ATA YOLU Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı 2 Ekim "Şərqin səsi" qəzetində professor Mədəd Çobanov və onun oğlu Müşfiq Borçalı haqqında yazılanları oxuduqdan sonra onların vətənpərvərliyinə, Vətən sevgisinə, ata-oğulun getdiyi elm yoluna qibtə edib bu şeiri onlara ərməğan edirəm.Oxudum "Təhsil"i, "Şərqin səsi"niOrdaca götürdüm mən öz bəsimi,Daha dinəmmədim, xəcalət çəkdim,Susub çıxartmadım bir də səsimi.Dedim yetmiş ildə nə bilirəmmiş?Sən demə, heç nə mən heç bilmirəmmişMədəd Çobanovla Müşfiq BorçalıElm aləmində bir alim imiş.Kim söylə, elini bu qədər sevərGünah olmasaydı indiki əgərMədəd Çobanovla, Müşfiq BorçalıÇıxarıb köksündən ürəyin verər.Gəzib bölgələri bir qarış-qarışGejəli-gündüzlü edib axtarış.Mənasın öyrənib toponimlərinQədim deyimləri üzə çıxarmış.Bax, budur tədqiqat, bax budur təhsil,Yersiz özün öyüb bağırmaq deyil.Əgər Müşfiq kimi oxusa hər kim,O da Müşfiq kimi olacaq kamil.Nümunə götürüb Mədəd müəllimdənKimlər qavrayarsa elmi dərindən,Zəhmətə qatlaşıb çalışsa əgər,Təşəkkür alacaq o da elindən.Qeyrətli kişinin qeyrətli oğluMüşfiq tək gedər bir ata yolu.Vətənə həsr edib qiymətli anın,Elmin təhsilin olar bir qulu.Mədəd Çobanov alim,Sevir Borçalı elin.O dilçi, türkoloqdur,Sevir öz ana dilin.Müşfiq adlı bir oğluOlub elmin qulu.Sadiq olub VətənəGedir o ata yolu.Ona deyim uğurlarİrəlidə çox iş var.Bu işləri görməyəTale olsun ona yar.P.S. :Üzün görmədiyim ay Müşfiq müəllim,Bu şeiri yaltaqlıq bilmə mən ölüm,Yetmişi keçibdir yaşım bir ildir,Mənim salamımı atana bildir.Hayıf müəllimim olmayıb mənim,Olsaydı Sizin tək olardım alim.Xanlar Soltan oğlu MƏMMƏDOV,Göyçay rayonu Bığır kəndi, müəllim.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.