bir daha tapmayacaqsan.


GEDİR

Kimisi bir ömür edib ibadət,
Dərgaha təmiz bir qəlblə gedir.
Kimisi şeytana edib itaət,
Əzablı yollarla qaçaraq gedir.

Haqqın yolu ilə qəlbi bir tutub,
Doğrunun yanında zirvəyə gedir.
Səhv əməllərlə əyri yol qurub,
Bir odun yerinə yanmağa gedir.

Yediyi yeməklə gözü doymayan,
Naşükür dəstədə birinci gedir.
Gözləri nemətdən heç tox olmayan,
Hər insan bir tikan yeməyə gedir.

Yaxşılıq etməyən sevinc yaşamaq,
Hissini həyatdan dadmayıb gedir.
Əməl dəftərinə təkrar baxaraq,
Hər şeyə bir cavab verməyə gedir.


QAÇIN

Yalanla özünə qazanıb hörmət,
Doğrunu saymayan insandan qaşın!
Adamı yolundan alıb çıxaran,
Bir insan cildində şeytandan qaçın!

Əyrilik onunçün sayılır fərəh,
İmandan çıxaran əməldən qaçın!
Onunla harama kim meyl edir,
Doymayan nəfasdən bir ömür qaçın!

Hər kəsə mələk tək davranaraq o,
Arxadan vuracaq dostlardan qaçın!
Səzsizcə çuxurun tapıb süzülən,
Lal axan çayların suyundan qaçın!

Xəbəri olmaylb öz günahından,
Onları təkrarla edəndən qaçın.
Dindən danışıb kimki hər zaman
İmanı olmayan kimsədən qaçın!


NAZƏNİN RZA (HÜSEYNZADƏ): BU SON GÖRÜŞDÜ, BU SON ƏLVİDA!.. BU SON GÖRÜŞDÜ, BU SON ƏLVİDA!

Axtarma bir daha
o saf sözləri,
Gözləmə bir daha
sən o sözləri.
Gəzmə keşdiyimiz
küçələri
Bu son görüşdü,
bu son əlvida!

Bitdi o arxada qalan sevgimiz,
Qəlbim qoy qalsın daha kimsəsiz.
Düşünmə keçəcək zamanın mənsiz,
Bu son görüş idi, bu son əlvida!

Gün gələr anlarsan bu dəyərimi,
Sanırsan bu ürək səni sevərmi?
Qaytara bilməzsən keçın günləri.
Bu son görüş idi, bu son əlvida.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: